HƏRƏKƏT VƏ ZAMAN
Hərəkətin zamansız baş verməməsinin səbəbi budur ki, hərəkət və zaman arasında ayrılıq yoxdur. Varlıqlar hərəkət vasitəsilə zamana malik olur. Cisimlərin varlıq zatında həm hərəkət və diyişiklik, həm də zamanla həqiqi əlaqələri var!” – deyə bilmərik. Başqa sözlə, bizim dərk etdiyimiz və adını “zaman” qoyduğumuz həqiqət hərəkət, keçici dövr, tədrici yeniləşmə və seyr etməkdən başqa bir şey deyil. Bunlar xarici həqiqətə işarə edən təbirlərdir və həqiqətin, yaxud maddi varlıqların xüsusi keyfiyyətindən, yəni sabit yox, keçici olmasından ibarətdir.
“Zaman” hərəkətin və keçici dövrün məhz xarici həqiqətidir və maddi həqiqətlərin hər hansı birinin zatında qoyulmuşdur. Bəzən filosofların dilində belə bir ifadə ilə qarşılaşırıq: “Zaman hərəkətin və keçici dövrün miqdarından ibarətdir.” Diqqət yetirmək lazımdır ki, hərəkət və keçici dövrün miqdarı,onların məhz özüdür; yəni hərəkət və keçici dövrü bir şey, onun miqdarını isə başqa bir şey təsəvvür etmək olmaz. Həqiqətdə onun miqdarı müəyyən formadan (xarici hərəkət və keçici dövrdən) ibarətdir. Belə ki, müəyyən bir hərəkət və keçici dövr zamanın adını özünə götürür.1
“Zamanın mücərrəd olması” məsələsinə gəldikdə isə, bu düzgün iddia deyildir. Zaman maddi varlıqların xüsusiyyətlərindəndir. Mücərrəd varlıqların yalnız bir qismi üçün ikinci dərəcəli zaman və məkan nəzərdə tutmaq olar. O da bədənlə əlaqəli ruhdur. Deməli, insanın bədəni harada olsa, ruhu da oradadır. Bədən mövcud olduğu qədər ruh da mövcuddur. Belə bir məkan və zamana sığmaq həqiqətdə bədənin xasiyyətindəndir. Sadəcə ruh onunla əlaqəli olduğundan məcazi olaraq ona aid edilmişdir.1
Dostları ilə paylaş: |