Yük tarifləri və onların quruluşu Tariflər haqqında ümumi məlumatlar



Yüklə 65,04 Kb.
tarix01.01.2022
ölçüsü65,04 Kb.
#104177

Mövzu-1

Yük tarifləri və onların quruluşu

1. Tariflər haqqında ümumi məlumatlar

2. Tariflərin xalq təsərrüfatında əhəmiyyəti

3. Yük tariflərinin növləri

4. Beynəlxalq yük daşımaları üzrə tarif siyasəti

1. Dəmiryol nəqliyyatında yükləri və sərnişinləri daşımaq üçün alınan haqqa və rüsuma, bu haqq və rüsumların hesablanmasına tarif deyilir. Tariflər daşınmanın plan qiymətidir.

Tarifin ən mühüm vəzifəsi nəqliyyat vasitələrindən səmərəli və sərfəli istifadə edilməsini və daşınma xərjlərinin azaldılmasını geniş surətdə tətbiq etməkdən ibarətdir.

Dəmir yolları vasitəsi ilə daşınan yüklərin daşınma haqqının miqdarı, habelə dəmir yolları Nizamnaməsindən irəli gələn mükafat və jərimələrin miqdarı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunur.

2. Daşınmalar üzrə hesablanıb alınan yol haqqına və onların hesablanması üsuluna dəmiryol tarifləri deyilir. Dəmiryol tarifləri aşağıdakıları təmin etməlidir:

- dəmir yolunun daşımalara çəkdiyi xərjləri ödəməli;

- yeni dəmir yollarının tikilməsini, yenidənqurma (rekonstruksiya) işlərinin aparılması və yeni hərəkət tərkiblərinin alınması üçün plan üzrə əsaslı vəsaitlərin toplanmasini;

- Nəqliyyat nazirliyi aparatının və Dəmir yolu idarəsi aparan işçilərinin saxlanmasını,

kadrların hazırlanması və müalijə-tibbi profilaktika işçilərinin maliyyələşdirilməsini təmin etməlidir.

Tarifləri artırıb azaltmaqda dövlət müəyyən daşımaları tənzimləyir və daşımaları səmərəli surətdə müxtəlif nəqliyyat növləri arasında bölüşdürür.

Yük tariflərinin ölkədə istehsal bazalarının inkişafına bölük təsir göstərir. Tariflər əsasında texniki tərəqqi təmin edilir, yük göndərənlər və sərnişinlər dəmiryol nəqliyyatına cəlb edilir.

Tariflərin xalq təsərrüfatında çox böyük əhəmiyyəti var. Çünki tarif əsasında kənd təsərrüfatı və sənaye məhsullarına qiymət qoyulur, nəqliyyat vasitələrinin həcmi və saxlanması formaları müəyyən edilir. Nəqliyyat müəssisələrinin rentabelliklə işləməsi üçün tarif böyük rol oynayır. Tarif elə qurulmalıdır ki, dəmir yolu gəlirlə işləsin. Tariflərə əsasən daşıma haqqı daşıma planının yerinə yetirlməsi, dəmir yolunun rentabelliklə işi müəyyən olunur. Bütün dəmiryol şəbəkəsi üçün tarif vahiddir.

Tariflər yüklərin qruplarına, daşınma məsafələrina, vaqonların texniki yükləmə normalarına əsasən hazırlanmşdır. Yüklərin daşınması xərji onların daşınması məsafəsindən, vaqonların yük götürmə qabiliyyətindən istifadə edilmə dərəjasini nəzərə alaraq hesablayırlar. Dəmir yol nəqliyyat minlərlə nomenklaturada olan yük daşıyır. Onların hər biri ən müxtəlif xüsusiyyətlərə malikdir. Bu yüklər bir-birinə yaxın olan yüklər qruplaşdırılır.

3. Yük daşımaları tarifləri ümumi, xüsusi və yerli tariflərə bölünür.

Ümiumi tariflər bütün MDB dəmiryol şəbəkəsində xüsusi və yerli tarif tətbiq edilməyən yüklər üçün tətbiq edilir. Ümumi tariflər əsas tarif növüdür.

Xüsusi tariflər bir və ya bir neçə növ yüklərin müəyyən məsafədə və yaxud müəyyən

məntəqələr arasında, habelə ilin müəyyən mövsüm üçün tətbiq edilir. Xüsusi tariflər endirilmiş (həvəsləndirici) və qaldırılmış qadağanedici) olur və əsas tarifə müəyyən faiz güzəştli və yaxud artırılmış formada olur.

Yerli tariflər ümumi dəmir yolu şəbəkəsinə qoşulmayan sahələrdə, dəmir yoluna aid olan və stansiya yollarına çıxmayan dalan yollarında; dəmir yol stansiyaları arasında olan çaylardan keçən gəmi-bərələdlə olan daşımalarda: sabit boş vaqon və konteyner axını olan istiqamətlərdə tətbiq edilir.

Bütün yük tarifləri göndərmənin növündən və daşınmanın xarakterindən asılı olaraq vaqon göndərməsi, xırda göndərmə və konteyner daşınmaları növlərinə bölünür.

Vaqon göndərməsi tarifi, vaqon göndərməsi ilə daşınan bütün yüklərə tətbiq edilir.

4. ADY QSC-nin Tarif Siyasəti MDB ölkələrinin dəmiryol administrasiyalarının

17.02.93-cü ildə qəbul etdikləri Tarif Razılaşmasına əsasən hər il keçirilən Tarif Konfranslarında qəbul edilən, MDB üzvü olan ölkələrin Damir Yollarının Beynəlxalq daşımalar üzrə Tarif Sivasətinin əsasında hazırlanır və ADY QSC-nin Sədri tərəfindən təsdiq edilir.

Beynəlxalq daşımalara aiddir:

a) Üçüncü ölkələrdən üçüncü ölkələrə daşınan və MDB ölkələrindən keçən tranzit yüklər;

Üçüncü ölkələrə Tarif Razılaşması iştirakçısı olmayan ölkələr aid edilir.

b) Dəmir yolları tarif razılaşmasının iştirakçıları olan dövlətlərdən üçünjü ölkələrə və üçüncü ölkələrdən həmin dövlətlərə daşınan yüklər;

v) Tarif razılaşması iştirakçısı olan dövlətlərin dəmir yollarının stansiyaları arasında daşınan yüklər.

Daşınma haqları hesablanarkən aşağıdakılar əsas götürülür:

- daşınmanın növü;

- yükün adı;

- tarif məsafəsi;

- göndərmənin növü;

- vaqon ve konteynerlərin tipi;

- göndərmənin çəkisi;

- konteynerlərin kateqoriyası;

- vaqon və konteynerlərin mənsubiyyəti;

- ADY QSC -də nəzərə alınan digər şərtlər.

Beynəlxalq tariflərdə əlavə rüsumlar da nəzərə alınıb. Məsələn, sərhəd stansiyalarında yükün başqa vaqona yüklənməsi; vaqonun təkər arabacıqlarının dəyişdirilməsi, yükün qiymətinin təyin edilmesi, gömrük əməliyyatları, izotermik vaqonlarda daşınması və s.

Daşıma haqqı göndərici ölkədə göndəricidən, təyinat ölkəsində isə alıcıdan alınır. Tranzit ölkələrdə isə daşıma haqqı həm göndəricidən, həm də alıcıdan alına bilər.

Mövzu-2

Açıq hərəkət tərkiblərində daşınan yüklərin xassələri

1. Açıq hərəkət tərkiblərində daşınan yüklərin xüsusiyyətləri

2. Hərəkət zamanı yükə təsir edən qüvvələr

1. Açıq hərəkət tərkiblərinda atmosfer təsirindən qorxmayan, ölçülərinə görə örtülü vaqonlarda yerləşdirilməsi mümkün olmayan yüklər daşınır. Bu yüklərə kütləvi daşınan qalama yüklər (daş kömür, filiz, meşə materialları,tikinti-inşaat materialları və s.), eləcədə uzun ölçülü nəhəng və ağır çəkili yüklər (avtomobil, traktor və digər kənd təsərrüfan maşınları, müxtəlif təyinatlı dəzgahlar relslər, borular və s.) aiddir.

Bəzi hallarda örtülü vaqonlar çalışmasa onda yük göndərənin xahişinə əsasən başqa yükləri də açıq hərəkət tərkibində daşımaq olar. Bu halda qaimədə yük göndərənin ərizəsi və göndəricinin qeydi olan qrafada «Açıq hərəkət tərkibində daşınmaya razılıq barədə gqeyd» aparılmalıdır.

Açıq hərəkət tərkiblərində daşınan yüklər vaqonda yerləşməsi və bərkidilməsi xüsusiyyətlərinə görə aşağıdakı qruplara bölünürlər:

1) Qalaq vurulub daşınan və parça yüklər. Daş kömür, filiz, şeben, qum, torf və s. Bu yüklər vaqonda qalaq vurlaraq və tökülərək daşınır, onlar vaqonda bərkidilmir.Sadəcə olaraq vaqonun divarları və döşəməsi bu yükləri dağılmaqdan qoruyur.

2) Ədədi yüklər. Bu yüklər hərəkət tərkibində daşınan zaman onların müxtəlif vasitələrlə bərkidilməsi lazımdır.

3) Ştabelə yığılmaqla daşınan yüklər. Belə yüklər açıq hərəkət tərkiblərində ust-üstə bir neçə cərgə yığılıb yanlardan dayaqlar vasitəsi ilə möhkəm bərkidilir.

Yüklərin açıq hərəkət tərkiblərində daşınmasının örtülü vaqonda daşınmasının bir sıra üstünlükləri var:

1. Yükləmə-boşaltma əməliyyatlarında mexanizmlər və başqa vasitələrdən geniş istifadə etmək mümkün olur. Bunun nəticəsində isə yükləmə-boşaltma əməliyyatları sürətlənir və vaqonların bu əməliyyatlar altında səmərəsiz dayanma vaxtı azalır.

2. Açıq hərəkət tərkiblərində uzun ölçülü nəhəng və ağır çəkili yükləri daşımaq mümkün olur.

3. Yüklərin qəbulu və təhvili əməliyyatları sadələşdirilir.

Bununla yanaşı bəzi bəzi yükləri yarumvaqonlarda və platforma vagonlarda yan bolllardan yuxarı çıxarsa onların xüsusi olaraq bərkidilməsi tələb olunur.

Mövzu-3


Metal və metal konstruksiyaların daşınması.

1. Metalın saxlanma şəraiti.

2. Metalın daşınması və bağlanması xüsusiyyətləri.

3. Metal məmulatlarının hərəkət tərkibində (vaqonlarda) yerləşdirilməsi və bərkidilməsi.

1. Metalın saxlanma şəraiti. Metal və onun məmulatları qara (çuqun, prokat, boru, relslər və s.) və əlvan metallara bölünür. Onları sortundan, markasından, ölçüsündən və profilindən asılı olaraq açıq meydança və ya örtülü anbarlarda saxlayırlar.

Açıq meydança və platformalarda böyük ölçülü qara metal prokatlarından olan tir və şveller, sortluq qalın təbəqəli polad lövhələr, rels, böyük diametrli borular, çuqun borular, çuqun və tərkibində ferroərintilər olan digər məmulatlar saxlanılır. Çardaq altında sortluq polad konstruksiyaları, nazik təbəqəli polad lövhələri, kiçik diametrli borular, polad kanat (buraz), polad məftil və digər metal məmulatlar saxlanır.

Örtülü anbarlarda paslanmayan polad xəlitələr, polad alətlər, qiymətli poladlar, taxtapuş (dam) örtüyü üçün polad, ağ dəmir, sinklənmiş polad, qiymətli ferroərintilər, əlvan metalların bütün ərintiləri və xammalı saxlanır. Metal məmulatlar dəmiryol anbarlarında salanan zaman korroziyadan qorunmalı, onun keyfiyyəti və miqdarı qorunub saxlanmalıdır.

Açıq meydança və anbarlarda körpülü və ayaqlı kranlarla yükləmə işləri aparılır. Bəzi hallarda qülləli kranlardan da istifadə edilir.

Yük həyətlərində 10 tonluq ayaqlı kranlardan və dəmir yolunda hərəkət edən 16 tonluq qülləli dizel kranlardan istifadə edilir.

Dəmir külçələri və dəmir qırıntıları yükləmək üçün elektromaqnitlər, maqnit təsir etməyən külçələri yükləmək üçün isə kəlbətin şəkilli avtomatik tutujudan və ya vakuum tutucudan istifadə edilir.

2. Metalın daşınması və bağlanması xüsusiyyətləri. Qara metalların daşınması üçün əsasən açıq hərəkət tərkiblərindən istifadə edilir. Əlvan metallar isə örtülü vaqon və ya konteynerlərdə daşınır.

Metallar və metal məmulatları həm qablaşdırılmış vəziyyətdə, həm də açıq halda daşına bilər.

Qablaşdırılmadan açıq vəziyyətdə külçələr, tədarük edilmiş metal tullantıları, polad qəliblər, polad rulonlar, relslər və digər iri ölçülü metallar daşınır. Qablaşdırılaraq və paket halında bağlanaraq daşınan metal məmulatlarına nümunə olaraq profili 180 mm olan sortluq prokat, 160 mm-ə qədər diametri olan borular, 10 mm qalınlığında polad təbəqələr və kiçik ölçülü əlvan metal məmulatları daşınır.

Metalların daşınması üsulları Dövlət standartlarında və Yük Daşımaları Qaydalarında (YDQ) təyin edilmişdir. 6 m-rə qədər uzunluqda olan paçkalar ən azı iki yerdən metal lent yaxud məftillə bağlanmalıdır.

3. Metal məmulatlarının hərəkət tərkbində (vaqonlurda) yerləşdirilməsi və bərkidilməsi.

Yükləmənin texniki şərtlərində açıq hərəkət tərkiblərində müxtəlif metal məmulatların yerləşdirilməsi və bərkidilməsi üsulları göstərilmişdir. Metal vaqonda eninə qoyulmuş, qalınlığı 40-100 mm olan taxta altlıqların üstünə yığılır.

Mövzu-4

Təkərli və tırtıllı maşınların daşınması.

1. Avtomobil, traktor və digər kənd təsərrüfatı maşınlarının daşınma şərtləri

2. Təkərli maşınların vaqonda yerləşdirilməsi və bərkidilməsi.

3. Tırtıllı maşınların vaqonda yerləşdirilməsi və bərkidilməsi.

1. Avtomobil, traktor və digər kənd təsərrüfatı maşınlarının daşınma şərtləri. Yük daşınmalari qaydalarında maşınların qorunması, onların zədələnməsi və ehtiyat hissələrinin yolda oğurlanmasının qarşısının alınması üçün tədbirlər təyin edilib. Yük göndəricisi maşından tez çıxarıla bilən və tez sınan bütün hissələri çıxarıb yeşikdə yığmalıdır.

Ehtiyat hissələr, alətlər və maşından çıxarılmış hissələr möhkəm yeşiyə yığılır və həmin yeşik metal lentlə sıx bağlanır. Hər bir yeşiyə yığılan əşyaların siyahısı qoyulur. Ehtiyat hissələr və alətləri maşının kabinəsinə də yığmaq olar. Bu halda kabinənin qapıları açarla bağlanır, qapılara və motorun kapotuna plomb qoyulur. Əşyaların siyahısı da ora qoyulur. Yüklənmə məntəqələrində ən azı ayda 2 dəfə ehtiyat hissələrin və siyahılarının nəzarət yoxlanışı keçirilir.

Daşınmaya verilmiş avtomobil, traktor və digər kənd təsərrüfatı maşınlarından yük göndərijisi soyutma sisteminin suyunu, bak və karbüratorundan yanajağını boşaltmalı, akkumlyatorun «massa» qütbünü korpusundan açmalıdır. Maşınlar öz hərəkətləri ilə yüklənib boşalarsa, bakda minimum yanacaq olmalıdır.

Maşınlar daşınmaya xarijdən baxılaraq və plombları yoxlanaraq qəbul olunur və həmin qayda ilə alıcıya təhvil verilir.

2. Təkərli maşınların vaqonda yerləşdirilməsi və bərkidilməsi. Yükləmənin texniki şərtlərində tormozla təchiz edilmiş 24 tona qədər ağırlığında və tormozu işləməyən 7 tona ağırlıqda təkərli maşınların vaqonda yerləşdirilməsi və berkidilməsi üsulları təyin edilib. Əgər maşın polad təkərlidirsə müvafiq olaraq onların çəkisi 15 va 5 tona qədər azaldılır. Vaqonun ümumi yüklənməsi 40 tona qədər olarsa maşının ağırlıq mərkəzi

vaqonun döşəməsindən 1,7 m - ə qədər, 40 tondan çox olarsa ağırlıq mərkəzi 1,5 m - ə qədər hündürlükdə olmalıdır. Maşının küləkdöyən sahəsi hər 1 ton çəkisinə 3m -dan çox olmamalıdır. Maşınlar tək platforma və yarımvaqona horizontal və maili vəziyyatdə, 2 və daha çox qoşulmuş platforma və yarımvaqonla horizontal və maili vaziyyətdə yığılır. Bütün maşınları məftil ilə vaqona bağlayırlar. Onların təkərləri altına

hər iki tərəfdən paz qoyulur. Qabaq və arxa təkərlərin pazlarının qarşısına taxta tir mismarla vurulur. Əgər maşının çokisi 12 tona qədərdirsə bu tir 200 mm-lik 4 mismar, 12 tondan çoxdursa həmin ölçüdə 8 mismar vurulur. Platformaya horizontal yüklenmiş hər bir maşını 6 mm diametrli məftillə 2-si qabağa, 2-si arxaya olmaqla 4 yerdən bağlayırlar. Minik maşınlarını daşımaq üçün xüsusi 2 martabali platforma vaqonlar hazırlanıb.

3. Tırtıllı maşınların vaqonda yerləşdirilməsi və bərkidilmasi. Yükləmənin texniki şərtlərində 25 tona qədər ağırlıqda (ekskavatordan başqa) tırtıllı maşınların yüklanməsi qaydaları təyin edilib. Bu maşınların ağırlıq mərkəzi hgm (hq) vaqonun mərkəzindən 1,5 m-dən hündür olmamalıdır. Tırtıllı maşını vaqonun döşəməsinə uzununa və eninə yığılır. Maşının tırtılının altına paz qoyulur. Həmin pazların qarşısına 6 mm diametrli mismarla tir vurulur və hər maşın 4 yerdən məftil ilə vaqona bağlanır .

Mövzu-5


Taxıl yüklərinin daşınma şərtləri və onların saxlanmasının təşkili

1. Taxıl yüklərinin keyfiyyət xarakteristikasi.

2. Taxıl yüklərini saxlamaq üçün anbarlar.

3. Hərəkət tərkiblərinin taxıl yükləri üçün hazırlanması.

1. Taxıl yüklərinin keyfiyyət xarakteristikası. Taxıl yüklərinə dənli bitkilər, paxlalı bitkilər və onlardan hazırlanmış məhsullar aiddir. Yağlı bitkilərin toxumları da taxıl yükləri kimi daşınır. Dənli bitkilərdə həmişə biokimyəvi proseslər baş verir. Yüksək rütubətli və zibilli şəraitdə, ventilyasiya olmayan yerlərdə taxıl yükləri çox bərk qıza bilər, hətta öz-özünə alışıb yana bilər və ya ziyanverici həşaratlarla yoluxa bilər. Buna görə də taxıl yüklərini daşıyan zaman, onun keyfiyyətini səjiyyələndirən göstəricilər nəzərə alınır. Bunlara nümunə olaraq taxılın əmtəə çəkisi, rütubəti və qatışıqların miqdarını göstərmək olar.

Müəyyən həcmdə (litr) taxılın miqdarına onun əmtəə çəkisi deyilir. Taxılın tərkibindəki qatışıqlarla birlikdə saxladığı şehin (suyun) faizlə miqdarına taxılın rütubətliyi deyilir.

Əgər taxılın rütubətli olması 18%-dən çox olarsa, daşınma prosesində həmin taxıl cücərər, qıjqırar,kiflənər və ya temperaturu yüksələr. Taxılın temperaturu 50-55 °J-yə qədər yüksələrsə, onun əmtəə çəkisi azalar. Rütubəti çox olsa taxılın tərkibindəki mikroorqanizmlər və ziyanvericilər fəal surətdə artar.

2. Taxıl yüklərini saxlamaq üçün anbarlar. Taxıl anbarları öz təyinatına görə dörd növə bölünür: tədarük anbarı, yükboşaltma anbarı, istehsalat anbari, və baza anbarı. Bu anbarlar elevator və ya pavilyon tipli tikilir. bunlardan ən çox yayılan elevator tipli anbarlardır.

3. Taxıl yükləri tarasız surətdə ixtisaslaşdırılmış örtülü xopper (Zernovoz-taxıldaşıyan) vaqonlarda daşınır. Bu vaqonların faydalı həjmi 93 m-dir, damında dörd ədəd yükləmə lükü, kuzasının altında isə altı ədəd yükboşaltma lükü vardır. Bu vaqonun boşaldılmasına 5-6 dəqiqə vaxt lazımdır.

Tarasız un daşımaq üçün ixtisaslaşdırılmış sistern (çən) vaqonlar hazırlanmışdır. Taxıldaşıyan ixtisaslaşdırılmış xopper vaqonlar çatışmasa taxılı örtülü vaqonlarda daşımağa ijazə verilir. Örtülü vaqonun qapıları qarşısına taxta (löhvə) qoyulmalı, vaqonun yan bortlarından yuxarıdan 4 ədəd bajanın hər hansı əski, kağız və yaxud digər materalla kip örtmək lazımdır. Taxta löhvə 4 ədəd mismarla vaqona bərkidilir. Taxta löhvənin heç bir yerində və onun vaqona birləşdiyi yerlərdə yarıq (qat, aralıq) olmamalıdır. Yükün hərəkət vaxtı taxıl yerə tökülə bilər.

Taxıl üçün verilmiş vaqonlar texniki və kommersiya jəhətdən saz vəziyyətdə olmalıdır. Vaqonlar diqqətlə təmizlənməli, yuyulub - qurudulmalı, bəzi hallarda isa vaqonlar dezinseksiya yaxud dezinfeksiya edilməlidir (əgər vaqonda heyvan yaxud ziyanvericilərlə yoluxmuş taxıl aparılıbsa). Vaqonun taxıl üçün yararlı olduğunu göndəriji təyin edir.

Mövzu-6


Tez xarab olan yüklərin daşınma xüsusiyyətləri

1. Tez xarab olan yüklərin daşınma şərtləri

2. Tez xarab olan yüklər üçün hərəkət tərkibləri.

3. Tez xarab olan yüklərə xidmət qurğuları.

1. Daşınma prosesində yüksək və aşağı temperaturdan və havanın rütubətindən qoyulmağı tələb edən yüklərə tez xarab olan yüklər deyilir. Dəmir yol nəqliyyatı ilə daşınmaya icazəsi olan tez xarab olan, siyahısı və daşınma qaydası Yük daşımaları qaydalarının 31-41 bölməsində müəyyən edilib. Dəmir yol nəqliyyatı ilə daşınan bütün tez xarab olan yüklərin xeyli hissəsini heyvan mənşəli ərzaq məhsulları (mal və quş əti, balıq, süd, yumurta və s), bitki mənşəli (meyvələr, tərəvəzlər, giləmeyvələr, göbələk) və ət, süd, balıq, meyvə və tərəvəzdən hazırlanmış məhsular (kərə yağı, hisə verilmiş məhsullar, kolbasalar, şirələr və ilaxır) təşkil edir.

Daşınmaya qəbul edilmiş tez xarab olan yükləri, sağ və salamat, təyinat məntəqələrində çatdırılması üçün aşağıdakı şərtlərə əməl olunmalıdır:

- yük daşınmaya yaxşı vəziyyətdə hazırlanmalıdır;

- vaqonlar sanitar və termik emal edilməli (işlənməli) və tamamilə saz vəziyyətdə olmalıdır;

- yükləmənin və yükü vaqonda yerləşdirilmənin qaydalarına jiddi əməl olunmalıdır;

- yol boyu vaqonlarda düzgün xidmət edilməlidir;

- vaqonların hərəkəti sürətləndirilməlidir;

- təyinat məntəqəsində yük alijisi vaqonları dərhal boşaltmalıdır.

Bu şərtlərə əməl edilməsə tez xarab olan yükün keyfiyyəti pisləşər yaxud bu yük tamamilə xarab olar.

Soyuqla texnoloci emal etməkdən asılı olaraq, tez xarab olan yüklər soyudularaq, dondurularaq və yaxud qızdırılaraq daşınır. Ərzaq məhsulları soyudulduqda onun saxlanma və daşınma müddəti artiq və beləliklə yük xarab olmur. Soyudulma zamanı biokimyəvi və mikrokimyəvi proseslər ləngiyib yubadılır.

Yükün keyfiyyətini saxlamaq üçün aşağıdakı əlavə tədbirlər görülür: yükü qaz mühitində saxlanır, ultrabənövşəyi şualarla şualandırılır, katod şuaları ilə ionlaşdırlır, antioksidləşdiriji yaxud antibiotiklərlə emal edilir və s. Məhsulun konservləşdirilməsi - hermetik qabda sterilləşdirilmə (+110°C), pasterizə edilmə (+85°C), qurudulması, duzlanması, hisə verilməsi və s. tədbirlər də biokimyəvi və mikrobioloji prosesləri gecikdirilir.

2. Tez xarab olan yükləri daşımaq üçün izotermik və adi örtülü vaqondan istifadə edilir. Daşınma prosesində soyudulmaqla yaxud qızdırmaqla vaqonun daxilində havanın müəyyən edilmiş temperaturda saxlanılmasını təmin edən vaqonlara izoternik vaqonlar deyilir, izotermik vaqonları yük yerlərində havanın sabit, optimal temperaturu və rütubəti, havanın ventilyasiyası müəyyən qurğular əsasında təmin edilir. Daşınan yüklərin növündən asılı olaraq izotermik vaqonlar universal və xüsusiləşdirilmiş vaqonlara bölünür.

Universal vaqonlarda bütün tez xarab olan yüklər isti, soyudulmuş və dondurulmuş vəziyyətdə daşınır.

Xüsusiləşdirilmiş vaqonlar müəyyən növ yüklər üçündür. Məsələn: süd, çaxır, diri balıq və s. Soyudulma üsuluna görə izotermik hərəkət tərkibləri izotermik və refricerator vaqonlardan (soyuducu maşınlarla soyudulan), buzxanalı vaqonlardan (buz ilə, buz və duzun qarışığı ilə və ya duzla soyudulan) və termos vaqonlardan (soyuducu qurğuları olmayan, yalnız istilik izolyasiyası ilə təchiz edilmiş) vaqonlardan ibarətdir.

Buzxanalı izotermik vaqonlar hazırda düzəldilmir və onların parkı çox azdır, Refrijerator hərəkət tərkibləri qruplu və avtonom (tək) olur. Qruplu hərəkət tərkiblərinə refrijerator qatarları (21 və 23 vaqon) və refrijerator sesiyaları (12 və 5 vaqon) aid edilir. Refrijerator qatarları ayrıca qatar heyəti kimi hərəkət edir və kütləvi miqdarda tez xarab olan yükləri göndərici marşrutu ilə daşımaq üçündür, Refrijerator seksiyaları yük qatarlarının tərkibində hərəkət edir və çox da böyük olmayan miqdarda tez xarab olan yükləri daşımaq üçündür. Bəzi hallarda nisbətən az məhsulları daşımaq lazım olduqda 1-2 vaqon, Avtonom Refrijerator Vaqondan (ARV) istifadə edilir. Bu vaqonun soyuducu maşını, güc və qızdırıcı avadanlıqları vardır.

3. İzotermik vaqonlara refrijerator deposunda, refriceratorların təchizat məntəqələrində, ARV texniki xidmət məntəqələrində baxılır və onlar həmin məntəqələrdə təmir edilir, yanacaq və s. lazımi materiallarla təchiz edilir. Refrijerator deposunda refrijerator qaları, refrijerator seksiyaları və ARV vaqon qeydiyyatda olur. Yüklə gedən refrijerator qatarlarının yaxud refrijerator seksiyasının yanacağı və digər materialları təyinat stansiyasına qədər çatmalı və 2 günlük artıq ehtiyatı olmalıdır. ARV vaqonlarına texniki xidmət məntəqələri bu vaqonlara texniki xidməti həyata keçirir.

Tez xarab olan yüklərin daşınmaya hazırlanması və qəbulu

1. Yükün hazırlanması və daşınmaya qəbul edilməsi.

2. Daşınma üsulunun seçilməsi və hərəkət tərkiblərinin hazırlanması,

3. Tez xarab olan yüklərin vaqonda yerləşdirilməsi üsulları.

4. Refrijerator hərəkət tərkiblərinə xidmət edilməsi.

1. Dəmir yol nəqliyyatı ilə daşınmaya aşağıdakı tələbləri ödəyən - keyfiyyəti, qablaşdırılması və termiki emalı dövlət standartinin və texniki şərtlərin tələblərinə cavab verən tez xarab olan yüklər qəbul edilir.

Yükün yığıldığı qab təmiz, möhkəm və saz olmalı, vaqonda yükün üst - üstə bir neçə sırada yığılmasını təmin etməlidir. Daimi hava axını daxil olmasını tələb edən yüklər üçün, qabların arasında məsafə olmalıdır. Dondurulmuş yüklər üçün isə tara sıx yığdırmalıdır.

Məsuliyyətin artırılması üçün, göndərici daşıma sənədləri ilə birlikdə yükün keyfiyyəti barədə yükləmə günü tarixində yazılmış şəhadətnamə verməlidir. Bu şəhadətnamədə yükün keyfiyyəti, vəziyyəti və daşınması mümkün olan vaxt sutka ilə göstərilməlidir.

Soyudulmuş yaxud öz-özünə soyumuş ət, sıxılmış maya (acıtma) üçün onların hazırlanma tarixi, təzə meyvə-tərəvəz üçün isə yığılma və qablaşdırma tarixi yazılmalıdır.

Iri yükləmə məntəqələrində məhsulun keyfiyyəti üzrə Dövlət inspeksiya idarəsi varsa, məhsulu yoxladıqdan sonra, yükün keyfiyyəti üçün şəhadətnamənin yerinə yükün keyfiyyəti barədə sertifikat verir.

Şəhadətnamə yaxud sertifikatdan əlavə göndərici bəzi yüklər üçün baytarlıq yaxud karantin sağlamlığını bildirən baytarlıq şəhadətnaməsi yaxud karantin sertifikatını nakladnoya əlavə etməlidir.

Baytarlıq şəhadətnaməsi yerli baytarlıq təşkilatı tərəfindən ət və ət məhsulları (kolbasa, əridilmiş piy və konservlərdən başqa), toyuq yumurtası, donmuş yumurta qatışığı, süd və süd məhsulları, arı, diri cins balıq növləri və s. göndərildikdə verilir; karantin sertifikatını karantin inspeksiyası idarəsi meyvə-tərəvəz və digər karantin rayonlarından göndərdikdə verir. Bu sənədlər nakladnoy ilə birlikdə təyinat stansiyasına qədər gedib orada alıcıya verilir. Bu sənədlərin olmasına baxmayaraq dəmiryol nəqliyyatı istədiyi yükün bir qisminin keyfiyyətini yoxlamaq ixtiyarına malikdir. Hermetik qablardakı yüklər yoxlanmır. Əgər yükün daşınması mümkün olan vaxt, yükün çatdırma müddətindən azdırsa, həmin yük daşınmaya qəbul edilmir.

2, Yükün daşınma üsulu, onun göndərildiyi rayonun iqlimi şəraitinə əsasən müəyyən edilir. Bu üsullar Yük daşımaları qaydalarının 1-ci cildinin 31-ci bölməsində izah edilib.

Ilin fəsillərindən və yükün xarakterindən asılı olaraq tez xarab olan yüklər soyudulmaqla (ventilyasiyasız), soyudulmadan (ventilyasiyalı yaxud ventilyasiyasız), qızdırılmaqla yaxud isidilməklə daşınır.

Refrijerator qatarları və seksiyaları ən qiymətli tez xarab olan yüklərin uzaq məsafələrə daşınması üçün istifadə edilir.

3. Yük vaqonda elə yığılmalıdır ki, onun həcmindən səmərəli istifadə edilsin, həm də havanın dövr etməsi və ştabellərin möhkəmliyi təmin edilsin. Dondurulmuş yüklər və ventilyasiyasız daşınan yüklər (meyvə-tərəvəzdən başqa) sıx ştabellərlə yığılır. Bütün yüklər vaqonun içərisində dövr edən hava axını ilə əhatə edilməlidir. Bunun üçün yüklərin arasında məsamələr qoyulur və yaxud yüklər qarmaqdan asılır (soyumuş və soyudulmuş ət), yüklər rəflərə düzülür (yumşaq tarada olan yüklər, tarasız yüklər məsələn yemiş), yüklər vaqonda qalaq vurularaq daşınır (kartof, kələm, qarpız) və s. üsullarla yüklənib daşınır.

4. Yük daşımaları qaydalarının 31-ci fəslinin 6-cı əlavəsində refrijerator qatarları və seksiyaları yükləyib boşaldan stansiyaların siyahısı verilib. ARV tərkibləri isə xüsusi Texniki Müayinə Məntəqəsi (TMM-) olan sahələrdə işlədilir.

Yükü vaqona yükləməzdən qabaq vaqonu ümumi və sanitar yoxlamadan keçirirlər. Birinji növbədə dizel-elektrik stansiyaya yaxud maşın şöbəsinə bitişən vaqon yüklənir. Yol boyu vaqonda temperatur recimi Yük daşıması qaydalarının 31-ci fəslinə əsasən saxlanır. Refricerator qatarlarının və 12 vaqonlu seksiyanın yarısı bir rejimdə saxlanmalı olan yüklərlə yüklənməlidir. 5 vaqonlu refrijerator seksiyasına müxtəlif rejimli yükləri yükləmək olar. Yükləmə qurtardıqdan sonra VNR işçi curnalında yüklər barədə qeydiyyat aparır və briqadanı iş recimi ilə tanış edir. ARV vaqonlarında temperatur recimi onun maşın şöbəsində olan, VU-88 formali jurnalda yazılır.

Yol getdikdə hər 4 saatdan bir vaqondakı temperaturu yoxlayıb yazmaq, hər 12 saatdan bir isə vaqonun yanında əl termometri ilə yoxlamaq lazımdır. Seksiyanı boşaltdıqda, birinci növbədə qıraqlarda olan, sonra isə maşın şöbəsinin yanında olan vaqon boşaldılır.

Tez xarab olan yüklərin bəzi növlərinin daşınması

1. Tez xarab olan yüklərin bəzi nölərinin daşınması üsullari.

2. Tez xarab olan yüklərin keçid və qış dövründə daşınmasi.

3. Tez xarab olan yüklərin xırda göndərişlə daşınması.

1. Ət və ət məhsulları (kolbasa, əridilmiş piy və konservlərdən başqa) «Nəqliyyatda Dövlət Sanitar Nəzarəti orqanları baxıb yoxladıqdan sonra vaqona yüklənir.

İribuynuzlu qaramal və digər iri heyvanların cəmdəkləri uzununa iki hissəyə, yaxud dörd hissəyə bölünmüş halda daşınmaya qəbul edilir. Donuz jcəmdəyi iki hissəyə bölünmüş yaxud bütöv (bölünməmiş) başı kəsilmiş vəziyyətdə daşınmaya qəbul edilir. Qoyun cəmdəyi və digər xırda buynuzlu heyvanların cəmdəyi bütöv halda və başı kəsilmiş vəziyyətdə daşınmaya qəbul edilir. Cəmdəklər, yarımcəmdəklər və 1/4 cəmdəklərdə heyvanın daxili üzvlərinin qalıqları, qan laxtaları, əzilmiş yerlər, çirklənmiş yerlər, ətin üstünün zədələnməsi və əzələ altında qan axma əlamətləri olmamalıdır.

Dondurulmuş ətin əzələləri daxilində temperatur - 6; - 8 və - 10 °C olmalıdır. Soyudulmuş ətin temperaturu 0; +4 °C öz-özünə soyumuş ətin temperaturu isə +4 ,+12 °C olmalıdır.

Qaramal, qoyun və at ətini soyumuş vəziyyətdə soyuducu qurğuları olmayan məntəqələrdən və kəsildikdən sonra iki sutka keçənə qədər daşımaya qəbul etmək olar. Soyudulmuş və öz-özünə soyumuş ət vaqonda qarmaqdan elə asılır ki, bir-birinə və vaqonun divarlarına toxunmasın.

Dondurulmuş balığın temperaturu - 8 ,- 10 °C olmalıdır. Dondurulmuş balığın yaxşı keyfiyyətdə olmasının əsas əlamətləri bunlardır: balığın gövdəsinin təbii rəngi qalır, açıq və tünd qırmızı qəlsəmələri, təzə balıq iyi. Soyudulmuş balığın temperaturu - 1, +5 °C olmalıdır. Duzlanmış balığı və siyənək balığını quru tarada və ya isladılmış çəllək yaxud yeşiklərdə daşıyırlar. Yeşiyin dibinə xırda doğranmış buz səpildikdən sonra balıqlar sıra ilə yığılır. Hər bir sıra dolduqdan sonra üstünə həmin xırda buz səpələnir. Sonuncu sıranın da üstünə buz səpilir.

Diri balıq və xırda diri balıqlar göndəricinin bələdçisinin müşayiəti ilə birlikdə göndərilir.

Meyvə-tərəvəz daşımaya təzə, təmiz, mexaniki zədəsiz, ziyanvericisiz, eyni dərəcədə yetişmiş olduqları vəziyyətdə vaqona yüklənməlidir. Kartofu vaqona qalaq vuraraq daşımaq olar. Bu halda vaqonun daxilində kartofun hündürlüyü 1,3 – 1,7 m olmalıdır.

2. Bir çox tez xarab olan yüklər daşınma zamanı soyuqdan qorunmalıdır. Bu yüklərə meyvələr, tərəvəz kartof və konserv məmulatlarının bir çoxu aiddir. Havanın temperaturundan və təxmini yolda olma vaxtından asılı olaraq, qış vaxtı və keçid dövründə daşınan yüklər qızdırcısı olan izotermik vaqonda, yaxud əlavə istilətmə ilə aparılır.Əgər havanın temperaturu kölgədə 0 C-dən aşağı deyilsə və yük 4 sutkadan artıq yol getməyəcəksə, meyvə-tərəvəz və digər tez xarab olan yükləri örtülü vaqonda lyükləri bağlı halda, qızdırmadan aparmaq olar.

Vaqonu qızdırmaq üçün sobanı (peçi) demiryolu verməli, vaqon xidməti işçiləri isə onu vaqonda quraşdırmalıdır. Vaqonda yükü müşaiyət edən bələdçi isə yükün donmasına və həddindən çox qızmasına imkan verməməlidir. Gönderici bələdçiyə açar, fənər və 2 termometr verməlidir ki, bələdçi yükə normal xidmət edə bilsin. Göndərici bələdçiyə yükü müşaiyət etmək üçün QU-18 formalı vəsiqə verməli və bu vəsiqədə bələdçinin pasportunun Nömrəsini və ezamiyyət vəsiqəsinin Nömrəsi-ni yazmalı həm də yükə necə xidmət etmək barədə təminat verməlidir.

3. Tez xarab olan yüklər xırda göndərişlə yalnız tarada qablanmış halda daşınmaya qəbul edilir. Belə yüklər adətən çox da uzaq olmayan məsafələrə daşınır. Buna görə də, belə yükləri avtorefrejeratordan istifadə edilməklə maksimum avtomobil nəqliyyatına keçirmek lazımdır.

Tez xarab olan yüklər xırda göndərişlə dəmiryol idarəsinin təyin etdiyi müəyyən istiqamətli yığıcı yaxud yığıcı-paylayıcı izotermik vaqonda daşınır. Müəyyən istiqamətli vaqonda bir nazirliyə aid olan göndəricilərin yükləri bələdçilərin müşaiyati ilə daşınır. Məsələn; kiçik yağ zavodlarından toplanma bazalarına, bazalardan isə jüzi istifadə etma mantaqalarina. Yığıcı izotermik vaqonda bir göndərici stansiyadan, bir təyinat stansiyasına, müxtəlif alıcılarının ünvanına göndərilən tez xarab olan yüklər daşınır. Məsələn, maya, marqarin, pivə, su və digər ərzaq məhsullari. Bu məhsullar adətən daimi alıcıları olan böyük yaşayış məntəqələrinə gətirilir. Yığıcı-paylayıcı izotermik vaqon müxtəlif göndəricilər tərəfindən tez xarab olan yükləri (meyvə, tərəvəz) daimi olaraq daşınmaya təqdim etdiyi sahələrdə hərəkət etdirilir.

Mövzu-7

Heyvanların daşınması üçün ümumi müddəalar və texniki vasitələr.

1. Heyvanların daşınması üçün hərəkət tərkibləri.

2. Heyvanların və quşların qəbulu, yüklənməsi və vaqonda yerləşdirilməsi.

3. Heyvanlara yolda qulluq edilməsi, boşaldılması və təhvil verilməsi.

4. Çiy heyvan məhsullarının daşınması.

1. Heyvanlar xüsusi heyvandaşıyan vaqonlarda daşınır. Bu vaqonlar çatışmazsa heyvanlar örtülü vaqonda daşınır. Örtülü vaqonların qapılarına iri buynuzlu qaramal, donuz və dana-buzovu daşımaq üçün lazım olan 2 məhəccəri dəmiryolu verməlidir. Çatışmayan lazımi avadanlıqları isə göndərici özü təqdim etməlidir. Heyvan daşıyan xüsusi vaqonda su bakı, heyvanları suvarmaq üçün çanaq, yemləmək üçün axır, yemi saxlamaq üçün taxçalar, vaqonların baş hissələrində qapılar, ventilyasiya və işıq bacaları, keçid meydaçaları və s. olmalıdır.

Hal hazırda 2 mərtəbəli xüsusi heyvandaşıyan vaqonların buraxılmasına başlanıb. Bu vaqonların 1-ci mərtəbəsində iri qaramal, 2-ci mərtəbəsində isə xırda heyvanlar daşınır. Heyvanları yükləmək üçün xüsusi platforma olmalıdır. Həmin platformanın yanına 1, 3 yaxud 5 vaqon yerləşdirilir. Xüsusi platforma olmasa stansiyanın ərazisindəki hər hansı digər platformadan, yaxud xüsusi pilləkənlərdən istifadə edilir. Stansiyada suvarma sistemləri elə qurulmalıdır ki, sutkada ən azı 2 dəfə heyvanları suvarmaq mümkün olsun. Bunun üçün hidravlik kalonkaları stansiyanın Qəbul-Göndərmə Parklarında (QGP) bir-birindən 40-50 m məsafədə yerləşdirmək, onların yanında uzunluğu 20-25 m olan rezin şlanqlar qoyulmalıdır.

Heyvanlar boşaldıqdan sonra vaqonları sanitar-baytarlıq cəhətdən işləmək üçün Dezinfeksiya edici-yuyucu stansiya (Dizprom stansiya) olmalıdır.

2. Heyvan və quşları vaqon və xırda göndərişlə yüklərin təhvil verilməsi əməliyyatlarını həyata keçirən bütün stansiyalara göndərmək olar. Daşınmaya yalnız sağlam olan, həm də xəstəlik olmayan rayonlardan heyvanlar qəbul edilir. Göndərici heyvanları göndərdikdə onların sağlam olması barədə baytarlıq şəhadətnaməsi təqdim etməlidir. Bu şəhadətnamə hər bir vaqon üçün ayrıca yazılmalıdır, onun əsli nakladnoya tikilir, surəti isə bələdçiyə verilməlidir. Baytarlıq şəhadətnaməsi verildiyi vaxtdan 3 gün müddətində etibarlıdır.

Heyvan və quşları daşımaq üçün yuyulmuş vaqon, cins heyvanları yükləmək üçün isə yuyulub dezinfeksiya edilmiş vaqon verilməlidir. Heyvanları vaqona sıx yükləmək olmaz. Atları vaqonun uzununa olan oxuna paralel və başları vaqonun qapılarına doğru yerləşdirmək lazımdır. 4 oxlu vaqonun hər iki yarısında atları 2 sira (cərgə) yerləşdirmək lazımdır. Bələdçinin keçməsi üçün orta cərgələrdə 1 at az yerləşdirilir. Atları vaqonda nalı çıxardılmış vəziyyətdə daşıyırlar.

Iri buynuzlu qaramal vaqonda eninə və uzununa yerləşdirməklə daşınır. Bunun üçün 1-ci halda vaqonun divarlarına 1-2 heyvan bağlamaq üçün dəmir halqa (çənbər) bərkidilir; 2-ci halda vaqonun içərisinə taxta dirəklər vurulur. Qoyun, keçi, dana-buzov, donuz və iri buynuzlu qaramalın javan balalarını vaqona açıq halda yükləmək olar. Xırda heyvanlar vaqona qəfəs və yeşiklərdə bir neçə mərtəbəyə yığılmaqla daşınır.

3. Yol boyu heyvanlara göndəricinin bələdçisi xidmət etməlidir. Bələdçi heyvanlar gedən vaqonda yerləşməli və Yük daşımaları qaydalarında (bölmə 21) göstərilmiş vəzifələri yerinə yetirməlidir. Əgər yolda heyvanlardan xəstələnən (su və yem qəbul etməsə) olsa, bələdçi stansiya rəisinə məlumat verməlidir ki, o da qarşıdakı nəqliyyatda baytar-sanitar sahəsinə xəbər verə bilsin. Yolda heyvanların kəsilməsi qadağandır.

Yolda heyvanları sutkada ən azı 2 dəfə, qışda isə sutkada ən azı 1 dəfə suvarmaq lazımdır. Dəmiryolu stansiyalarında heyvanların suvarılması üçün bələdçiyə kömək edilməli və su verilməlidir. Heyvanların suvarılması üçün təyin edilmiş stansiyanın siyahısı Yük daşımaları qaydalarının 1-ci cildində 32-ci bölmənin 3- cü əlavəsində verilmişdir. Heyvanları suvardıqda onlara həm də baytarlıq baxışı keçirilməlidir. Yol rəisinin müəyyən etdiyi stansiyada vaqon tənzimlənməlidir.

Vaqonların çatması barədə stansiya alıcıya və nəqliyyatda baytarlıq-sanitar sahəsinə məlumat verdikdən sonra ən geci 6 saat ərzində gəlib heyvanlara baxmalıdırlar. Vaqon boşaldılmağa verildikdən sonra ən geci 12 saat müddətində boşaldılmalıdır. Sonra alıcı peyini yumşaltmalı və qapılar arasına döşənmiş altlığı təmizləməlidir.

4. Çiy heyvan məhsullarına ərzaq məhsulları (ət, toyuq əti, çiy ət məhsulları, endokrin məmulatı-daxili ifrazat vəziləri, böyrək, içalat və s.) və heyvan mənşəli xammal (dəri və xəz məmulatları, yun, tük, narın tük, quş lələyi, cod tük, sümük, bağırsaq, konservləşdirilmiş qan və s.) aiddir. Heyvan mənşəli ərzaq məhsullarını tez xarab olan yüklər kimi daşıyırlar. Çiy heyvan məhsullarını, həm də heyvanlar üçün yemi baytarlıq şəhadətnaməsi ilə birlikdə daşımaya qəbul edirlər.

Çiy heyvan məhsullarını başqa məhsullarla bir yerdə daşımaq, saxlamaq və tərəzidə çəkmək olmaz.

Mövzu-8,9,10

Əndazəsiz yüklərin təsnifatı. Hesabat əndazəsi.

1. Əndazəsiz yuklərin növləri və darajalari.

2. Hesabat əndazəsi.

1. Artıq hərəkət tərkiblərində düz horizontal yolda yük vurma əndazəsinin ölçüləriindən yaxud yolun ayri sahələrində hesabat vaqonunun əndazə ölçülərindən kənara çıxan yüklərə əndazəsiz yüklər deyilir.

Yolun əyri sahəsində xırda üzrə saxlanılan hərəkət tərkibinin uzununa oxunun yolun oxundan kənara çıxmasına yükün yaxud hesabat vaqonun həndəsi çıxışı deyilir. Uzunluğu 25 m, bazası 17 m olan vaqona hesabat vaqonu deyilir.

Əndazədən kənara çıxma 1 yaxud 2 tərəfli olur. Şaquli müstəvidə yükün kənara çıxmasından asılı olaraq əndazədan çıxma 3 növdə olur: aşağı; yan və yuxarıdan çıxan əndazəsiz yüklər. Aşağıdan kənara çıxan əndazəsiz yüklərə yolun oxundan 1626 - 1760 mm məsafədə rels səthindən 480 mm-dən - 1229 mm-ə qədər və yolun oxundan 1626 - 2240 mm məsafədə rels səthində 1230 mm-dən -1399 mm-ə qədər hündürlükdə yükvurma əndazəsindən kənara çıxan yüklər aid edilir.

Yandan kənara çıxan əndazəsiz yüklərə rels1400 mm-dən 4000 mm-rə qədər hündürlükdə yük vurma əndazəsindən kənara çıxan yüklər aid edilir.

Yuxarıdan kənara çıxan əndazəsiz yüklərə rels üstündən 4001 mm-dən 5300 mm-rə qədər hündürlükdə yükvurma əndazəsindən kənara çıxan yüklər aid edilir.

Bunlardan başqa 4001 - 4625 m hündürlükdə şərikli yan və yuxarıdan əndazəsiz yüklər mövcuddur.

Əndazədən kənara çıxma ölçülərindən asılı olaraq, əndazəsiz yüklər 6 dərəcəyə bölünür (1-6). Yandan olan əndazəsizliyi bütün 6 dərəcədən (1-6), yuxarıdan olan əndazəsizliyi 3 dərəcəndən (1-3), aşağıdan olan əndazəsizliyi 6 dərəcədən (1-6) ibarət olur.

Əndazəsizliyi dərəcəsi ÜD/4172 təlimatının 1-i əlavəsindəki cədvələ əsasən təyin edilir.

Yükləmə əndazəsizliyi 5300 mm-dən hündürlükdə və 4800 mm-dən aşağı çıxan yüklərə ən çox (olduqca) əndazəsiz yüklər deyilir.

2. Radiusunun xarici relsi daxili relsdən hündür olmayan və radiusu 350 m olan şərti əyridə, yükün həndəsi ölçülərindən kənara çıxmasına hesabat əndazəsi deyilir. Hesabat əndazəsi aşağıdakı yüklər üçün təyin edilir:

- uzunluğu hərəkət tərkibinin bazasının uzunluğundan 1,41 dəfə çox olan uzun ölçülü yüklər üçün;

-bir-birinə qoşulmuş 20 daha çox platforma vaqonlarda daşınan yüklər üçün;

-bazası 17 m və daha uzun olan transportyorlarda daşınan yüklər üçün.

Hesabat əndazəsi yükün daxili (bazanın daxilində) və xarici kəsikləri üçün təyin edilir.

Radiusu 350 m olan hesabat əyrisində hesabat vaqonun həndəsi çıxışı 105 mm qəbul edilib.

Hesabat əndazəsi ÜD/4172 təlimatının 2-1 əlavəsindəki cədvələ və düsturlara əsasən təyin edilir.

Əndazəsiz yüklərin daşınmaya qəbulu, yüklənməsi və göndərilməsi

1. Orda əsiz yüklərin daşınmaya qəbulu qaydaları.

2. TİQ-nin və QHT-nin əndazəsiz və ağırçəkili yüklərin daşınmasına tələbatı.

1. Əndazəsiz və ağırçəkili yüklər 3 mərhələyə razıralaşdırılaraq daşınır: 1-ci ilkin razıralaşdırılma MDB Dəmir Yolu Şurasının və RF Yollar Nazirliyinin Baş Daşınma idarəsi ilə razıralaşdırılır; 2-göndərici dəmir yolu ilə yükləmə sənədlərinin razılaşdırılırması; 3-cü Yollar Nazirliyinin Baş Daşınma idarəsi ilə sonuncu razılaşdırılırma.

Yollar Nazirliyinin Baş Daşınma idarəsinin ilkin razılığından sonra yük göndəricisi, əndazəsiz yükü daşımaya qəbul edən Dəmir Yolunun Daşınma xidmətinə əndazəsiz yükün cizgilərini (çertyojlarını),hesabatlarını təqdim edir. Daşınma xidməti isə (konteyner daşımaları və kommersiya işi xidməti), vaqon təsərrüfatı, yol təsərrüfatı və lazım olduqda elektrikləşdirmə və enerci təsərrüfatı xidmətləri ilə birlikdə həmin cizgi və hesabtlara baxıb birlikdə yükün buraxılması variantlarını müzakirə edirlər.

Transportyorlara yüklənmiş yüklərin həm də platforma və yarımvaqonlara yüklənmiş 3 və 6-ci dərəcəli aşağıdan əndazəsiz, 4 və 6-ci dərəcəli yandan əndazəsiz, 3 cü və ən çox dərəcəli yuxarıdan əndazəsiz yüklərin sənədlərinin bir nüsxəsi Dəmiryol idarəsində baxıldıqdan və razılaşdırıldıqdan sonra MDB Dəmir Yolu Şurasının və RF Yollar Nazirliyinin Baş Daşınma idarəsinə göndərilir.

Yükləmədən 20 gün qabaq göndərici, MDB Dəmir Yolu Şurasının və RF Yollar Nazirliyinin Baş Daşınma idarəsinə, göndərici dəmiryolunun hərəkət xidmətinə və yük vurma stansiyasına ərizə verməlidir.

Əndazasiz yükləri göndərici razılaşdırılmış cizgilər və hesabatlar əsasında vaqona yükləyib bərkidir.

Vaqonun döşəməsinə yükün perimetri boyunca yuyulmayan rəng ilə xətt çəkilir. Əgər yük vaqondan enli olsa həmin xətt yükün üzərinə çəkilir. Bu xəttə əsasən yolda yükün tərpənməsini (yerinin dəyişməsini) müəyyən edir.

Yükün üzərində isə həmin rəng ilə əndazəsiz yükün növünü, dərəcəsini və ağırlıq mərkəzi yazılır.

Yandan və aşağıdan 6-ci dərəcəli yuxarıdan isə ən çox dərəcəli əndazəsiz yükləri lazım olduqda hətta aşağı dərəcəli əndazəsiz yükləri təhlükəsiz buraxmaq üçün, həmin yüklər gedən qatarın tərkibində nəzarət çərçivəsi olan vaqon qoşulur. Həmin çərçivə düz yola və əyridə əndazəsiz yükün hərəkət izini qabaqcadan bildirir. Bu çərçivə yarımvaqonda yaxud örtülü vaqonda lokomotiv tərəfdən 1-ci təkər arabacığının üzərində quraşdırılır.

Əndazəsiz yüklərin düzgün yüklənməsini və bərkidilməsini xüsusi komissiya aşağıdakı tərkibdə yoxlayır:

- dərəcəsiz, 1 və 2-ci dərəcəli stansiyada - stansiya rəisi yaxud onun müavini (sədr), yol distansiyasının və vaqona texniki xidmət məntəqəsinin (PTO) nümayəndələri.

-qalan bütün stansiyada - baş kommersiya müfəttişi (kommersiya müfəttişi yaxud dəmiryol hissəsinin təyin etdiyi səlahiyyətli şəxs), stansiya rəisi, yol distansiyasının və Texniki Xidmat Məntəqəsinin (TXM) nümayəndələri.

Komissiya hərəkət tərkiblərinin texniki vəziyyətini, əndazəsiz yükün faktiki ölçülərini, razılaşdırılmış cizgilərə əsasən onun bərkidilməsini, nəzarət çərçivəsinin düzgün hazırlanmasını və vaqonda quraşdırılmasını yoxlayır və əndazəsiz yükün vaqonda yerləşdirilməsi və bərkidilməsi barədə akt tərtib edir. Aktın bir nüsxəsi daşıma sanədləri ilə təyinat stansiyasına kimi gedir, o biri nüsxə isə göndərici stansiyada saxlanır.

3 və 6-ci dərəcəli aşağıdan, 4 və 0-cı dərəcəli yandan və 3-cü və ən çox dərəcəli yuxarıdan əndazəsiz yüklər üçün, həm də hər oxuna 1 ton ağırlıq düşən 16 oxlu transportyorlarda (16-dan çox oxu olan bütün transportyorlarda) göndərilən yüklər üçün komissiya yoxlanışının nəticəsi barədə MDB Dəmir Yolu Şurasının və RF Yollar Nazirliyinin Baş Daşınma idarəsinin əndazəsiz yüklərin daşınması şöbəsinə və Dəmiryolu idarəsinin daşınma xidmətinə teleqram göndərilir.

Əgər yükün çəkisi, ölçüləri, vaqonlarda yerləşdirilməsi və bərkidilməsi razılaşdırılmış cizgilərə uyğun gələrsə MDB Dəmir Yolu Şurasının və RF Yollar Nazirliyinin Baş Daşınma idarəsi (Dəmiryol idarəsi) göndərici Dəmiryolunun daşıma xidmətinə, əndazəsiz yükün marşrutuna daxil olan Dəmir yollarının daşınma xidmətlərinə və göndərici stansiyanın rəisinə teleqraf vasitəsi ilə icazə verir.

Nəzarət çərçivəsi ilə göndərilən əndazəsiz yüklər üçün, həm də yükqaldırma imkanı 180-500 ton olan transportyorlarda göndərilən yüklər üçün bu teleqram dəmir yollarının yol xidmətinə və hərəkətin təhlükəsizliyi üzrə yol müfəttiş aparatına da göndərilir.

Əndazəsiz yükün göndərilməsinə və buraxılmasına daşıma və yol xidmətlərinin rəisləri icazə verirlər.

I və 3-cü dərəcəli yandan, 1-ci dərəcəli yuxarıdan, həm də hər oxuna 21 tondan az ağırlıq düşən 8-12 oxlu transportyorlarda göndərilən əndazəsiz yükləri komissiya yoxladıqdan və akt tərtib edildikdən sonra stansiya rəisi yola salır.

MDB Dəmir Yolu Şurasının və RF Yollar Nazirliyinin Baş Daşınma idarəsindən yaxud Dəmiryol idarəsindən icazə teleqramı alındıqdan sonra əndazəsiz yüklərin daşınma sənədləri tam tərtib olunur və həmin teleqramın sürəti daşınma sənədlərinə əlavə edilir.

Əndazəsiz və ağırçəkili yüklərə daşınan zaman hərəkətin təhlükəsizliyinin təmin edilməsi

1. Əndazəsiz yüklü qatarların hərəkətinin təhlükəsizliyinin ümumi qaydalari.

2. Texniki Istismar Qaydalarının əndazəsiz yüklü qatarların hərəkətinə təlabatı.

1. 3 və 6-cı dərəcəli aşağıdan, 4 və 6-cı dərəcəli yandan, 3 və ən çox dərəcəli yuxarıdan əndazəsiz yüklər daşınan zaman hərəkətin təhlükəsizliyini təmin etmək üçün xüsusi tədbirlər həyata keçirilir. Məsələn: surət azaldılır, qonşu yolda hərəkət dayandırılır, stansiyada qonşu yolda dayanmış vaqonlar hüdud dirəkciyindən 10 m yolun içərisinə doğru yerləşdirilir və s. Belə yüklər əsasən yük gərginliyi az olan və əndazəsiz yerləri olmayan 1 və 2 yollu sahələrdən buraxılır. Əndazəsiz yüklü qatarlar stansiyadan TSA-da təyin edilmiş yollardan buraxılır. Bu yolların oxları arasında məsafə ən azı 4800 mm olmalıdır. Stansiyalarda bu yolların kənarında hündür platforma olmamalıdır və bütün qurğular «S» əndazəsinə uyğun olmalıdır.

Qatar dispetçeri əndazəsiz yüklü qatarları xüsusi nəzarətə götürüb onu öz sahəsindən buraxır. Belə yüklə gələn qatar üçün stansiya növbətçisinə sirkulyar əmr verir. Bu əmrdə qatarın nömrəsi, əndazəsiz yükün növü və dərəcəsi, mənzillərdə qonşu yol ilə qarşıdan gələn qatarlarla görüşmə qaydası və s. tələbləri verir.

Əndazəsiz yüklü qatar körpülərdən və tunellərdən keçdikdə xüsusilə ehtiyatlı olmaq lazımdır. Bu qurğularda işləyən işçilər müəyyən sığınacaqlarda gizlənməli yaxud həmin qurğuları tərk etməlidirlər.

Tərkibində əndazəsiz yaxud ağırçəkili yük olan qatarın maşinistinə sürəti azaltmaq yaxud tam dayanmaq lazım olan süni qurğular olan mənzillərin kilometrləri göstərilməklə, həm də qonşu yolda qarşıdan gələn qatarı gördükdə sürəti azaltmaq barədə yazılı xəbərdarlıq verilir.

Nəzarət çərçivəsi ilə hərəkət edən qatarı yol distansiyasının təcrübəli işçisi müşaiyət edir. Bu işçi lokomotivin arxa kabinəsində oturur, hərəkət zamanı nəzarət çərçivəsinə və yükə daimi olaraq nəzarət edir.

Lazım gəldikdə İşarəetmə və rabitə distansiyasının və enerci təchizatı sahəsinin işçiləri də qatarı müşaiyət etməyə cəlb edilirlər.

Lokomotivdən sonra qoşulan bir ədəd boş platforma vaqonundan sonra nəzarət çərçivəsi olan vaqon, ən azı 20 vaqondan sonra isə 6-cı dərəcəli aşağıdan və yandan və yuxarıdan ən çox dərəcəli əndazəsiz yüklü vaqon qoşulur. Yəni qatar bu sxemə əsasən tərtib edilir: - Lokomotiv + 1 boş platforma + nəzarət çərçivəsi olan vaqon + 20 vaqon + əndazəsiz yük + digər vaqonlar.

Əndazəsiz yüklü vaqon xüsusi (ayrıca) qatarla göndərilərsə, həmin vaqon hərəkətinə çərçivə vaqonundan ən azı 5 vaqon (20 ox) aralı olmalıdır.

Əndazəsiz və ağırçəkili yüklərin daşınmasına dair Təlimatla müəyyən edilmiş 4, 5 və 6-ci dərəcəli yandan və aşağıdan əndazəsiz yüklü vaqonların qatarın baş və son hissəsində ən azı bir əndazəli yüklü və ya boş daldalanacaq vaqonla mühafizə olunmalıdır.

Yol boyu əndazəsiz yüklü vaqon xüsusi komissiya tərəfindən vaxtaşırı yoxlanmalıdır. Bu yoxlama zamanı yükün bərkidilməsi, yerindən tərpənməsi və s. mümkün ola biləcək nasazlıqlar müəyyən edilməlidir.

Əgər yükün bərkidilməsi materialları qismən qırılıbsa, yük yerini dəyişibsə (nəzarət xəttinə əsasən), həmin vaqon qatardan açılır və yeni komissiya bu vaqonun sonrakı hərəkətinin taleyini təyin edir.

2. Yandan və aşağıdan əndazəsizliyi olan əndazəsiz yüklü vaqonların (1-3-cü dərəcəli əndazəsiz yüklərdən başqa) uzuntərkibli qatarlara qoşulması qadağandır.

Yuxarı zonada nəzarət çərçivəsinin görünməsini yaxşılaşdırmaq üçün nəzarət çərçivəli vaqon baş hissəyə və ya arada bir boş açıq vaqon olmaqla lokomotivdən sonra qoşulur.

Yüksək dərəcəli əndazəsiz yüklü vaqon qatarın tərkibinə nəzarət çərçivəli vaqondan ən azı 20 vaqon sonra qatara qoşulur.

Nəzarət çərçivəsi ilə yüksək dərəjəli əndazəsiz yüklü vaqon xüsusi qatarda ayrija lokomotivlə daşınan zaman, belə yüklü vaqon nəzarət çərçivəsi olan vaqondan arada 5 vaqondan yaxın olmayaraq yerləşdirilməlidir.

Belə yüklü vaqonun qatarın sonundan əndazəli yüklü və ya bir boş vaqondan az olmayaraq daldalanacağı olmalıdır.

Qatarın tərkibinə yükgötürmə qabiliyyəti 240 tona qədər olan yüklü transportyorları qoşmağa icazə verilir.

Yükgötürmə qabiliyyəti daha yüksək olan transportyorların istər yüklü, istərsə də boş vəziyyətdə hərəkəti qaydası bu transportyorların texniki istismar şərtləri ilə və ya ADPY-nun xüsusi göstərişləri ilə müəyyən edilir.

Oxlarının sayı 12 və daha çox olan yüklü transportyorlar qatara qoşularkən (bir və ya iki aralıq açıq vaqonlu yükgötürmə qabiliyyəti 120 ton olan qoşqu növlü transportyorlardan başqa), onların yanında hər iki tərəfdən yükü 40 tondan çox olmayan iki dörd oxlu və ya istənilən növlü boş vaqonlardan daldalanacaq qoyulur.

Dördoxlu və yükgötürmə qabiliyyəti 120 ton olan qoşqu növlü boş və ya yüklü transportyorlar qatarlara daldalanacaqsız qoşulur.

Mövzu-11


Təhlükəli yüklərin təsnifatı və onların daşınma şərtləri

1. Təhlükəli yüklərin növləri və onların daşınma şərtləri.

2. Təhlükəli yüklərin daşınması üçün ümumi şərtlər.

3. Təhlükəli yüklərin qablaşdırılması, markalanması, qəbulu və təhvil verilməsi.

1. Daşınma prosesində, yükləmə-boşaltma işlərində və anbarda saxladıqda partlayış və anbarda saxladıqda partlayış və yanğın törədə bilən, hərəkət tərkiblərini, anbarları, (qurğuları, binaları) və tikintiləri zədələyə bilən, travma verən, zəhərləyə bilən, dərini yandıra bilən, şüalandıra bilən yaxud xəstələndirə bilən maddələrə, həm də tərkibində bu maddələrin qatışığı olan yüklərə təhlükəli yüklər deyilir. Bütün bu xassələrinə görə təhlükəli yükləri daşıyan zaman və anbarda saxlayan zaman, insanların təhlükəsizliyini təmin edən, yükün və hərəkət vasitələrinin qorunub saxlanmasını təmin edən xüsusi şərtlərə jiddi əməl etmək lazımdır. Bu yüklərə hər hansı bir qəza hadisələri baş verdikdə, ehtiyatlılıq tədbirlərini gözləməklə, hadisələrin nəticələrini dərhal aradan qaldırmaq lazımdır. Çox güclü təsiri olan zəhərləyici maddələr (ƏV) və Partlayıcı maddələr (VV), xüsusi qaydalara əsasən daşınır.

BMT-nin Beynəlxalq Sazişlərinə, konvensiyalarına, məcəllələrinə və Dövlət standartlarına müvafiq olaraq bütün təhlükəli yüklər 9 sinifə (dərəcəyə) bölünürlər:

I sinif - Partlayıcı materiallar (PM),

2 sinif - Təzyiq altında sıxılmış,mayeləşdirilmiş və həll edilib əridilmiş qazlar;

3 sinif - Tezalışan mayelər (TAM),

4 sinif - tezalışan bərk maddələr (cisimlər) və materiallar (TBM),

5 sinif - oksidləşdirici maddələr (OM) ,

6 sinif - zəhərli (zəhərləyoji) maddələr (ZM),

7 sinif - radioaktiv maddələr (RM) ,

8 sinif- aşındırıcı və korroziyaedici maddələr (AKM),

9 sinif - qeyri təhlükəli maddələr (alışan maddə və materiallar, müəyyən şəraitdə zəhərləyici və korroziyaedici xarakterli, zəif zəhərli və təzyiq altında olan maddələr).

2. Təhlükəli yüklər örtülü, xüsusi və xüsusi olaraq ayrılmış vaqonlarda daşınır. 9 cu dərəcəyə aid olan bəzi təhlükəli yüklər (torf, taxta kəpəyi, ağac yonqarları və başqa yüklər) açıq hərəkət tərkiblərinda daşına bilər. Bəzi təhlükəli yüklər universal və xüsusi konteynerlərdə daşınır.

Yük daşımaları qaydalarında 42-ci bölmədə 1-ci əlavəsində göstərilən bütün təhlükəli yüklər dəmiryol nəqliyyatında daşınmaya qəbul edilir.

Çəkisi 1 kq-a qədər yaxud 1 litra qədər qabda olan təhlükəli yüklər təhlükəsiz yüklər kimi daşınır. Bu yüklərin nakladnoya «xırda qaba yığılıb» möhürü vurulur.

Təhlükəli yüklər boşaldıldıqdan sonra qablar diqqətlə təmizlənməli və zərərləşdirildikdən sonra daşınmaya qəbul edilməlidir. Mayeləşdirilmiş qaz vaqonları dolu, həm də boş halda təhlükəli yükləri kimi daşınır.

3. Təhlükəli yüklər daşınmaya standarta yaxud texniki şartlərə, həm də təhlükəli yüklərin daşınması qaydalarına uyğun olan müəyyən tarada va qablarda qəbul edilir. Tara və qablar möhkəm və saz olmalı, yükün sızmasının, dağılmasının və səpələnməsinin qarşısını almalı və onun üzərində yük ilə çirklənmiş yerləri olmamalıdır.

Tezalısan zəhərli, aşındırıcı, korroziyaedici qazlar və ya buxarlar ayıran, quruduqda partlayıcı və ya rütubətlə (şeh) reaksiyaya girdikdə təhlükəli ola bilən yüklər, həmçinin, oksidləşdirici xüsusiyyətlərə malik olan maddələrin hava ilə reaksiyaya girməsinin qarşısını almaq üçün hermetik qablarda daşınır.

Şüşə qablardakı təhlükəli yüklər möhkəm (taxta, polimer, metal) yeşiklərdə qablaşdırılmalı, yeşiklərdəki boş yerlər isə yanmayan müvafiq aralıq və hopdurucu materiallar ilə doldurulmalıdır. Yeşiklərin divarı butulkalardan ən azı 5 sm hündür olmalıdır. 20 kq-dan az çəkidə olan qablardakı yüklər nəqliyyat

tarasına yığılmalıdır.

Mövzu-12


Təhlükəli yüklərdə qəzanın ləğv edilməsi ardıcıllığı və təhlükəsizlik qaydaları

1. Təhlükəli yerlarla baş verən qəza halları

2. Təhlükəli yerlərlə qəza baş verdikdə onun ləğv edilməsi qaydaları

1. Təhlükəli maddələrin yanması,axıb-dağılması, hərəkət tərkiblərinin və taraların zədələnməsi halları bu yüklər üçün qəza vəziyyəti hesab olunur. Qəza nəticəsində partlayış, yanğın, zəhərlənmə, insanların və heyvanların xəstələnməsi baş verir.

Hər bir təhlükəli yükün xassələri, partlayış və yanğın təhlükəsi, canlılara təsiri, həm də qəzanın ləğv edilməsinin təhlükəsiz üsulları hər bir təhlükəli yük üçün yaxud bu yüklər qrupu üçün qəza kartiçkalarında göstərilir.

2. Təhükəli yüklərlə qəza hallarının ləğv edilməsi tədbirləri yerli şəraitdən asılı olaraq müəyyən edilir.

Təhlükəli yüklərin nakladnoyunda qəza kartiçkalarının No - sini göndərici mütləq yazılmalıdır. Əgər qəzanın nəticlərini ləğv etmək üçün göndərici və alıcının köməyi tələb olunarsa, onlar dərhal öz nümayəndələrini hadisə yerinə göndərməlidirlər. Lazım olduqda qaz - qəza xilasetmə ,dağ-mədən qəza xilasetmə komandaları, yanğınsöndürmə, mülki müdafiə və xüsusi hərbi hissələrin şəxsi həyali qəzanın nəticlərini ləğv etmək üçün köməyə çağrılır.

Mənzildə olan qatarda təhlükəli yüklərlə qəza baş verdikdə maşinist dərhal radiorabitə və digər mümkün olan rabitə vasitələrindən birindən istifadə edərək (yaxınlıqda olan keçid növbətçisi, maşinist köməkçisini piyada və yaxınlıqda avtomobil yolu varsa miniklə qonşu stansiyalardan birinə göndərməklə) qatar dispetçeri və ya yaxında olan stansiya növbətçisinə xəbər verməlidir. Bu xəbərdə qəzanın səbəbi, yükün adı, qəza kartiçkasının Nömrəsi yükün miqdarı və s. məlumatlar göstərilir. Sonra maşinist qəza kartiçkasına və yerli şaraita əsasən qəzanı ləğv etmək üçün tədbirlər görür.

Maşinistdən bu məlumatı alan stansiya növbətçisi, dərhal bu barədə qatar dispeçerinə xəbər verib,Stansiya rəisini çağırır və qəza kartiçkasına əsasən tədbirlər görür.

Qatar dispetçeri qəza barədə yolun baş növbətçisinə dərhal məlumat verib bərpa va ya yanğınsöndürmə qatarlarının, qəza - xilasetmə komandalarının hadisə yerinə göndərilməsi barədə qərar qəbul edir və mənzili digər qatarların hərəkəti üçün bağlayır.

Yolun baş növbətçisi qəza barədə dərhal Yol rəisinə, Nəqliyyat Nazirliyinə, dəmir yol idarəsinin digər aidiyyətli Birlik və xidmətlərinə, yolun sanitar epidemoloji stansiyasına xəbər verir və qəzanı ləğv etmək üçün xüsusi xidmətləri çağırır.

Əzilmiş sistern və taralardan təhlükəli yüklərin torpağa va su anbarlarına boşaldılmasına icazə verilmir.Dövlət sanitar və digər infeksiya orqanlarının icazesi olarsa bu yükləri boşaltmaq olar, bu şərtlə ki, həmin yer sonra səmərəli surətdə təmizlənsin.

Mövzu-13

Maye yüklərin xassələri və təsnifatı.

1. Maye yüklərin xarakteriskası.

2. Neft məhsulları üçün anbarlar.

3. Maye yüklər üçün hərəkət tərkibi.

4. Maye yüklərin qəbulu və çəkisinin təyin edilməsi.

1. Maye yüklərin xarakteriskası. Xüsusi vaqon-sisternlərdə və bunker yarımvaqonlarda daşınan duru yüklərə maye yüklər deyilir. Maye yüklərin 90%-indən çoxunu neft və neft məhsulları (benzin, ağ neft-kerosin, dizel yanacağı, mazut, yağ, və s.) təşkil edir. Maye yüklərə habelə kimya sənayesi məhsulları (turşular, qələvilər, boyaq maddələri, lak, mayeləşdirilmiş qazlar və s.) və yeyinti sənayesi məhsulları (bitki yağları, spirtlər, və s.) aid edilir.

Neft məhsulları şəffaf (ağ, açıq) və tünd (qara rəngli) məhsullara bölünür. Şəffaf məhsullara benzin, benzol, ağ neft (kerosin), liqroin, dizel yanacağı, mator yanacağının yüngül sortları (növləri),təbii qaz kondensantları və s. aiddir. Tünd məhsullara mazut, bitum, motor yanacağının ağır sortları (növləri) xam neft və duru sürtkü yağları aiddir.

Maye yüklərin daşınma və saxlanma şərtlərinə təsir edən əsas xassələri bunlardır: nisbətən tez alışıb-yanır, yüksək dərəjəli temperaturda qatılaşır və müsbət temperaturda belə donub laxtalanır,yüksək buxarlanma qabiliyyəti olur, metalı korroziyaya uğradır, insan orqaniziminə zərərli təsir edir və s. Maye yüklərin bu və digər özünə məxsus olan xassələri onların dəmir yolu nəqliyyatı ilə daşınması zamanı xüsusi şəraitin gözlənilməsini tələb edir. Maye yüklərin sisternlərdə daşınması üsulları Yük daşımaları qaydalarının 2-ci cilidində 41-ci bölməsində verilib. Maye yüklər təhlükəsiz və təhlükəli olurlar. Yükün adının, təhlükəlik dərəcəsinin daşıma sənədlərində düzgün göstərməsinə, habelə vaqonların doldurulub-boşalması və təmizlənmasinə göndərici və alıcı məsuliyyət daşıyır. Maye yüklər qatı, zəif qatı və çox qatı olurlar. Temperatur artdıqca neft məhsullarının sıxlığı və qatılığı azalır, bu isə doldurma-boşaltma əməliyyatlarını sürətləndirir.

2. Neft məhsulları üçün anbarlar. Neft məhsullarının qəbulu, saxlanması və buraxılması üçün təyin edilmiş tikinti qurğuların kompleksinə neft bazası deyilir. Neft bazasının ərazisində vaqonları doldurub-boşaltmaq üçün estakadlar, nasoslar, neft məhsullarının saxlanması üçün çənlər, köpük istehsal edən və yanğınsöndürən qurğuları olmalıdır.

Neft anbarları yerüstü, yarıyerüstü-yarıyeraltı və yeraltı olurlar. Formasına görə slindirik (şaquli və üfüqi vəziyyətdə) və kürəşəkilli olurlar. Bir qrup çən arasında ən azı 50 m məsafə, eyni qrupdakı çənlər arasında isə ən azı 10 m məsafə olmalıdır. Hər bir çənin ətrafında 1,2 m hündürlükdə torpaq sədd olmalıdır. Torpaq səddlərin arasında 3,5 m enində yanğın söndürmək üçün keçid olmalıdır.

Neft məhsulları müəyyən qablarda anbarlarda da saxlana bilər. Bu anbarların divarları yanmayan maddədən hazırlanmalıdır. Bu anbarların ümumi həcmi tezalışan yüklər üçün - 1200 m kubu,digər yanan yüklər üçün isə - 6000 m kubu olmalıdır.

3. Maye yüklər üçün hərəkət tərkibi. Maye yüklər dəmir yoluna, göndəriciyə və alıcıya məxsus olan, habelə dəmir yolu tərəfindən onlara icarəyə verilən sistern vaqonlarda daşınır.

Dəmir yolunun neft və neft məhsulları daşımaq üçün sistern vaqonlari, sulfat turşusu, süd və şərab məhsulları daşımaq üçün xüsusi sistern vaqonları vardır. Neft-benzin sisternlərində kimya və yeyinti sənayesinin məhsullarını da daşımaq olar.

Sistern vaqonları parkı daşıdığı yükün növünə görə 3 qrupa bölünür:1-ci qrup - neft və neft məhsulları daşımaq üçün, 2-ci qrup - kimyəvi yüklər daşımaq üçün və 3-cü qrup - yeyinti yükləri daşımaq üçün. Neft və neft məhsulları daşımaq üçün olan sisternlər özləri də 3 növə bölünür: 1-ci növ şəffaf neft məhsulları üçün. Bu sisternlərin üstünə «Benzin» trafareti vurulur. 2-ci növ xam neft və tünd neft məhsulları üçün. Bu sisternlərin üstünə «Neft» - «Mazut» trafareti vurulur. 3-cü növ şəffaf və tünd neft məhsulları üçün. Bu sisternaların üstünə «Benzin-Neft» trafareti vurulur. Kimyəvi və xüsusi yüklər üçün olan xüsusi konstruksiyaları sisternlər göndəriciyə icarəyə verilə bilər, yaxud yükləmə stansiyasına qeyd edilə bilər. Bu halda sisternerin üstünə müvafiq qeydlər edilir:

«Təjili......... dəmir yolunun......... stansiyasına qaytarılmalıdır»

Sisternlərin üstünə, onun nömrəsinin üst tərəfindən əlavə olaraq şəffaf neft məhsulları üçün-«J», tünd neft məhsulları üçün «T», şəffaf və tünd neft məhsulları üçün «JT», kimyəvi yüklər üçün «X», yeyinti məhsulları üçün «P» əlavə trafaretləri vurulur. Xüsusi konstruksiyalı sisternlər (maye qaz, sarı fosfor və s. daşımaq üçün) göndərici və alicıya icarəyə verilir yaxud göndərici stansiyaya qeydiyyata alınır. Bu sisternlərin üstünə «Təcili........ dəmir yolu......... stansiyasına qaytarılmalıdır» trafareti vurulur. Bundan əlavə həmin sisternlərin üstünə yükün təhlükəli olduğunu bildirən digər trafaretlər («Yanğın təhlükəlidir», «Zəhərlidir» və s.) vurulur. Bitum xüsusi bunker yarımvaqonlarda daşınır. Bu yarımvaqonların ikiqat divarı və bu divarları arasında boruları olur. Boruların vasitəsi ilə isti buxar buraxılır və bitum qızaraq əriyir, sonra isə çənlər bir-bir aşırılır və beləliklə az xərclə tez bir zamanda vaqon boşaldılır.

4. Maye yüklərin qəbulu və çəkisinin təyin edilməsi. Sistern və bunker yarımvaqonlarda daşınan maye yüklərin siyahısını Yük Daşımaları Qaydalarının 2-ci cildinin 41-ci fəslinin 1-ci əlavəsində verilib. Bu siyahıda həmin yüklərin təhlükəlilik dərəcəsi, hansı sisterndə daşınmasının mümkün olması, sisterndə hansı trafaretlərin olması və daşıma sənədlərində hansı ştampların vurulması və s. göstərilir.

Sistern və bunker yarımvaqonlarda daşınan yükün çəkisini göndərici vaqonu tərəzidə çəkməklə,ölçməklə yaxud digər üsullarla təyin edir. Neft və neft məhsulları, həm də ammoniaklı su, aseton,benzol, naşatır spirti, təmizlənməmiş yağ və s. yüklərin çəkisini ölçərək təyin edirlər. Bunun üçün vaqonda mayenin hündürlüyünü xüsusi metr ştokla ölçürlər. Sonra sisterndəki mayedən bir qədər götürüb onun temperaturunu və sıxlığını tapırlar. Sisternin kalibrinə əsasən və mayenin hündürlüyünə müvafiq olaraq dəmir yolu sisternlərinin kalibrləmə jədvəlində mayenin həjmi (dm) tapılır, sonra isə mayenin həjmini onun sıxlığına vuraraq mayenin çəkisi təyin edilir.

Mayenin sıxlığı və temperaturu xüsusi cihazla denstimetrlə (areometrlə) ölçülür.

Mövzu-14

Çox yapışqanlı, qatılaşmış və maye halında olan yeyinti məhsullarının daşınması.

1.Tez qatılaşan maye yüklərin daşınması.

2. Kimyəvi yüklərin daşınması.

3. Maye halındakı yeyinti məhsullarının daşınması.

1. Tez qatılaşan maye yüklərin daşınması. Sistern və bunker yarımvaqonunda daşınan yüklərin bəziləri çox yapışqanlı və temperaturu azaldıqca qatılaşırlar. Ən yüksək dərəcədə qatılaşan (+40 C) və yüksək dərəcədə donan (30 °C) yüklərə IV qrupa aid olan yüklərdir. Bu yüklərin boşaldılması, xüsusilə qış fəslində .

Buna görə də qışda (15 oktyabrdan-15 aprelə qədər) bu yüklərin boşaldılması üçün onların qızdırılmasına əlavə vaxt verilir. Lakin (bu zaman) boşaldılmanın ümumi vaxtı l-qrup üçün 4 saat, II qrup-6 saat, III qrup- 8 saat, IV qrup-10 saatdan çox olmamalıdır.

Göndərici neft-bitum doldurulan yerlərin üstünü örtməlidir ki, bunker yarımvaqonlara yağış, qar düşməsin. Bunkerlərin çənlərinə onların ağzından 250 mm aşağı yük doldurulur. Doldurulan yükün temperaturu +150°C yuxarı olmamalıdır. Bunkerləri bir-bir çevirmək lazımdır ki, bunker yarımvaqonların özü çevrilib aşmasın.

2. Kimyəvi yüklərin daşınması. Maye halında olan və sisternlərdə daşınan kimyəvi yüklərə turşular, texniki spirtlər, təzyiq altında əridilmiş və mayeləşdirilmiş qazlar və digər kimyəvi yüklər aiddir.

Turşular dəmir yol nəqliyyatda xüsusi sisternlərdə daşınır. Ümumi parka aid olan sisternlərdə turşu daşımaq qadağandır. Oleum (tüstülənən sulfat turşusu) göndəriciyə aid olan xüsusi termos sisternlərdə, xlorid turşusu isə göndəriciyə aid olan xüsusi sisternlərdə daşınır. Bu sisternlərin daxili kimyəvi maddələrə dözümlü olan maddələrlə örtülür - yəni vaqonun daxili divarları xüsusi yapışqanla örtülür. Göndərici və alıcının xüsusi sisternlərində azot, fosfor və sirkə turşuları da daşınır.

Təzyiq altında sıxılmış, mayeləşdirilmiş və əridilmiş qazlar, metanol və digər təhlükəli yüklər də göndəricinin sisternlərində xüsusi qaydalar əsasında daşınır. Metanol daşıma, iyinə və rənginə görə şərab spirtinə oxşayır, lakin onu içən adamın ən yaxşı halda gözləri kor olur, pis halda isə ölür.

Metanol altında boşaltma cihazı olmayan, yuxarıda isə lükünün üstündə xüsusi örtüyü olan ixtisaslaşdırılmış sisternlərdə daşınır. Metanolu göndəricinin anbarında doldururlar. Dolma əməliyyatı qurtardıqdan sonra lükün qapağı boltlarla bağlanır və plomblanır. Qoruyucu örtük də məftillə bağlanıb bərkidilir və o da plomblanır. Metanol yüklənmiş sisternə şəxsən stansiya rəisi və ya onun müavini baxıb bu barədə nakladnoyda göndərici ilə birlikdə qeyd və imza edirlər. Qatarın natura vərəqində qırmızı mürəkkəblə və ya qırmızı karandaşla «Metanol" yazılır.

Metanol boşaldılmış sisternləri alıcı yuyub tam təmizlədikdən, bu məhsulun iyini tam yox etdikdən sonra daşınmaya qəbul edilir. Göndərici bu barədə nakladnoyda qeyd edir. Stansiya rəisi də bu barədə nakladnoya yoxladıqdan sonra imza edib sisternin təmiz olmasını təsdiq edir.

3. Maye halındakı yeyinti məhsullarının daşınması.Bitki yağları, patka (tam şəkərləşməmiş nişastadan ibarət qəliz maddə), qliserin və digər ərzaq və sənaye məhsulları altında boşaltma cihazı olan, ixtisaslaşdırılmış xüsusi sisternlərdə daşınır. Bu sisternlər doldurma stansiyasına qeyd edilir. Dəmir yoluna aid olan ərzaq məhsulları üçün ixtisaslaşdırılmış sisternlərin üstündə 100 mm enində,aralarında 500 mm məsafə olan 2 paralel qırmızı xətt cəkilir. Həmin iki xəttin ortasında 126 mm hündürlükdə olan hərflərlə daşınan yükün adı yazılır. Məsələn, «Patoka», «Bitki yağı», və s. Bu məlumatlar həm də 70 mm hündürlükdə olan hərflərlə sisternlərin üstündə yazılır. Həmin sisternlərin altında isə qeydiyyat stansiyası və dəmir yolunun adı yazılır. Ərzaq məhsullarının daşınması üçün ixtisaslaşdırılmış xüsusi sisternlər qeydiyyat stansiyasına plomblanmış vəziyyətdə və tam tərtib edilmiş daşıma sənədləri ilə birlikdə qaytarılır.

Spirt plomb və qıfıl üçün xüsusi avdanlıqlarla təchiz edilmiş sisternlərdə göndərici qıfılı və plombu ilə daşınır.

Mövzu-15


Sistern vaqonları doldurub-boşaltdıqda, yoxladıqda və təmizlədikdə təhlüksizlik qaydaları

1. Neft məhsulları, kimyəvi, zəhərli və partlayıcı yüklərlə təhlükəsiz davranma qaydaları.

2. Siternlərin içərisinə girdikdə təhlükəsizlik qaydalari.

1. Neft məhsulları, kimyəvi, zəhərli və partlayıcı yüklərlə təhlükəsiz davranma qaydaları.

Neft məhsullarını və maye halında daşınan zəhərli, aşındırıcı və korroziyaedici kimyəvi yükləri xüsusi ehtiyatla vaqona doldurub boşaltmaq lazımdır. Bu yüklərin doldurulub boşaldıldığı yerlərə 50 m məsafədən yaxın siqaret çəkmək və ya açıq alov tətbiq etmək qadağandır. Belə yerlərdə işıqlandırma partlayış təhlükəsizliyini, bütün sutka ərzində işıqlandırmanı təmin etməli və yanğın əleyhinə vəsaitlərlə təmin edilməlidir. İşıqlandırma olmayan yerlərdə partlayış təhlükəsizliyini təmin edən elektrik fənərlərindən istifadə edilməlidir. Təhlükəli yüklərin doldurulduğu yerlər dəmiryolanbarlarından, stansiya qurğularından, baş yollardan, digər yüklərin yüklənib-boşaldığı yerlərdən və yaşayış evlərindən ən azı 100 m məsafədə, partlayıcı və zəhərli yüklərin yükləndiyi, boşaldığı və saxlandığı yerlər isə dəmiryol anbarlarından, stansiya qurğularından, baş yollardan, digər yüklərin yüklənib-boşaldığı yerlərdən və yaşayış evlərindən ən azı 200 m məsafədə, bu yüklərin boşaldığı yerlər isə müvafiq olaraq ən azı 50 m və 125 m məsafədə yerləşdirilməlidir.

Turşular və digər aşındırcı va korroziyaedici maddələrlə işləyən fəhlələrə rezin çəkmələr, əlcəklər, döşlüklər (önlük) verilməlidir. Yanacaq daşıyan sisternlər boşaldıqdan sonra onlarla xüsusilə ehtiyatli davranmaq lazımdır, ona görə ki, bu sisternlərin içərisində yanacağın buxarları yığılır. Tez alışan mayelər və turşular daşınan sisternlərdə artıq təzyiqi tənzimləyib təhlükəsiz vəziyyətə salan xüsusi klapan (qapaq) qoyulmalıdır. Sisterni boşaltmazdan qabaq dəqiq təyin etmək lazımdır ki, bu sisternin içində hansı məhsul vardır: (80-ci illərdə Yod zavodunda yoxlamadan kislotanı səhvən yod çəninə boşaltmış və beləliklə zavoda böyük maddi ziyan dəymişdi) bundan əlavə sisternə baxılmalı, onun boşaltma cihazlarının saz vəziyyətdə işləməsi yoxlanmalıdır.

Sisternin lyukunu, qapağını açarkən külək əsən istiqamətdən durmaq lazımdır ki, daşıcılar paltara düşməsin, həm də məhlulun iyi adamların nəfəsinə getməsin. Lyukları və qapağını qığılcım verməyən alətlə açıb bağlayırlar. Sistern tam boşaldıqdan sonra onun bütün lyukları və bacaları möhkəm (kip) bağlanmalıdır.

2. Siternlərin içərisinə girdikdə təhlükəsizlik qaydaları. Alıcının məsul işçisi zərərli və

partlayıcı qazların sisterndə olmadığına, qəti əmin olduqdan sonra, adamların onun içərisinə düşüb daxildən yoxlamağa icazə verir. Benzol, karbon-sulfid və digər mayelərin buxarları sisternlərin dibinə yığılır və içəriyə düşmüş adamı tənəffüs zamanı zəhərləyir ki, bunun da nəticəsində həmin adam bihuş olub yıxılır. Bu səbəbdən aşındırıcı və zəhərləyəci yüklər, benzin, xam neft və digər zərərli buxarlar ifraz edən mayelərin boşaldığı sisternlərin içərisinə bayırdakı hava balonuna şlanqla qoşulmuş əleyhqazsız və xilasedici kəmərsiz düşmək qadağandır. Xilasedici kəmərə kəndir bağlanır və onun bir ucu yuxarıda, sisternin damındakı lyükdan qıraqda saxlanılır. Lyükün ağzında digər ehtiyatda olan köməkçi işçi, ehtiyat əleyhqazla dayanmalıdır ki, lazım gələrsə sisternin içərisinə düşüb oradakı işçiyə yardım edib çıxara bilsin. Lyükün ağzında olan köməkçi işçi kəndiri saxlayır, içəridə olan işçinin səhhətinə nəzarət edir və hava şlanqının düz vəziyyətdə olmasına (havanın maneəsiz verilməsi üçün) nəzarət edir.

Zəhərləyəci yüklər boşaldılmış sisternlərin içərisinə xüsusi qoruyucu paltar - pnevmokostyum geyinib düsmək lazımdır. Bu paltar işçini (fəhləni onun bədəninə toxuna bilən zəhərli mayelərdən,habelə qəfil temperatur dəyişməsindən (xüsusilə qış fəslində), onun bədəninin birdən-birə qızıb -soyumaqdan qoruyur. Sisternlərin içərisinə şaxtaçı tipli akkumlyatorlu fənərlə baxılmalıdır. Bu fənərlərin lampaları sisternlərin xaricində yandırlıb-söndürülməlidir.

Sisternlərin içərisinə düşən işçinin dəmir mismar və nal vurulmuş ayaqqabılar geyinməsi qadağandır. Sisternlərin içərisində dəmir və polad kürək (lopatka), şotka, vedrə və digər qığılcım verən alətlərlə işləməyə icazə verilmir. Bütün bu alətlər qığılcım saçmayan metallardan (aluminium, mis) yaxud ağacdan olmalıdır.

Mövzu-16


Hərbi daşımalar üçün ümumi qaydalar

1. Hərbi daşımalar üçün ümumi qanunlar.

2. Hərbi eşalon, nəqliyyat və komanda haqqında anlayış.

3. Hərbi daşımaları təmin etmək üçün dəmiryol nəqliyyatı işçilərinin vəzifələri.

1. Hərbi daşımalar üçün ümumi qanunlar. Qoşun növləri (ordu) dəmir yolu dəniz (çay) və hava nəqliyyatları ilə hərbi nizamnamənin, hərbi daşımalar nizamnaməsinin, hərbi daşımalar təlimatının və Nəqliyyat Nazirliyi (ADDY, AZAL VƏ AD Xəzər Gəmiçiliyi İdarələri) ilə razılaşdırılmış digər normativ sənədlərin tələbatı əsasında daşınır.

Hərbi daşımalara mümkün qədər yüksək sürətlə və vaxtında əməl edilməlidir. Hərbi əlaqə orqanlarının (vağzallarda və aeroportlarda olan komendaturaların) hərbi daşımalara aid olan bütün tələbləri sözsüz yerinə yetirilməlidir. Komendatura olmayan yerlərdə hərbi daşımalara aid olan bütün suallar nəqliyyatın vəzifəli şəxsləri tərəfindən həll edilməlidir.

Daşımaya qəbul edilmiş hərbi qulluqçuların nəqliyyatın işinə müdaxilə etmək hüququ yoxdur.

Hərbiçilər komendaturanın tələblərinə əməl etməli, nəqliyyatda təyin edilmiş qayda-qanunlara riayət etməli və hərəkət tərkiblərini qorumalıdırlar.

Hərbi daşımalar zamanı tələb olunur:

- hərbi hissədən: - daşınmaya, yük vurmaya və yükboşaltmaya sutkanın istənilən vaxtı, bütün şəxsi heyətlə tam hazır olsun;

- hərbi əlaqələr orqanlarından (komendaturadan): - hərbi daşımaları dəqiq planlaşdırsın, hərəkət tərkiblərindənsəmərəli istifadəni təmin etsin;

- nəqliyyat orqanlarından: - hərbi daşımaları təmin etmək üçün tələb olunduğu qədər və saz vəziyyətdə olan hərəkət tərkibləri versin, yükləmə-boşaltma mexanizmləri ilə və hərbi texnikanı bərkitmək üçün lazımi avadanlıqlarla hərbi hissəni təmin etsin.

2. Hərbi eşalon, nəqliyyat və komanda haqqında anlayış. Bir qatarda, gəmidə daşınmaq üçün təşkil edilmiş bir hərbi hissəyə, yaxud bir neçə hərbi hissələrə və böyük sayda olan hərbi komandaya hərbi eşalon deyilir.

Hərbi eşalonda silah, döyüş sursatı, hərbi texnika və hərbi hissələrin şəxsi heyəti daşınır. Hərbi eşalon daima döyüşə hazır vəziyyətdə olmalıdır.

Bir göndərici tərəfindən, bir alıcının ünvanına eyni vaxtda bir yaxud bir neçə vaqonda yola salınan göndərişə hərbi nəqliyyat deyilir.

Daşınma üçün bir və daha çox sərnişin vaqonu (adamların daşınması üçün təyin edilmiş digər vaqonları) tələb edən hərbi hissənin şəxsi heyətinə hərbi komanda deyilir.

Hərbi eşalona verilən qatar nömrəsi təyinat məntəqəsinə qədər dəyişdirilmir.

3. Hərbi daşımaları təmin etmək üçün dəmiryol nəqliyyatı işçilərinin vəzifələri. Hərbi daşımaları təmin etmək üçün ADDY idərəsinin, yolun Naxçıvan hissəsinin və stansiyaların rəisləri bütün vasitələrdən istifadə etməlidirlər. Onlar aşağıdakı tələbləri yerinə yetirməyə borcludurlar:

- hərbi eşalonları lazım olduğu miqdarda və saz vaqonlarla təmin etməlidirlər;

- yükləmə stansiyasına vaqonları hərbi orqanların tələb etdiyi sxem üzrə verməli, eyni zamanda yükləmə alətləri və vasitələri ilə təmin etməlidir;

- hərbi yüklər yüklənib - boşaldılan yerlər daima işə hazır vəziyyətdə saxlanmalıdır;

- hərbi daşımalarıı məxfi saxlamalıdır;

- hərbi eşalonları yanacaq, su və şam ilə təchiz etməlidir;

- hərbi eşalonun qrafik üzrə hərəkətini təmin etməlidir;

- hərbi eşalonda baş verən hadisələr, habelə qatarların hərəkətində yaranan fasilələr barədə komendaturaya məlumat verməlidirlər.

Mövzu-17


Hərbi yüklər üçün yükləmə-boşaltma məntəqələri

1. Hərbi eşalon üçün vaqonların hazırlanması və hərbi qatarın tərtib edilməsi.

2. Hərbi yüklər üçün yükləmə-boşaltma məntəqələrinin təchizatı.

3. Hərbi eşalonun yüklənməsi, hərəkət etməsi və boşaldılması.

1. Hərbi eşalon üçün vaqonların hazırlanması və hərbi qatarın tərtib edilməsi. Hərbi eşalonu daşımaq üçün dəmir yolu təqdim etməlidir:

-şəxsi heyətin daşınması üçün sərnişin və örtülü vaqonları, yaralıları və xəstələri daşımaq üçün izolyator vaqonları;

-səhra mətbəxi və avtomobillərin kuzasında daşına bilməyən yüklər üçün örtülü vaqonlar;

-ərzaq məhsullarını daşımaq üçün izotermik vaqonlar;

-silahları və hərbi texnikaları daşımaq üçün platforma və yarımvaqonlar.

Əgər eşalon bir sutkadan çox yolda olarsa, mətbəx üsün örtülü vaqon, 3 sutkadan çox yolda olarsa və ərzaq ehtiyatı 2 tondan çox olarsa izotermik vaqon verilməlidir.

Hərəkət tərkiblərini hərbi eşalon üçün dəmir yolu hazırlamalıdır. Vaqonlar ADDY texniki istismar qaydalarının (TİQ) tələblərinə cavab verməli, onlardan zibil və əvvəl daşınmış yükün qalıqları təmizlənməlidir.

Sərnişin vaqonları yatacaq dəstləri, su və yanacaq ilə təchiz edilməlidir. Adamlar gedən örtülü vaqonlar soba, taxta, daş kömür, vedrə, maşa, xəkəndaz, süpürgə, nərdivan, fənər və s. lazımi avadanlıqlarla təchiz edilməlidir.

Hərbi eşalon qabaqcadan hazırlanmış sxem əsasında tərtib edilir. Sxem üzrə tərtib edilən eşalonda sərnişin vaqonları, adam daşıyan vaqonlar, vaqon-mətbəx, vaqon-ərzaq anbarı bir qrupda və eşalonun ortasında, hərbi sursat, texnika və materiallar yüklənmiş platformalar, yarımvaqonlar və örtülü vaqonlar isə eşalonun baş və quyruq hissələrində yerləşdirilməlidir. Eşalonun sxemi yalnız hərbi əlaqələr orqanlarının icazəsi ilə dəyişdirilə bilər.

Eşalondakı sərnişin, adamlarla dolu olan və mətbəx vaqonları təhlükəli yüklər olan vaqonlardan ADY TİQ-rı ilə müəyyən edilmiş vaqon miqdarında məsafədə aralı olmalıdır. Partlayıcı və təhlükəli yüklər olan vaqonlar bir qayda olaraq eşalonun quyruq hissəsində yerləşdirilir.

2. Hərbi yüklər üçün yükləmə-boşaltma məntəqələrinin təchizatı. Hərbi yüklər üçün təyin edilmiş yükləmə-boşaltma məntəqələrində aşağıdakı əsas elementlər olmalıdır:

- vaqonların yüklənməsi üçün bir və ya bir neçə dəmir yolu;

- daimi (stasionar) yükləmə-boşaltma platforması, habelə açılıb-yığılan platformalar;

- yükləmə-boşaltma platformasına (meydançasına) avtomobil yolu;

- xüsusi qurğular, yükləmə-boşaltma ləvazimatları, materiallar və alətlər.

Platformaların hündürlüyü rels başlığı səviyyəsindən 1100-1200 mm məsafədə olmalıdır.

Yükləmə-boşaltma ləvazimatlarına keçid körpücükləri, dayaq dəmir bəndləri və şpallar, nərdivanlar və metal lövhəciklər aiddir.

Hərbi platformalar tipik (nümunəvi) layihələr əsasında, hərbi əlaqələr orqanları ilə razılaşdırılaraq tikilir.

Elektrikləşdirilmiş sahələrdə kontakt şəbəkəsindən cərəyanın açılması barədə stansiya rəisindən (növbətçisindən) yazılı xəbərdarlıq və icazə alındıqdan sonra yükləmə-boşaltma əməliyyatlarına başlamağa icazə verilir.

3. Hərbi eşalonun yüklənməsi, hərəkət etməsi və boşaldılması. Hərbi eşalon onun rəisinin verdiyi əmrdən sonra və təyin edilmiş sxem əsasında yüklənir. Silah və texnika bütün yükləmə-boşaltma vasitələrindən istifadə etməklə yüklənir. Yükləmə tez, gizli və mütəşəkkil surətdə aparılmalıdır. Silahlar və hərbi texnika vaqonlarda bərkidildikdən, üstü yelkənlə örtüldükdən və daşıma sənədləri tərtib edildikdən sonra hərbi eşalonun yüklənməsi qurtarmış hesab edilir. Hərbi hissənin yüklənməsinə onun komandiri cavabdehdir.

Vaqonun oxuna 10 t ağırlığında təsir edən tırtıllı və təkərli texnikanı yükləmək üçün keçid körpücüyü yerinə, platformanın yan və baş bortlarından istifadə etmək olar.

Hərbi texnika vaqonlarda səmərəli surətdə yerləşdirilməlidir. Məsələn, tank və avtomobillər platformalara qarışıq surətdə, boş avtomobillər maili vəziyyətdə, minik avtomobillərini yük avtomobillərinin kuzasında yerləşdirməklə, hərbi texnikanı platformanın oxuna maili, əgər qabarit ölçüləri imkan verərsə perpendikulyar yerləşdirməklə, onların kənara çıxan hissələrini söküb başqa yerdə yerləşdirməklə və s. üsullarla daşımaq olar.

Hərbi eşalon dəmiryol nəqliyyatı ilə qatarların hərəkət qrafikində göstərilmiş sürətlə daşınır.

Hərbi eşalonlar digər qatarlara nisbətən bəzi üstünlüklərə malikdir. Hərbi eşalona nisbətən üstünlüyə növbədənkənar qatarlar (bərpa, yanğınsöndürən, qartəmizləyən, tək lokomotivlər, avtomotris və s.), sərnişin və poçt-baqaj qatarları malikdir.

Hərbi eşalonun baş və quyruq hissəsinə digər vaqonları da qoşub daşımaq olar. Hərbi eşalona əndazəsiz, radioaktiv və partlayıcı yüklərlə dolu vaqonları qoşmaq olmaz.

Hərbi eşalonda maye yanacaqdan istifadə etməklə xörək bişirmək, vaqonu qızdırmaq olmaz.

Hərbi eşalonu təyinat stansiyasında və müvəqqəti yükboşaltma stansiyalarında boşaltmaq olar.Boşaltmaya eşalon rəisinin verdiyi sərəncamından sonra başlamaq olar. Eşalonun tam boşaldığı barədə eşalon rəisi yol cədvəlində imza edir, 2 Nomrəli nakladnoyu alıb hərbi hissənin ştambına təhvil verir.

Mövzu-18


Birbaşa dəmir yolu-su nəqliyyatı qarışıq yük daşımaları

1. Birbaşa qarışıq daşımaların əhəmiyyəti.

2. Birbaşa dəmir yolu-su nəqliyyatı qarışıq yük daşımaları üçün əsas müddəalar.

3. Birbaşa qarışıq daşımalarda yükləmə-boşaltma məntəqələrinin işinin təşkili.

1. Birbaşa qarışıq daşımalarn əhəmiyyəti. Dəmiryol nizamnaməsinin 96-cı maddəsinə əsasən dəmiryol nəqliyyatı lazım gəldikdə yükləri digər nəqliyyat növləri ilə sıx və qarşılıqlı əlaqədə birlikdə daşımalıdır. Dəmiryol nəqliyyatı qarışıq daşımaları ən çox dəniz və çay nəqliyyatları ilə birlikdə həyata keçirir.

Lazım gəldikdə dəmir yolu - avtomobil, dəmir yolu - su - avtomobil, dəmir yolu - hava nəqliyyatları qarışıq daşımaları həyata keçirilir.

Əgər göndərici və təyinat məntəqələri bir nəqliyyat vasitəsi ilə birləşmirsə, nəqliyyat növünün biri çox möhkəm yüklənibsə və başqa hallarda qarışıq daşımaların əhəmiyyəti böyükdür. Bundan əlavə qarışıq daşımalar vahid daşıma sənədləri əsasında həyata keçirilir və bu isə yük sahibləri üçün əlverişlidir.

2. Birbaşa dəmir yolu-su nəqliyyatı qarışıq yük daşımaları üçün əsas müddəalar.

Birbaşa dəmir yolu-su nəqliyyatı qarışıq yük daşımaları yük əməliyyatları aparan bütün stansiyalar arasında həyata keçirilir. Bunun üçün əvvəlcədən müvafiq nazirlik və ya baş idarələr arasında müqavilələr bağlayırlar. Bu daşımalar bəzi hallarda mövsümi xarakter daşıyır. Naviqasiyanın başlanması və qurtarması barədə gəmiçilik idarələri dəmir yolu idarələrinə teleqraf, faks və s. vasitələrlə məlumat verirlər. Naviqasiya başlanana qədər limanların anbarlarına yük qəbul etmək olar.

Naviqasiya qurtardıqdan sonra limana (körpü) gətirilmiş yükü dəmir yolu təyinat stansiyasına aparmalıdır. Əgər həmin məntəqədə dəmiryol stansiyası yoxdursa, liman (körpü) bu yükü qəbul etdikdən sonra gələn naviqasiya başlayana qədər anbarlarında saxlamalıdır.

Yüklərin çatdırma müddəti hər bir nəqliyyat növü üçün ayrılıqda təyin edilir.

3. Birbaşa qarışıq daşımalarda yükləmə-boşaltma məntəqələrinin işinin təşkili. Dəmir yolu nəqliyyatından su nəqliyyatına və əksinə yükləri ötürmək üçün yükləmə-boşaltma məntəqələri tikilir.

Bu məntəqələrə liman və dəmiryol liman stansiyaları aid edilir. Yükləmə-boşaltma məntəqələri ümumi təyinatlı (bütün növlərdən olan yüklər üçün) və xüsusi təyinatlı taxıl, duz, neft məhsulları, meşə yükləri və s.) yüklər üçün ixtisaslaşdırılır.

Yükləmə-boşaltma məntəqələrində yüklər vaqonlardan gəmiyə və anbarlara, yaxud əksinə gəmidən vaqonlara yaxud anbara limanın yükləmə-boşaltma vasitələri ilə yüklənib boşaldılır.

Vaqonlar yük məntəqələrinə və vaqon tərəziləri yollarına dəmir yolunun lokomotivi ilə verilir.

Yükləmə-boşaltma məntəqalərində vaqon tərəzilərini dəmir yolu saxlayır və təmir edir, digər vəsaitləri isə liman saxlayır.

Dəmir yolu vaqonları limana aylıq plan əsasında orta sutkalıq həcmində verir. Stansiya rəisi və liman rəisinin qarşılıqlı razılığına əsasən planda düzəlişlər aparıb, sutkalıq normanı artırmaq və ya azaltmaq da olar.

Yüklərin dəmir yolundan su nəqliyyatına və əksinə yüklənib-boşaldılması liman və ona birləşən dəmir yolu stansiyasının bağladığı qovşaq müqaviləsinin əsasını təşkil edən vahid texnoloji iş prosesi əsasında aparlır.

Yük-boşaltma məntəqəsində iş iki variant üzrə təşkil edilir: yüklər bilavasitə gəmilərdən vaqonlara və yaxud vaqonlardan gəmilərə (birbaşa variant) yüklənir. İkinci variantda isə yüklər vaqonlardan və ya gəmilərdən əvvəlcə limanda olan anbarlara boşaldılır, sonra isə gəmiyə və ya vaqonlara yüklənir. Birbaşa variant o halda yüksək səmərə verir ki, yüklü vaqonlar limana gəldiyi zamanda boş gəmi də limana gətirilməlidir və ya əksinə yüklü gəmi limana yan aldıqda boş vaqonlarda yük əməliyyatlarına dəmir yolundan verilməlidir. Bu variant özünü o zaman doğruldur ki, gəmiçilik və dəmir yolu idarələri gəmi və qatarların qarşılıqlı razılaşdırılmış hərəkət qrafikini tətbiq edə bilsinlər.

Çox zaman dənizdə baş verən fırtınalar bu qrafikin pozulmasına səbəb olur. Buna görə də hərəkət tərkiblərinin hərəkəti barədə gəmiçilik və dəmir yolu idarələri müntəzəm surətdə bir-birinə informasiya verirlər.

Yükləri və onların daşıma sənədlərini bir nəqliyyat növündən digərinə QU-41 formalı ötürmə cədvəli əsasında təhvil verən tərəf dörd nüsxədən ibarət hazırlayıb qabul edən tərəfə təqdim edir. Bu cədvəlin iki nüsxəsi vaqonları təhvil verən tərəfdə qalır, o biri iki nüsxə isə vaqon və yükləri qəbul edən tərəfə verilir. Ötürmə cədvəlində aşağıdakı məlumatlar yazılır: yükü təhvil verən stansiyanın və ya limanın (körpünün) adı, yük sənədlərinin nömrələri, vaqonların nömrələri, gəminin adı, yükü göndərən ilk məntəqənin adı, yükün təyinat məntəqəsinin adı, yükün xarakteri və miqdarı, yükün ötürmə məntəqəsinə verildiyi tarix və yükün faktiki verildiyi saat və s. məlumatlar yazılır. Bütün nüsxələrdə təhvil verən və qəbul edən tərəflər imza edib təqvim ştampı ilə möhürləyib imzaları təsdiq edirlər.

Əgər yüklər iki müxtəlif hissələrlə təhvil verilərsə bu halda ötürmə cədvəlində ikinci təqvim ştampı vurulur və imzalanır.

Qəbul edən tərəfin tələbi ilə təhvil verən tərəf yükün çəkisini də yoxlayıb təhvil verməlidir.

Ədədi yüklərin özləri və tarada qablanmış yükün isə tarası zədələndikdə onların çəkisini liman qapan tərəzilərində və dəmir yolu isə vaqon tərəzisində öz vasitələri ilə yoxlayırlar. Yüklərin təhvili zamanı yükün zədələnmasi nəticəsində çatışmayan yükün miqdarı barədə təhvil verən tərəf qəbul edən tərəfin iştirakı ilə kommersiya aktı tərtib edilir. Ötürmə cədvəlində kommersiya aktının nömrəsi və tərtib edildiyi tarix yazılır.

Mövzu-19

Beynəlxalq əlaqələrdə yüklərin daşınmasının təşkili və daşıma şərtləri.

1. Beynəlxalq daşımalar üçün bağlanmış müqavilələr.

Beynəlxalq daşımalar ölkələr arasında bağlanmış müqavilələr əsasında təşkil olunur. Dəmiryol nəqliyyatı xarici yük dövriyyəsinin yarıdan çoxunu yerinə yetirir. Bir beynəlxalq daşıma sənədləri ilə iki və daha çox ölkələrin dəmir yollarında daşınan yüklərə beynəlxalq yük daşımaları deyilir.

ADDY 1993-cü ildən başlayaraq bir sıra beynəlxalq müqavilələrin, o cümlədən MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının və Dəmir Yolu əməkdaşlıq Təşkilatının üzvüdür.

1993-cü ilin may ayında Avropa İttifaqı ölkələrinin təşəbbüsü ilə Brüsseldə MDB dövlətlərinə texniki yardımla bağlı olaraq TASİS proqramı çərçivəsində Azərbaycan, Türkiyə, Moldova, Ukrayna, Ruminya, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızstan, Tacikistan və Ermənistanın imzaladıqları Avropa-Qafqaz-Asiya Beynəlxalq nəqliyyat dəhlizi - TRASEKA (Böyük ipək yolu) fəaliyyətə başlamışdır.

2000-ci ilin sentyabr ayında Rusiya Federasiyası və İran İslam Respublikası tərəfindən əsası qoyulmuş «Şimal - Cənub» Beynəlxalq Nəqliyyat Dəhlizinə 2004-cü ildə ADY da qoşuldu. İlkin variantda «Şimal - Cənub» Beynəlxalq Nəqliyyat Dəhlizində yüklərin daşınması iki nəqliyyat növü ilə- dəniz və dəmir yolu nəqliyyatlarında nəzərdə tutulmuşdu. Rusiya və İran ekspertləri Həştərxan vilayətində Olya və Mahaçqala limanlarını yenidən qurmaqla, onların konteyner terminallarının gücünü artırmalı idilər.

Azərbaycan Respublikası Avropa-Qafqaz-Asiya «TRASEKA» Beynəlxalq Nəqliyyat dəhlizinin təşkilatçılarından biri hesab edilir.

Hazırda «Şimal-Cənub» Beynəlxalq Nəqliyyat Dəhlizinə rəsmi olaraq Qazaxıstan və Belarusiya qoşulmuşdur. Azərbaycan Respublikasından əlavə olaraq daha altı ölkə – Tacikstan, Oman, Suriya,Ukrayna, Bolqarıstan və Ermənistan «Şimal-Cənub» Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulmaq istəyir.

2007-ci ilin dekabr ayından Türkmənistan da «Şimal-Cənub» Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulduğunu və bu məqsədlə Xəzər dənizinin Şərq sahilində dəmir yolunun tikintisinə başladı.

2004-cü ilin 19-21 may ayında Moskvada keçirilən üçtərəfli görüşdə ADDY "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinə qəbul edilmişdir. Bu layihə əsasında Astara (Azərbaycan)-Astara-Qəzvin-Rəşt (İran) yeni dəmir yolu xəttinin çəkilməsi üçün Rusiya və İran dəmir yolu rəhbərləri ilə aparılan danışıqlar müsbət nəticə vermişdir və yaxın gələcəkdə «Şimal-Cənub» Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsi olan bu dəmir yolu, Azərbaycan Respublikasının xarici - iqtisadi əlaqələrinin genişəndirilməsinə təkan vermişdir.

Mövzu-20


Dəmir yolunun yükü itirdiyinə, xarab etdiyinə və sındırdığına görə məsuliyyəti

1. Qorunması təmin edilməyən daşımaların növləri.

2. Daşıma planı kəsirdə qaldığı üçün məsuliyyət.

1. Qorunması təmin edilməyən daşımaların növləri. Qorunması təmin edilə bilməyən Yük daşımalarına aşağıdakılar aiddir: yükün itməsi, əskik gəlməsi, zədələnməsi yaxud xarab olması.

Qorunması təmin edilə bilməyən daşımaların əsas əlamətləri bunlardır: yükün miqdarı nakladnoyda göstərildiyindən az gəlir, yük sınır, əzilir, sürtülür, keyfiyyəti aşağı düşür, çürüyür, donur və s. Daşınan yüklərin qorunmasının təmin edilə bilməməsinin əsas səbəbləri bunlardır: yük və kommersiya əməliyyatlarının texnologiyasının pozulması, yüklərin mühafizəsi və qorunmasının yaxşı səviyyədə təşkil edilməməsi və bunun da nəticəsində yüklərin oğurlanması, itməsi, dağılması və s.

Aşağıdakı hallarda yüklərin oğurlanması hesab edilir:

- plomb bağlanmış qapını bərkidən məftil qırılmışdır, plombun üstündə nasazlıqlar qeydə alınıb;

- vaqonun (konteynerin) divarı, döşəməsi, tavanı, ventilyasiya lükləri və s. yerləri (hissələri) sındırılıb:

- yüklərin yığıldığı taralar (qablar) güclə açılıb;

- açıq hərəkət tərkiblərində daşınan yüklərin markalanma nişanları və bərkidilmə vasitələri pozulub, avtomobil, traktor və digər kənd təsərrüfatı maşınlarının detal və ehtiyat hissələri oğurlanıb və s.

Qorunması təmin edilə bilməyən daşımalar üç qrupa bölünür:

1 qrup - 500 manat və daha çox, ?

2 qrup - 100 manatdan - 500 manata qədər, ?

3 qrup - 100 manatdan az.?

2. Daşıma planı kəsirdə qaldığı üçün məsuliyyət. Dəmir yolu nizamnaməsinin 144-cü maddəsinə əsasən dəmir yolu və yük göndəriciləri aylıq yükdaşıma planını kəsirdə saxladıqlarına görə təqsirli olan tərəfi cərimə edir. Dəmir yolu göndəriciyə yükləmək üçün planda nəzərdə tutulmuş miqdarda boş vaqon vermədiyinə, yük göndəricisi isə dəmir yolunun plan üzrə verdiyi boş vaqonları qismən və ya tam yükləmədiyinə görə məsuliyyət daşıyır.

Cərimənin miqdarı hər iki tərəf üçün eynidir.

Tərəflərin məsuliyyəti ayın sonu üzrə yox, hər dekada nəticələrinə əsasən, neft və neft məhsulları üçün isə ayın yarısında müəyyən edilir və beləliklə planın bərabər surətdə yerinə yetirilməsinə stimul yaranır. Əgər dekadanın müəyyən günlərində kəsirdə qalan planı, həmin kəsiri dekadanın başqa günlərində doldurmaq mümkün olubsa, müqəssir tərəf cərimədən azad edilir.

Dəmir yolu və yük göndərən aşağıdakı üzürlü hallarda cərimədən azad edilirlər:

-təbii fəlakət (zəlzələ, daşqın, yanğın, qar yığını və s.) və müəssisədə istehsal prosesini üç gündən çox saxlayan qəza baş vermişdirsə, -dəmir yolu nizamnaməsinin 44-cü maddəsinə əsasən (karantin, fəlakət, qəza və hərəkətin

saxlanmasına səbəb olan digər hadisələrə görə) müəyyən istiqamətlərə yükləmə qadağan edilərsə,saxlanarsa yaxud məhdudlaşdırılarsa.

Bundan başqa yük göndərən onunla razılaşdırmadan plandan artıq verilən vaqon və konteynerləri istifadə etmədiyinə, habelə planı ton hesabı ilə yernə yetiribsə, plandan artıq verilən vaqonlara görə cərimə verməkdən azad edilir.

Mövzu-21


Yük göndəriciləri və alıcılarının hərəkət tərkibindən səmərəsiz istifadə etdiyinə görə məsuliyyəti

1. Yükün itirilməsi, əskik gəlməsi, zədələnməsi və xarab olmasına görə dəmir yolunun

məsuliyyəti.

2. Yükün gecikdirilməsinə görə dəmir yolunun məsuliyyəti.

1. Yükün itirilməsi, əskik gəlməsi, zədələnməsi və xarab olmasına görə dəmir yolunun

məsuliyyəti. Dəmir yolu nəqliyyatı nizamnaməsi dəmir yolunun, yük göndərənin və yük alanın daşıma prosesində yükün tamamilə qorunub sağ və salamat təyinat məntəqəsinə çatdırılması üçün tədbirlər sistemini, onların vəzifələrini və günahkar tərəfin məsuliyyətini müəyyən edir.

Birbaşa dəmir yolu daşımalarında yükün daşınması üçün lazım olan əsas vaxtdan 30 gün (bir ay) əlavə vaxt keçdikdən sonra, qarışıq dəmir yolu - dəniz nəqliyyatı daşımalarında isə əsas vaxtdan dörd ay keçdikdən sonra yükü sahibinə vermək mümkün olmasa, bu hadisəyə yükün itirilməsi deyilir.

Yükün itirilməsi onun faktiki məhv edilməsi və zay olması, habelə onun göstərilən müddətlərdən artıq vaxtdan sonra gecikdirilərək yol gəlməsi də hesab edilir. Beləliklə, alıcının tələb edib yükün dəyərini istəməsi üçün, yükün həqiqətən hələlik yol gəlməsi və həqiqətən itirilməsinin yaxud digər alıcıya verilməsinin heç bir əhəmiyyəti yoxdur.

Əgər dəmir yolu yükü alıcıya daşıma sənədlərində göstərilən miqdardan az (çəkisinə və sayına görə) təhvil verərsə, bu hadisəyə yükün əskik gəlməsi deyilir. Daşıma prosesində yükün dəyəri (keyfiyyəti, qiyməti) və fiziki və ya mexaniki vəziyyəti aşağı düşübsə (sınıb, sürtülüb, islanıb, çirklənib, əzilib), bu hadisəyə yükün zədələnməsi deyilir. Daşıma prosesində yükün kimyəvi və ya bioloji keyfiyyəti pisləşibsə (çürüyüb, donub və s.), bu hadisəyə yükün xarab olması deyilir. Dəmir yolu nəqliyyatı nizamnaməsinin 148-ci maddəsində təyin edilmişdir ki, iki qrup üzürlü səbəb olduqda və dəmir yolu onları sübut edə bilsə cərimə verməkdən azad edilir.

1-ci qrup. Əgər dəmir yolu onları sübut edə bilsə ki, yükün itməsi, əskik gəlməsi, zədələnməsi və ya xarab olması onun təqsiri üzündən olmayıb, yəni dəmir yolunun bu xətaları aradan qaldırmaq üçün dəmir yolunun imkanı olmayıb:

a) yük göndərənin yaxud yük alanın günahı olub (yük vaqona düzgün yüklənməyib,düzgün

markalanmayıb, kommersiya cəhətdən nasaz vaqona yüklənib, ehtiyatsız yüklənib yaxud boşaldılıb və s.);

b) yük təbii xassələrinə uyğun olaraq öz-özünə dəyişilib (paslanıb, daxilən xarab olub, öz-özünə alovlanıb və yanıb, həddindən artıq rütubətə görə xarab olub və s.);

j) yükün daşınmaya qəbulu zamanı tarada xaricdən ilk baxışda aşkar edilə bilməyən nasazlıq olubsa və ya yükün xüsusiyyətlərinə uyğun olmayan qeyri standart taraya yüklənməsi nəticəsində və yolda tarada heç bir nasazlıq əlaməti baş verməyibsə, tara və qablaşdırma vasitələrində olan nöqsanlar səbəbindən;

ç) yükün daşınma prosesi zamanı və anbarda saxladıqda xüsusi ehtiyat tədbirlərinin

gözlənilməsini tələb edən, xüsusi xassələri daşıma sənədlərində göstərilmədən daşınmaya təqdim edilib,

d) rütubəti normadan artıq olan yük daşınmaya təqdim edilmişdir (Dəmir yolu nizamnaməsi Maddə 148).

2-ci qrup səbəblər isə dəmir yolu nəqliyyatı nizamnaməsinin 149-cu maddəsində təyin

edilmişdir:

a) Əgər yük tamamilə saz vaqonda (konteynerdə) və salamat plombla gəlibsə, açıq hərəkət tərkibində markalanma nişanları və bərkidilmə üsulları və materialları pozulmadan, habelə yolda bu yük ilə heç bir yükləmə əməliyyatları aparılmadan gətirilibsə yaxud vaqonda yükə toxunulmadığını bildirən digər əlamətlər varsa;

b) yükün əskik gəlməsi, zədələnməsi yaxud xarab olmasionun təbii xassələrinə uyğun olaraq baş veribsə (külək sovurub və üfürüb, yağış, qar, tüstü və qığılcım təsir edib);

j)yük göndərənin və ya yük alanın nümayəndəsi yükü müşaiyət edib;

ç) yükün əskik gəlmə miqdarı onun təbii azalma normasından çox deyilsə.

Əgər yük göndərən və ya yük alan bu səbəblərin dəmir yolunun günahı üzündən baş verdiyini sübut edə bilsə, bu halda dəmir yolu yükün itməsi, əskik gəlməsi, zədələnməsi və ya xarab olmasına görə məsuliyyət daşıyır.

Dəmir yolu nizamnaməsinin 151-ci maddəsinə əsasən dəmir yolu itirdiyi və ya əskik verdiyi miqdarda yükün dəyərini alıciya ödəməlidir. Əgər dəmir yolu sübut etsə ki, yükün həqiqi qiyməti iddiada göstərildiyindən azdır, bu halda az miqdarda cərimə ödəyir. Əgər zədələnmiş və qismən xarab olmuş yükü öz təyinatına uyğun olaraq ucuz qiymətə işlətmək mümkün olarsa, bu halda dəmir yolu yükün ucuzlaşdırıldığı miqdarda cəriməsini ödəyir. Əgər yükü təmir etdikdən sonra öz təyinatı üzrə işlətmək mümkündürsə, dəmir yolu təmir üçün lazım olan pulu verir. Yükü təkrar emala yararlı tullantıya təhvil verdikdə isə, tullantıdan əldə edilən pul yükün ümumi dəyərindən çıxılır və qalan məbləği dəmir yolu ödəyir. Mülki şəxslərin əmlakı itirilərsə və ya zədələnsə, onların qiyməti köhnəlmə əmsalı çıxıldıqdan sonra, dövlət satış qiymətinə əsasən ödənilir.

2. Yükün gecikdirilməsinə görə dəmir yolunun məsuliyyəti. Dəmir yolu nəqliyyatı nizamnaməsinin 153-cü maddəsinə əsasən dəmir yolu yükün çatdırma müddətini gecikdirdiyinə görə aşağıdakı məbləğdə cərimə olunur: Daşıma müddətinin 1/10 vaxtina - daşıma haqqının 15 %-i qədər; 1/10-2/10 - 30 %-i qədər; 2/10 3/10 - 45 %-i qədər; 3/10-4/10 -60%-i qədər; daşıma müddətinin 4/10 vaxtından çox gecikdirdikdə daşıma haqqının 75 %-i miqdarında dəmir yolu cərimə verməlidir.

Əgər yükün çatdırma müddəti 5 sutkadan çox deyilsə, hər gecikdirilən sutka üçün daşıma haqqının 15 % miqdarında, 75 %-dən çox olmayaraq dəmir yolundan cərimə tutulur.

Əgər dəmir yolu sübut edə bilsə ki, yükün gecikdirilməsində onun günahı olmayıb, o cərimədən azad edilir. Bu hallara aşağıdakı səbəblər aid edilir: qatarların hərəkətində fasilə yaradan təbii fəlakət hadisələri baş verib (güclü qar yağıb, daşqın və ya uçqun olub, meşə yanğınları və s.), yük alıcılarının günahı üzündən stansiya yollarında vaqonlar dayandığına görə qatarlar stansiyaya vaxtında qəbul edilməyib, yük göndərən yükü vaqona düzgün yükləmədiyinə görə yolda həmin yük boşaldılıb və təzədən yüklənib və s.

Mövzu-22

Qarışıq daşımalarda tərəflərin planı kəsirdə saxladıqları üçün məsuliyyəti

1. Qarışıq daşımalar zamanı tərəflərin məsuliyyəti.

Qarışıq daşımalar zamanı tərəflərin məsuliyyəti. Qarışıq daşımalarda yüklərin qorunmasına məsuliyyəti yükün faktiki verildiyi vaxta qədər təhvil verən tərəf, sonra isə qəbul edən tərəf daşıyır.

Limanlarda vaqonlar limanın vasitələri və onun hesabına qorunur. Daşıma planı kəsirdə qaldığı üçün dəmir yolu və gəmiçilik idarələri məsuliyyət daşıyır. Dəmir yolu vaqonları vermədiyi üçün, gəmiçilik idarəsi isə orta sutkalıq yükləmə planını yerinə yetirmədiyi üçün cərimə olunurlar.

Dəmir yolu və gəmiçilik idarəsi ayın digər günlərində planı yerinə yetirsələr cərimədən azad olunur.

Mövzu-23

Qatarlarda, stansiyaların parklarında və vük həyətlərində yüklərin qorunmasının təşkili

1. Ümumi qaydalar.

2. Daşınan yüklərin qorunması qaydaları.

3. Metanolun qorunması.

1. Ümumi qaydalar. Yüklərin qorunması dəmiryol nəqliyyatında hərbiləşdirilimiş mühəfizə xidmətinin, dəstələrinin və digər bölmələrin rəislərinə həvalə edilmişdir. Onlar stansiya və digər təşkilatların rəhbərləri ilə anbarlarda, yük həyətlərində, hərəkət tərkiblərində və stansiyaların parklarında qorunması üçün tədbirlər qaydaları hazırlayırlar.

Yüklərin qorunmasına onu müşayiət edən və stansiyaların parklarında qoyulmuş postların aticıları cavabdehdir. Atijılara və postlara xidməti itlər və texniki vasitələr verilir. Stansiyada postların olmasından asılı olmayaraq, stansiya rəisləri hər növbədə yüklərin qorunmasına cavabdeh olan şəxsləri təyin edir.

Yük həyətləri hasara alınmalı, ora giriş və çıxış üçün buraxılış rejimi tətbiq edilməlidir.

Anbarlar yanğınsöndürmə vasitələri və qoruyucu siqnalizasiya ilə təchiz edilməlidir. Yük həyətlərində gecələr lazımi qaydada işıqlandırma olmalıdır.

Oğurluğun qarşısının alınması üçün daşıma sənədləri üçün məxfi rejim təmin edilməlidir ki, kənar şəxslər hər hansı bir vaqon və konteynerdə daşınan yükün adını öyrənib onu oğurlaya bilməsin.

Yük kontorundan texniki kontora və əksinə sənədlər açarla bağlanmış çamadanda və bu sənədləri aparan şəxsin imzası ilə göndərilməlidir. Qatarlarla göndərilən daşıma sənədləri möhür vurulub bütöv iplə bağlanmış paketlərdə göndərilir.

Yüklərin qorunması qaydaları və hərbiləşdirilmiş mühafizə keşikçilərinin naryadları ilə aparılan yüklərin siyahısı ÜSO/3464 Nömrəli Təlimatda təyin edilmişdir.

2. Daşınan yüklərin qorunması qaydaları. Hərbiləşdirilmiş mühafizə ilə daşınan yüklərə aşağıdakı yüklər aid edilir: avtomobil, traktor, kənd təsərrüfatı maşınları, xəz və xəz məmulatları, ayaqqabı, yun və ipək parçalar, xəzlik dəri, gön-dəri məmulatları, digər qiymətli mallar, partlayıcı,zəhərli yüklər və metanol. Müasir dövrdə mürəkkəb kriminogen vəziyyətlə əlaqədar olaraq bütün yüklər hərbiləşdirilimiş mühəfizə keşikçilərinin müşayiəti ilə daşınır.

Yük kontorlarında, çeşidləmə platformalarında, konteyner meydançalarında hərbiləşdirilmiş mühafizə keşikçiləri ilə daşınan yüklərin siyahısı olmalıdır. Bu siyahılara əsasən vaqon vərəqəsinə və qatarın natura vərəqinə «Dəmiryol mühafizəsi ilə» ştampı vurulur.

Tərkibində hərbiləşdirilmiş mühafizə keşikçiləri ilə daşınan yüklər olan qatarlar barədə hərbiləşdirilimiş mühəfizə dəstələrinə əvvəlcədən məlumat verilməlidir. Hərbiləşdirilmiş mühafizə dəstəsi keşikçiləri qatarın yola düşməsinə bir saat qalmış gəlib bu yükləri qəbul etməlidirlər. Qatar dispetçeri bu qatarları qrafikdə qeyd edib həmin qatarların hərəkətini sürətləndirməlidir.

3. Metanolun qorunması. Metanol yüklənmiş sistern vaqonlar göndəricidən qəbul edildiyi vaxtdan alıcıya təhvil verilənə qədər mütləq hərbiləşdirilmiş mühafizə keşikçilərinin müşayiəti ilə daşınır. Hərbi hissələrə və zavodlara daşınan metanolu hərbi qarovul müşaiyət edir. Yükləmə stansiyasında və naryadın dəyişdirildiyi stansiyalarda vaqonu qəbul edəndə və təhvil verəndə qarovul rəisi şəxsən iştirak etməlidir ki, vaqonun kommersiya cəhətdən saz olmasına əmin olsun. Sonra keşikçilərlə xidməti təlimatlandırma aparıb, keşikçilərin vaqonda yerləşdiyi yerləri təyin etməlidir. Bu vaqonu mühafizəyə qəbul etdikdə, qoruyucu qapağın üstündə bağlanmış məftili və plombu yoxlamalıdır. Təmiz kimyəvi metanolu daşımaya qəbul etdikdə vaqonun kuzovunun, qapılarının,döşəməsinin və plomblarının saz olmasına xüsusi diqqət yetirilməlidir.

Mövzu-24

Aktların növləri və onların tərtib edilməsi

1. Aktların növləri və yazılış qaydaları.

2. Qorunması təmin edilə bilməyən daşımaların hesabatının aparılması.

1. Aktların növləri və yazılış qaydaları. Dəmiryol nizamnaməsinin 168-ci maddəsinə əsasən dəmir yolunun, yük göndəriciləri və yük alıcılarının, habelə sərnişinlərin maddi məsuliyyəti üçün əsas verən hadisələri QU-22 formalı Kommersiya aktı, yaxud QU-23 formalı Ümumi formalı akt təsdiq edir. Lazım olduqda QU-106 formalı vaqonun (konteynerin) texniki vəziyyəti barədə, QU-104 formalı Yükün ekspertiza aktı və başqa aktlar tərtib edilir.

Kommersiya aktı yükün itirilməsinə, xarab edilməsinə və zədələnməsinə görə məsuliyyəti təyin etmək üçün, böyük sübutedici qüvvəyə malik olan hüquqi sənəddir. Kommersiya aktını tərtib edirlər ki,yükün adının, çəkisinin və sayının həqiqətən daşıma sənədlərində müxtəlif olduğunu, yükün sənədsiz və sənədlərin yüksüz olduğunu və s. kommersiya xətalarını təsdiq etmək mümkün olsun.

Dəmir yolu bütün bu hallarda kommersiya aktı tərtib etməyə borcludur. Kommersiya xətası aşkar edilən gün kommersiya aktı tərtib edilməlidir. Kommersiya aktını tərtib etmək üçün yük həyəti müdirinin, anbar müdirinin, yaxud yük qəbul-təhvilçisinin yazılı raportu olmalıdır. Bu raportda kommersiya aktını tərtib etmək üçün bütün lazımi məlumatlar olmalıdır. Bu raportu stansiya rəisi yaxud onun müavini yoxlamalı və kommersiya aktının tərtib edilməsinə ehtiyac olub olmadığını təyin etməlidir.

Kommersiya aktı üç nüsxədən ibarət tərtib edilir. Kommersiya aktını pozmaq, ləkələmək və onda düzəliş etmək olmaz. Kommersiva akunin nömrəsi olmalı və stansiyanın ştampı vurulmalıdır. Kommersiya aktının 1-ci nüsxəsi araşdırmaq üçün ADY Daşıma Proseslərini İdarəetmə Birliyinə göndərilir, alıcı tələb edərsə 2-ci nüsxə ona verilir, 3-cü nüsxə isə stansiyada saxlanır.

Əgər kommersiya aktı yol boyu stansiyaların birində tərtib edilərsə, 2-ci nüsxə yük sənədləri ilə birlikdə təyinat stansiyasına göndərilir. Bu halda qaimədə (nakladnoyda) kommersiya aktı tərtib edilməsi barədə qeyd edilir.

Kommersiya aktında bütün məlumatlar tamamilə aydın göstərilməlidir. Bundan əlavə vaqonda qalan yükün miqdarı, çatışmayan yükün miqdarı, plombun növləri, yükün qiyməti, zədələnmənin səbəbləri, ekspertizanın rəyi və s. məlumatlar da göstərilməlidir. Kommersiya aktını stansiya rəisi (onun müavini), yük həyəti müdiri (konteyner meydançasının və ya çeşidləmə platformasının müdiri, baş yük qəbul-təhvilçisi), yük qəbul-təhvilçisi və yük alıcısı imzalayırlar.

Ümumi formalı akt yükün miqdarının dəyişmədiyi ilə əlaqədar olaraq, tərtib edilir. yəni kommersiya aktının tərtib edilməsinə ehtiyac olmayan hallarda, lakin müəyyən nöqsan və ya qüsurlar baş verdikdə ümumi formalı akt tərtib edilir. Aşağıdakı hallarda ümumi formalı akt tərtib edilir: qaiməyə (nakladnoya) əlavə edilmiş göndərici sənədləri itiriləndə, hesabaalma vərəqində imza etməkdən imtina etdikdə, yük alıcısının günahından təyinat stansiyasında vaqonlar səmərəsiz dayandıqda, boşaldılan vaqonlar tam təmizlənmədikdə, yolda plomb dəyidirildikdə, dəmir yolu yüklənməyə zibilli vaqon verdikdə və s. hallarda. Ümumi formalı aktı ən azı iki nəfər işçi imza etməlidir.

Vaqonun texniki vəziyyəti barədə akt, vaqondan yük axıb yerə tökülərsə, vaqonun divari,döşəməsi və ya tavanı zədələnərsə, yük islanarsa, bu xətalar aşkar edilən gün tərtib edilir. Aktın birinci nüsxəsi kommersiya aktına əlavə edilir. Bu aktı vaqon deposunun nümayəndəsi və stansiya növbətçisi imzalayırlar.

2. Qorunması təmin edilə bilməyən daşımaların hesabatının aparılması. Kommersiya aktı tərtib edilən gün QNU-2 formalı kitaba yazılır. Aktın nömrəsi də bu kitaba yazılır. Kitabda olan ardıcıl nömrə həm də akta yazılır. Yolboyu stansiyalarda tərtib olunmuş aktların da nömrələri QNU-2 formalı kitaba yazılır. Stansiyaya araşdırılmaq üçün daxil olmuş aktlar QNU-3 formalı kitaba yazılır.

Qorunması təmin edilə bilməyən daşımaların hesabatları QNU-4 formalı kitaba yazılır və onların hesabatı ilə ADDY Daşıma Proseslərini Idarəetmə Birliyi məşğul olur.

Mövzu-25

Daşınma haqqlarının hesablanmasının əsas müddəaları

Yüklərin daşınması haqqının hesablanması üçün aşağıdakı məlumatları təyin etmək lazımdır:

1. Yükü göndərən stansiyadan təyinat stansiyasına qədər olan tarif məsafəsini 4 Nömrəli Tarif Rəhbərliyindən təyin etmək lazımdır.

2. Daşınmaya təqdim edilmiş yükün hansı göndərmə növünə : vaqon göndərməsi, konteyner, az tonnaclı və ya xırda göndərməyə aid olması və bu göndərməyə müvafiq taksirovka qaydalarının tətbiq edib tariflərini təyin etmək lazımdır.

3. Əgər yük vaqon göndərməsinə aid edilmişdirsə, bu halda yükün daşınmalı olduğu vaqonun tipi müəyyən edilir.

4. Yük konteynerlərdə daşınarsa, daşıma haqqı 11-ci bəndinə əsasən, yığıcı vaqonlarda daşınarsa 12-ci bəndinə əsasən hesablanır.

5. Göndəricisi və alıcısı mülki vətəndaşlar olan şəxsi minik avtomobillərinin və ev əşyalarının daşınması üçün xüsusi qaydalar təyin edilmişdir.

6. Daşınma haqqı hesablanan göndərmə üçün tarif qrupunun və mövqesinin qeydlərinə xüsusi diqqət yetirilməli və bu qeydlərdə olan şərtlərə əsasən hesablama tətbiq edilməlidir.

7. Daşınma haqqı hesablanan göndərmə üçün tarif sxeminin nömrəsi təyin edildikdən sonra 1 Nömrəli Tarif Rəhbərliyinin 2-ci hissəsində verilmiş hesablama cədvəllərində göstərilən qiymətlər əsasında daşınma haqqı təyin edilir.

8. Daşıma haqqını hesabladıqdan sonra, 1 Nömrəli Tarif Rəhbərliyi, 1-ci hissə, В bölməsinə əsasən digər rüsumlar hesablanır.

Daşınma haqları hesablanarkən aşağıdakılar əsas götürülür:

- yükün adı;

-tarif məsafəsi;

- göndərmənin növü;

- vaqonların tipi;

- konteynerlərin kateqoriyası;

- vaqon və konteynerlərin mənsubiyyəti;

- göndərmənin çəkisi;

- ADY-də nəzərə alınan digər şərtlər.



Beynəlxalq tariflərdə əlavə rüsumlar da nəzərə alınıb. Məsələn, sərhəd stansiyalarında yükün başqa vaqona yüklənməsi; vaqonun təkər arabacıqlarının dəyişdirilməsi, yükün qiymətinin təyin edilməsi, gömrük əməliyyatları, izotermik vaqonlarda daşınması və s.

Daşıma haqqı göndərici ölkədə göndəricidən, təyinat ölkəsində isə alıcıdan alınır. Tranzit ölkələrdə isə daşıma haqqı həm göndəricidən, həm də alıcıdan alına bilər.
Yüklə 65,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin