Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn


-QURANDA NİFAQ VƏ İKİÜZLÜLÜK



Yüklə 1,14 Mb.
səhifə18/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   ...   14   15   16   17   18   19   20   21   ...   120

3-QURANDA NİFAQ VƏ İKİÜZLÜLÜK


Bu məsələ ilə əlaqədar Qurani-kərimdə bir çox incəliklər bəyan olunmuşdur. Biz onların bir neçəsini qeyd etməklə kifayətlənirik:

1-Quranda “ikiüzlülük” küfrü gizlətmək və imanı aşkar etmək mənası daşıyır. Yəni münafiqlər zahirdə (Allaha peyğəmbərlərə) şəhadət verir, batində isə (onları) inkar edirlər.1

2-Quran baxımından ikiüzlülüyün əsas amili nadanlıqdır.2

3-Bəzi ayələrdə münafiqlərin tərəddüd və şəkk-şübhə içində olmalarına işarə edilmişdir.3

4-İkiüzlülük sifətinin amillərindən biri də şəkdir.4

5-Quran nöqteyi-nəzərindən, münafiqlərin Allaha və Peyğəmbərə (ə) imanı inkar etmələrinin səbəbi budur ki, onlar dünyanı hissiyyat və maddiyyatla dəyərləndirirlər. Kafirlər vəhyin əfsanə olduğunu güman etdikləri kimi, münafiqlər də qeyb aləminə və hiss olunmayan şeylərə (metafizik aləmə) inanmağı ağılsız iş sayırlar.5 Münafiqlər maddi dünyagörüşləri və hissiyyata əsaslandıqlarından tovhidi, məadı və Peyğəmbərin (ə) risalətini qəbul edən mühacir və ənsar qrupunu axmaq hesab edir, onların əməllərini ağılsız və puç iş kimi qələmə verirdilər. Özlərini isə onlardan üstün və aydın düşüncə sahibi sayırdılar.6

6-Münafiqlərin şəkk-şübhə və tərəddüdləri onların qəlblərinin xəstə olması ilə əlaqələndirilir.1

7-Bəzi təfsirçilərin nəzərincə ikiüzlülük şirkin xarici nümunələrindəndir; insanın daxilində şirkdən heç bir əsər-əlamət görünməsə, ikiüzlülük fitnəsi də ondan heç vaxt baş verməz. Necə ki ikiüzlülüklə yanaşı əməl Allaha şərik qoşmaq üçün möhkəm zəmin yaradır. Məhz bu səbəbdən də belə deyilir: “İkiüzlülükdən irəli gələn riya Allaha şərik qoşmaqdan başqa meyvəsi olmayan ağacdır.”2

8-Qurani-kərim kafirlərin azğınlıq və çirkin əməllər içərisində qərq olduqlarını bəyan etdiyi kimi,3 münafiqlərin də günah və tüğyan bataqlığında boğulduğundan qəlblərinin kor olmasından söz açmışdır.4 Əgər əql və gümanın mübarizəsində, əql gümana məğlub olarsa, güman nəfsin idrak adlı səhnəsinə daxil olub, düzgün dərketmə yollarını bağlayar. Belə bir insan heç vaxt düzgün fikirləşə bilmir, nəfsi puç düşüncələrlə dolur. Nəticədə qəlb həqiqəti qəbul etmir, puç düşüncələr onu azğınlığa doğru aparar.5

9-Quranın bəzi ayələrində münafiqlərin bir sıra hökmlərdə kafirlərlə şərik olduqları bəyan edilir. Məsələn, ilahi qəzəb odunda (cəhənnəmdə) yanmaq həm münafiqlərə, həm də kafirlərə aid edilir.6

10-Ayələrdə münafiqlərin bəzi hökmlərdə müşriklərlə şərik olmalarına işarə edilmişdir. Buna onların Allahın rəhmətindən məhrumluğunu misal göstərmək olar. Qurani-kərim müşriklər haqda belə buyurur: Allah onları Öz rəhmətinə daxil etməyəcəkdir.”1 Allahın rəhmətinə nail olmamaq münafiqlərə də aiddir. Belə ki, Allah-taala buyurur: Sən onların bağışlanmasını diləsən , diləməsən , fərqi yoxdur. Onsuz da Allah onları bağışlamayacaq.”2

Qurani-kərimin bəzi ayələrində münafiqlərin hətta kafirlərdən pis olduğu vurğulanır.3 Ayətullah Cəvadi Amuli bu barədə deyir: “Əvvəla, münafiqlər kafir və müşriklərdən daha təhlükəlidirlər. İkincisi, münafiqlər daxilən kafirlər kimi dini inkar etməklə yanaşı həqiqəti danır, yalan danışır, hiyləyə əl atır, həm də istehza edirlər. Lakin küfr içərisində olanlar belə nəfsani çirkinliklərə əl atmırlar. Münafiqlərin küfrü isə bu qəbil çirkinliklərlə doludur.”4



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin