İxtisas: tspx kurs: I fənn: inkişaf və yaş psixologiyası



Yüklə 40,5 Kb.
səhifə3/10
tarix10.01.2022
ölçüsü40,5 Kb.
#109887
1   2   3   4   5   6   7   8   9   10
İkinci səviyyədə (mezasəviyyə) şəxsiyyət başqaları ilə müəyyən mövzu ətrafında əlaqələr yaradır. Bu səviyyədə ünsiyyət bir adamın başqa bir adamla və qrupla ünsiyyəti şəklində qurulur, ya bir görüş ərzində başa çatır, ya da saatlarla günlərlə davam edir.

Üçüncü səviyyədə (mikrosəviyyə) ünsiyyət elementar vahidlər vasitəsilə («sual-cavab», «əl sıxma», «minemik hərəkət və baxışlar», «cavab»

Л

və s.) həyata keçirilir1.

İnsanın ünsiyyət fəaliyyətinə, xüsusilə, sosial ünsiyyət normalarına yiyələnməsi çoxcəhətli və mürəkkəb, uzunmüddətli bir prosesdir. Yeni doğulan körpə potensial şəxsiyyət imkanlarına malikdir. Həyatın ilk aylarından başlayaraq özünün ən yaxın sosial əhatəsinə bağlılığı onun məhdud səviyyədə də olsa, emosional ünsiyyət imkanları ilə reallaşmağa başlayır. Təbəssüm körpənin təbii təlabatlarının təmin edilməsindən məmnunluğunu ifadə edir. Həyatın birinci ilində uşaq öz valideynlərinə , xüsusilə anaya xüsusi əlaqə- psixoloji əlaqə vasitəsilə sıx bağlı olur. Bu əlaqənin möhkəmləndirilməsi və düzgün reallaşması uşağın inkişafına, onun müstəqillik imkanlarının genişləndirilməsinə münasibətdən asılıdır. Bu dövrdə uşağın həyatında aparıcı təlabat ünsiyyət təlabatıdır. Yaşlı ilə körpə arasında emosional ünsiyyət formasında qurulan əlaqələr informasiya mübadiləsi imkanlarından hələ çox uzaq olur. Psixoloq və həkimlərə yaxşı məlumdur ki, körpəlik dövründə ünsiyyətdən, xüsusilə ana ilə ünsiyyətdən məhrum edilmiş uşaqlar psixi inkişaf səviyyəsinə görə bu imkanlara malik uşaqlardan geri qalırlar. Bu cəhətdən hind şahzadəsi Böyük Əkbərin apardığı dəhşətli eksperimenti xatırlamaq kifayətdir. О, yeni doğulmuş hind, çin, benqal və

1 Общая психология (под ред. В.В.Богословского, А.Г.Ковалева, А.А.Степанова.М.,»Просвещение»Д981, стр. 113-114.

73




monqol uşaqlarını analarından alıb xüsusi mağaralarda yerləşdirmiş, onların təlimi və tərbiyəsini lal tərbiyəçilərə tapşırmışdı. 10 yaşlarında uşaqlara tamaşa etməyə getmişlər: onların heç biri ana dilində danışa bilməmiş, heyvani səslər çıxarmışlar. Alman psixoloqu R.Şpits 3 aylıqdan anadan ayrılaraq uşaq evində tərbiyə olunan uşaqlar üzərində müşahidələr aparmışdır. Burada qulluq, qidalanma və gigiyenik şərait həmin dövrdə mövcud olan bu tipli müəssisələr üçün qaneedici səviyyədə idi. Lakin bütün uşaqlarda nəinki psixi, həm də fiziki inkişafın göstəriciləri kəskin şəkildə geri qalırdı. İki il ərzində uşaqların yarısı ölmüşdü. Sağ qalan uşaqlar 3-4 yaşında belə, müstəqil gəzmək, sərbəst oturmaq, qaşıqla yemək, geyinmək qabiliyyətinə malik deyildi. Onlar ətrafdakı adamlarla əlaqə yarada bilmirdilər.

Psixoloqların qənaətinə görə , əgər uşaq bir yaşınadək anadan ayrılarsa və ya uzun müddət tənha şəraitdə xəstəxanada müalicə olunarsa, belə uşaqları çoxunda qospitalizm əlamətləri müşahidə olunur: əvvəlcə onlar ağlağan, qəmgin, qorxaq olur, ünsiyyət təşəbbüsləri zamanı isə, var qüvvələri ilə yaşlıları qucaqlayır, onlara sıxılır, diqqət tələb edirlər. Belə hal uzun müddət davam etdikdə, uşaqda oynamağa maraq olmur. О çarpayıda arxası üstə yatır, saatlarla hərəkətsiz, gözlərini geniş açmış vəziyyətdə qalır, sanki ətraf aləmdən heç nəyi qavramır. Belə hal yarandıqda uşaqla ünsiyyət yaratmaq çox çətin olur, bəzən isə bu təşəbbüslər baş tutmur. Yaranmış vəziyyət uşağın psixi və fiziki inkişafına güclü zərbə vurur, onun inkişaf tempi zəifləyir, çəkisi azalır, yuxu rejimi pozulur, orqanizmin hər cür infeksiyalara qarşı müqavimət qüvvəsi azalır. Belə patoloji halların yaranması üçün körpənin anadan bir-iki ay müddətinə təcrid olunması kifayətdir. Körpəlik dövründə bu cür halların az ifadəli təzahürləri ailədə, valideynlərin, ən yaxın sosial əhatənin dairəsində də baş verə bilər. Əgər valideynlər uşağa lazımi səviyyədə diqqət və qayğı göstərməsələr, onu qucaqlarına götürüb əzizləməsələr, onunla ünsiyyətə qoşulmasalar körpənin psixikasında yuxarıda söylənilən xoşagəlməz təzahürlər yarana bilər.

74




Normal psixi imkanlarla doğulmuş uşağın xarici aləmi dərk etməsində dil mühüm rol oynayır. Nitqəqədərki mərhələdə körpə dünyanı sadə sensomotor (hissi-hərəki) sxemlər vasitəsilə dərk edir. Oyuncaqlarla əylənmək, daha sonra yaşlıları təqlid etmək yolu ilə uşaq əşyaların forması ilə tanış olur, hadisələr arasındakı səbəb-nəticə əlaqələrini anlamağa başlayır. Bu üsulla o, öz bədənini idarə etməyi öyrənir, hərəki vərdişlər qazanır. Psixoloqlar bunu obrazlı şəkildə «davranış dili» adlandırmışlar. Rus psixoloqları A.R.Luriya və F.Y.Yudoviç bu fikri biryumurtalı əkiz qardaşlar Leşa və Yura üzərində apardıqları uzunmüddətli müşahidələr nəticəsində təsdiq etmişlər. Bu uşaqlar gec danışmağa başlamışdılar. İki yaş 6 aylığında onlar cəmi iki söz-ata və ana sözlərini bilirdilər. Beş yaş yarımda onların birgə oyun fəaliyyəti zamanı ünsiyyətlərindəki sözlərini dörddə üçü onların adından və «hə», «yox», «orada», «belə», «budur» və s. kimi qısa sözlərdən ibarət idi. Onların oyunları fantaziyadan məhrum idi. Uşaqlar kubikləri sevsələr də, heç vaxt onlardan bir şey qurmamışdılar, sadəcə olaraq onların yerini dəyişdirirdilər. Loto tipli bir qədər mürəkkəb oyunlar onları qətiyyən maraqlandırmırdı. Leşa və Yuranın nitqini stimullaşdırmaq üçün onları uşaq bağçasının müxtəlif qruplarına yerləşdirdilər. Belə fərziyyə irəli sürülürdü ki, daha inkişaf etmiş uşaqlar mühitində ünsiyyət və oyun, yəni dil vərdişləri fəal inkişaf edəcəkdir. Lakin belə olmadı, ilk vaxtlar əkizlər oyunların mənasını anlamır, onun qaydalarını başa düşmürdülər. Cəmi 3 ay keçdikdən sonra əkizlərdə dilin mənimsənilməsi sahəsində hiss olunacaq uğurlar müşahidə olunurdu. Bir neçə ayda onların psixikası da dəyişmişdi. Oyun zamanı fantaziya özünü göstərirdi: onlar kubiklərdən qaranlıq tunel tikir, ağır yük maşınının hərəkətini səsləri və jestləri

Л

ilə təqlid edirdilər1. Bu misal dil və nitqin uşağın psixi inkişafında əhəmiyyətli rol oynadığı faktını təsdiq edir.

Körpənin özünəməxsus psixi həyatı onun sosial davranışının təzahürlərində əks olunur. Sosial davranış dedikdə, insanın başqa adamlarla

1 bax.naHOB Е.Н. Знаки, символы,языки. М., «Знание», 1980, стр.41-42

75




qarşılıqlı münasibətləri başa düşülür. Körpəlik dövründə uşaq ətrafında başqa adamların da olduğunu, kimin isə onunla oynamaq istədiyini anlamasa da, adamları ətraf xarici aləmin fiziki obyektlərindən fərqləndirə bilir.

Son illər aparılmış tədqiqatlar körpələrdə sosial fəallığın olmaması haqqında təsəvvürləri aradan qaldırmışdır. Məlum olmuşdur ki, həyatın ilk günlərindən etibarən körpələr yaşlıların nitqinə, onların tələffüz etdikləri sözlərin ritminə taktı duyma hissi ilə uyğunlaşırlar. Belə videoçəkilişlərin kadraltı təhlili çağalıq dövründə əl və barmaqların ritm hissi səviyyəsində sübuta yetirilmişdir. Müəyyən edilmişdir ki, ünsiyyət prosesində körpəyə müraciət edən yaşlı özündən asılı olmadan analoji mikrohərəkətlər edir, körpənin və ona doğma olan yaşlının hərəkət ritmləri uyğun gəlir. Bu halda uşaqla ünsiyyətin hansı dildə qurulmasının fərqi yoxdur. Psixoloqlar bunu «sipxron qarşılıqlı təsir» adlandırılmışlar. Bu cür təsir forması spesifik olaraq insanlara məxsus olan bir qabiliyyətdir. İndiyədək heyvanların davranışında belə ünsiyyət forması aşkar edilməmişdir. Uşağın yamsılama hərəkətləri və sinixron qarşılıqlı təsir effektləri təcrübəsiz müşahidəçinin gözündən yayınan fenomenlərdir. Xüsusi videoçəkilişlər vasitəsilə müəyyən edilmişdir ki, artıq altı günlük körpədə ilk yamsılama hərəkətləri müşahidə olunur. Belə kadrlarda körpəyə baxıb danışan ananın hərəkətlərinə o, dili çıxarmaq, ağzı və gözü açma kimi uyğun hərəkətlərinə cavab reaksiyası göstərir. İnsana məxsus spesifik emosional reaksiya olan təbəssüm ikiaylıq körpələrin həyatında müşahidə olunur. Bu baxımdan çex tədqiqatçısı Panausekin 6-9 aylıq körpələr üzərində apardığı təcrübələr maraqlıdır. О, bu yaşda olan körpələrə başı çevirməklə rəngli lampaları yandırmağı öyrətməyə nail olmuşdu. Bu təcrübə körpələrdə müsbət emosiya yaratdığından onların davranışının stimuluna çevrilmişdi. ABŞ psixoloqu C.Bruner beş-altı həftəlik körpələrlə maraqlı eksperimentlər keçirmişdir. О, körpələri xüsusi cihazlar vasitəsilə eksperimentə cəlb etmiş, süd dolu şüşəni əmmə intensivliyi ilə ekrandakı

76




təsvirlərin görünməsi arasında məqsədəuyğun rabitə yaratmağa nail olmuşdur.

Bir yaşın sonunadək körpənin fərdi psixi həyatında ünsiyyət formalarının mənimsənilməsi, xüsusilə ünsiyətdə qeyri-verbal vasitlərdən istifadə əsas yer tutur. Psixoloqlar uşağın nitqə yiyələnməsini, onun ilk sözləri tələffüz etməsini nitqin inkişafının başlanğıcı deyil, onun yekunu, bu sahədə inkişafın bütöv bir dövrünün nəticəsi kimi qiymətləndirirlər. Onların nitqəqədərki inkişaf dövrü adlandırdıqları bü mərhələ körpənin sosial nitqə yiyələnmə mərhələsinin başlanğıcı hesab olunur. Bu mərhələdə sözsüz həyata keçirilən ünsiyyət (qeyri-verbal kommunikasiya) uşaqlarda situasiyanı anlama qabiliyyətini və həmçinin bütöv qrammatik konstruksiyaların (söz birləşməsi və cümlələr) formalaşmasını şərtləndirir.


Yüklə 40,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin