İxtisas: tspx kurs: II fənn: Uşaq anatomiyası, fiziologiyası və gigiyenası Mövzu: Fənnin məzmunu və vəzifələri. Ədəbiyyat siyahısı: Zeyniyev N. R., Axundov A. H., N. H. Sultanova, E.Ə. Yolçuyeva., T.Ə



Yüklə 222,39 Kb.
səhifə73/119
tarix01.01.2022
ölçüsü222,39 Kb.
#103703
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   119
Simptomlar Bu xəstəlik zamanı əksər uşaqların heç bir şikayəti olmadığına görə, xəstəlik əsasən nəzərəçarpacaq deformasiya olduqda aşkar edilir. Xarici görünüşə görə aşağıdakı əlamətlərə diqqət yetirmək lazımdır:

• Bir çiyin və ya bud-çanaq oynağı digərindən yuxarıda yerləşir.

• Bir kürək sümüyü digərindən yuxarıda yerləşə bilir.

• Önə doğru əyildikdə bu əlamətlər daha çox nəzərə çarpır.

• Deformasiyanın qabarıq tərəfində "qabırğa donqarlığının" əmələ gəlməsi.

• Bir qol digərindən uzun görünür.

• Bel nahiyəsində yerləşən üçbucaqların assimetrikliyi.

Müalicə

əsasən iki üsuldan ibarətdir: konservativ üsul, cərrahi üsul. əksər hallarda (təqribən 90%) skoliozu xüsusi müalicə etməyə ehtiyac olmur, yalnız profilaktika kifayət edir.

Qıç və qol uzantıları. İdman hərəkətləri.

Onurğa sütunu 20°-dən az əyilərsə xəstəliyinso gedişatından yalnız profilaktika aparmaq kifayət edir. Xüsusi müalicəyə ehtiyac olmur, 6 ayda bir dəfə və ya ildə bir dəfə yalnız rentgen müayinəsi edərək vəziyyətə nəzarət etmək lazımdır.



Korset

Onurğa sütunu təqribən 20-40° əyilərsə korset geyinmək lazımdır. Korseti sümük sisteminin inkişaf dövrü bitənə qədər təqribən 15-16 yaşına qədər geyinmək olar. Korsetin funksiyası skoliozun daha da kəskinləşməsinin qarşısını almaq və ya onu müəyyən həddə saxlamaqdır. Korsetlə skoliozu düzəltmək qeyri-mümkündür. Yəni, əgər onurğa sütununun 30°-li əyilməsi vəziyyətində korset geyilərsə, əyilmiş bucağın dərəcəsi heç də 20° və ya 10° azalmır, korsetdən sadəcə 30°-dən də çox əyilmənin qarşısını almaq məqsədi ilə istifadə olunur. Korsetdən istifadə edərkən skoliozun dərəcəsinin 30°-dən 20°-ə qədər azalması qeyd edilə bilər. Lakin bu, korsetdən istifadə edilən müddətdə belə görünür. əgər korsetdən istifadə dayandırılarsa, 1-2 ildən sonra onurğa sütunu öz əvvəlki vəziyyətinə qayıdır.



Cərrahi Üsul

Onurğa sütunu təqribən 40-50° əyilərsə orqanizmin inkişaf səviyyəsindən asılı olaraq cərrahi əməliyyata da ehtiyac duyula bilər. Cərrahi əməliyyat kiçik yaşlı uşaqlarda və orqanizm hələ inkişaf etdikdə aparılır. Lakin orqanizmin inkişafı dayanarsa (15-16 yaşdan çox), cərrahi əməliyyata ehtiyac yoxdur. Onurğa sütununda əyilmə 50°-dən çox olan halda cərrahi müdaxiləyə ehtiyac var. Bel nahiyəsinde əyilmə 50°-dən çox olanda, orqanizmin inkişafı dayanaraq artıq yetkinləşərsə də, davamlı olaraq onurğa sütununun bel hissəsində əyilmə gedə bildiyinə görə onurğa sütunu cərrahi yolla düzəldilməlidir. Skoliozun cərrahi müalicəsindən sonra, belin hərəkəti qeyri-təbii olur. Buna görə də 50°-dən çox olan skolioz zamanı belə, proses kəskin olmazsa, cərrahi əməliyyat məsləhət görülmür.əyilmiş beli diametri təqribən 7mm olan mil vasitəsilə düzəldirlər. həmin mil xüsusi səbəb olmadan bədəndən çıxarılmır. Mil vasitəsi ilə onurğa sütunu düzəldilir, sümük transplantasiyası ilə onurğa sütununun uzanmasının qarşısı alınır. Cərrahi üsulla müalicədən sonra onurğa sütununda təxminən 60-70% düzəlmə qeyd edilir. Lakin cərrahi əməliyyat olunmaq o demək deyil ki , tamamilə normal, düz onurğa sütunu əldə etmək olur. Yəni, əgər 50°-li skolioz cərrahi əməliyyat edilibsə, onurğa sütunun da təqribən 60-70% düzəlmə olur və bu da təqribən 30° təşkil edir. Qalan təqribən 15°-20° isə düzəlmir və davamlı olaraq öz əyilmiş vəziyyətində qalır. Az yaşlı orqanizmdə və əyilmə dərəcəsi kəskinolmayan pasientlərdə əməliyyatla yaxşı effekt əldə olunur. Lakin pasientin yaşı çox və proses kəskin olarsa əməliyyatla az effekt əldə olunur.



Yüklə 222,39 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin