İxtisas: tspx kurs: II fənn: Uşaq anatomiyası, fiziologiyası və gigiyenası Mövzu: Fənnin məzmunu və vəzifələri. Ədəbiyyat siyahısı: Zeyniyev N. R., Axundov A. H., N. H. Sultanova, E.Ə. Yolçuyeva., T.Ə


Baş əzələlərinin yaş xüsusiyyətləri



Yüklə 222,39 Kb.
səhifə71/119
tarix01.01.2022
ölçüsü222,39 Kb.
#103703
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   119
Baş əzələlərinin yaş xüsusiyyətləri. Yenidoğulmuşlarda zəif inkişaf etmişdir. Uşağın 6-7 aylığında dişlərin çıxması, süni qidalanma, nitqin formalaşması ilə əlaqədar olaraq mimiki və çeynəmə əzələlərinin funksiyası artır. Onlarda fassiya səfhələri arasında piy toxumalarının artması müşahidə olunur. Ona görə də uşaqların sifəti dairələşir və ya oval şəkil alır. Uşağın 6-8 yaşında baş əzələləri, xüsusi ilə çeynəmə əzələləri yaxşı inkişaf etmiş olur.

Normal qamətin qorunması. Qamət böyümə, inkişaf və tərbiyənin ilk mərhələlərindən formalaşmağa başlayıb, insan bədənin quruluşunu, orqanizmin normal fəaliyyətini təmin edir. Qamətin pozulmasına səbəb olan hallardan ən başlıcası qozbellikdir. Bu zaman çiyinlər yaxınlaşır, qarın şişir, onurğanın döş hissəsi arxaya doğru qabarır və yumrulaşır. Səbəbi raxit, piylənmə, qocalıq, yoluxucu xəstəliklər, qeyri normal rejim, ev və məktəblərdə düzgün seçilməyən mebel və oturuş qaydalarıdır. Bu patologiyanın qarşısının alınması müalicəsindən daha asnadır. Valideyn və müəllimlər hər uşağın kiçik yaşlarından bu amillərə ciddi fikir verməli, uşağa normal vərdişlər aşılanmalıdır. Uşaqlar vaxtından əvvəl stulda oturdurmamalı, məktəbəqədər və məktəb yaşlı uşaqların boyuna uyğun stul və partalar seçilməli, çantanı daçımaq mədəniyyəti formalaşdırılmalıdır (hərdən bir çiyində müxtəlif tərəflərdə).

Uşaq anadan olandan sonra sümüklərin inkişafı xarici və daxili amillərin təsirilə formalaşır. Sümüklərdə A vitamini çatışmadıqda sümüküstlüyünü qidalandıran qan damarları daralır, sümük üstlüyü yaxşı qidalana bilmir və nəticədə böyümə zəifləyir, bir çox hallarda isə dayanır. C vitamini çatışmadıqda sümük lövhəciklərinin formalaşması pozulur. D vitamini çatışmadıqda raxit xəstəliyi yaranır. Orqanizmdə kalsium və fosfor mübadiləsi pozulur və nəticədə skeletin sümükləşməsi zəifləyir, sümüklərin forması dəyişir, ətraf sümükləri əyilir.




Yüklə 222,39 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin