Jurnalistika standartları


TELEFONLA ALINAN MÜSAHİBƏNİN YAZILMASI



Yüklə 166,9 Kb.
səhifə11/40
tarix06.01.2022
ölçüsü166,9 Kb.
#112034
1   ...   7   8   9   10   11   12   13   14   ...   40

TELEFONLA ALINAN MÜSAHİBƏNİN YAZILMASI


Məlumat toplarkən, telefonla götürdüyünüz müsahibəni yazır və səsli sitatlardan efirdə yararlanmaq istəyirsinizsə, bu qaydalara mütləq əməl etməlisiniz:

  • Özünüzü tanıdın, “Azadlıq/Azad Avropa Radisosu”nda çalışdığınızı və öz redaksiyanızı bildirin.

  • Zənginizin məqsədini açıqlayın, efir üçün bir neçə sual vermək istədiyinizi söyləyin.

  • Müsahibəyə razılıq alandan sonra səs yazısına başlayacağınızı bildirin.

Qaynağın məlumat verməkdən boyun qaçıracağı güman edilirsə və bu, materialın tərkib hissəsi olacaqsa, istisna mümkündür. Belə hallarda “Azadlıq/Azad Avropa Radiosu”ndan zəng etdiyinizi və zəngin məqsədini bildirmək yetərlidir. Səs yazısına razılıq verilməsinə və cavabın translyasiyasına sizin ehtiyacınız qalmır (Tutalım: şərh vermkdən imtina, yaxud filankəs yerində olmadığından cavab alınmadı).

Jurnalist araşdırması çərçivəsində də istisnalar ola bilər. İdarəyə zəng edən jurnalist istənilən insana veriləcək məlumat haqqında soruşur. Belə hallarda jurnalist olduğunu bildirməyə və ya səs yazmaq üçün icazə istəməyə (Məsələn: iş vaxtına və ya lisenzira rüsumlarına dair suala cavab yazılarkən) ehtiyac yoxdur (BAX: JURNALİST ARAŞDIRMASI).

Unutmayın ki, telefonla alınan müsahibələrin yazılması haqqında qanunlar bir-birindən fərqlənir. Hər hansı şübhəniz varsa, xidmət direktoruyla məsləhətləşin.

ŞAHİD İFADƏLƏRİ VƏ ŞAHİDLƏRİN ÇƏKDİYİ GÖRÜNTÜLƏR

“Azadlıq/Azad Avropa Radiosu” vaxtaşırı öz reportajlarında şahid ifadələrinə, olayı öz gözüylə görən vətəndaşların çəkdiyi foto və videogörüntülərə yer verir. Söhbət, tutalım, təbii fəlakətlərdən, xalq ayaqlanmalarından, yaxud terror aktlarından gedir.

Ancaq şahidləri danışdırarkən və çəkilişlərindən faydalanarkən bu qaydalara əməl etməliyik:


  • Qəzalar, təbii fəlakətlər və ya xalq ayaqlanmalarından məlumat ötürən adamlara, ilk növbədə bunu deməliyik ki, özünüzü riskə atmayın və xilasedici xidmətlərin işini əngəlləməyin. Bu xəbərdarlıq biz şahidlərə olay yerindən məlumat ötürmələriylə bağlı xahişlə üz tutanda və o xəbər və videoları vebsəhifələrimizdə yerləşdirəndə də həmişə onların diqqətinə çatdırılmalıdır. İnsanlar təhlükəylə üzləşə biləcək və ya riskdolu durumda qalacaqsa (tutalım, onlar terrorçuların hücumundan gizlənirsə), biz onlardan müsahibə almamalıyıq.

  • Şahidlərdən gələn hər bir məlumat diqqətlə yoxlanmalıdır. Məlumatı göndərənin bizə şayiə və ya saxta görüntü yollamadığına əmin olmalıyıq. Bundan ötrü məlumat diqqətlə gözdən keçirilməli, olay yerində olmuş və ya olan digər şahid və reprotyorların ötürdüyü bilgilərlə müqayisə edilməlidir. Məlumatı göndərənin bu an konkret harada olduğunu və nə etdiyini də cikinə-bikinədək soruşmalıyıq.

  • Şahid bizə foto və ya video göndərirsə, redaktorlar zəruri əməliyyat aparmalı, sözügedən görüntüləri məhz həmin adamın yolladığına əmin olmalıdır. Beləcə, “Azadlıq/Azad Avropa Radiosu” sözügedən görüntüləri dərc edib yaymağa hüquq qazanır (Bax: FOTOŞƏKİLLƏR VƏ MÜƏLLİF HÜQUQU).


Yüklə 166,9 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin