İxtisasın (proqramın) şifri və adı: 040524 «Vaqon və refrejerator təsərrüfatı»



Yüklə 213,5 Kb.
səhifə5/5
tarix10.01.2022
ölçüsü213,5 Kb.
#110034
1   2   3   4   5
Fənnin bölümləri

Saatların ümumi miqdarı

O cümlədən

Fənnin tədrisi nəzərdə tutulan semestr

I semestr

II semestr

ÜF-B00

Ümumtəhsil fənlər bölümü

900







1;2

ÜF-B01

Azərbaycan dili (xarici dildə təhsil alanlar üçün)*

60

30

30

1;2

ÜF-B02

Azərbaycan (rus) dili

60

30

30

1;2

ÜF-B03

Ədəbiyyat

60

30

30

1;2

ÜF-B04

Xarici dil

60

30

30

1;2

ÜF-B05

Azərbaycan tarixi

30




30

2

ÜF-B06

Tarix

30

30




1

ÜF-B07

İnsan və cəmiyyət

30

30




1

ÜF-B08

İqtisadiyyatın əsasları

30




30

2

ÜF-B09

Cəbr və analizin başlanğıcı

90

60

30

1;2

ÜF-B10

Həndəsə

45




45

2

ÜF-B11

İnformatika

45




45

2

ÜF-B12

Fizika

60

30

30

1;2

ÜF-B13

Astronomiya

30




30

2

ÜF-B14

Kimya

60

30

30

1;2

ÜF-B15

Biologiya

45

45




1

ÜF-B16

Fiziki coğrafiya

45

45




1

ÜF-B17

Fiziki tərbiyə

60

30

30

1;2

ÜF-B18

Gənclərin çağırışaqədərki hazırlığı

60

30

30

1;2

- ümumtəhsil fənləri bölməsinə daxil olan fənlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.10.2006-cı il tarixli 233 №-li qərarı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında ümumtəhsilin konsepsiyası- «Milli Kurikulumu»-na uyğun müəyyənləşdirilir və məzun bu konsepsiyaya uyğun olan biliklərə nail olmalıdır;


3.2.2. İxtisasın peşə hazırlığı fənləri bölümü

Fənn bölümünün kodu

Fənn bölümləri, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından)

Fənn bölümlə-ri üzrə kreditlə-rin sayı

Fənnlər

Fənlər üzrə kredit-lərin sayı

Qazanılması nəzərdə tutulan kompeten-siyaların kodları













Təhsil hissəsi

HF-B00

Humanitar fənlər bölümü
bilməlidir;

Respublikanın uzaq və yaxın keçmişi haqqında ümumi biliyi, Azərbaycan Respublikasının müstəqil dövlət kimi formalaşdığı indiki dövrə qədər keçdiyi tarixi yolun xronologiyasını,

müstəqillik və istiqlaliyyət uğrunda mübarizələri və bu yolda misilsiz xidmətləri olan şəxsiyyətləri;

bacarmalıdır:

Tarixin, keçmişin qiymətləndirilməsinə dair öz mövqeyini əsaslandırmağı və fikrini ifadə etməyi;


Azərbaycan dili üzrə:
bilməlidir;

Azərbaycan dilindən orta məktəbdə alınan vərdişləri möhkəmləndirmək və inkişaf etdirmək; sərbəst danışıq vərdişinə yiyələnmək, Azərbaycan dilində istənilən məqamlarda ünsiyyət saxlamaq.



bacarmalıdır:

Dialoq aparmağı, ixtisasa dair ədəbiyyatı lüğətsiz oxumağı;


Xarici dil üzrə:
bilməlidir;

xarici dillərin birində öz fikrini sərbəst ifadə etməyi, texniki ədəbiyyata aid mətni lüğətin köməyi ilə tərcümə etməyi.



bacarmalıdır:

İctimai – siyasi mətnləri, bədii və texniki ədəbiyyatları lüğətin köməyi ilə tərcümə etməyi, öyrəndiyi leksik və qrammatik materialları lüğətsiz oxuyub başa düşməyi, öz fikrini sərbəst izah etməyi, texniki terminləri sərbəst tərcümə etməyi;



Seçmə yolu ilə öyrənilməsi nəzərdə tutulan fənləri dinləməklə :

bilməlidir;

sosial mühit və sosial inkişafda istiqamətin rolunu və mahiyyətini, Azərbaycan Respublikası hüquq sisteminin və qanunvericiliyinin əsaslarını;


Gələcək peşə fəaliyyətinin mahiyyətini və ona dair normativ və hüquqi sənədlərin tərtibini və onlardan istifadə etməyi bacarmalı, pozulmuş hüququn bərpa yollarını öyrənməlidir.
bacarmalıdır:

Gələcək peşə fəaliyyətini və onun mahiyyətini qiymətləndirməyi, istiqamət üzrə aldığı ilkin məlumatlardan ixtisas peşə hazırlığında məqsədyönlü istifadəni.



yiyələnməlidir:

Azərbaycan tarixinin mühüm məqamlarına: sosial-iqtisadi sahədə əsas təlimlərə; Sosial əhəmiyyətli problemlərin təhlilini aparma qabiliyyətinə, sərbəst danışıq vərdişinə, Azərbaycan dilində istənilən məqamlarda ünsiyyət saxlamağa, öz fikrini sərbəst ifadə etmək qabiliyyətinə;



26




HF-B01 Azərbaycan tarixi

HF-B03-

Azərbaycan dili (təlimi xarici dildə olanlar üçün)**



HF-B02 Xarici dil

HF-B04 Seçmə fənlər


4

8

8



6

ÜK-3


ÜK-4

ÜK-5


ÜK-7

ÜK-13



İPF-B00

İxtisasın peşə hazırlığı fənləri bölümü:***
Bu bölümə daxil olan fənlərin öyrənilməsi nəticəsində tələbə
bilməlidir:

  • Fənnin tədrisi prosesində konstruktor sənədlərinin işlənməsi metodlarını, normalarını, oxuma və tərtib olunma qaydaları, həndəsi qurmalar, təsvirlərin alınma metodları, ölçülərin göstərilməsi, maşın mexanizmləri, radio qurğuları və rabitə vasitələri qurğuları hissələrinin birləşmələri, yığım cizgiləri, standartlaşmanın metodiki əsaslarını;

bacarmalıdır:

  • Dövlət standartlaşdırma sistemi, vəsait və ölçü metodlarının standartlaşdırılması, metroloji xidməti;


bilməlidir:

- Həyat fəaliyyətinin təhlükəsizliyi,

insan və məskunlaşdığı mühit, həyat

fəaliyyətinin rahatlıq şərtləri və əmək

fiziologiyasının əsasları, texniki

sistemin ekologiyalılığı

və təhlükəsizliyi, fövqəladə şəraitlərdə

təhlükəsizlik, həyat fəaliyyətinin

təhlükəsizliyinin idarə olunması,

elektrik təhlükəsizliyinin əsasları,

istehsalat sanitariyası, yanğın

təhlükəsizliyi qaydalarını.



bacarmalıdır:

- Vaqon təmiri depolarında,

stansiyalarda, texniki müayinə

məntəqələrində təmir işləri aparılarkən

yerinə yetiriləcək təhlükəsizlik

texnikası qaydaları, əməyin

mühafizəsi üçün nazirlik tərəfindən

hazırlanmış təlimatlar, səfər zamanı

işçilərin və sərnişinlərin təhlükəsizliyi

üçün müəssisə rəhbərliyi tərəfindən

hazırlanmış əmr və göstərişlər

öüyrənilir. Nəqliyyat müəssisələrində

bütün işləri təhlükəsizlik texnikası

qaydalarına uyğun yerinə yetirməyi;


bilməlidir:

- İnformasiyanın növləri, informasiyanın toplanması, ötürülməsi, işlənməsi, ümumi xüsusiyyətləri, tətbiqi proqramlar paketi; paketin tərkibi və strukturu (MS Office); Sistem proqram təminatı; Əməliyyat sistemləri, əməliyyat sistemləri ilə işin əsasları, qrafik interfeys; xidməti proqramlar; mətn prosessorlarının, cədvəl redaktorlarının, VBİS-lərin, kompyuter qrafikasının imkanları.



bacarmalıdır:

  • Müasir proqramlaşdırma vasitələrindən, əməliyyat sistemləri və tətbiqi proqramlardan Mətn proses-sorlarından, cədvəl redaktorlarından, kompyuter qrafikasının ımkanlarından istifadə etməyi;


bilməlidir:

- Matrislər və onlar üzərində əməlləri, İki ıə üç tərtibli determinantlar və onların hesablanması qaydalarını, n-tərtibli determinant haqqında anlayış. Tərs matris, onun varlığı və tapılmasını;



bacarmalıdır:

  • Vektorlar və onlar üzərində əməllər, vektorların xətti asılılığı, vektorların skalyar və vektoryar hasilləri və onların xassələrini, İki tərtibli əyrilər, onların kanalik tənliklərinn həll etməyi;


bilməlidir:

- Sabit və dəyişən cərəyan dövrələrində qanunları, elektrik dövrələrinin hesabatını, elektrik ölçü cihazlarının quruluşunu, elektrik ölçmə metodlarını və bu dövrələrdə gedən fiziki prosesləri.

- Elektrik və maqnit dövrələrində gedən prosesləri, elektrik dövrələrinin hesabat metodlarını, elektrik ölçü cihazlarının iş prinsipini, elektrik ölçü cihazlarının dövrəyə qoşulma xüsusiyyətlərini, dəmir yol nəqliyyatının elektrotexniki qurğularında elektrik kəmiyyətlərinin ölçmə metodlarının və fiziki proseslərin əsas mahiyyətini bilməlidir.

bacarmalıdır:

- Elektrik dövrələrinin yığılmasını, təhlükəsizlik texnikasına əməl etməklə real elektrik dövrələrində gərginliyin ölçülməsini, elektrik ölçü cihazlarından istifadə edilməsini, onların seçilməsini, hesabat aparıb elektrotexniki məsələlərin həllini.


bilməlidir:

- İqtisadiyyat elminin predmeti, iqtisadiyyata giriş (iqtisadi təhlilin əsasları, mübadilənin əsasları, rəqabətli bazarın fəaliyyəti, dövlət bölməsinin əsasları), mülkiyyət haqqında əsas anlayışlar; iqtisadi və hüquqi səmtlər, -mikroiqtisadiyyata giriş, pul tədavülü və pul siyasəti, milli gəlir, xərclər, tələb, təklif, infilyasiya və işsizliyin mikroiqtisadi problemləri, dünya iqtisadiyyatı və iqtisadi inkişaf. İstehsalatda menecmentin əsaslarını;



bacarmalıdır:

  • tələb istehlak seçməsi, məsrəflər, təklif firmalar və rəqabət formaları, biznesin quruluşu və tənzimləmə, faktorlar bazarları və gəlirlərin bölüşdürülməsini;



bilməlidir:

- Azərbaycan Dəmir Yolunun perspektiv inkişafı, dəmir yolunun texniki-iqtisadi göstəriciləri, yol təsərrüfatı və onun vəzifələri, vaqon təsərrüfatı və vəzifələri, lokomotiv təsərrüfatı və vəzifələri, hərəkətin təşkilinin əsasları, dəmir yol nəqliyyatında avtomatika, telemexanika və rabitə, dəmir yolunun elektrik təchizatı, dəmir yol stansiyalarının növləri və təyinatı, stansiyada sərnişin və yük təsərrüfatı, dəmir yolunun material-texniki təchizatı və başqa sahələrini.



bacarmalıdır:

dəmir yolu nəqliyyatında texniki-iqtisadi göstəriciləri hesablamağı, yol təsərrüfatı və onun vəzifələrinə, vaqon təsərrüfatı və vəzifələrinə, lokomotiv təsərrüfatı və vəzifələrinə riayət etməyi, hərəkətin təşkilini;



bilməlidir:

- Elektron cihazları və qurğularının elektromexaniki cihazlara və qurğulara nisbətən üstünlüklərini, elektron cihazlarının iş prinsiplərini, dəyişən cərəyan gücləndiricilərini, elektron gücləndiricilərini, mikrosxemləri, onların hazırlanma prinsiplərini, mikroprosessor, avtomatik idarəetmə tənzimləmədə mikroprosessorun əhəmiyyətini, elektrik impulslarının generasiyasını, tristor çevirijilərini, gərginlik impuls tənzimləyicilərinin, əsas element və vericiləri, fotoelementləri, avtomatik qurğuları və hərəkət vasitələrinin avtomatik idarə edilməsinin tənzimlənməsini.



bacarmalıdır:

- Elektron qurğularında istifadə olunan bütün elementləri oxumağı və iş prinsipini izah etməyi.



bilməlidir:

- Nəzəri mexanika bölməsində – qüvvələrin müvazinətindən, onun yaratdığı yer dəyişmənin parametrlərinin təyin edilməsini; Materiallar müqaviməti bölməsində – materialın daxili qüvvələrin qiymətini və paylanma qanunlarını, onun möhkəmlik, sərtlik və çeviklik hesabatının təyin edilməsini



bacarmalıdır:.

Maşın hissələrinin hesabatı bölməsində – hesabat və layihənin yerinə yetirilməsini; maşın hissələrinin hesabatı bölməsində – hesabat və layihənin yerinə yetirilməsini.



bilməlidir:

- Vaqonların təmir vaxtı və növləri, işin təşkili, qabaqcıl təmir müəssisələrinin texnologiyası, istismarda vaqonun ayrı-ayrı hissələrində yaranan nasazlıqlar, onları yaradan səbəblər, aşkar edilmə üsullarını. Təmir sexlərində istifadə edilən avadanlıqlar, dəzgahlar, sex daxilində istifadə olunan nəqliyyat avadanlıqları, ölçü və yoxlama alətləri, şablonlar və təmir zamanı təhlükəsizlik texnikası qaydalarını.



bacarmalıdır:.

- Vaqon deposunun struktur idarəetmə sistemi, təmirdən sonra buraxıla bilən ölçülər, təmirin keyfiyyətinə nəzarət və təmirdən sonra hissələrin qəbulu qaydalarını.



bilməlidir:

- Azərbaycan Dəmir Yolları və Metropoliten sistemində Texniki İstismar Qaydalarını; (TİQ), dəmir yolunda istismar olunan mühüm tikili və qurğuların, hərəkət tərkiblərinin əsas ölçülərini, saxlanma normalarını və onlara qarşı qoyulan tələbləri, yol və yol təsərrüfatını, yoldəyişən qurğuların istismar qaydalarını, lokomotiv və vaqon təsərrüfatını, xüsusi hərəkət tərkiblərinin xidməti və təmiri üçün tikili və qurğularını, su təchizatı və kanalizasiyanın tikili və qurğularını, bərpa vasitələrini, stansiya təsərrüfatının tikili və qurğularını, işarəvermə və rabitə təsərrüfatının tikili və qurğularını, dəmir yolu elektrik təchizatının təsərrüfatının tikili və qurğularını, tikili və qurğulara baxış və onların təmirini, hərəkət tərkibi və xüsusi hərəkət tərkibini, qatarların hərəkətininn təşkili üçün istifadə olunan vasitələri, dəmiryol stansiyalarının texniki işinin təşkilini, qatarların hərəkətinin təşkili üsulları və lokomotivlərin, motorvaqonlu qatarların və özü hərəkət edən xüsusi hərəkət tərkibi maşinistlərinin qatarları idarə etmə qaydalarını.

- Azərbaycan Dəmir Yolları və Metropoliten sistemində sistemində Qatarların hərəkəti və manevr işinə dair təlimatı (QHT), qatarların müxtəlif işarəvermə və rabitə vasitələrində, bütün işarəvermə və əlaqə vasitələrinin fasiləsi zamanı qatarların hərəkəti qaydalarını, bərpa və yanğınsöndürən qatarların və digər xüsusi hərəkət tərkiblərinin hərəkət etmə qaydalarını.

bacarmalıdır:.

- Azərbaycan Dəmir Yolları və Metropoliten sistemində İşarəvermə Təlimatında təyin edilmiş (İT), işarələrlə işləməyi, onların təyinatı və növlərini fərqləndirməyi, svetoforların göstərdiyi işarələri, çəpərləmə işarələri, əl işarələri, işarə göstəriciləri və nişanları, manevr işində tətbiq edilən işarələr, qatarları, lokomotivləri və digər hərəkət vahidlərini nişanlamaq üçün istifadə olunan işarələr, səs işarələri və həyəcan işarələri və xüsusi işarə göstəriciləri ilə işləməyi.



bilməlidir:

- Avtomatik əyləcin təyinatını, tormoz məsafəsini, vaqonların tormoz avadanlıqlarını.

- Maşinist kranları, kompressor, hava magistralı, hava paylayıcı, ehtiyat çən, tormoz slindri, tormoz rıçaqlarının konstruksiyası və iş prinsipini.

bacarmalıdır:.

- Adi və tam müayinə aparma üsullarnıı, VU-45 arayışının doldurulması və qatarın tormoz qüvvəsini hesablamağı.



bilməlidir:

- Dəmir yol nəqliyyatında yük və sərnişin daşınmasının təşkili üsulları, yük və kommersiya əməliyyatlarının yerinə yetirilməsi texnologiyası, yük və sərnişin daşımalarında sənədlərin düzgün tərtib olunması qaydaları, yük göndərən, yük alan, başqa nəqliyyat növləri, sərnişinlər və dəmir yolu nəqliyyatı arasında hüquqi münasibətlərin tənzimlənməsi qaydaları, yük və sərnişin daşımalarının, o cümlədən kommersiya əməliyyatlarının uçotu və hesabatı qaydalarını, yük və sərnişin daşımalarında istifadə olunan təlimatlar və digər lazımi normativ təlimatları.



bacarmalıdır:

  • Fənnin öyrənilməsi nəticəsində tələbə yük, kommersiya və sərnişin əməliyyatlarının iş texnologiyasını, yük və sərnişin daşınması sənədlərinin tərtib edilməsini və digər işləri bilməli və praktiki fəaliyyətində tətbiq etməlidir;



bilməlidir:

- Dəmir yolu hərəkət tərkiblərinin istehsalında istifadə edilən metalların və onların xəlitələrinin alınma qaydalarını, metalların korroziyadan mühafizəsini, tökmələrin alınma üsullarını, metalların təzyiqlə emal edilməsini haqqında məlumatları olmalıdır.



bacarmalıdır:

metalların və onların xəlitələrinin hazırlanma üsullarını, metalları korroziyadan mühafizə etməyi, tökmələrin alınma üsullarını;



bilməlidir:

- Azərbaycan dəmir yolunda vaqon təsərrüfatının inkişaf perspektivini, sərnişin, yük və refrejerator vaqonlarının təyinatını, növlərini, istismar sahələri və texniki-iqtisadi xarakteristikalarını.

- Sərnişin, metropoliten və refrejerator vaqonlarının əndazə ölçülərini, arabacıqları (telejkaları), vaqonun banı (kuza), avtomatik qoşqu cihazlarının növləri, konstruktiv fərqi və ayrı-ayrı hissələrinin konstrksiyası və iş prinsipini.

bacarmalıdır:.

- Vaqonların konstruktiv elementlərini, onların əsas ölçülərini və normativlərini təyin etməyi.



bilməlidir:

- Sərnişin və refrejerator vaqonlarında istifadə olunan kondensə hava və soyuducu qurğularının təyinatı, növləri və işləmə prinsipini. Sərnişin və refrejerator vaqonlarında istifadə olunan izolyasiya materialları, soyuducu agentlər və onların əsas xüsusiyyətlərini.



bacarmalıdır:.

- Kaloriferlərin vaqonda yerləşməsini, dəyişdirilməsini. Qapalı soyuducu sistemin elementlərini, konstruksiyasını və istifadə olunmasını.




  • yiyələnməlidir:

  • - vaqon təsərrüfatında vaqonlara texniki baxış, onların təmiri və texniki xidməti sistemində çilingər və ya vaqon müayinəçisi peşələrinə;




102



İPF-B01 – Texniki rəsmxətt və standartlaşmanın əsasları


İPF-B02 – Dəmiryol nəqliyyatında təhlükəsizlik texnikası, əməyin mühafizəsi və ekologiya

İPF-B03 – Kompyuterin proqram təminatı

İPF-B04 – Ali riyaziyyatın əsasları

İPF-B05 - Elektrotexnikanın əsasları

İPF-B06 – Sahə iqtisadiyyatı və menecment

İPF-B07

Dəmiryol nəqliyyatının ümumi kursu



İPF-B08

Elektronika və mikroprosessor texnikası




İPF-B09 – Texniki mexanikanın əsasları

İPF-B10 – Vaqonların təmir texnologiyası

İPF-B11 - Dəmir yol nəqliyyatının texniki istismar qaydaları və hərəkətin təhlükəsizliyi

İPF-B12- Vaqonların avtoəyləcləri

İPF-B13 – Dəmiryol nəqliyyatında sərnişin və yük daşımalarının təşkili


İPF-B14 – Materialşünaslıq

İPF-B15 – Vaqonların konstruksiyası

İPF-B16- Vaqonların hava kondensasiya qurğuları və soyuducu maşınları


4

4

8


4

8


6


4

6

6



8

10

8



8

4

6



8

ÜK-1


ÜK-2

ÜK-6


ÜK-7

ÜK-8


ÜK-9

ÜK-10


ÜK-11

ÜK-12


PK-1

PK-2


PK-3

PK-5


PK-6

PK-7


PK-8

PK-9


PK-10

PK-11


PK-12

PK-13







Peşə hazırlığının seçmə fənləri

22










TE-B00

Təcrübələr və yekun attestasiya

Bu bölməyə aid olanların öyrənilməsi nəticəsində təhsil alan



bilməlidir:

vaqon depolarında, vaqonların texniki xidmət məntəqələrində və metropoliten depolarında çilingər və ya vaqon müayinəçisinin işini.



bacarmalıdır:

vaqonlarda baş verən nasazlıqların aşkar olunmasını və aradan qaldırılmaslnı, müxtəlif parametrlərin ölçülməsini və s.


yiyələnməlidir:

vaqon təsərrüfat obyektlərində tətbiq olunan texnika və texnologiyaları tətbiq etməyə, təsərrüfat fəaliyyətinin təhlilinə dair materialların toplanması və təhlili haqqında biliklərə və praktiki bacarıqlara.



30

TE-B01

Təcrübələr


TE-B02

Yekun dövlət attestasiyası



24

6


ÜK-10

PK-13





Kreditlərin ümumi sayı:

180








* Azərbaycan bölməsində təhsil alanlar üçün həmin saat həcmində təhsil müəssisəsi tərəfindən ixtisasın profilinə uyğun müəyyənləşdirilən fənlər və ya ikinci xarici dil tədris olunur.

** Azərbaycan bölməsində təhsil alanlar üçün humanitar fənlər bölümündə olan “Azərbaycan dili(təlim xarici dildə olduqda)” fənninə verilən saat həcmində “Azərbaycan dili və nitq mədəniyyəti”, “Etika və psixologiya” fənni və ya ikinci Xarici dil tədris olunur.

Humanitar fənlər bölümündə seçmə fənlərə ayrılan saatlar hesabına orta ixtisas məktəbi tərəfindən “Fəlsəfə”, “Politologiya”, “Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları” , “Milli əxlaq və ailə etikası” və “Dünya və vətən mədəniyyəti” fənlərindən müəyyən olunmaqla tədris oluna bilər.

*** İxtisasın peşə hazırlığı bölümünün seçmə fənləri orta ixtisas məktəbi tərəfindən - “Vaqonların elektrik avadanlığı və cihazları”, “Vaqon təsərrüfatında yağlar və qoruyucu materiallar”, “İzotermik hərəkət tərkibləri və soyuducu təsərrüfatı”, “Dəmiryol nəqliyyatı hərəkət tərkiblərinin texniki diaqnostikası”, “Vaqonların elektrik maşınları”, “Vaqonların enerji qurğuları”, “Vaqon təsərrüfatında texnoloji proseslərin avtomatlaşdırılması və mexanikləşdirilməsi”, “Yerüstü və yeraltı dəmiryol nəqliyyatının perspektiv inkişafı“. fənlərindən seçilə bilər.

Ümumtəhsil fənlər bölümü yalnız ümumi orta təhsil bazasından qəbul olunanlara aiddir. Ümumtəhsil fənlər bölümündə olan fənlərin saatları saxlanılmaq şərti ilə semestrlər üzrə bölgüsü orta ixtisas təhsili müəssisəsi tərəfindən müəyyən oluna bilər.

Humanitar fənlər bölümünə daxil olan Azərbaycan dili (xarici dildə təhsil alanlar üçün), «Azərbaycan tarixi», «Xarici dil», fənləri ümumi orta təhsil bazasından qəbul olunanlar üçün ikinci, tam orta təhsil bazasından qəbul olunanlar üçün isə birinci dərs ilindən başlayaraq tədris olunur.

Fiziki tərbiyə idmanın növləri üzrə bölmələrdə keçirilir.



3.2.3. «Vaqon və refrejerator təsərrüfatı» ixtisası üzrə subbakalavr təhsil proqramının yerinə yetirilməsinin müddəti:

Subbakalavr təhsil proqramını mənimsəmək üçün ayrılan ümumi həftələr:



  • Ümumi orta təhsil bazaslndan - 198

  • Tam orta təhsil bazasından -146

Nəzəri təlim üçün ayrılan həftələr:

  • Ümumi orta təhsil bazasından -105

  • Tam orta təhsil bazasından -75

Təcrübələr üçün ayrılan həftələr (tədris, istehsalat) -16

İmtahan sessiyası üçün ayrılan həftələr:



  • Ümumi orta təhsil bazasından - 35

  • Tam orta təhsil bazasından - 25

Tətillər üçün ayrılan həftələr

  • Ümumi orta təhsil bazasından - 38

  • Tam orta təhsil bazasından - 26

Yekun dövlət imtahanına ayrılan həftələr - 4
4. Maddi-texniki baza, tədris bazası və kadr potensialı
4.1. -Təhsil proqramını həyata keçirən orta ixtisas təhsil müəssisəsi subbakalavr

hazırlığını təmin edən maddi-texniki bazaya (kabinetlər, laboratoriyalar, idman

zalları, kitabxana və oxu zalları) malik olmalıdır. Maddi – texniki baza qüvvədə

olan inşaat normalarına, sanitar və gigiyenik qaydalarına uyğunlaşdırılmalıdır.


4.2. Kadr potensialı:

Orta ixtisas təhsili müəssisəsi müvafiq ixtisas üzrə Ali təhsilli mühəndis elektromexanik

pedaqoji kadrlarla təmin olunmalıdır.

Orta ixtisas təhsili müəssisələrində təhsil verənlərin keyfiyyət göstəricilərinə

daxildir:

-öz fəaliyyətlərində innovativ təlim, informasiya – kommunikasiya, müasir

texnika, yeni istehsal və pedaqoji texnologiyalardan istifadə etməli;

-təhsilverənlər ali təhsilli olmaqla yanaşı müəyyən istehsalat və pedaqoji təcrübəyə

malik olmalı;

-mütəmadi olaraq öz bilik və bacarıqlarını artırmaq üçün müəyyən olunmuş

müddətdə və qaydada ixtisasartırmadan keçməlidirlər.
5. Tədris prosesinin forma və metodları
5.1. Tədris formal təhsil formasında həyata keçirilir.

Təhsilalma formaları əyani və qiyabidir.



«Vaqon və refrejerator təsərrüfatı» ixtisası tələbələrin kredit sisteminə uyğunlaşdırılmış tədris plan və proqramları əsasında həyata keçirilir.

5.2. Tədris prosesində müxtəlif dərs növlərindən istifadə edilir (nəzəri, praktiki, laborator

məşğələləri, yoxlama işləri, kurs işi və s.) Bununla yanaşı təhsil alanların fəaliyyətini, tədqiqatçılıq bacarıqlarını stimullaşdıran dərslərə geniş yer ayırılmalıdır. Yeni pedaqoji texnologiyaları və müasir interaktiv təlim metodlarını əks etdirən dərs-ekskursiya, dərs-yarış, dərs-müzakirə, dərs-disput kimi qeyri - standart dərslərdən istifadəyə üstünlük verilməli, təlim prosesinin çevikliyini təmin edən müxtəlif iş formalarından (kollektiv iş, qruplarla iş) istiıfadə olunmalıdır.

Təlim prosesində dialoqa, məntiqi və tənqidi təfəkkürü inkişaf etdirən, yaradıcı fəaliyyətə əsaslanan fəal və interaktiv metodlardan istifadə edilməlidir.


6.Yekun dövlət attestasiyasına qoyulan tələblər və

qiymətləndirmə


    1. Subbakalavr səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsil alanların dövlət attestasiyası ilə yekunlaşır.

    2. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalarda) müvəffəqiyyətlə keçmiş tələbələr yekun attestasiyasına buraxılırlar.

    3. Yekun attestasiya bütün təhsil alanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 4 həftədir.




    1. Yekun attestasiya ixtisas üzrə buaraxılış yekun dövlət imtahanlarından ibarətdir.

    2. Subbakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı tam orta təhsil bazasından 180 kredit olmalıdır. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Orta ixtisas təhsili müəssisələrində subbakalavriat səviyyəsinin təhsil proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “Vaqon və refrejerator təsərrüfatı” ixtisası üzrə “subbakalavr” peşə-ixtisas dərəcəsi verilir.

    3. Yekun attestasiyanın təşkili və keçirilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.


Razılaşdırılmışdır:
Azərbaycan Respublikası Təhsil Azərbaycan Respublikası Təhsil

Problemləri İnstitutunun direktoru Nazirliyinin Orta ixtisas təhsili sektorunun müdiri:

__________________Q.N.Novruzov _______________İ.K.Mikayılov

«_____»_______________ 2014-cü il «_____»______________2014-cü il


Texniki və Texnoloji ixtisaslar üzrə Azərbaycan Respublikası Təhsil

Dövlət Təhsil Standartlarını hazırlayan Nazirliyi Elmi-Metodik Şurasının

_ “Nəqliyyat” ________

işçi qrupun sədri _____________ bölməsinin sədri:



________________F.Q. Məmmədov __________________Ə.N. Tağızadə

«_____»______________2014-cü il «_____»_______________ 2014-cü il
Yüklə 213,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin