Halsızlıq (şarm, təlqin halı): Hipnozun bu halının ən diqqətə çarpan xüsusiyyəti hipnoz olunan şəxsin təlqinə şüursuz şəkildə tabe olma xüsusiyyətidir. Bu haldakı şəxsə təlqin yoluyla,duyğuları maraqlandıran hipnotik halüsinasiyalar yaradıla bilər.
Katalepsi (donma halı): Şəxsin gözləri açıq olmaqla bərabər,əzələləri donma deyilən səviyyədə uzun müddət sabit qalır. Bu vəziyyətdə olan şəxslərlə aparılan təcrübədə müşahidə olunmuşdur ki, ətrafdakı səs-küyləri eşitməməklə yanaşı,musiqidən təsirləndiyi müəyyən olunmuşdur. Təlqin götürmə qabiliyyəti azalanda əmrlər nəticəsiz qalır. Hipnoz vəziyyətində olmaq təhlükəli bir vəziyyətdir. Çünki, hipnoz yuxusundan oyatma prosesi çətin bir mərhələdir,oyatma prosesinin düzgün aparılmamasi isə hipnoz yuxusunda olan şəxsdə müəyyən fəsadlar yarada bilər. Ancaq təbii ki, hipnoz edən şəxs peşəkar həkim, psixoloq, psixiatrdırsa, bu heç də qorxulu bir proses deyil.