Ixtisas: Təhsildə sosial psixoloji xidmət Kur: III fənn: İnklüziv təhsil və təlim



Yüklə 173,13 Kb.
səhifə42/72
tarix10.01.2022
ölçüsü173,13 Kb.
#106383
1   ...   38   39   40   41   42   43   44   45   ...   72

Müəllim qüsurlu uşağın daxili aləminə, emosional vəziyyətinə, psixikasına yaxından bələd olmalı, özü də hər cür situasiya ilə qarşılaşmağa hazır olmalıdır. Əlil, fizikiqüsurlu uşağa müəllim ana kimi münasibət bəsləməli, onun hər şıltağına dözməli, həsaslıqla yanaşı, eyni zamanda ciddi və tələbkar olmalı, onların cəmiyyətində insani münasibətlərin formalaşmasına stimul yaratmalıdır. Hansı uşaqla (kor, kar, zəifeşidən, ambliomiyalı) işləməsindən asılı olmayaraq, müəllim-dən insanlığa şərəf gətirə bilən humanizm, xeyirxahlıq, həssaslıq xüsusiyyətləri ilə yanaşı tolerantlıq tələb olunur. Çünki hər bir əlil uşaqda yalnız özünün bildiyi bir fiteri istedad olur, bir fəaliyyət sahəsi inkişaf edir, lakin qüsuru ona çəkinghənlik gətirir, istedadının üzə çıxmasına maneə olur. Müəllim bilməlidir ki, hər bir kor uşağın özünün rənglər dünyası, kar uşağın səsli-küylü bir aləmi, psixi inkişafı ləng gedən uşağın nə isə çızmaq, qurub-yaratmaq arzusu, istəyi var.Bütün bunları aşkarlayan müəllim inklüziv təhsildə təlim proqramında nəzərdə tutulanları öyrən-məklə yanaşı, ilk növbədə sağlamlıq imkanları məhdud uşaqların şəxsiyyət kimi formalaşmasına, özlərini cəmiyyətin layiqli bir üzvü kimi hiss etmələrinə və cəmiyyətin onları qəbul bərabərhüquqlu üzv kimi qəbul etdiyinə inandırmalıdır.


Yüklə 173,13 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin