İxtisas: tspx kurs: II fənn: Uşaq anatomiyası, fiziologiyası və gigiyenası Mövzu: Fənnin məzmunu və vəzifələri. Ədəbiyyat siyahısı: Zeyniyev N. R., Axundov A. H., N. H. Sultanova, E.Ə. Yolçuyeva., T.Ə


Müəllim: Novruzi Nurlana Azad q. nnurlana91@mail.ru Plan



Yüklə 222,39 Kb.
səhifə40/119
tarix01.01.2022
ölçüsü222,39 Kb.
#103703
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   119
Müəllim: Novruzi Nurlana Azad q. nnurlana91@mail.ru

Plan

  1. Şərtsiz reflekslərin xüsusiyyətləri.

  2. Şərti və ya qazanma refleksi.

  3. I və II siqnal sistemlərinin inkişafı.

  4. İkinci siqnal sistemi.

  5. Yaddaş.

  6. Yuxunun növləri.

  7. Körpənin yuxu və ayıqlıq rejimi.

  8. Fəal və qeyri fəal yuxu.

  9. Yuxunun yaş xüsusiyyətləri.

Şərti və şərtsiz reflekslər.

Pavlov refleksləri Şərti və Şərtsiz olmaqla 2 yerə ayırıb.

Şərtsiz reflekslər anadan gəlmə olub, tarixi inkişaf prosesində yaranıb, irsən nəsildən-nəslə ötürülür. Şərtsiz refleksin yaranması üçün xüsusi şəraitin olması o qədər də vacib deyil. Nisbi sabitdir, dayanıqlıdır, dəyişməzdir və bütün həyatı boyu saxlanılır. Mərkəzi baş beyin və onurğa beynin müxtəlif şöbələırində,baş beynin qabıqaltı nüvələrində  yerləşir. Şərtsiz reflekslərə - qida, müdafiə , səmt, cinsiyyət, asqırma, əmmə, öskürmə misal ola bilər. Bunların əsasında orqanların  və orqanlar sisitemlərinin fəaliyyətinin əlaqəsi və tənzimi həyata keçirilir. Şərtsiz refleksin bazası əsasında şərti refleks əmələ gəlir. Şərtsiz refleksin əmələ gəlməsi üçün baş beyin yarımkürələrinin iştirakı vacib deyil. Eyni növün bütün fərdlərində oxşar olur.

İnsan orqanizmindəki bütün şərtsiz refleksləri Pavlov 6 qrupa ayırıb:



  1. Müdafiə refleksi-asqırma, öskürmə, qusma

  2. Qidalanma refleksi-əmmə, çeynəmə, udma

  3. Bələd olma refleksi-bu refleksi Pavlov “bu nədir” adlandırıb

  4. Uşaqlıq reflekslər qrupu-körpələrin validenə olan refleksi.

  5. Cinsiyyət refleksi – hər iki fərddə yaranan və müəyyən yaş dövründə fəaliyyət göstərən reflekslər cəmidir.

  6. Valideynlik refleksi-uşaqlara göstərilən valideyn qayğısı

Davranışın ən mürəkkəb forması -instinktdir. İnstinktlər şərtsiz reflekslərin ardıcıl yaranan reflekslərindən ibarət olub, bir - birini tamamlayır. Adətən qısa ömürlü heyvanlarda, məsələn, həşəratlarda daha çox inkişaf etmişdir. Xaçlı hörümçəyin tor qurması, arıların bal hazırlaması, ipəkqurdunun  barama hörməsi, yazda durnanın vətənə qayıtması və s. missal ola bilər.

Şərti reflekslər insanın həyatı boyu əmələ gəlir, möhkəmlənir, tormozlanır, eyni zamanda fərdi xarakter daşıyır. Şərti refleksin meydana çıxması üçün xüsusi şərait lazımdır. Dəyişkəndir, şərtsiz qıcıqlarla möhkəmləndirilmədikdə sönür. Baş beyin yarımkürələrin qabığının sayəsində yaranır. Yaranması üçün 2 (şərti və şərtsiz) qıcıqlandırıcının olması lazımdır. Şərtsiz reflekslərin qıcığa uyğunlaşması nəticəsində yaranır.

Şərti qıcıqlandırıcı şərtsiz qıcıqlandırıcı ilə dalbadal bir neçə dəfə möhkəmləndirilməzsə tormozlanma baş verir.

Şərti reflekslər təbii və süni olmaqla iki qrupa ayrılır. Təbii şərti reflekslər fərddə həyatboyu təbii şəraitə uyğun olaraq yaranır. Süni şərti reflekslər isə təcrübə prosesində süni şəkildə yaradılır.



Yüklə 222,39 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin