İxtisas: tspx kurs: II fənn: Uşaq anatomiyası, fiziologiyası və gigiyenası Mövzu: Fənnin məzmunu və vəzifələri. Ədəbiyyat siyahısı: Zeyniyev N. R., Axundov A. H., N. H. Sultanova, E.Ə. Yolçuyeva., T.Ə


Müəllim: Novruzi Nurlana Azad q. nnurlana91@mail.ru Plan



Yüklə 222,39 Kb.
səhifə36/119
tarix01.01.2022
ölçüsü222,39 Kb.
#103703
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   119
Müəllim: Novruzi Nurlana Azad q. nnurlana91@mail.ru

Plan

  1. Ali sinir fəaliyyəti.

  2. Emosiyalar.

ASF dedikdə İ.P.Pavlov beyin qabığı ilə qabıqaltı törəmələrin qarşılıqlı iş mexanizmlərini nəzərdə tuturdu. O, ASF-nin əsas iş prinsipini və sinir mexanizmini şərti reflekslərdə görür və hesab edirdi ki, fərdi həyatda qazanılan bu reflekslər insan və heyvanların yeni təcrübə əldə etməyə və mühitə uyğunlaşmağa imkan verən universal sinir mexanizmidir.

Pavlov ibtidai sinir fəaliyyətinə insan və heyvanların filogenetik cəhətdən ciddi müəyyən olunmuş növü, instinkt reaksiyalar və davranış xassələri kimi baxırdı. Bütün bunların əsasını şərtsiz reflekslər təşkil edir və onlar ən çox beyin sütununun və MSS-nin səviyyəcə daha aşağıda yerləşən şöbələrinin iştirakı ilə həyata keçirilir.

Pavlov şərtsiz və şərti refleksləri ümumi sinir fəaliyyətinin ayrılmaz cəhətləri və təzahür formaları kimi baxırdı. O, ASF-ni ibtidai sinir fəaliyyəti zəminində formalaşdığı ideyasını rəhbər tuturdu.

Pavlov ASF haqqında təlimin məzmununa şərtsiz və şərti refleksləri, birinci və ikinci siqnal sistemləri daxil etmişdir.

Beyin yarımkürələrinin öyrənilməsi rus alimlərindən Seçenovun, Pavlovun, azərbaycan alimlərindən isə Qarayevin, Həsənovun və b. elmi tədqiqat işlərilə mümkün olmuşdur.

Beyin yarımkürələrinin vəzifələrini öyrənmək üçün bir neçə üsuldan istifadə olunur.



  1. Qıcıq üsulu

  2. Beyin yarımkürələrinin ayrı-ayrı nahiyyələrini kəsib götürmək üsulu

  3. Elektrofizioloji üsul

  4. Anatomik-klinik üsul

  5. Şərti reflekslər üsulu

Beyin qabığının faəliyyətini öyrənmək üçün ən çox şərti refleks üsulundan istifadə olunur. Bu üsulu Seçenov və Pavlov kəşf etmişdir. Pavlov ali sinir fəaliyyəti fiziologiyasının yaradıcısı hesab olunur. Pavlov orqanizmdə müşahidə edilən bütün reflektor reaksiyaları, şərtsiz və şərti reflekslər olmaq üzrə iki yerə bölür.

Beyin yarımkürələri işləməyə başlamamış yeni dünyaya gəlmiş körpələrdə təmiz şərtsiz refleks almaq olar. Pavlov ASF haqqında təlimin yaradıcısıdır.

Ali sinir fəaliyyətinin funksiyalarından biri də hiss, həyəcan, əhval-ruhiyyənin yaranması və idarə olunmasıdır.

V.Ceyms emosiyanı hiss etməyə "cəhd" kimi müəyyənləşdirir. P.K.Anoxinə görə isə "emosiyalar orqanizmin fizioloji vəziyyəti olaraq parlaq subyektiv ifadəyə malikdirlər və insanın bütün hiss və yaşantılarını əhatə edirlər”. S.Z.Rubinşteyn emosiyaları subyektin vəziyyətinin və obyektə münasibətinin təzahürü kimi dəyərləndirir.

Psixoloqların fərqli şərhlərini ümumiləşdirərək belə bir nəticəyə gəlmək olar ki, əksər hallarda emosiyalar insanın indiki anda nəyəsə və ya kiməsə münasibətilə əlaqədar keçirdiyi yaşantılar kimi anlaşılır.

Emosiyaların başlıca ifadə vasitələri nitq, mimika, pantomimika (bədənin hərəkəti), jestikulyasiya, vokalizasiyadır.

Emosiyalar xarici və daxili mühit amillərinə qarşı insanda yaranan hisslərin cəmidir. Emosiyalar şüurlu və şüursuz olmaqla iki tipə bölünür. Şüursuz emosiyalar instinkt (qeyri-iradi, hərəkət, duyğu) kateqoriyasına, şüurlu emosiyalar isə davranış kateqoriyasına aid edilir.

Müsbət emosiyalar ardıcıllıqla təkrarlandıqda həzz, ləzzət hissi; birdəfəlik güclü və ya çox təkrarlanan zəif mənfi emosiyalar isə stress reaksiyalarına, yanə əsəb gərginliyinə səbəb olur.

Stress – ing. Gərginlik deməkdir. Streslər orqanizmin öz daxili qüvvəsini vaxtaşırı toplamaq baxımından müsbət reaksiyadır. Amma, qıcığın tezliyi və qüvvəsi artarsa, xüsusilə zəif orqanizm üçün təkrarlanan stresslər nevroz xəstəliklərinə və başqa psixi pozğunluqlara səbəb ola bilər.


Yüklə 222,39 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin