İyun-2019 Mündəricat Giriş



Yüklə 473,05 Kb.
səhifə25/26
tarix05.01.2022
ölçüsü473,05 Kb.
#111057
1   ...   18   19   20   21   22   23   24   25   26
Nəticə və təklif

Beynəlxalq ticarət məhdud sayda mal və xidmətlərin mübadiləsindən əmələ gəldiyi halda,günümüzdə yeni ehtiyyacların əmələ gəlməsiylə bir yerdə texnologiyanın inkişafı,beynəlxalq informasiya mübadiləsinin genişlənməsi beynəlxalq ticarət əlaqələrinin ölçülərini artırmışdır.

Beynəlxalq ticarətin günümüzdə məqsədi daxili bazarda tapılmayan və ya tapıldığı halda istehsalı baha başa gələn,keyfiyyətsiz olan malların xarici bazardan idxalını həyata keçirmək və rifah səviyyəsini yüksəltməkdir.

Azərbaycanın xarici ticarət əlaqələri 20-ci əsrin sonunda başlamış,1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi”ndən sonra daha da böyümüşdür.Azərbaycanda ixracda əsas yeri neft və neft məhsulları tutur.Azərbaycanın xarici ticarətdə əsas ticarət partnyorları İtaliya,Türkiyə,Rusiya,Çin,İsrail,Çexiya Respublikası və.ölkələrdir.Bu ölkələrlə ticarət əməliyyatlarında əsas olaraq xammal məhsulları ixrac edirik və hazır istehlak məhsullarını idxal edirik.Azərbaycanın xarici ticarətdə ən böyük problemlərindən biri də xarici ticarət əlaqələrinin 70%-dən çoxunun 10 ölkədə cəmləşməsidir.Bu vəziyyət Azərbaycanın gələcəkdə iqtisadiyyatının həmin ölkələrdən asıllı olması riskini artırır.Azərbaycan ixrac məhsullarının 80%-ə yaxının xam neft,neft məhsulları və təbii qazın təşkil etməsi ixarın diversifikasiya səviyyəsinin aşağı səviyyədə olması ilə əlaqlidir və Azərbaycanda sənayesində əsas problemlərdən biri də istehsalın şaxələndirilməsi ilə bağlıdır.Hal-hazırda istehsal prespektivlərinə malik olduğumuz bir sıra əmtəələri xarici bazardan idxaı etməkdəyik.Bu məhsulların daxili bazarda istehsal olunması nəqliyyat xərclərinin səmərəliliyinin armasına və xarici bazardan asıllığın azalmasına səbəb olacaqdır.

Azərbaycanın xarici ticarətdə səmərəliliyini artıran səbəblərdən biri də birbaşa xarici investisiyların cəlb olunmasıdır.Xarici birbaşa investisiyalar,Azəebaycan ərazisinə “nou-hau”,avadanlıq,texnoloji məhsulların istehsalı üçün digər məhsulların gətirilməsinə səbəb olmuşdur.Uğurlu siyasət nəticəsində hazırda Azərbaycan investisiya ixrac edən ölkəyə çevrilmişdir.

İxracın diversifikasiyalaşdırılması ilə bağlı “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının prezidenti 18 yanvar 2016-cı ildə Sərəncam qəbul etmişdir,bundan əlavə 1 mart 2016-cı ildə Azərbaycan Respublikasının Prezidentinin qəbul etdiyi və “ Qeyri-neft məhsullarının ixarcının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamda bu preblemlərin aradan qaldırılmasına təkan vermişdir.

Aşağıdakı tədbirlərin həyata keçirilməsi Azərbaycan xarici ticarətin həcminin artmasına və xarici ticarət əlaqələrinin böyüməsinə səbəb olacaqdır.


  • Elektron ticarətin inkişaf etdirilməsi

  • TRASEKA layihəsi çərçivəsində “İpək Yolu”nun bərpası və logistika nəqliyyat

  • İstehsalın diversifikasiyalaşdırlması və “MADE in Azerbaijan” brendinin dünyada tanıdılması

  • İxracda hazır məhsulların payının artırılması istiqamətində dövlət siyasətinin həyata keçirilməsi

  • Gömrük xidmətinin inkişaf etdirilməsi və təkmilləşdiriməsi

  • Gömrükdə qeyri-tarif maneələrinin və kəmiyyət məhdudiyyətlərinin aradan qaldırılması




Yüklə 473,05 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin