Jurnalistika standartları


POLİS TƏQİQATLARI VƏ MƏHKƏMƏLƏR



Yüklə 166,9 Kb.
səhifə28/40
tarix06.01.2022
ölçüsü166,9 Kb.
#112034
1   ...   24   25   26   27   28   29   30   31   ...   40

POLİS TƏQİQATLARI VƏ MƏHKƏMƏLƏR


“Azadlıq/Azad Avropa Radiosu” avtoritar hakimiyyəti və qeyri-şəffaf məhkəmə sistemi olan bir çox ölkəyə yayım gerçəkləşdirir. Belə şəraitdə aparılan polis təhqiqatlarına və məkəmə proseslərinə ayrıca diqqət yetiririk.

Biz bu prezumpsiyanı əldə rəhbər tuturuq ki, hər hansı təqsirləndirilən şəxsin vicdanlı və ədalətli mühakimə hüququ var və günahı sübuta yetirilməyənədək həmin şəxs suçsuz sayılır.

Biz günahların etirafıyla bağlı dövlət KİV-lərinin məhkəməyədək açıqlaya biləcəyi xəbərləri, bir qayda olaraq, nə dərc, nə də translyasiya edirik. Ancaq söhbət siyasətçilərdən və digər məşhur şəxslərdən gedirsə, onların öz günahlarını məhkəməyədək etiraf etməsi bizim xəbər reportajımızın bir elementi ola bilər. Bu zaman sözügedən etirafın necə alındığını, könüllü, yoxsa basqı altında verildiyini bilmək imkanımızın olmadığını da göstəririk.

Bir qayda olaraq, biz təqsirləndirilən şəxslərin – polisin fikrincə, cinayət törədənlərin və ya cinayətkar qrup üzvü olanların məhkəməyədək çəkilən videogörüntülərini yenidən göstərmirik.

Biz güc qurumlarının KİV-ə təqsirləndirilənlərin görüntülərini təqdim etdiyini xəbərləyə və illüstrasiya kimi, fotoşəkil verə bilərik, ancaq fotoda təsviri olan adamların kimliyini gizlətmək üçün onların üzünü qara lentlə örtəcək və ya sifət çizgilərini siləcəyik. Düzdür, söhbət siyasətçi, yaxud digər məşhur şəxslərdən gedərsə, polisin təqdim etdiyi görüntüləri xəbər reportajına salacaq və təqsirləndirilənlərin kimliyini gizlətməyəcəyik.

Unutmaq olmaz ki, avtoritar rejimlər öz siyasi rəqiblərini dələduzluqda və ya narkotik maddə saxlamaqda suçlarkən, onları həbs etdirməklə yanaşı, çox vaxt xalqın gözündən salmaq məqsədi də güdürlər. Siyasi fəallara qarşı cinayət işlərini işıqlandırarkən, varsa, bunun siyasi fonunu da xatırladırıq.

Avtoritar dövlətlərdə polis təhqiqatlarını və məhkəmə proseslərini işıqlandırarkən, biz ictimaiyyətə bu dövlətdəki məhkəmələrin şəffaflıq və vicdanlılıq dərəcəsini də xəbərləyirik. Biz yetkili hüquqqoruma qruplarının və dövlət orqanlarının istər bütövlükdə məhkəmə sistemi, istərsə konkret işə dair dəyərləndirmələrini sitat gətiririk.


Yüklə 166,9 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin