İxtisas: tspx kurs: II fənn: Uşaq anatomiyası, fiziologiyası və gigiyenası Mövzu: Fənnin məzmunu və vəzifələri. Ədəbiyyat siyahısı: Zeyniyev N. R., Axundov A. H., N. H. Sultanova, E.Ə. Yolçuyeva., T.Ə


Müəllim: Novruzi Nurlana Azad q. nnurlana91@mail.ru Plan



Yüklə 222,39 Kb.
səhifə46/119
tarix01.01.2022
ölçüsü222,39 Kb.
#103703
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   119
Müəllim: Novruzi Nurlana Azad q. nnurlana91@mail.ru

Plan:

  1. Görmə analizatorunun quruluşu, funksiyası və yaş xüsusiyyətləri.

  2. Eşitmə analizatorunun quruluşu, funksiyası və yaş xüsusiyyətləri.

  3. Vestibulyar aparat.

  4. Qoxu analizatorunun quruluşu, funksiyası və yaş xüsusiyyətləri.

  5. Dadbilmə analizatorunun quruluşu, funksiyası və yaş xüsusiyyətləri.

  6. Hərəki və dəri hissiyyatı analizatorlarının quruluşu, funksiyası və yaş xüsusiyyətləri.

  7. Analizatorların gigiyenası.

Analizatorlar və ya duyğu orqanları orqanizmlə ətraf mühit arasında rabitə yaradırlar. Duyğu orqanlarından bəhs edən elm esteziologiya adlanır. (yunanca,esteris-duyğu). Duyğu orqanlarından qıcıqları qəbul edən sinir törəmələri vardır ki, onlar reseptor adlanır. Reseptorlar vasitəsilə qəbul olunmuş qıcıq, beyin yarımkürələri qabığının müvafiq nahiyyələrinə aparılır.

Reseptorların oyanıcılıq qabiliyyəti, adaptasiyası və tarixi inkişaf prosesində qazanılmış ixtisaslaşması kimi xüsusiyyətləri vardır. Reseptorlar bədən səthində, xarici və daxili duyğu orqanlarında yerləşirlər.

Qıcıqların qəbul olunduğu sahələrə görə reseptorları 6 qrupa bölmək olar:



  1. Eksteroreseptorlar – xarici mühitdən qıcıqları qəbul edən reseptorlar.

  2. Propiroreseptorlar – sümüklərdən, əzələlərdən, bağlardan və oynaq hissələrindən qıcıqları qəbul edən reseptorlar.

  3. İnteroreseptorlar-daxili orqanlardan qıcıqları (ağrı təzyiq aclıq susuzluq) qəbul edən reseptorlar.

  4. Xemoreseptorlar-dad və qoxu hissiyyatını qəbul edən reseptorlar.

  5. Termoreseptorlar-isti və soyuq hissiyyatını q.e.r.

  6. Fotoreseptorlar (görmə)

Hər bir analizator 3 hissəyə bölünür:

  • Reseptor hissə-qəbuledici orqan

  • Aparıcı yol və ara sinir mərkəzi

  • Beyin, qabıq hissə və ya qabıq mərkəzi.

Fiziologiyada qəbul olunmuş təsnifata görə orqanizmdə mövcud olan sensor sistemlərə görmə, eşitmə-müvazinət, dadbilmə, qoxu, dəri hissiyyatı, hərəki və daxili analizatorlar daxildir.


Yüklə 222,39 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin