Əvəzedici və ya ikinci mən – istənilən vaxt xəstəyə yardım göstərməyə hazır olan “ikinci” şəxs eyni zamanda ən məxfi məsələləri də üzə çıxaran bir adamdır. İki rolda çıxış edən xəstə bu üsulun köməyi ilə onu narahat edən əlatmərlərin əsl səbəblərini aşkar və təhlil etməkdə mühüm müvəffəqiyyətlər əldə edir.
Roldəyişmə - bu zaman şəxs öz rolunu dəyişib əks şəxsin (öz antoqontistinin) rolunda çıxış edir. Məsələn, ər arvadın, arvad isə ərin mövqeyindən çıxış edir. Belə olduqda, bu ana qədər bir-birinə əks mövqe tutan şəxslərin konflikti tezliklə aşkar edilir və asanlıqla həll olunur.
Nümayişetdirmə -bir növ roldəyişdirməyə bənzəyən bu üsulda əsas şəxs arxa plana keçir, müşahidə edir. İkinci şəxs – dublyor isə həmin şəxsin rolunda çıxış edir. Başqasının problemlərini necə başa düşməsi ciddi (daha düzgün) nəticələr çıxarmaqda xəstəyə kömək edir.
Psixodramada başlıca şərt “burada və indi” prinsipinə uyğun hərəkət etmək, katarsis və insayta nail olmaq üçün müxtəlif üsullardan istifadə etməyi bacarmaqdır. Aparıcı şəraitdən asılı olaraq münaqişələri kəskinləşdirmək, yəni daha çox səmərə əldə etmək üçün “gələcəyə baxış” (gələcəkdə baş verə biləcək hadisələri nümayiş etdirmək), “arxadan izləmək” (çıxışdan sonra arxasını iştirakçılara çevirib onların müzakirəsinə gizli qulaq asmaq) və s. bu kimi mütodlardan da istifadə edə bilər.