İXTİsas: Məktəbəqədər təlim və tərbiyə kurs: I fəNN: Sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası MÜƏLLİM: İbrahim Murad Oğlu Rüstəmov dosent



Yüklə 89,5 Kb.
səhifə28/35
tarix10.01.2022
ölçüsü89,5 Kb.
#106429
1   ...   24   25   26   27   28   29   30   31   ...   35
Orta yaş qrupu uşaqları özlərinə nəzərən əşyaların yerləşmə vəziyyətini təyin etməyi bacarmalıdırlar. İşin əvvəlində bu məsələlər təkrar edilməlidir.

Sağdan, soldan, qabaqda, arxada, yuxarıda, aşağıda yerləşən əşyaların vəziyyətini təyin etməyə aid çalışmalar verilir. Əvvəlcə iki əşyanın vəziyyətini müəyyən edirlər, məsələn, uşaq özündən qabaqda və arxada olan əşyaları göstərir və sözlə ifadə edir. Getdikcə əşyaların sayı 4-ə çatdırılır. Uşağın qabağında, sağında, arxasında və solunda əşya qoyulur. O, növbə ilə və hər dəfə 90° -ə dönməklə həmin əşyaları və istiqamətlərini söyləyir. Burada “sola dön” və ya “sağa dön” ifadələri işlədilməlidir.

Bu məqsədlə, “tap, görüm haradadır?”, “kim getdi?”, “o harada dayanmışdır?” didaktik oyunların keçirilməsi çox faydalıdır.

Uşaqlar dayanan yerdə fəzada istiqamətləri müəyyən etməyi öyrəndikdən sonra, həmin istiqamətlər üzrə hərəkət etməyi öyrətmək lazımdır. Bunun üçün müxtəlif oyunlardan istifadə oluna bilər. Məsələn, xalq nağılları əsasında “hara getsən, nə taparsan?” oyununu keçirmək olar. Səhnələşdirilmiş oyunlardan da istifdə etmək olar. Məsələn, müəllim qabaqcadan əşyaları oyuna müvafiq yerdə gizlədir. Uşaqlar sinfə daxil olub, yerlərində otururlar. Müəllim bir uşağı qabağa çağırır və ona tapşırıq verir. “Qabağa getsən, dovşan taparsan, sağa getsən maşın taparsan. Hara getmək istəyirsən?” Uşaq getdiyi istiqaməti və nəyi istədiyini söyləməli və onu tapmalıdır. Eyni qayda ilə bütün istiqamətlərə aid oyunlar keçirmək olar.

Bu kimi hazırlıqdan sonra “yaxın, uzaq, yaxındır, uzaqdır” terminləri haqqında təsəvvürlər yaranır. Bu məqsədlə müəllim bir uşağı qabağa çağırır və ondan qabaqda 2 əşya qoyur, bu şərtlə ki, həmin əşyalar uşaqdan müxtəlif uzaqlıqda olsun. “Dovşan uzaqdır, yoxsa tülkü?”, “hansı sənə yaxındır?” bu kimi çalışmalar dəfələrlə təkrar edildikcə uşaqlarda müvafiq təsəvvürlər yaranır və formalaşır.

İşin sonrakı mərhələsi kağız vərəq və stolun üstündə istiqaməti müəyyən etməklə əlaqədardır. Vərəq və ya stolun üstündə müxtəlif əşyalar düzülür və bunların vəziyyətləri soruşulur. Sonra işin forması dəyişdirilir: uşaqlar müəllimin göstərişi ilə əşyaları stolun üzərinə düzürlər: “sağda dovşanı, yuxarıda yerkökünü qoy!”, “aşağıda tülkünü, solda xoruzu qoy!”.

Daha sonra həndəsi fiqurların stol üzərində düzülüş vəziyyəti soruşulur.

Nəhayət, uşaqlar düzülmüş fiqurların adlarını tutduğu yerinin vəziyyətini söyləyirlər.

Kartoçkalarda çəkilmiş şəkillərin vəziyyətlərini müəyyən etməyi də uşaqlardan tələb etmək olar.

Fəzada istiqaməti müəyyən etməyə aid təsəvvürlər həyati situasiyalarla əlaqələndirilməlidir. Xüsusən, musiqili bədən tərbiyəsi məşğələsini, televiziyada verilən bədii gimnastikanı və s. göstərmək olar.

Uşaqların bütün fəaliyyətində fəza istiqaməti bildirən terminlər olduğu kimi işlədilməlidir.


Yüklə 89,5 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin