İxtisas: tspx kurs: II fənn: Uşaq anatomiyası, fiziologiyası və gigiyenası Mövzu: Fənnin məzmunu və vəzifələri. Ədəbiyyat siyahısı: Zeyniyev N. R., Axundov A. H., N. H. Sultanova, E.Ə. Yolçuyeva., T.Ə



Yüklə 222,39 Kb.
səhifə42/119
tarix01.01.2022
ölçüsü222,39 Kb.
#103703
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   119
Yuxu və ayıqlıq – insanın normal həyat fəaliyyəti üçün lazım olan ən zəruri prosesdir. İnsan ayıq olduqda onun beyin yarımkürələrinin qabığı ətraf mühitlə fasiləsiz olaraq hiss orqanlarından daxil olan impulslar vasitəsilə əlaqədə olur. İnsan yatarkən ətraf mühitlə əlaqə kəsilir, orqanizm yuxuda olur. Yuxu bir neçə saat davam edir. Bu müddətdə ayıqlıq üçün xarakterik olan beynin analitik sintetik qabiliyyəti tam bərpa olunur. İnsan həyatının 1/3 –i, dövri olaraq yuxu vəziyyətində keçir. Bu zaman sinir fəaliyyəti zəifləyir, ətrafla əlaqə kəsilir, reaksiyalar sönür, əzələ tonusu sönür, bütün daxili üzvlərin fəaliyyəti hədsiz sakitləşir. Yuxunun əsas mərkəzi beyin kötüyündə yerləşir. İnsan yatarkən fəal olan yeganə duyğu üzvü qulaqdır.

Səbəb, mexanizm və davamiyyətinə görə aşağıdakı yuxu növləri ayırd edilir:



  1. Gündəlik - (vaxtaşırı) dövri yuxu – Sutkada 1 və ya 2 dəfə olur. Təkrar yuxu, adətən, qısa müddətli (1-1,5 saat) olur.

  2. Fəsli – letargik dövri yuxu (heyvanlarda qış və yay yuxusu)

  3. Narkotik – cərrahi əməliyyatlar zamanı xüsusi maddələrlə yaradılan yuxu.

  4. Hipnotik – hipnoz, bu yuxunun mexanizmi tam aydınlaşdırılmamışdır. Bu, bir adamda digər şəxs tərəfindən yaradılan natamam yuxudur. Monoton qıcıqların (səs, işıq, əl hərəkəltəri və s.) vasitəsilə müəyyən mərkəzlər oyaq saxlanmaqla , ətrafdakı başqa mərkəzlər tormozlandırılır.

  5. Patoloji yuxu- beyin anemiyası, sıxılması, əzilməsi, beyin kötüyünün bəzi yerlərinin zədələnməsi, koma və s. xəstəliklərdən baş verən yuxudur.

Normal insanlarda birfazalı, ikifazalı və uşaqlarda çoxfazalı yuxu müşahidə edilir.

Yuxu – səthi, dərin, uzu müddətli, qısa müddətli, fasiləli ola bilər. Yuxu zamanı “növbətçi” mərkəzlər oyaq qalır. Məsələn, ananın – uşağın hərəkətinə, səsinə, dərin nəfəsinə; keşikçinin – ayaq səsinə, xışıltıya, kölgəyə; növbətçi tibb işçisinin – dəhlizdəki səsə, xəstə sızıltısına, çağırışına həssas olması; insanın qurulmuş saatın səsinə oyanması və s.

Fizioloji olaraq yuxu – baş beynin qabıq və qabıqaltı nahiyələrinə yayılan tormozlanma kimi qiymətləndirilir. Normal yuxu normal həyat üçün zəmin yaradan prosesdir. Onun uzun müddətli xroniki pozulması sağlamlıq və həyat üçün təhlükəli hallara səbəb ola bilər. 2 gün yuxusuz qalmaq diqqəti cəmləşdirməyi çətinləşdirir. 3 gün yatmamaq qarabasma, hallüsinasiya və düşünmənin pozulmasına səbəb olur.

İ.P.Pavlov dövri yuxunu fəal (aktiv), monoton qıcıqlardan yaranan yuxunu isə qeyri fəal (passiv) yuxu adlandırır. Uzunmüddətli patoloji, fəsli (letargik) və somnambulik ( yuxulu vəziyyətdə gəzmə) yuxunu da passiv yuxu növünə aid etmək olar.

Yuxu 2 mərhələdən ibarətdir: ləng və tez yuxu. Ləng yuxu mərhələsində əzələlər boşalır, tənəffüs sakitləşir, ürək döyüntüləri yavaşıyır, göz alması hərəkətsiz vəziyyətdə olur. Tez yuxu mərhələsində isə beynin bioelektrik fəaliyyətinin əyrisində kiçik və sürətli dalğalar gözə çarpır. Bu mərhələdə gözün hərəkəti baş verir, qan təzyiqi yüksəlir, nəbz və tənəffüs sürətlənir, maddələr mübadiləsi güclənir. Ləng və tez yuxu mərhələsi dövri olaraq bir-birini əvəz edir. İnsanın sutkalıq yuxusunun təxminən 1,5-2 saatı tez yuxunun payına düşür.

Dərin yuxuya getməzdən öncə 10 dəqiqə ərzində yarıyuxulu vəziyyətdə oluruq ki, bu birinci mərhələdir. İkinci mərhələdə dərin yuxuya gedirik. Bu mərhələ 20 dəqiqə davam edir. Üçüncü və dördüncü mərhələlər isə bundan sonra gəlir.



Dərin yuxu vaxtı bədənimiz və beynimiz gün ərzində keçirdiklərimizdən dincəlir. Buna bəzən delta yuxusu da deyirlər. Bu müddət ərzində heç bir yuxu görmürük.

Səhərə yaxın tez yuxunun müddəti artaraq 20–30 dəqiqəyə çatır. Tez yuxu müddətinin uzanması yuxudan oyanma anında orqanizmin funksiyalarının fəallaşmasına səbəb olur.

Yuxugörmə zamanı görmə sistemində əmələ gələn oyanma beyin qabığının ənsə payına gəlir. Nəticədə burada olan sinir hüceyrələrinin fəaliyyəti artır. Nadir hallarda yuxular eşitmə, qoxu və başqa duyğularla əlaqədar olur. İnsan həm tez, həm də ləng yuxu fazalarında yuxular görür. Tez yuxu fazasında görülən yuxular, adətən, əfsanəvi yuxular olur. Ləng yuxu fazasında görülən yuxular isə real həyata yaxın və az emosional olması ilə fərqlənir. Müəyyən olunmuşdur ki, yuxugörmənin xarakteri adamın keçirdiyi hislərdən və gün ərzində baş vermiş hadisələrdən asılıdır.

Yuxunu pozan amillər. Parlaq işıq, səs-küy, müxtəlif qoxular, daxili orqanlardan gələn siqnallar (mədənin ac olması və ya sidik kisəsinin dolu olması kimi səbəblər) yuxuya mane olan əsas səbəblərdir. Az hərəkət etmək, gün ərzində yorulmamaq da yuxunu pozan amillərdən biridir. Yuxu pozulmasına səbəb olan digər amil müasir həyatda informasiya vasitələrindən çoxlu məlumatların alınmasıdır.


Yüklə 222,39 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin