Jurnalistika standartları



Yüklə 166,9 Kb.
səhifə14/40
tarix06.01.2022
ölçüsü166,9 Kb.
#112034
1   ...   10   11   12   13   14   15   16   17   ...   40

DÜZƏLİŞLƏR


“Azadlıq/Azad Avropa Radiosu” fakttəməlli jurnalistikaya bağlıdır. Bu o deməkdir ki, biz material dərc edilənədək var qüvvəmizlə reportyor işində dəqiqliyi qorumağa, bütün faktları yoxlamağa və hər hansı mümkün səhvi aradan qaldırmağa çalışırıq.

Ancaq bütün səylərə baxmayaraq, yanlışlar dərc edilirsə, o zaman vicdanlı jurnalistika standartları onları dərhal aradan qaldırmağı və səhvin düzəldildiyini publikaya bildirməyi tələb edir.

“Azadlıq/Azad Avropa Radiosu”nun əməkdaşları dərc olunmuş materialda özlərinin və ya həmkarlarının qələmindən çıxan səhvi tapan kimi, dərhal supervizoru bilgiləndirməlidirlər. Supervizor mümkün qədər tez yanlışa yol verən reportyorla əlaqə saxlamalı və onunla birgə doğrudan da səhvin olub-olmadığını diqqətlə yoxlamalı, səhv varsa, düzəliş hazırlamalıdır.

İnternet materiallarına daxil edilən hər hansı düzəliş publikaya açıq şəkildə çatdırılmalıdır. İnternetdə dərc edilən materialın mətninə düzəlişlər ulduzcuqla işarələnir. Bu ulduzcuq diqqəti mətnin aşağısındakı sözlərə yönəldir. Həmin sözlərdə düzəlişin səbəbləri əksini tapır. Məsələn: “DÜZƏLİŞ: mətnə düzəliş artırılıb: Donald C. Trampın inisialları düzəldilib”.

Biz “aydınlaşdırmalar”, “dəyişikliklər” və ya “yeniləşdirmələr” kimi evfemizmlərdən yararlanmırıq. Belə evfemizmlər, olsa-olsa, oxucunu çaşdırır.

Səhvin olduğu internet-material Twitter, yaxud digər sosial şəbəkələr vasitəsilə yayılıbsa, səhvin etiraf olunduğu yeni post dərc etmək lazımdır. O postda təxminən bunlar əksini tapır: “Mətnə düzəliş edilib. Aşağıda – adın düzgün yazıldığı mətn verilib” (ardınca düzəldilmiş mətnə istinad gəlir).

Səhvə birbaşa efirdə yol verilibsə, düzəliş efirdə mümkün qədər tez, yaxşı olar ki, elə həmin buraxılışda səsləndirilməlidir. Bu mümkün deyilsə, düzəldilmiş variantı ən yaxın və çatımlı efir saatında translyasiya etmək lazımdır.

İllüstrasiyalara, foto-videomateriallara düzəlişlər düzəliş gözə çarpandan sonra mümkün qədər tez edilməlidir ki, yanlış variantın yerinə düzəldilən variant yayımlansın.

Elə xususi hallar var ki, mətn, video, foto və digər məhsulu “Azadlıq/Azad Avropa Radiosu”nun platformasından tam slmək lazım gəlir. Məqsəd – düzəldilmiş variant hazırlananadək publikanı yanlış məlumatdan qorumaqdır. Ancaq belə hallarda da düzəldilmiş variant mümkün qədər tez dərc edilməlidir. Redaktorlar ilk materialı tamamilə silməyə qərar verirsə, onun yerinə eyni mövzuda yeni material dərc olunmalıdır. Bu materialda mövzuya yeni bucaqdan baxılır və ilkin versiyanın niyə aradan qaldırıldığı əsaslandırılır.


Yüklə 166,9 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin