Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn



Yüklə 1,14 Mb.
səhifə11/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   ...   7   8   9   10   11   12   13   14   ...   120

3-QURANDA YƏQİNLİK


Predikatın predmetə isbatı, eləcə də predikatın predmetdən inkarının qeyri-mümkünlüyünə, hər iki hadisədə birinci və ikinci etiqadın aradan getməməsinə “yəqin”lik deyilir. Buna əsasən “yəqin”in dörd şərti var. Bu şərtlər daxilində güman və şəkk, hətta nadanlıq yəqinlik çərçivəsindən xaric olur. Çünki güman və şəkdə predikatın sübut olunmasında, eləcə də predikatın predmetdən alınmasının qeyri-mümkünlüyündə yəqinlik mövcud deyil. Nadanlıqda da predmetin predikata sübutuna, eləcə də predikatın predmetdən alınmasının qeyri-mümkünlüyünə yəqinlik yoxdur. Lakin bu iki yəqinin hər ikisi şübhə ilə, yaxud onun əksinə göstərilən dəlillə aradan qalxır. Yəqin isə heç vaxt aradan getmir.

Qurani-kərim yəqin üçün qeyd olunan dörd şərtdən yaranan zərurəti “la rəybə fihi” (onda heç bir şəkk-şübhə yoxdur) və buna bənzər ifadələrlə bəyan etmişdir. Məsələn buyurur:

---------------SƏh. 28.

Bu (Quran ), heç bir şəkk-şübhə olmayan təqvalılara doğru yol göstərən kitabdır.”1

Ayədə qeyd olunan “ra rəybə” (heç bir şəkk-şübhə yoxdur) ifadəsinin mənası budur ki, Quran inkaredilməz bir həqiqətdir. Bu kitabda tovhidə və məada dəvət, vəhy və risalət iddiası olduğundan onun müddəaları da inkaredilməz bir həqiqətdir.

Başqa bir ayədə belə buyurulur:

Ey Rəbbimiz! Həqiqətən, olacağına şübhə edilməyən bir gündə bütün insanları (bir yerə) toplayan Sənsən!”2 Ayənin mənası budur ki, Allah-taalanın insanları bir yerə toplayacağı gün labüd həqiqətdir.3

Quranda yəqin sözünün, öncə qeyd olunan mənası həmin sözdən düzələn digər sözlərlə bir neçə dəfə təkrarlanmışdır.4



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin