İxtisas: tspx kurs: I fənn: inkişaf və yaş psixologiyası



Yüklə 40,5 Kb.
səhifə2/10
tarix10.01.2022
ölçüsü40,5 Kb.
#109887
1   2   3   4   5   6   7   8   9   10
Rollu- süjetli oyunlar uşaqlarda əxlaqi, estetik hisslərin, iradi keyfiyyətlərin formalaşmasında güclü təsirə malikdir. Uşaqların oyun fəaliyyətində öz üzərlərinə götürdükləri sosial rollar çoxcəhətli və genişdir. Ata, ana, həkim, sürücü, müəllim, satıcı və s. kimi rolları öz üzərinə götürən uşaqlar simvolik olaraq bu peşələrə aid olan sosial funksiyaları mənimsəyərək onların ifaçıları rolunda çıxış edirlər.

İctimai-tarixi təcrübəni mənimsəmək uşağın fəallığını şərtləndirir. Bunun əsasında uşaqda müxtəlif fəaliyyət növləri formalaşır. Bunların sırasında idrak, əşyavi oyun, elementar əmək və təlim, həmçinin ünsiyyət kimi fəaliyyət formalarını aid etmək olar. Bu və ya digər fəaliyyəti öz fəallığı sayəsində mənimsəməyən uşaq eyni zamanda müvafiq fəaliyyət növünə aid olan bilik, bacarıq və vərdişləri mənimsəyir. Fəaliyyyətdə uşağın fəal mövqeyi onu tərbiyənin obyekti olmaqla yanaşı, həm də subyektə çevirir. Bu, uşağın tərbiyəsi və inkişafında fəaliyyətin apardığı rol oynadığını göstərir. Uşaqların inkişafının müxtəlif yaş dövrlərində ayrı-ayrı fəaliyyət növləri mövcud olur və bir-birini əvəz edir.İstənilən fəaliyyətin strukturunda təlabatlar, motivlər, məqsədlər, fəaliyyətin predmeti, vasitələri, əməliyyatları və nəticələri


68




kimi müxtəlif komponentlər mövcuddur. Elmi tədqiqatlar vasitəsilə sübut olunmuşdur ki, uşaq fəaliyyət növlərinə birbaşa və sərbəst şəkildə deyil, yaşlıların köməyi və rəhbərliyi altında yiyələnir. Rus psixoloqu A.N.Leontyev qeyd etmişdir ki, uşağın fəaliyyətinin zənginliyi və çoxcəhətliyi, onlara sahib olmaq sahəsində uğurları uşağın və bağçada tərbiyə və təlim edilməsi şəraitindən asılıdır. Həyatın ilk illərin ailədə də elementar fəaliyyət növləri uşağın şəxsi qabiliyyətlərinin, xüsusiyyətlərinin formalaşmasının əsasını təşkil edir. Uşağın yaşlılarla elementar ünsiyyət formaları (emosional və emosional əşyavi) ilk uşaqlıq illərində təsəvvürlərin formalaşmasında, təəssüratların zənginləşməsində mühüm rol oynayır. Get-gedə yeni fəaliyyət üsullarını mənimsəməklə uşağın fəallığı yüksəlir. Həyatın ilk illərində uşaqda ünsiyyətlə birləşmiş tədqiqatçılıq- bələdləşmə fəaliyyəti, əşyavi əməliyyatlar əhəmiyyətli yer tutur. Məktəbəqədər yaş dövründə uşağın həyatında oyun yeni bir fəaliyyət növü olmaqla, ön plana çıxır və uşağın sosial, idraki hərəki fəallığının zəruri amilinə çevrilir. Bu yaş dövründə oyunun geniş və çoxcəhətli formaları meydana gəlir. Rollu-süjetli, qaydalı, didaktik, mütəhərrik, stolüstü və s. kimi oyun növləri uşağın sensor tərbiyəsində, onların idrak qabi­liyyətlərinin, münasibətlər sisteminin formalaşmasında, yaşlılar və yaşıdları ilə ünsiyyətinin genişlənməsində güclü stimula çevrilir. Oyun uşaqların təxəyyülünü inkişaf etdirir, ətraf aləm, insanların əməyi haqqında biliklərinin, kollektivçilik hisslərinin formalaşmasında əhəmiyyətli rol oynayır. Bu fəaliyyət növləri məktəbəqədər uşaqlıq illərində təxəyyülün, qurucu təfəkkürün, bədii və ilkin yaradıcı qabiliyyətlərin inkişafının ilkin mənbələri hesab olunur. Uşağa müntəzəm verilən əmək tapşırıqları onlarda öz fəaliyyətini ictimai maraqlara, ictimai- faydalı işlərə tabe etmək bacarıqlarını formalaşdırır.

Bağçada aparılan təlim tipli məşğələlər uşaqların ətraf xarici aləm-təbiət, ictimai həyat, insanların əməyi və s. haqqında əqli və praktik bacarıqlarının formalaşdırılmasına təkan verir. Uşaqların bu məşğələlərdə əldə etdikləri bilik və bacarıqlar oyun və əmək fəaliyətində tətbiq olunur. Təlabatların, hisslərin,


69




motivlərin və məqsədlərin inkişafı məktəbəqədər yaş dövründə elə bir inkişaf səviyyəsinə çatır ki, bu uşağa məktəbdə sistematik təlimə başlamağa imkan yaradır. Təlim, tərbiyə və inkişafda fəaliyyətin aparıcı rolu haqqında müddəaya istinadla qeyd etmək lazımdır ki, ailədə, təlim və tərbiyə müəssisələrində uşağın həyatını elə təşkil etmək lazımdır ki, bu rəngarəng fəaliyyət formaları ilə növbələşsin və uşağın psixi həyatına zənginlik gətirsin.

Şəxsiyyətin formalaşmasına fəal təsir göstərən amillərdən biri də ünsiyyətdir. О, psixi inkişafın gedişində üzə çıxsa da, bilavasitə onu şərtləndirir, fəaliyyətin tərkib hissəsi kimi özünü göstərir. Böyüməkdə olan uşağın şəxsiyyətinin formalaşmasında bir çox digər psixoloji törəmələr kimi ünsiyyət təlabatı da aparıcı rola malikdir. Bu təlabatın təzahürləri böyük M.Füzulinin «Leyli və Məcnun» poemasının başlanğıcında təsvir etdiyi bir rəvayətdə aydın görünür. Şair uşağın həmyaşıda, dosta olan təlabatını böyük bir psixoloq kimi poetik dillə təsvir edir və göstərir ki, ailədə zəngin mühitdə böyüyən, yaxşı tərbiyə olunan sağlam uşaq elə bir yaş həddinə gəlib çatır ki, o, şıltaqlaşır, hər cür sakitləşmir. Bu oğlanın xoşuna gələn bir yoldaş tapmasını maraqlı təsvir edən şair göstərir ki, yaxşı ünsiyyət mühiti və tərəfdaş insanın fəallığını artırır, əhvalında gümrahlıq yaradır, hisslərini və zövqünü cilalayır.

Psixoloji tədqiqat materialları, həyat müşahidələri sübut edir ki, ünsiyyət təlabatı insanın bütün həyatı boyu keyfiyyətcə daim dəyişən, dinamik və potensial olaraq zəngin psixi imkandır. Ontogenezin müxtəlif mərhələlərində ünsiyyət təlabatının yeni-yeni modifikasiyaları, fərqləndirici təzahürləri mey­dana gəlmişdir. Körpənin ünsiyyət təlabatı öz başlanğıcını yaşlıların xoş niyyətli, xeyirxah təbəssüm və baxışlarından götürür, sonralar uşağın özünü təsdiq etməyə, müstəqilliyə, yaxın adamlarla ruhi-mənəvi bağlılığa çevrilir, onlar üçün darıxma həddinə qədər yüksəlmiş olur. Bu əsasda qeyd etmək olar ki, ünsiyyət təlabatı insan psixikasının şəxsiyyətyönümlü inteqral keyfiyyətidir, onun davamlı və bütöv bir sistem kimi özünü dərketməsinin və fərdiyyətinin əsasıdır.

Ünsiyyət mürəkkəb və çoxcəhətli bir proses olub, insanlar arasında əlaqələrin yaranmasında və inkişafında, onların birgə fəaliyyətində, informasiya mübadiləsində, həmçinin bir-biriləri optik qavramasında mühüm

71




rol oynayır. Bu cəhətdən ünsiyyət strukturunda onun üç başlıca cəhəti: kommunikativ, interaktiv perseptiv cəhətləri fərqləndirilir. Ünsiyyət fəaliyyətinin kommunikativ funksiyası bu prosesin subyektləri arasında informasiya mübadiləsinin gedişində üzə çıxır. Onun vasitəsilə insanlar bir- birinin məqsəd, niyyət və ustanovkalarını nəzərə almaqla, fəal subyektlər rolunda çıxış edir, öz biliklərini dəqiqləşdirir, yeni məlumatlar əldə edir və onların zənginləşməsinə nail olurlar. Kommunikativ prosesdə insanlar ünsiyyət vasitəsi kimi başlıca olaraq danışıq işarələri sistemi, simvollar toplusu olan dildən, buna müvafiq olaraq nitqdən, həmçinin optik- kinetik işarələr sisitemi kimi jest, mimika və pantomimikadan, para və ekstralinqvistik sistemdən (intonasiya, pauza) və gözün əlaqə sistemindən istifadə edirlər. Dilçilərin fikrincə, hazırda dünyada 5000-dən artıq danışıq dili mövcuddur.

Ünsiyyətin interaktiv tərəfi bu prosesə qoşulan insanların ümumi qarşılıqlı fəaliyyət strategiyasının qurulmasına əsaslanır. Psixoloqlar insanlar arasında qarşılıqlı təsirin iki başlıca formasını- kooperasiya və konquryentliyi fərqləndirirlər. Bunlardan birincisi adamların razılığına, ikincisi isə anlar arasında konfliktə əsaslanır.

Ünsiyyətin perseptiv tərəfi dedikdə, bir adamda başqa adam haqqında obrazın formalaşması, onun fiziki və psixoloji xarakteristikası, psixoloji xüsusiyyətləri və davranışı haqqında təsəvvürlərin yaranması başa düşülür. Bir adamın başqasını qavramasının əsas mexanizmi identifikasiya (oxşatma) və refleksiyadır. (subyektin özünün başqaları tərəfindən necə qavranıldığını dərk etməsi).

Qeyd etmək lazımdır ki, ünsiyyət vasitəsilə insanlar arasındakı əlaqələr hər bir fərdin mövcudluğunun zəruri şərtidir. Psixoloqlar insanlar arasında ünsiyyətin üç əsas səviyyəsini fərqləndirirlər. Birinci səviyyədə (mikrosəviyyə) ünsiyyət şəxsiyyətin həyat tərzinin mühüm cəhəti kimi özünü göstərir. Burada onun hansı adamlarla əlaqə qurması, əsas fəaliyyəti,

72




formalaşmış ünsiyyət stili və digər parametrlər aşkar şəkildə üzə çıxır. Bütün bunlar ictimai münasibətlərlə, şəxsiyyətin həyatının sosial şərtləri ilə sıx bağlı olur. Bu səviyyədə şəxsiyyət müəyyən etiket və qaydaları, ənənələri, başqa adamlarla ünsiyyət normalarını nəzərə almalı olur.


Yüklə 40,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin