Ixtisas: Təhsildə sosial psixoloji xidmət Kur: III fənn: İnklüziv təhsil və təlim



Yüklə 173,13 Kb.
səhifə40/72
tarix10.01.2022
ölçüsü173,13 Kb.
#106383
1   ...   36   37   38   39   40   41   42   43   ...   72

Hazırda ölkədə sağlamlıq imkanları məhdud - əlilliyi olan 57 mindən çox uşaq var. Onlardan 1105-i xüsusi təhsil məktəblərində, 2664-ü xüsusi internat məktəblərindətəhsil alır. 7750-yaxın evdə təhsilə, 268 nəfər isə inklüziv təhsilə cəlb edilmişdir. İnklüziv təhsilin özəlliklərindən biri budur ki, ümumtəhsil məktəbləri və uşaq bağçalarının müəllim və tərbiyəçi ilə yanaşı, müəllim və tərbiyəçi köməkçisi də fəaliyyət göstərməlidir. Bu məqsədlə də İnkişaf Proqramı çərçivəsində Nazirlər Kabinetinin qərarı ilə 28 müəllim köməkçisi və 28 tərbiyəçi köməkçisi olmaqla 56 əlavə ştat ayrılmışdır. Pedaqoji prosesin əsas subyekti olan müəllimin rolu inklüziv təhsildə, daha doğrusu əlil uşaqların təlim-tərbiyəsində daha önəmlidir. Uşaq üçün ən yaxşı mnümunə onun müəllimidir. Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün müəllim pedaqoji işçidən, tərbiyəçidən daha çox dost, həmdəm, arxa olmalıdır. Əgər sağlam uşaqlarla işləyən müəllimdən, təlim, təhsil, tərbiyə və formalaşma proseslərini idarə etmək tələbolunursa, inklüziv təhsildə bunlara səriştəlilik də əlavə olunur. Müəllim bu zaman yalnız təlim-tərbiyənin təşkili və idarəedilməsinə, zəruri anlayış və biliklərin öyrədilməsinə deyil, uşağın bir şəxsiyyət kimi formalaşmasına və özünü təcrid olunmuşdeyil, tamhüquqlu şəxsiyyət kimi hiss etməsinə şərait yaratmalıdır. Müəllim təkcə öz biliyini verməklə kifayətlənməməli, əqli və ya fiziki çatışmamazlıqlarından asılı olmayaraq, bütün uşaqlara sevgi və diqqət aşılamalı, onlara həyatı sevdirməli, onun gözəlliklərindən zövq almaqla yanaşı, özlərinin də bir gözəlik yaratmağa qadir olduqlarını hiss etdirməli, mənəvi-əxlaqi keyfiyyətləri, ictimai dəyərləri qəbul edərək sayqı ilə yanaşmalıdır.


Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla effektiv ünsiyyət mədəniyyətinin formalaşdırılması üçün tərbiyəçi müəllim aşağıdakı problem xarakterli məsələləri həll etməyə çalışmalıdır:

  • onun şəxsi fikir və tövsiyələrinin dərk edilməsi üçün uşaqlara geniş imkanlar yaratmalıdır;

  • tədris-təlim prosesində məlumatların tam və aydın tərzdə qavranılması üçün uşaqlarda bacarıqlar inkişaf etdirilməlidir;

  • uşağın böyüklərin nitqini tam başa düşülməsi təmin olunmalıdır.;

  • verbal və qeyri-verbal nitq arasındakı uyğunluq gözlənilməli və inkişaf etdirilməlidir.

Uşaqların davranışını idarə etmək tərbiyəçi müəllim üçün vacib məsələdir. Uşağın davranışına təsir edəcək üsullardan biri də modelləşdirmədir. Modelləşdir-mə prosesi uşağa gördüklərini öyrətməkdir. Odur ki, tərbiyəçi modelləşdirmə üsulundan səmərəli istifadə etməlidir. Modellər xüsusilə faydalıdır, çünki modeli müşahidə edərkən davranışı təkrarlamağı öyrənən uşaq bu prosesdən vərdişlər haqqında çox informasiya qazanır.

Mütəxəssilər xüsusi qayğəya ehtiyacı olan uşaqlarla iş zamanı kütləvi məktəb müəllimlərinin fəaliyyətində aşağıdakı problemlərin kəskin şəkildə müşahidə edildiyini qeyd edirlər:

1. Perşəkar xarakterli problemlər;

2. Psixoloji xarakterli problemlər;

3. Metodiki xarakterli problemlər.

Müəllimlərin inklüziv təhsilə psixoloji hazırlığı dedikdə, onun strukturu aşağıdakı kimidir:



  • İnkişafında müxtəlif tipli çatışmazlıqlar olan uşaqları emosional cəhətdən qəbul etməyə hazırlıq;

  • İnkişafında müxtəlif tipli çatışmazlıqlar olan uşaqları tədris fəaliyyətinə qoşmağa hazırlıq;

  • Öz pedaqoji fəaliyyətindən razılıq və s.

Yüklə 173,13 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin