Insanların düzgün olmayan təsərrüfat fəaliyyəti (meylli yamacların başdan-başa şumlanması, meşələrin məhv edilməsi, otarma və suvarma normalarının pozulması, müxtəlif qazıntı işləri və s.) nəticəsində baş verən eroziya prosesi(Şəkil 5.27).
Şəkil 5.27. Həddən artıq otarma nəticəsində bitki örütüyün kasıblaşmasının yarğan eroziyasına səbəb olması (foto, Jonathan Etzold, Boyük Qafqazın yay otlağı)
7.2.1.2 Külək eroziyasi (deflyasiya)
Torpağın, qumun və ana süxurun sovrulması prosesi. K.e. şiddətli küləklərin təsirindən yüngül mexaniki tərkibli torpaqların, narın qumların sovrulub aparılması şəklində müşahidə olunur. Külək eroziyasını əmələ gəlməsinə iqlimin quraq olması, şiddətli küləklərin əsməsi, sahədə bitki örtüyünün zəif (seyrək) olması və ya heç olmaması səbəb olur. Şoran torpaqlarda duzlar külək vasitəsilə sovrularaq başqa yerlərə aparılır (impulverizasiya).
Külək eroziyasının qarşısını almaq üçün mexaniki və canlı çəpərlərdən istifadə etmək məsləhət görülür. Qumları bərkitmək üçün Abşeron şəraitində innab, püstə, zeytun, əncir, xartut, dəfnə, eldar şamı, nazkolu və s.-dən istifadə edib meşə-bağların və üzümlüklərin salınması mühüm tədbir sayılır.
Dostları ilə paylaş: |