İxtisas: tspx kurs: II fənn: Uşaq anatomiyası, fiziologiyası və gigiyenası Mövzu: Fənnin məzmunu və vəzifələri. Ədəbiyyat siyahısı: Zeyniyev N. R., Axundov A. H., N. H. Sultanova, E.Ə. Yolçuyeva., T.Ə


Müəllim: Novruzi Nurlana Azad q. nnurlana91@mail.ru Plan



Yüklə 222,39 Kb.
səhifə44/119
tarix01.01.2022
ölçüsü222,39 Kb.
#103703
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   119
Müəllim: Novruzi Nurlana Azad q. nnurlana91@mail.ru

Plan

  1. Sanqvinik sinir tipi;

  2. Fleqmatik sinir tipi;

  3. Xolerik sinir tipi;

  4. Melanoxolik sinir tipi.

İ.P. Pavlov beyində baş verən oyanma və ləngimə hadisələrinin müxtəlif təzahürləri, onların arasındakı qarşılıqlı əlaqə və təsirləri təhlil edərək sinir sistemini müxtəlif tiplərə bölməyə səy göstərmişdir. Buraya mərkəzi sinir sisteminin gücü, oyanma ilə ləngimənin müvazinəti (oyanma və ləngimənin gücü arasındakı münasibət) və əsas sinir hadisələrinin mütəhərrikliyi daxil edilmişdir.

Sinir sisteminin gücü qabıq hüceyrələrinin işgörmə qabiliyyətinə görə müəyyən edilir. Müəyyən qüvvəyə çatdıqdan sonra şərti qıcıq gücünün artması effektin artmasına deyil, onun azalmasına səbəb olur, yəni hüdudxarici ləngimə baş verir. Bu ləngimə fərdi xüsusiyyət daşıyıyr ,məsələn, bu bir insanda çox tez, başqasında nisbətən gec baş verə bilər. Bu onu göstərir ki, insanın birində oyanma çox tez ləngiməyə çevrilir, digərində isə bunun üçün xeyli vaxt tələb olunur.

İ.P. Pavlov bu xüsusiyyətlərə əsasən sinir sistemini zəif və güclü tiplərə bölür. Beyin fəaliyyətinin ikinci səciyyəvi oyanma və ləngimə qabiliyyəti eyni gücdə olan insanlara müvazinətli tip deyilir.Əgər insanda oyanma yaxud ləngimə hadisələrindən biri güclü inkişaf etmişsə, buna müvazinətsiz sinir tipi deyilir.

Beyin fəaliyyətinin üçüncü səciyyəvi xüsusiyyəti oyanma və ləngimə hadisələrinin mütəhərrikliyi ilə müəyyən olunur. Şəraitin dəyişməsi ilə əlaqədar olaraq, çox vaxt tezliklə oyanmanın ləngiməyə və əksinə, ləngimənin oyanmaya keçməsi baş verir.Bunun çox böyük uyğunlaşma əhəmiyyəti vardır.Tədqiqatlar göstərir ki,sinir sisteminin bu tipi iki cür ola bilər:1)mütəhərrik (cəld) tiplər-bunlarda bir hadisə digərinə çox tez keçir, 2) durğun tiplər-bunlarda oyanma və ləngimə bir-birinə çox gec və çətinliklə keçir.

İ. P. Pavlov sinir tiplərini 4 yerə ayırmışdır:

1) güclü və müvazinətsiz tip - bunlarda oyanma və ləngimədən üstündür;

2) güclü və müvazinətli tip - bu tipdə sinir hadisələri çox mütəhərrik olur (diribaş tip) ;

3) güclü müvazinətli,lakin qeyri-mütəhərrik-durğun tip (sakit tip);

4) zəif tip - bunlarda oyanma və ləngimə çox zəif cərəyan edir.

Heyvanlar üzərində aparılan tədqiqatlar göstərir ki, onların sinir sistemi sinir tiplərinə uyğun gəlir. İnsanda aşağıdakı sinir tipləri ayir edilir:

1. Sanqvink tip (diribaş tip). Bu, ən yaxşı tip hesab olunur. Sanqviniklər üç səciyyəvi xüsusiyyətlə başqalarından fərqlənir. Bunlar güclü oyanma və güclü ləngimə qabiliyyəti, müvazinəti və mütəhərrik sinir sistemi tipi olan insanlardır.

2. Melanxolik tip (zəif tip). Bu tipin əsas xüsusiyyəti beyin qabığı hüceyrələrinin işgörmə qabiliyyətinin zəif olmasından ibarətdir. Bunlarda hüdudxarici ləngimə çox tez əmələ gəlir, oyanma və ləngimə hadisələri zəif cərəyan edir, beyin qabığı fəaliyyətində ləngimə üstündür.

3. Xolerik tip (hövsələsiz tip). Bu tipə aid olan adamlar güclü sinir sisteminə malikdirlər. Bunlarda oyanma və ləngimə hadisələri öz ağır dinamizmi ilə seçilir, bu proseslər bir-birinə çətinliklə keçir. Möhkəm iradəli,ehtiraslarını boğa bilən insanlardır.

4. Fleqmatik tip (sakit,durğun tip). Bu tip adamların əsas xüsusiyyəti az mütəhərrik olmalarındadır. Belə adamların güclü və müvazinətli sinir sistemində çox vaxt oyanma və ləngimə hadisələri ağır cərəyan edir və çətinliklə biri digəri ilə əvəz olunur.

Xarici amillərin təsiri sayəsində sinir sisteminin tipini dəyişdirmək və onları bir tipdən digərinə çevirmək mümkündür. Məsələn, məktəb şəraitində müəllim sinir sisteminin tipində zəiflik hiss olunan şagirdlərə icrası xeyli cəsarət tələb edən tapşırıqlar verməklə onların sinir sistemini güclü edə bilər.


Yüklə 222,39 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin