İxtisas: tspx kurs: II fənn: Uşaq anatomiyası, fiziologiyası və gigiyenası Mövzu: Fənnin məzmunu və vəzifələri. Ədəbiyyat siyahısı: Zeyniyev N. R., Axundov A. H., N. H. Sultanova, E.Ə. Yolçuyeva., T.Ə


Müəllim: Novruzi Nurlana Azad q. nnurlana91@mail.ru Plan



Yüklə 222,39 Kb.
səhifə56/119
tarix01.01.2022
ölçüsü222,39 Kb.
#103703
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   119
Müəllim: Novruzi Nurlana Azad q. nnurlana91@mail.ru

Plan:

  1. Skeletin quruluşu və funksiyaları.

  2. Sümüklərin və oynaqların quruluşu və funksiyaları.

  3. Sümüklərin birləşmələri.

  4. Skeletin şöbələri.

  5. Sümüklərin kimyəvi tərkibi və xassələri.

  6. Əzələ sistemi, quruluşu, təsnifatı və əhəmiyyəti.

İnsan skeleti —  (yun. skeleton – "qurumuş"). Skelet hərəkət aparatının passiv hissəsinə aid olub hərəki-lokomotor, istinad, qoruyucu və qanyaradıcı funksiya daşıyır. Yetkin şəxsin skeletini təşkil edən sümüklərin ümumi sayı 200-dən artıqdır. Bunlardan 34-ü tək, yerdə qalanı cüt sümüklərdir. Skeletin ümumi çəkisi bədən ağırlığının 15% ni təşkil edir və kişilərdə 9,5-10 kq, qadınlarda isə 6,5-7,5 kq bərabərdir. Yenidoğulmuşlarda və uşaqlarda skeleti təşkil edən sümüklərin sayı daha çoxdur.

İnsan skeleti orqanizmin quruluşuna uyğun olaraq, kəllə-cranium, gövdə-truncus, yuxarı ətraf-membrum superius və aşağı ətrafdan –membrium inferius ibarətdir. Kəllə, onurğa sütunu və döş qəfəsinin skeleti ox skelet – skeleton axiale, yuxarı və aşağı ətraf sümüklərinin skeleti isə əlavə skelet-skeleton appendiculare adlanır.

Bütün sümüklər xaricdən onların oynaq səthlərindən başqa sümüküstlüyü ilə örtülmüş dür. Sümüküstlüyü lifli birləşdirici toxumadan təşkil olub iki qatdan ibarətdir: xarici adventisiya qatı və ya lifli qat (stratum fibrosum) və daxili kambial qat (stratum cambiale). Xarici qat kobud kollagen liflərdən ibarət sıx lifli birləşdirici toxumadan qurulmuşdur. Burada çoxlu qan damarları və sinirlər vardır. Vətərlər və bağlar sümüklərə sümüküstlüyü vasitəsi ilə bağlanır və bu zaman onların kollagen lifləri xarici qatın liflərinə keçir. Sümüküstlüyünün daxili kambial qatı isə nazik kollagen və boylama gedən elastik liflərdən təşkil olunmuşdur. Bu qatda da kiçik qan damarlarına təsadüf olunur; burada habelə çoxlu yastı sümükyaradan hüceyrələr (osteoblastlar) vardır. Osteoblastlar sınmış sümüyün bərpa olunmasında fəal iştirak edir. Ona görə də bu qata bəzən osteogen qat da deyilir. Endost borulu sümüklərdə sümük iliyi boşluğunu örtür, çox nazik və zərif birləşdirici toxuma qişasıdır.

Sümüküstlüyünun sümük üçün böyük əhəmiyyəti vardır; bu sümüyün qidalanmasında, eninə (appozision) böyüməsində və regenerasiyasında iştirak edir.

Sümüküstlüyü sümükləri xaricdən örtən, birləşdirici toxumadan təşkil olunmuş, çəhrayı rəngli nazik qişadır. Histoloji cəhətdən sümüküstlüyü iki qatdan ibarətdir.

Damar və sinir lifləri ilə zəngin xarici lifli qat – tunica adventitia

Hüceyrə elementləri ilə zəngin daxili sümükyaradıcı osteogen qat – tunica fibroelastica

Daxili qatda çoxlu osteoblastlar – sümükyaradan hüceyrələr var. Onlar sümüyün inkişafında, böyüməsində və regenerasiyasında iştirak edirlər. Sümüküstlüyünün xarici qatında olan qan damarları sümüyün daxilinə yayılır və onu qidalandırır. Sümüküstlüyünün zədələndiyi və ya soyulduğu nahiyə qidasız qalıb çürüyür. Bundan başqa sümüküstlüyünün xarici qatı sinir elementlərinin hesabına sümüyün ağrıya qarşı həssaslığını təmin edir. Sümüklərdə qığırdaq olan yerlərdə sümüküstlüyü qığırdaqüstlüyü ilə əvəz olunur. Orqanizmdə müstəsna olaraq yalnız oynaq səthləri və kəllənin beyin hissəsinin sümüklərinin daxili səthi sümüküstlüyündən məhrumdur. Sümüküstlüyünün bəzi nahiyələrdə xüsusi adı var: kəllədə – pericranium, diş alveollarını örtən yerdə periodonteum, göz yuvasını örtən hissədə – periorbita, onurğa kanalını örtən yerdə – endorachis.

Sümüküstlüyü sümükəri xaricdən örtüb oynaqlara çatarkən oynaq kisəsinin xarici lifli qatı ilə birləşir. Bundan başqa sümüküstlüyü qida dəliklərindən və kanalından sümük iliyi kanalına daxil olur və onun divarlarını örtərək daxili sümüküstlüyü adlanır:endosteum.

Sümüküstlüyünün funksiyaları:



  1. Sümük və sümük iliyi üçün örtükdür;

  2. Sümüyü qidalandırır;

  3. Sümüyün inkişafında və eninə böyüməsində iştirak edir;

  4. Sümüyün regenerasiyasında iştirak edir.

Skeleti təşkil edən sümüklərin birləşmələrini artrologiya və ya sindesmologiya elmi öyrənir. Birləşmələrin müxtəlif funksiyası vardır. Məsələn, sümüklərin uzununa və eninə böyüməsinə təsir edir, zərbə və silkələnmələr zamanı təsir gücünü azaldır.

Sümük birləşmələrinin üç növü vardır:



  • Fasiləsiz (hərəkətsiz) birləşmələr.

  • Fasiləli (hərəkətli) birləşmələr (oynaqlar)

  • Yarım oynaqlar və ya simfizlər.


Yüklə 222,39 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin