“Marketinqdə məhsul siyasəti” fənnindən test tapşırıqları
Düzgün cavablar “A” bəndindədir
1. “Məhsul” termininin komponentlərinə aid edilir:
A) b, c və e variantları düzgündür;
B) ideya;
C) məhsulun nişanəsi;
D) a və b variantları düzgündür;
E) xidmət.
2. Satışın təmin olunmasına istiqamətləndirilmiş tədbirlər kompleksi:
A) marketinq;
B) bölüşdürmə;
C) menecment;
D) servis xidməti;
E) qablaşdırma.
3. Satışın müxtəlifliyinə aid edilir:
A) xidmət;
B) qiymət güzəştləri;
C) təbliğat;
D) satışın həvəsləndirilməsi;
E) reklam.
4. Satışın müxtəlifliyinə aid edilmir:
A) ictimai əlaqələr;
B) xidmət;
C) iş;
D) ideya;
E) məhsul.
5. Marketinq-miksin elementləri:
A) b, c və e variantları düzgündür;
B) irəlilədilmə;
C) qiymət;
D) a və c variantları düzgündür;
E) məhsul.
6. Marketinqdə istehlakçı tələbinə təsir alətlərinin toplusu:
A) variantların hamısı düzgündür;
B) marketinq-miks;
C) “4P” konsepsiyası;
D) “6 P” elementləri;
E) marketinq kompleksi.
7. “Əmtəə” termininə aid edilmir:
A) hava;
B) torpaq;
C) qum;
D) oksigen;
E) su.
8. Bazarda marketinq fəaliyyətinin özəyi kimi çıxış edir:
A) marketinq kompleksi;
B) marketinq-menecment;
C) məhsulun nişanəsi;
D) servis xidməti;
E) marketinq sistemi.
9. Satış tədbirlərinə aid edilir:
A) c və d variantları düzgündür;
B) ideya;
C) təbliğat;
D)reklam;
E) a və b variantları düzgündür.
10. Məhsulun öz təyinatına uyğun olmasının dərəcəsi sayılır:
A) zəmanət;
B) qablaşdırma;
C) servis xidməti;
D) məhsulun nişanəsi;
E) variantların hamısı düzgündür.
11. Xidmətə aid olan variantı seçin:
A) b və c variantların düzgündür;
B) məhsulun satışı ilə əlaqədar olaraq göstərilən əlavə fəaliyyət;
C)satış zamanı nəzərdə tutulan əlavə fəaliyyət;
D)istehlakçını razı salan zəmanət xidməti;
E)məhsulun istehlakçı tərəfindən qəbul edilməsi üçün süni surətdə yaradılmış üsul.
12. İstehlakçını razı salan zəmanət xidməti:
A) servis xidməti;
B)bir tərəfin digər tərəfə verdiyi fayda;
C)mövsümi stimullaşdırıcı vasitə;
D) məhsulun satışı ilə əlaqədar olan fəaliyyət;
E)qablaşdırma.
13. Məhsul kompleksinin əsas elementləri:
A) variantların hamısı düzgündür;
B)məhsul, qiymət, yer, həvəsləndirmə;
C)məhsul, qiymət, bölüşdürmə, kommunikasiya;
D)məhsul, qiymət, satış, irəlilədilmə;
E)məhsul, qiymət, satış, kommunikasiya.
14. Məhsul kompleksinin ikinci elementi:
A) qiymət;
B)dəyər;
C)satış;
D)bölüşdürmə;
E) irəlilədilmə.
15. Məhsul kompleksinin üçüncü elementi:
A) yer;
B)qiymət;
C)satış;
D) a və b variantları düzgündür;
E) a və c variantları düzgündür.
16. Məhsulun vasitəçidən son istehlakçıya doğru hərəkət etdiyi yol:
A) satış kanalı;
B)çatdırma;
C) bölüşdürmə kanalı;
D)satış prosesi;
E) c və d variantları düzgündür.
17. Satış kanallarının uzunluğunu müəyyən edən amil:
A) kanalda olan vasitəçilərin sayı;
B)müqavilənin müddəti;
C)nəqliyyatın sayı;
D)satış kanallarının buraxılış qabiliyyəti;
E)çatdırmanın üsulları.
18. Məhsulun istehsal yerindən istehlak yerinə real hərəkəti:
A) satış prosesi;
B)bölüşdürmə kanalı;
C)kanal səviyyəsinin sayı;
D)satış kanalı;
E) c və d variantları düzgündür.
19. Satış prosesində müqavilənin şərtlərinə aid edilir:
A) b, c və d variantları düzgündür;
B)uzunmüddətli müqavilə;
C) çatdırmanın üsulları;
D)birdəfəlik müqavilə;
E)a və b variantları düzgündür.
20. Satış prosesində müqavilənin şərtlərinə aid edilmir:
A) qablaşdırma;
B)çatdırma;
C) çatdırmanın üsulları;
D)göndərilən partiyanın həcmi;
E)müqavilənin müddəti.
21. Məhsulun irəlilədilməsinə aid olunmur:
A) çatdırmanın üsulları;
B)təbliğat;
C)fərdi satış;
D)reklam;
E) variantların hamısı düzgündür.
22. Marketinq nəzəriyyəsi və praktikanın bünövrəsi sayılır:
A) marketinq kompleksi;
B)məhsul kompleksi;
C) kommunikasiya kompleksi;
D)marketinq mühiti;
E) satışın həcmi.
23. Marketinq siyasətinin əsasını təşkil edir:
A) variantların hamısı düzgündür;
B)qiymət siyasəti;
C)satış siyasəti;
D)variantların hamısı səhvdir;
E)məhsul siyasəti.
24. İstehlakçı bazarında məhsulun mövqeləşdirilməsi üzrə yerinə yetirilən tədbirlər:
A) məhsulun irəlilədilməsi;
B)bazarın təhlili;
C)istehlakçıların təhlili;
D) kontragentlərin təhlili;
E)marketinq logistikası.
25. Maksimum effektiv satış şəbəkəsinin yaradılması üçün bazar potensialının, buraxılış qabiliyyətinin və kontragenlərin fəaliyyətinin təhlili:
A) vasitəçilərin təhlili;
B)rəqiblərin təhlili;
C)təchizartçıların təhlili;
D) satıcıların təhlili;
E)istehlakçıların təhlili.
26. Marketinq logistikası dedikdə başa düşülür:
A) b, c və e variantları düzgündür;
B) məhsul, xidmət, pul və informasiya axınlarının optimallaşdırılması;
C)logistik dövrənin təhlili;
D)a və c variantları düzgündür;
E)anbar ehtiyatlarının səmərəli istifadəsi.
27. Səmərəli marketinq fəalıiyyətini şərtləndirən bazar mühiti:
A) b, c və d variantları düzgündür;
B) rəqabət;
C)sərbəst bazar münasibətlərinin mövcudluğu;
D)alıcı bazarı;
E)a və c variantları düzgündür.
28. Satış qabiliyyətinin yüksəldilməsi üzrə marketinqin məqsəd və vəzifələrinin məcmusu:
A) marketinq strategiyası;
B)marketinq proqramı;
C)marketinq taktikası;
D)marketinq fəaliyyəti;
E) marketinq logistikası.
29. Cari bazar tələbi şəraitində satışın rəqabət qabiliyyətinin təmin olunmasına istiqamətlənmiş tədbirlər məcmusu:
A) marketinq taktikası;
B) marketinq strategiyası;
C) marketinq planlaşdırılması;
D) bazarın təhlili;
E) marketinqin təşkili.
30. Marketinq planlaşdırılmasının əsas prinsiplərinə aid olunmur:
A) cari planlaşdırma prinsipi;
B)differensiasiya prinsipi;
C)sürüşkən planlaşdırma prinsipi;
D)çoxvariantlılıq prinsipi;
E) a və c variantları düzgündür.
31. Eyni vaxtda müxtəlif xüsusiyyətlərə və keyfiyyətə malik məhsulların istehsalı və satışı üzrə strategiya:
A) məhsulun differensiasiyası marketinqi;
B) kütləvi marketinq;
C)məqsədli marketinq;
D)məhsulun mövqeləşdirilməsi;
E) variantların hamısı düzgündür.
32. Marketinq differensiasiyasının neçə dərəcəsi fərqləndirilir:
A) 3;
B)2;
C) 5;
D)4;
E)8.
33. ABŞ-da marketinq və reklam üzrə Milli Assosiasiyanın yaranma tarixi:
A) 1926;
B)1930;
C) 1920;
D)1916;
E) 1902.
34. Amerika Marketinq Cəmiyyətinin yaranma tarixi:
A) 1972;
B)1902;
C) 1990;
D)1978;
E)1920.
35. Müasir dövrdə marketinqin inkişaf mərhələlərinin sayı:
A) 8;
B)6;
C) 10;
D)5;
E) 7.
36. Marketinqin I inkişaf mərhələsinin əsas ideyası:
A) b və c variantları düzgündür;
B)daha əlverişli satış üsullarından istifadə olunması;
C)satış fəaliyyətinin praktikası;
D)a və b variantları düzgündür;
E)marketinq predmetinin dərk olunması.
37. Marketinq predmetinin dərk olunmasında fərqləndirilən konsepsiyalar:
A) variantların hamısı düzgündür;
B)institusional;
C) funksional;
D)variantların hamısı səhvdir;
E)bölüşdürmə.
38. Marketinqin I inkişaf mərhələsinin formalaşma tarixi:
A) 1920-1930-cu illər;
B)1940-1950-ci illər;
C) 1925-1945-ci illər;
D)1920-1950-ci illər;
E)1902-1910-cu illər.
39. Marketinqdə bölüşdürmə konsepsiyasının əsas ideyası:
A) satışın effektivliyi bazarda məhsulun optimal bölüşdürülməsindən asılıdır;
B)satışın effektivliyi marketinq nəzəriyyəsindən asılıdır;
C)satışın effektivliyi istehlakçıların aşkarlanmasından asılıdır;
D) satışın effektivliyi marketinq strategiyasından asılıdır;
E) a və d variantları düzgündür.
40. Marketinqdə institusional konsepsiyanın əsas ideyası:
A) marketinqin effektivliyi istehlakçı ehtiyaclarının aşkarlanmasından asılıdır;
B)satış fəaliyyətinin praktikası;
C)satışın effektivliyi bazarda məhsulun optimal bölüşdürülməsindən asılıdır;
D)marketinq predmetinin dərk olunması;
E) variantların hamısı səhvdir.
41. Marketinqin effektivliyinin funksional konsepsiyası marketinqin inkişaf istiqamətinin ........ aid edilir:
A) II mərhələsinə;
B)I mərhələsinə;
C)III mərhələsinə;
D)IV mərhələsinə;
E) V mərhələsinə.
42. Marketinqin III inkişaf mərhələsinin yaranma tarixi:
A) 1950-ci illər;
B)1902-1930-cu illər;
C)1920-1940-cı illər;
D)1940-1950-ci illər;
E) 1902-1920-ci illər.
43. Hansı mərhələdə praktiki marketinq bazar fəaliyyətinin bütün sferalarına aid edilir:
A) III;
B)II;
C)IV;
D) VII;
E)I.
44. İdarəetmə marketinqi nəzəriyyəsinin baza əsasları işlənib hazırlanmışdır:
A) IV mərhələdə;
B)I mərhələdə;
C)VI mərhələdə;
D)VIII mərhələdə;
E) III mərhələdə.
45. Müasir dövrdə də iri korporasiyaların marketinq fəliyyətində istifadə edilir:
A) marketinqin funksional konsepsiyası;
B)marketinqin bölüşdürümə konsepsiyası;
C)marketinqin institusional konsepsiyası;
D)b və c variantları düzgündür;
E) variantların hamısı səhvdir.
46. Bütün istehlakçılar üçün eyni məhsulun təklifi:
A) kütləvi marketinq;
B)məqsədli marketinq;
C) fərqləndirilməmiş marketinq;
D)məhsul differensiasiyası marketinqi;
E) a və b variantları düzgündür.
47. Nəzərdə tutulmuş seqmentlərin seçilməsi:
A) bazarın məqsədli seqmentlərinin seçilməsi;
B)məhsulun mövqeləşdirilməsi;
C)bazarın seqmentləşdirilməsi;
D)a və b variantları düzgündür;
E)a və c variantları düzgündür.
48. Bazar konyukturasının dəyişməsindən asılı olaraq plan üzrə göstəricilərin təhsis edilməsi:
A) sürüşkən planlaşdırma prinsipi;
B)strateji planlaşdırma prinsipi;
C) çoxvariantlılıq prinsipi;
D) qeyri-sabit planlaşdırma prinsipi;
E) differensiasiya prinsipi.
49. Marketinqdə zəmanətin mahiyyəti:
A) məhsulun öz təyinatına uyğun olma dərəcəsi;
B)satış zamanı nəzərdə tutulmayan əlavə fəaliyyət;
C)bir tərəfin digər tərəfə verdiyi fayda;
D)istehlakçını razı salan zəmanət xidməti;
E) alıcı və satıcı arasında birbaşa ünsiyyət.
50. Firmanın imicinin yüksəlməsinə xidmət edir:
A) təbliğat;
B)reklam;
C)satış prosesi;
D)satışın həvəsləndirilməsi;
E)fərdi satış.
51. Bazarın tələblərinə firmanın marketinq fəaliyyətinin adaptasiyasını təmin edən tədbirlər kompleksi:
A) daxili marketinq;
B)kütləvi marketinq;
C) məqsədli marketinq;
D) bazarın təhlili;
E) satış siyasəti.
52. İdarəetmə marketinqi üzrə nəzəriyyə və praktikasının inkişaf dövrü kimi tanınan inkişaf mərhələsi:
A) V;
B)III;
C)VI;
D)I;
E)VIII.
53. Marketinqin hansı inkişaf mərhələsində “4P” elementlərinin sayı alteya qədər (6P) genişlənir:
A) VII;
B)VIII;
C)V;
D)IV;
E)II.
54. Marketinqin inkişaf istiqamətlərinin sayı:
A) 3;
B)2;
C)5;
D)6;
E) 7.
55. Məhsulda yeniliklərin forması:
A) variantların hamısı düzgündür;
B)bazar üçün yeni məhsul;
C)alıcılar üçün yeni məhsul;
D)satıcı üçün yeni məhsul;
E) b və c variantları düzgündür.
56. Kitab mağazasında uşaq oyuncaqlarının satılması:
A) bazar üçün yeni məhsul;
B)alıcılar üçün yeni məhsul;
C)satıcı üçün yeni məhsul;
D)a və b variantları düzgündür;
E) b və c variantları düzgündür.
57. Məhsuldakı yeniliyin əsas kriteriyası:
A) b və c variantları düzgündür;
B)bir məhsulun digər analoji məhsuldan fərqlənməsi;
C)məhsuldakı fərqə görə alıcının üstünlük verməsi;
D)a və b variantları düzgündür;
E)məhsuldakı texnoloji dəyişikliklər.
58. Marketinqdə “yeni məhsul” üçün əlamət sayılmır:
A) məhsuldakı texoloji dəyişikliklər;
B)adi məqsədli auditoriyaya ünvanlanması;
C)tamamilə yeni keyfiyyətlə alıcı şüurunda mövqeləşməsi;
D)alıcılar üçün əhəmiyyət kəsb etməsi;
E)qablaşdırmadakı ciddi dəyişikliklər.
59. Yeni məhsulun bazara çıxarılmasını şərtləndirir:
A) variantların hamısı düzgündür;
B)kommersiya risklərinin məhsulların daha geniş spekterində bölüşdürülməsi;
C)personalın imkanlarından və istehsal güclərindən səmərəli istifadə edilməsi;
D)rəqabət nəticəsində məhsulun köhnəlməsi;
E) a və b variantları düzgündür.
60. Marketinqin nəzəriyyə və praktikasında məhsul siyasətinin fərqləndirilən istiqamətləri:
A) b, c və d variantları düzgündür;
B)nadir ticarət təklifinin yaradılması;
C)məhsulun fərqləndirilməsi;
D)məhsulun rəqabətqabiliyyətinin təmin edilməsi;
E) a və c variantları düzgündür.
61. Rəqabətqabiliyyətinin təmin olunmasını şərtləndirən amillərə aid edilmir:
A) ilkin ticarət təklifinin yaradılması;
B)məhsulun bazar reallığının tələblərinə müvafiq olması;
C)öz keyfiyyəti ilə istehlakçıların konkret tələblərinə cavab verməsi;
D)texniki, istismar və estetik xarakteristikalarının standartlara uyğun olması;
E) iqtisadi və kommersiya xarakteristikalarının standartlara uyğun olması.
62. Mövcud bazarda satış imkanlarını təmin edən, texniki, iqtisadi, kommersiya və s. xarakteristikaları üzrə məqsədli istehlakçı qruplarının tələbatlarına uyğunluq dərəcəsi:
A) məhsulun rəqabətqabiliyyəti;
B)məhsulun bölüşdürülməsi;
C)məhsulun nomenklaturası;
D)məhsulun nişanəsi;
E)məhsulun keyfiyyəti.
63. Məhsulun rəqabətqabiliyyətini müəyyən edən əsas amillər:
A) b, c və d variantları düzgündür;
B)servis;
C) istehlak qiyməti;
D)keyfiyyət;
E) a və b variantları düzgündür.
64. “Məhsulun bazardakı uğurunun şərti onun təkrar olunmazlığıdır” ideyası belə adlanır:
A) unikal ticarət təklifi;
B)müasir ticarət təklifi;
C)uğurlu ticarət təklifi;
D)yeganə ticarət təklifi;
E) müstəsna ticarət təklifi.
65. Rəqiblərin məhsullarından müəssisənin məhsulunu fərqləndirən əlamətlərin işlənib-hazırlanması prosesi:
A) differensiallaşdırma;
B)mövqeləşdirmə;
C)unikal ticarət təklifi;
D)a və b variantları düzgündür;
E) b və c variantları düzgündür.
66. “Unikal ticarət təklifi” anlayışının mahiyyəti:
A)məhsulun bazardakı uğurunun səbəbi onun təkrarolunmazlığıdır;
B)məhsulun bazardakı uğurunun səbəbi onun qiymətidir;
C)məhsulun fərqləndirilən əlamətlərinin işlənib hazırlanması;
D)a və b variantları düzgündür;
E) b və c variantları düzgündür.
67. “Unikal ticarət təklifi” anlayışını şərh etdi:
A) Rossep Rivz;
B)Filip Kotler;
C)Qari Armstronq;
D)Adam Smit;
E) variantların hamısı səhvdir.
68. Məhsul siyasətində differensiallaşdırılmanın fərqləndirilən istiqamətlərin sayı:
A) 5;
B)7;
C)8;
D)6;
E) 4.
69. Məhsul siyasətində differensiallaşdırılmanın istiqamətlərinə aid edilmir:
A) satış həcmi üzrə;
B)xidmət üzrə;
C)personal üzrə;
D)məhsul üzrə;
E) imicə görə.
70. Məhsul siyasətində differensiallaşdırılmanın istiqamətləri:
A) variantların hamısı düzgündür;
B)personal üzrə;
C)imicə görə;
D)bölüşdürmə kanalları üzrə;
E) b və c variantları düzgündür.
71. Məhsulun rəqabətqabiliyyətinin qiymətləndirilməsində məqsəd:
A) b, c və e variantları düzgündür;
B)konkret bazarda məhsulun realizə olunması üzrə perspektivin təhlil edilməsi;
C)rəqabətqabiliyyətli məhsulun yaradılması üzrə tədbirlərin işlənib hazırlanması;
D)a və c variantları düzgündür;
E) analoji məhsullar sırasında firmanın məhsul üzrə vəziyyətinin müəyən edilməsi.
72. Rəqabətqabiliyyətinin səviyyəsini xarakterizə edən parametrlərə aid olunur:
A) b, c və d variantları düzgündür;
B)texniki;
C)iqtisadi;
D)normativ;
E)b və c variantları düzgündür.
73. Erqonomik parametrlərin aid edildiyi qrup:
A) texniki;
B)iqtisadi;
C)normativ;
D)istismar;
E) kommersiya.
74. Məmulatın texniki xarakteristikasına aid edilir:
A) b, c və d variantları düzgündür;
B) estetik parametrləri;
C) istehlak parametrləri;
D)təyinat parametrləri;
E)a və c variantları düzgündür.
75. Məhsulların və yerinə yetiriləcək funksiyaların tətbiqi sahələrini xarakterizə edir:
A) təyinat parametrləri;
B)erqonomik parametrlər;
C)estetik parametrlər;
D)iqtisadi parametrlər;
E) kəmiyyət parametrləri.
76. İstehlak prosesində məmulatlar üstünlük qazandırır:
A) kəmiyyət parametrləri;
B)erqonomik parametrlər;
C)estetik parametrlər;
D)təyinat parametrləri;
E) a və d variantları düzgündür.
77. İstehlakçı üçün xarici cəlbedici formaların fərqlərini xarakterizə edir:
A) estetik parametrləri;
B)təyinat parametrləri;
C) normativ parametrlər;
D)texniki parametrlər;
E) erqonomik parametrlər.
78. Məhsulların və yerinə yetiriləcək funksiyaların tətbiqi sahələrini xarakterizə edən parametrlər:
A) təyinat;
B)estetik;
C)erqonomik;
D)a və c variantları düzgündür;
E) b və c variantları düzgündür.
79. İstehlak prosesində məmulatların insan orqanizminin xüsusiyyətlərinə uyğunluq dərəcəsini müəyyən edir:
A) erqonomik parametrləri;
B) estetik parametrləri;
C) təyinat parametrləri;
D)a və b variantları düzgündür;
E) a və c variantları düzgündür.
80. Mülayim parametrlərə aid olunmur:
A) hiss;
B)dad;
C)qoxu;
D)zəng;
E) b və c variantları düzgündür.
81. Ən bahalı satış növü:
A) fərdi satış;
B)telemarketinq;
C)elektron ticarət;
D)variantların hamısı düzgündür;
E) variantların hamısı səhvdir.
82. İdxalçı ölkədə müəyyən məhsul kateqoriyalarında məhsulun həcminə qoyulan məhdudiyyət:
A) kvota;
B) embarqo;
C) mübadiləyə nəzarət;
D) merkantilizm;
E) environmentalizm.
83. İdxal olunan məhsulların bəzi növünə qoyulan tam qadağa:
A) embarqo;
B) kvota;
C) mübadiləyə nəzarət;
D) məhdudiyyət;
E) qadağa.
84. Müəyyən ölçü vahidləri yoxdur:
A) mülayim parametrlərin;
B) normativ parametrlərin;
C) texniki parametrlərin;
D) sərt parametrlərin;
E) iqtisadi parametrlərin.
85. Hansı halda məmulat rəqabətqabiliyyətli sayılır:
A) b və d variantları düzgündür;
B) inteqral göstəricisinin qiyməti vahiddən böyük olduqda;
C) inteqral göstəricisinin qiyməti vahiddən kiçik olduqda;
D) inteqral göstəricisinin qiyməti vahidə bərabər olduqda;
E) b və c variantları düzgündür.
86. Müvafiq özgü vahidinin köməyi ilə qiymətləndirilməsi mümkün olur:
A) sərt parametrlər;
B) texniki parametrləri;
C) iqtisadi parametrləri;
D) a və c variantları düzgündür;
E) mülayim parametrləri.
87. Məmulatın texniki xarakteristikasına aiddir:
A) variantların hamısı düzgündür;
B) təyinat parametrləri;
C) estetik parametrləri;
D) sərt parametrlər;
E) erqonomik parametrlər.
88. Məhsulun rəqabətqabiliyyətinin ən geniş yayılmış metodu:
A) inteqral göstəricisinin hesablanması;
B) müəssisə və ya onun məhsulu haqqında istehlakçılarda fikrin formalaşdırılması;
C) müvafiq ölçü vahidinin köməyi ilə qiymətləndirmə;
D) ekspert qiymətləndirilməsi;
E) variantların hamısı düzgündür.
89. Rəng, dad və qoxu aid edilir:
A) c və e variantları düzgündür;
B) iqtisadi göstəricilərə;
C)estetik göstəricilərə;
D)erqonomik göstəricilərə;
E) a və b variantları düzgündür.
90. İqtisadi parametrlər özündə cəmləyir:
A) istehlak qiymətlərini;
B) istehsal qiymətlərini;
C) ilkin qiymətlərini;
D)istismar qiymətlərini;
E) satış qiymətlərini.
91. Ekspert qiymətləndirilməsi metodu ilə həyata keçirilir:
A) göstəricilər üzrə əhəmiyyətliliyin hesablanması;
B)etalon üzrə i parametrinin miqdarının müəyyən olunması;
C)i parametri üzrə fərdi texniki göstəricilərin hesablanması;
D)müəssisənin məhsul üzrə vəziyyətinin müəyyən olunması;
E) konkret bazarda məhsulun realizə olunması üzrə perspektivlərin hazırlanması.
92. Məhsul siyasətində differensiallaşdırmanın istiqamətlərinə aid olmayan variantı seçin:
A) qiymət üzrə;
B)personal üzrə;
C)xidmət üzrə;
D)bölüşdürmə kanalları üzrə;
E) imicə görə.
93. Məhsul siyasətində differensiallaşdırmanın istiqamətlərinə aid olan variantı seçin:
A) vasitəçilər üzrə;
B)reklam üzrə;
C)qiymət üzrə;
D)fərdi satış üzrə;
E) a və b variantları düzgündür.
94. Məhsul siyasətində differensiallaşdırmanın istiqamətlərinə aid olan variantı seçin:
A) topdan ticarətçilər üzrə;
B)fərdi satış üzrə;
C)stimullaşdırma üzrə;
D)ictimai əlaqələr üzrə;
E) a və d variantları düzgündür.
95. Rosser Rivzin “UTT” anlayışını şərh edin:
A) Unikal Ticarət Təklifi;
B)Ümumdünya Ticarət Tədqiqatları;
C)a və b variantları doğru deyil;
D)Ümumdünya Ticarət Təşkilatı;
E) variantları hamısı səhvdir.
96. Məhsulun qiymətləndirilməsi metodlarına aid olmayan variantı seçin:
A) hədəf seçilmiş qruplar arasında sorğu;
B)inteqral göstəricisinin hesablanması;
C)ekspert qiymətləndirilməsi;
D) a və b variantları düzgündür;
E) b və c variantları düzgündür.
97. Marketinqdə tədqiqat alətləri:
A) b və e variantları düzgündür;
B)texniki qurğular;
C)fərdi müşahidələr;
D)a və c variantları düzgündür;
E)anket.
98. Marketinqdə tədqiqat alətlərinə aid olunmur:
A) eksperimental tədqiqat;
B)texniki qurğular;
C)anket;
D)a və b variantları düzgündür;
E) texniki qurğular, anket.
Dostları ilə paylaş: |