Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn



Yüklə 1,14 Mb.
səhifə15/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   ...   11   12   13   14   15   16   17   18   ...   120
Nəticə: Quranda küfr ifadəsi müxtəlif mənalarda işlədilmişdir. Onun bir mənası Allah-taalanı və dini məsələləri inkar etməkdir. Bu mövzuların inkarının əsas səbəbi həm mərifətin olmaması (cahillik, şəkk və zənn) həm də psixoloji çatışmamazlıqdır. (təkəbbür, qürur)

2-QURANDA ŞİRK (ALLAHA ŞƏRİK QOŞMAQ)


İmam Sadiq (ə) buyurmuşdur: “Küfr (Allahın inkarı) şirkdən öndədir; çünki küfr yalnız Allaha, şirk isə Allahdan qeyrilərinə də aid edilir.”1

Ümumiyyətlə, Quran baxımından, şirki iki hissəyə bölmək olar: etiqadda şirk, əxlaqda şirk. Lakin incəliklərə varsaq, əxlaqi şirkin də etiqadi şirkdə sonuclandığını görəcəyik. Bu məsələ ilə əlaqədar Quran ayələri məcmusundan aşağıdakı nöqtələri aydınlaşır:

1-Allaha şərik qoşmaq ağılsızlıq əlamətidir.2

2-Allahı başqa bir varlığa bənzətmək və oxşatmaq nadanlıqdan irəli gəlir; çünki Allaha şərik qoşub, Onu başqa bir varlığa bənzətmək elm və əqidəyə uyğun gəlmir.3 Bu səbəbdən də, Quran bildirir ki, Allaha şərik qoşmağın əsas səbəbi nadanlıqdır və müşriklər nadan insanlardır.4

3-Şirkdə elmə yol yoxdur. Yəni şirk məlum ola bilməz, çünki zatən “yoxluqdur” (mövcud deyildir). Zatən “yox” olan (mövcud olmayan) hər hansı bir şeyə elm aid etmək olmaz. Ona görə ki, elm vücudi (isbati) bir məsələdir və onun vücudu olmayan (yox olan) şeylərə aid edilməsi qeyri-mümkündür. Allah-taala “Loğman” surəsinin 15-ci ayəsində buyurur: “Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə.”5

4-Quranın bəzi ayələrində “şəkk” də Allaha şərik qoşmaq amillərindən hesab edilmişdir.1

5-Bir sıra ayələrdə müşriklərin mürəkkəb (qatı) nadanlıq içində olduğu da açıqlanmışdır; yəni nadan olduqları halda həqiqəti bildiklərini güman edirlər.2

6-Bəzi təfsirlərə əsasən, bütpərəstliyin və Allaha şərik qoşmağın səbəbi üç növ nadanlıq ola bilər:

a) Allaha münasibətdə – Allahın bənzəri, oxşarı və tayı-bərabəri olub-olmamasında nadanlıq.

b) İnsanın məqamı – Allahın bütün məxluqlarından üstün olması – barəsində nadanlığı.

c) Təbiət aləmi və cansız əşyaların insan müqabilində dəyərsiz olması barəsində nadanlıq.3

7-Qurani-kərimdə şirkə yönəlmənin iki əsas amili bəyan olunmuşdur:




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin