Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn



Yüklə 1,14 Mb.
səhifə10/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   ...   6   7   8   9   10   11   12   13   ...   120

2-QURANDA “ZƏNN” (GÜMAN)


Qurani-kərimdə beş növ gümandan söz açılmışdır:

1-Həqiqətə uyğun gəlməyən güman.2

2-Həqiqətlə uyğun gələn güman.3

3-Günah sayılan güman.4

4-Həqiqəti kəşf etməyən güman.5

5-Məhkum olunan güman.6

Ayələrin məcmusuna diqqət yetirməklə Qurani-kərimin bu məsələyə münasibətini belə qeyd etmək olar:

a) Güman təbii ki, insanı həqiqətə çatdırmır. Xüsusilə gümanın müqəddimələrində nəfsani istəklər olarsa.7 Çünki bu halda, güman nəfsani istəklərə uyub, dəlil və sübutdan uzaqlaşır.

b) Məhkum olunan güman insanın əqidə üsullarında, xüsusilə əbədi həyat (qiyamət) və onunla əlaqəli mövzularda yaranır. Yəni belə məsələlərdə elm və yəqinə çatmaq labüddür.

v) İnsanların əksəriyyəti gümana uyur, elm və yəqinə çatmaq üçün özlərini zəhmətə salmırlar.

q) Qurani-kərimdə məhkum olunan və həqiqətə uyğun gəlməyən güman ən çox Allaha şərik qoşanlara aid edilir.1

Diqqət yetirmək lazımdır ki, Qurani-kərimin bəzi ayələrində (“zənn” sözünün yerinə) “zəəm” sözü işlədilmişdir.2 “Zəəm” sözü haqqı hiss etməklə yanaşı olan güman mənasını daşıyır. Quran ayələrinə əsasən, “zəəm” (haqqı hiss etməklə yanaşı güman) digər gümanlarla müqayisədə daha artıq sorğu-suala tutulacaqdır. Çünki bəzilərinin səhlənkarlıq və etinasızlıq üzündən güman etməsi mümkündür. Lakin haqqı hiss etməklə güman edən şəxs öz gümanına diqqət yetirmiş və onun üzərində aparmışdır.3



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin