Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn


ZƏRURİ VARLIğIN (ALLAHIN) MÜTLƏQ KAMİL OLMASI



Yüklə 1,14 Mb.
səhifə37/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   ...   33   34   35   36   37   38   39   40   ...   120

ZƏRURİ VARLIğIN (ALLAHIN) MÜTLƏQ KAMİL OLMASI


SUAL 11: “Vücud” sübutunda qeyd olunduğu kimi, mümkün varlıqlar öz varlıqlarını yalnız “zəruri varlıq”dan (Allahdan) alırlar. Bəs nə üçün “zəruri varlıq” mütləq kamil olmalıdır? O zat bütün varlıqların yaranmasına səbəb olduğu, eyni zamanda Özünün heç bir yaradanı olmadığı halda naqis ola bilməzmi? Nə üçün zamandan kənarda – mücərrəd varlıqlar üçün belə – hərəkət və dəyişiklik qeyri-mümkündür?

ZƏRURİ VARLIQ


“Zəruri varlığın” mütləq kamil olması məhz həmin məfhumun özündən alınır. Belə ki, “zəruri varlıq” naqis olarsa, bir kamal üçün imkan halı olmayasıdır. Başqa sözlə, Onun zatı kamal sayılan sifətin birinə malik olmayacaqdır. Belə bir şəraitdə, “zəruri varlığın” zatı bəzi kamallara malik olub, digər kamallardan uzaq olmalıdır. Bu da, – əqlə əsasən, – “zəruri varlığın” varlıq və yoxluqdan ibarət olması mənasını ifadə edəcəkdir; yəni Allah-taala bir sıra kamallara sahibdir, digər kamallardan uzaqdır. Mürəkkəb varlıq– hətta əqli təhlillərə əsasən, hissələrdən təşkil olsa – öz hissələrinə möhtac olacaqdır. Belə olan təqdirdə, möhtac varlıq mümkün sayılacaqdır; yəni malik olmadığı kamallarla bağlı imkan formasını daşıyacaqdır. Başqa sözlə, Allahın zatı vacib varlıqdan uzaqlaşıb, mümkün varlıqlar sırasına daxil olacaqdır. Halbuki bu, bizim fərz etdiyimiz zat Allah-taalanın zəruri varlıq olması ilə uyğun gəlmir və həqiqətin əksinədir.

“Zəruri varlığın” əqlin təhlil etdiyi hissələrdən ibarət olmasının səbəbi budur ki, əql təklikdə məhdud varlıqları iki hissədən – vücud və mahiyyətdən ibarət bilib, başqa sözlə, mümkün varlıqlarla təhlil edir. (Çünki mümkün olan hər bir şey vücud və mahiyyətdən təşkil olunmuşdur.) Lakin “vacibül-vücud” mütləq vücuddur və əql heç bir mahiyyəti ona aid edə bilmir. Buna əsasən, Allah-taala hər bir tərkibdən, hətta əqlin təhlilindəki tərkibdən uzaqdır.1

Beləliklə, “zəruri varlığın” məfhumuna diqqət yetirdikdə, deməliyik ki, Allah-taala bütün kamallara malikdir, həqiqətdə mütləq kamaldır. Onun müqəddəs zatından bəzi kamalları ayırmaq, “zəruri varlığı” vacib və zərurilik halından çıxarmaq, mümkün bir varlıq saymaqdır. Bizim fərziyyəmizə görə isə Allah “zəruri varlıq”dır.


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin