MÖVZU 6: Sağlamlıq imkanları məhdud olan şəxslərin tərbiyəsinin sosial-pedaqoji məsələləri
PLAN:
Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu.
Sağlamlıq imkanları məhdud olan uşaqların tərbiyəsinin təşkili.
Sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə inteqrasiyası imkanları
Sağlamlıq imkanları məhdud olanşəxslərin asudə vaxtının təşkili.
Hüseynova N.T. İnklüziv təhsil. Dərs vəsaiti. Bakı 2014.
Ədəbiyyat:
1. Dostuzadə D.Ə. Sağlamlıq imkanları məhdud uşaqlarla işə dair. İbtidai məktəb və məktəbəqədər tərbiyə jurnalı, № 2, 2004.
2. Əlizadə H., Mahmudova R. Sosial pedaqogika. Dərslik. Bakı, 2013.
3. Korreksion pedaqogikanın müasir problemləri. Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu. Bakı, 2012.
4. İsmayılova L. və başqaları. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili. Bakı, Kurrikulm., Azərbaycan, (iyul-sentyabr), 2009, № 3
5. Şərəfxanova L., Məmmədova S., Mikayılova Ü. İnklüziv təhsil. Məktəbəqədər təhsil pilləsi üçün. Bakı 2010.
6. Təhsil Haqqında Azərbaycan Respublikasının qanunu. Bakı: Qanun, 2009.
7. Təhsil Qanunvericiliyinə dair normativ Hüquqi sənədlər toplusu. I-II cild, Bakı, 2012.
Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında əlillər barəsində dövlət siyasətini müəyyən edir, əlilliyi doğuran səbəblərin aradan qaldırmasına, əlillərin reabilitasiyasına ictimai həyatın bütün sahələrində iştirak etmək üçün əlillərin bütün başqa vətəndaşlarla bərabər imkanlar almasına, öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılmasına təminat verir.
ÜMUMİ MÜDDƏALAR: Maddə 1. Əlillərin hüquqi vəziyyətinin əsasları
Azərbaycan Respublikasında əlillər BMT Baş Məclisinin qəbul etdiyi əlillərin hüquq bəyannaməsində, Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və başqa qanunvericilik aktlarında təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər. Əlillər barəsində ayrı-seçkilik qadağandır və qanunla təqib edilir.
Maddə 2. Əsas anlayışlar: Əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Şəxsin həyat fəaliyyətinin məhdudlaşması əlilin özünəxidmət, hərəkət, səmtlənmək, ünsiyyət, öz davranışına nəzarət, habelə əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini və ya imkanlarını tamamilə, yaxud qismən itirilməsində təzahür edir. Əlilliyin qarşısının alınması – əlilliyin baş verməsi və ağırlaşması hallarına qarşı yönəldilmiş tibbi, ekoloji, gigiyenik, texniki təhlükəsizlik, idman və digər tədbirlər sistemidir. Əlillərin reabilitasiyası – orqanizmin funksiyasının davamlı pozulması nəticəsində baş verən həyat fəaliyyətinin məhdudlaşmasının aradan qaldırılmasına, yaxud kompensasiyasına yönəldilmiş tibbi, psixoloji, pedaqoji, idman, sosial-iqtisadi və digər tədbirlər sistemidir. Reabilitasiyanın başlıca məqsədi əlillərin sosial adaptasiyası və sosial statusunun reabilitasiya olunmasıdır. Tibbi reabilitasiya – orqanizmdə anadangəlmə, yaxud sonradan baş verən xəstəlik və ya zədələr nəticəsində pozulmuş funksional qabiliyyətlərin tibbi və digər metodlara reabilitasiyasına və kompensasiyasına yönəldilmiş tədbirlər sistemidir. Peşə-əmək reabilitasiyası – əlilin əvvəlki, yaxud yeni peşədə əmək qabiliyyətinin qaytarılması məqsədi ilə zəifləmiş, yaxud itirilmiş funksiyasının reabilitasiyasına, peşə seçilməsinə, işə düzəldilməsinə və ya onun yeni peşəyə uyğunlaşdırılmasına yönəldilmiş tədbirlər sistemidir. Sosial reabilitasiya – əlillərin həyat səviyyəsinin yaxşılaşdırılmasını, onlara cəmiyyətin həyatında iştirak etmək üçün digər vətəndaşlarla bərabər imkanlar yaradılmasını təmin edən tədbirlər sistemidir.
Əlillərin sosial müdafiəsi – əlillərin həyat fəaliyyətinin məhdudlaşdırılmasının aradan qaldırılmasını, kompensasiya edilməsini, cəmiyyətin həyatında onlara digər vətəndaşlarla bərabər imkanlar yaradılmasını nəzərdə tutan iqtisadi, sosial və hüquqi dövlət təminatları sistemidir.
Maddə 3. Tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik meyarlarına uyğun olaraq həyata keçirilir.
Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.
Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Maddə 3-1. Psixoloji-tibbi-pedaqoji komissiya. Uşaqlarda fiziki çatışmazlıqların, əqli və (və ya) psixi ləngimələrin diaqnostikasının aparılmasını, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul edilməsini, valideynlərinə və ya digər qanuni nümayəndələrinə müvafiq məsləhətlər verilməsini, mübahisəli məsələlərə baxılmasını müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan və daimi fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiya həyata keçirir. Sağlamlıq imkanları məhdud şəxslərin valideynlərinin və ya digər qanuni nümayəndələrinin psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən aparılan müayinədə və müayinə nəticələrinin müzakirəsində iştirak etmək hüquqları vardır.
Maddə 4. Əlilliklə bağlı tələbatın müəyyənləşdirilməsi qaydası və şərtləri tibbi-sosial ekspert komissiyasının rəyinə əsasən və əlilin peşə və məişət fəaliyyəti qabiliyyəti nəzərə alınmaqla təyin edilir. Əlilin zəruri sosial müdafiəsinin növləri və həcmləri tibbi, sosial-əmək reabilitasiyasına və uyğunlaşmasına dair fərdi proqram şəklində təqdim olunur.
Maddə 4-1. Şəxsin əlil sayılması. Şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir.
Əlilə nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir.
Maddə 5. Əlillərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi
Əlillərin sosial müdafiəsi ilə bağlı tədbirlər məcburi dövlət sosial sığorta haqları və dövlət büdcəsi vəsaiti hesabına müvafiq Dövlət Proqramına uyğun olaraq maliyyələşdirilir. Dövlət Proqramı hər il müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Maddə 6. Əlillərin sosial müdafiəsini təmin edən dövlət orqanları
Əlillərin sosial müdafiəsinin təmin olunması sahəsində dövlət idarəetməsini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Əlillərin respublika ictimai təşkilatlarının nümayəndələri müvafiq icra hakimiyyəti orqanları kollegiya üzvü olurlar. Müvafiq icra hakimiyyəti orqanları, əlillərin ictimai təşkilatları ilə birlikdə əlillər barəsində dövlət siyasətinin həyata keçirilməsinə dair uzunmüddətli və qısamüddətli proqramları işləyib hazırlayır, habelə onların yerinə yetirilməsinə nəzarət edir. Müvafiq icra hakimiyyəti orqanı və əlillərin ictimai təşkilatları əlillərin sosial müdafiə və digər problemlərinə dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verirlər. Dövlət əlillərin sosial müdafiəsi sahəsində təşkilatların xarici ölkələrlə əməkdaşlığının inkişafına kömək göstərir.
Maddə 7. Əlillərin sosial müdafiəsinə dair dövlət siyasətinin həyata keçirilməsində müəssisələrin, idarələrin və təşkilatların iştirakı. Müəssisələr, idarələr və təşkilatlar əlillərin problemlərinə dair dövlət siyasətinin həyata keçirilməsində iştirak edirlər. Əlillərin sosial təminatını yaxşılaşdırmaq məqsədilə müəssisə, idarə və təşkilatların öz vəsaiti hesabına onların həyatının sığortası və bədbəxt hadisələrdən sığortası təmin edilir.
Maddə 8. Əlillərin hüquq, azadlıq və qanuni mənafelərinin qorunması
Azərbaycan Respublikasında əlillərin hüquq, azadlıq və qanuni mənafelərinin qorunması məhkəmə qaydasında və ya qanunda müəyyənləşdirilmiş başqa qaydada dövlət tərəfindən təmin olunur. Respublika vətəndaşı onun əlil sayılıb-sayılmaması haqqında tibbi-sosial ekspert komissiyasının qərarından müvafiq icra hakimiyyəti orqanına, habelə rayon (şəhər) xalq məhkəməsinə şikayət edə bilər. Əlillərin bu Qanunla müəyyən edilmiş hüquqlarının pozulmasında təqsiri olan vəzifəli şəxslər və başqa vətəndaşlar qanunvericiliklə müəyyən edilmiş qaydada və hədlərdə maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Qanun 55 maddədən ibarətdir. 25 avqust 1992-ci il tarixdə Prezident Əbülfəz Elçibəy tərəfindən imzalanıb.
“Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf Proqramı (2005-2009-cu illər)” çərçivəsində Təhsil Nazirliyi ilə UNESCO tərəfindən 2005-ci ildən etibarən Azərbaycanda birgə inkluziv təhsil layihələri həyata keçirilməyə başlanmışdır. “İnkluziv təhsil” modeli sağlamlıq imkanları məhdud olan uşaqların təhsili ilə yanaşı, onların cəmiyyətə adaptasiyasını və hərtərəfli inkişafını da əhatə edir. Layihənin əhatə etdiyi 13 bağça və 16 ümumtəhsil məktəblərdə əlverişli təlim və inkişaf mühiti yaradılmış, təhsil müəssisələrinə zəruri avadanlıqlar, o cümlədən uşaqların problemlərinə müvafiq xüsusi vasitələr (aparatlar, cihazlar, əlil arabaları və s.) alınmışdır. UNESCO ilə Təhsil Nazirliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində müəllimlər, tərbiyəçilər və psixoloqlar üçün "İnkluziv təhsil", valideynlər üçün "İnkluziv təhsil sistemində ailə-məktəb, valideyn-müəllim münasibətləri" adlı vəsaitlər hazırlanıb paylanmışdır. Layihə çərçivəsində 12-13 iyun 2006-cı il tarixlərdə UNESCO-nun, Rusiya və Ukraynanın inkluziv təhsil üzrə ekspertlərinin iştirakı ilə "Azərbaycanda inkluziv təhsil təcrübəsi" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Sağlamlıq imkanları məhdud uşaqların təhsilalma imkanlarının yaxşılaşdırılması ilə yanaşı, onların kompyuter və ya elektron resurslarından istifadə bacarıqlarının artırılması, internetə çıxış imkanlarının yaradılması məqsədilə ilkin olaraq Səbail rayonu 219 saylı evdə məktəbin fiziki cəhətdən əlilliyi olan 7-ci sinif şagirdləri distant təhsil layihəsinə cəlb edilmişlər. Layihəyə cəlb edilmiş hər bir şagirdə “Apple” kompüteri verilərək ümumi şəbəkəyə çıxışla təmin edilmişlər. Şagirdlər xüsusi proqram təminatından və hazır proqram paketlərindən istifadə etmək imkanına malikdirlər. Təhsil Nazirliyinin məlumatına əsasən respublika üzrə inkluziv təhsilin təşkil edildiyi 16 ümumtəhsil məktəbi fəaliyyət göstərir. İnkluziv təhsilin təşkil edildiyi məktəbəqədər müəssisələrin ümumi sayı 13-dür. Respublika üzrə 7 xüsusi məktəb fəaliyyət göstərir. Respublika üzrə evdə təhsilə cəlb edilmiş uşaqların sayı 7750 nəfərdir. Respublika ərazisindəki 13 məktəbəqədər müəssisədə inkluziv təhsilə cəlb edilmiş uşaqların sayı 78 nəfər, inteqrasiyalı təhsilə cəlb olunmuş uşaqların sayı 78 nəfərdir. Loqopedik xidmətə məktəbəqədər yaşlı 609 uşaq cəlb edilmişdir. Həmçinin nitqi qüsurlu uşaqlar üçün fəaliyyət göstərən 2 internat məktəbində 555 nəfər uşaq təhsil alır. Gözdən əlil uşaqlar üçün orta ümumtəhsil internat məktəbində 281 nəfər şagird təhsil alır. Loqopedik xidmətin təşkil olunduğu məktəbəqədər müəssisələrin sayı 3, ümumi təyinatlı uşaq bağçalarında loqopedik xidmətin təşkil olunduğu qrupların sayı 16, loqopedik xidmətin təşkil olunduğu ümumtəhsil müəssisələrin sayı 4 və loqopedik xidmətin təşkil olunduğu internat məktəblərinin sayı 8-dir. Respublikada müxtəlif dərəcədə eşitmə qüsuru olan uşaqlar üçün fəaliyyət göstərən 3 internat məktəbində ümumilikdə 847 nəfər təhsil alır.
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar ifadəsi ilə əlilliyi olan uaşaqlar və ya sağlamlıq imkanları məhdud olan uşaqlar ifadələri sinonim təşkil edir. Yəni bu məhdudiyyətlərə eşitmək, görmək, danışmaq, anlamaq, öyrənmək və ya hərəkət etmək qabiliyyətini çətinləşdirən şərtlər daxildir. İnteqrasiya cəmiyyətin üzvü olmaq və ya hərəkət etmək qabiliyyətini cətinləşdirən şərtlər daxildir. İnteqrasia cəmiyyətin üzvü olmaq və ona məxsus sahələrində iştirakını təmin edən qırılmış bağlantıların bərpa edilməsi prosesidir. Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası onların ilk növbədə xüsusi reabilitasiya və təhsil müəssisələrinə cəlb edilməsindən başlayır. Tibbi və sosial reabilitasiyaya başlamaqla xüsusi qayğıya ehtiyacı olan uşaqların səhhətinin daha da pisləşməsinin qarşısını almaq olar. Eyni zamanda bu uşaqları müstəqil yaşamaq bacarıqlarına- müstəqil surətdə geyinib- soyunmaq, əl-üz yumaq, yemək və s. yiyələndirmək çox vacibdir. Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasında başlıca amillərdən biri də əlverişli infrastrukturun və əlverişli ictimai nəqliyyatın olmasıdır. Səkilərin həddən artıq hündür olmaması, orada xüsusi mayili keçidlərin olması vacibdir. Bunlarla yanaşı bu uşaqların təhsilinə xüsusi diqqət yetirmək lazımdır.
Ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan insanların sosial və ictimai həyata inteqrasiya olunması üçün dövlət və qeyri dövlət təşkilatları tərəfindən bir sıra addımlar atılır. "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili haqqında Azərbaycan Respublikasının qanunu", "Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunu" kimi qanunlarda əlillərin sosial reabilitasiyası, sosial müdafiəsi haqqında maddələr olmaqla qanunvericiliyin mövcud ümumi bazası xüsusi qayğıya ehtiyacı olan insanların soaial müdafiəsinə xidmət edir. Beynəlxalq aləmdədə əlillərə qayğı və diqqət artıb. BMT baş məclisi dekabrın 3-nü "Əlilliyi olan insanların beynəlxalq günü" kimi qeyd olunması haqqında bəyannamə qəbul qəbul etmişdir. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan insanların hüquqlarını qorumaqdır.
Əlilliyi olan şəxslər üçün fiziki və psixoloji maneələrin aradan qaldırılması, onların təhsil, əmək, səhiyyə, mədəni, o cümlədənreabilitasiay xidmətlərindən bərabər imkanlar əsasında istifadə etmələri milli və qanunvericilik aktlarının müvafiq şəkildə təmin edilməlidir.
Əlilərə - müxtəlif maneələrlə qarşılıqlı təsir zamanı onların digərləri ilə bərabər səviyyədə cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan insanlar aiddir.
"Əlil" sözü instansiyaların işlətdiyi terminologiyaya görə "yararsız" bu gün cəmiyyətimizdə sağlamlıq imkanları məhdud olan insanlara şamil olmamaqdadır.
Azərbaycan Respublikası Nazirlər Kabineti "2001-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramı"nı təsdiqləyib. Bununla bağlı qərarda deyilir ki, "Proqram"ın əsas məqsədi ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əldə olunmuş dinamik inkişafa və davamlı tərəqqiyə əsaslanaraq, əlillərin tibbi-sosial reabilitasiyasını kompleks şəkildə həll etməklə onların sosial müdafiəsinin və son nəticədə cəmiyyətə fəal inteqrasiyasının təmin olunmasıdır.
Azərbaycan Respublikası Prezidentinin 2 oktyabr 2008-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı ilin dekabr ayının 13-də qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyanın fakültativ protokoluna müvafiq bəyanatla qoşulmuşdur. Bu Konvensiyanın məqsədi bütün əlillər tərəfindən insan hüquqlqrının və əsas azadlıqlarının tam və bərabər səviyyədə həyat keçirilməsini həvəsləndirməkdən, müdafiə və təmin etməkdən, eləcə də onların ləyaqətinə hörmət edilməsini həvəsləndirməkdən ibarətdir.
Sağlamlıq imkanı məhdud olan uşaqların cəmiyyətə inteqrasiyasında fiziki tərbiyənin rolu böyükdür. Fiziki tərbiyə fənni uşaqların fiziki, mənəvi və iradi inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. Məhz sağlamlıq imkanları məhdud olan uşaqlarda fiziki tərbiyə dərsləri vasitəsilə onlarada "üzüntü (sıxıntı)", "tənhalıq və təcridolma", "qorxu tərəddüd", "inmasızlıq", "Özünə aşağı səviyyədə hörmət etmə və qiymət vermə", kimi xoşagəlməz mənfi emosiyalardan və hisslərdən azad olmasını təmin etmək olar. Fiziki tərbiyə dərslərində düzgün təşkil edilmiş oyunlar və estafetlər (oyun və estafetlər elə təşkil edilməlidir ki, burda sağlam uşaqlarla sağlamlıq imkanları məhdud olan uşaqları cansıxıcı sinif, ev şəraitini tərk etməyə, fiziki cəhətdən fəalolmağa və hər bir fiziki imkanları olan uşaqlarla müsbət ünsiyyətdə olmağa imkan yaradır. Aşağıdakıları nəzəerə almaqla sağlamlıq imkanları məhdud olan uşaqları fiziki tərbiyə dərslərinə fəal şəkildə cəlb etmək lazımdır.
|