Жавид фялсяфяси



Yüklə 0,74 Mb.
səhifə10/21
tarix10.01.2022
ölçüsü0,74 Mb.
#110671
1   ...   6   7   8   9   10   11   12   13   ...   21
Həp sevgidir gözəlliyi insana sevdirən

Məhrumi-eşq olunca gözəllik də can sıxar. 2
Bu yerdə Aşıq Veysəlin də gözəl bir deyimi yada düşür:

Gözəlliyin beş para etməz

Məndəki bu eşq olmasa.

Əylənəcək yer tapmazsan

Könlümdəki köşk olmasa.
«Zər qədrini zərgər bilər», naşı üçün zərlə saxta pa­rıl­tı arasında fərq yoxdur. Lakin burada başqa bir məqam da or­taya çıxır. Hər yaradılmışın bir xeyri, bir gözəlliyi var: onu üzə çıxaran şərait, zaman və şəxs olanda. «Ərlərin eşqi gözəlliyi təyin etməyin meyarıdır. Gözəlliyin üzərindəki pər­dəni parçalayan bu eşq, eyni zamanda onu pərdələyər». Mə­həm­məd İqbalın bu sözləri eşq ilə gözəllik arasında qar­şılıqlı münasibətin ifadəsidir. Həm də ilkinlik, subyekt funk­siyası eşqə verilir.

«Könül sevən gözəl olar» kəlamı da məhz həmin ide­ya­­nı ifadə edir. Bu məqamda Cavid klassik Şərq fəlsəfi fikir ənənələrini şifahi xalq yaradıcılığının, milli fəlsəfi fikrin nümunəsi olan atalar sözündəki hikmətlə tamamlayır. Düz­dür, gözəlliyə belə münasibət onun rus in­qi­labi-demokratik fikrində, xüsusən, marksizm fəlsəfəsində təsbit olunmuş «ob­yektiv xa­rak­terini» şübhə altına alır və subyektin halını önə çəkir, amma Cavidin yaradıcılığı bu mə­sələdə daha tarazlı, balanslı mövqeyə əsaslanır. Belə ki, sevən adamın gözünə heç də hər şey gözəl görünmür. O, sadəcə olaraq, hər şeydəki gözəl məqamları görür. Qüsurlar, çirkinliklər üçün isə göz artıq qapanmışdır. Bu mənada sevgi başı du­man­landırır, gözü kor edir.

Digər tərəfdən, Cavid eşqi insanın xoşbəxtliyi üçün də mühüm şərt hesab edir.
Dünyada varsa dövləti-cavid, o, eşqdir,

Olmaz sevib-sevilməyən ömründə bəxtiyar.1
Lakin Cavid poeziyasında eşqin yüksəldilməsi heç də dini hissin alçaldılması hesabına deyil. Bu baxımdan, ədəbi tənqiddə geniş yer almış «eşqin din üzərində qələbəsi»2 fik­ri ilə razılaşmaq düzgün olmazdı. Təəssüf ki, rəsmi fəlsəfə­çilər də məsələyə bu cür yanaşaraq, Cavidin guya ilahi eşq haqqında ənənəvi Şərq konsepsiyasından, təsəvvüf dəyərlə­rin­dən uzaqlaşdığını və həyati gözəlliyə məhəbbət mövqe­yinə keçdiyini göstərməyə çalışırlar. Bu mövzuda fəlsəfi təd­qiqat çərçivəsində yazılmış əsərlər içərisində diqqətəla­yiq saydığımız bir məqalədə – fəlsəfə elmləri doktoru El­mi­ra Zamanovanın «Azərbaycanın romantik şairi H.Ca­vi­din sev­gi və gözəllik konsepsiyası» adlı məqaləsində də mə­sə­lə­yə məhz həmin ənənəvi mövqedən yanaşılır. Müəllif Şeyx Sənanın dinə ilk münasibəti ilə sonrakı münasibət arasında sanki barışmaz uçurum görərək, Sənanın tamamilə yeni fəl­səfi mövqeyə keçdiyini gözləyir.3

Halbuki, Cavid eşqin din üzərində deyil, dinlə bir­likdə qələbəsinə nail olmasına çalışır; sadəcə dinin ilahiyyat çərçivəsindəki anlamından kənara çıxaraq, onun fəlsəfi ma­hiyyətini üzə çıxarmağa çalışır.

Cavid «Maral»da yazır:
Bir könülə iki sevgi yaraşmaz,

Könül bir, sevgi bir, böyük Tanrı bir…1
Şair burada da sevginin ülviyyətini, ilahi mənasını, Tan­rıya gedən yolun da məhz kö­nüldən keçdiyini bir daha təsdiqləyir. Yəni söhbət hər hansı bir sevgidən deyil, ilahi eşqdən gedir. Bu eşqin isə aparıb çıxara biləcəyi ancaq bir yüksək məqam var – o da Tanrıdır.
Parlamış hər kimdə ənvari-dəha,

Aləmi-əsrara olmuş aşina.2
Biz burada təsəvvüfdən gələn, xüsusən İbn Ərəbi fəl­sə­fəsində və poeziyasında yüksək səviyyədə tərənnüm olu­­nan bir xəttin davamını görürük. Bu xətt Nəsimi poezi­ya­sın­da da ifadə olunmuşdur:
Səni bu hüsni-camal ilə, kamal ilə görüb

Qorxdular Həqq deməyə, döndülər insan dedilər.

Cavid də insan gözəlliyini «hüsnü-eşqlə» müqayisə edir:



Hüsnü-eşq eyləsə təcəssüm əgər,


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin