Kafedra: İQTİsadi HÜquq iXTİsas: İQTİsadiyyatin hüquqi TƏNZİMLƏNMƏSİ Yasamal Rayon İcra Hakimiyyəti haqqında hesabat qrup


Yasamal rayonunda 2003-2010-cu illərdə



Yüklə 295,61 Kb.
səhifə17/17
tarix10.01.2022
ölçüsü295,61 Kb.
#109743
1   ...   9   10   11   12   13   14   15   16   17
Yasamal rayonunda 2003-2010-cu illərdə

adambaşına düşən əməkhaqqı

(artım min manatla)


2010-cu ilin yanvar-dekabr aylarında işçilərin orta sayı və orta aylıq nominal əməkhaqqının səviyyəsi iqtisadiyyatın fəaliyyət növləri üzrə aşağıdakı kimi xarakterizə olunur :



Göstəricilər

İşçilərin orta sayı, cəmi (nəfərlə)

Orta aylıq əməkhaqqı

2010-cu ilin yanvar-noyabr aylarında

2009-cu ilin yanvar-noyabr aylarında

2010-cu ilin yanvar-noyabr aylarında

2009-cu ilin yanvar-noyabr aylarında

Rayon üzrə

76759

75727

407,7

364,1

o cümlədən :

Kənd təsərrüfatı,ovçuluq və meşə təsərrüfatı



232

342

151,8

122,8

Mədənçıxarma sənayesi

49

39

3949,5

1553,6

Emal sənayesi

2234

2776

183,9

164,4

Elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi

344

779

441,2

413,9

Çirkli suların və tullantıların təmizlənməsi

6102

1582

275,9

141,8

Tikinti

2658

3630

1197,1

807,5

Topdan və pərakəndə ticarət :

avtomobillərin, məişət malları və şəxsi istifadə əşyalarının təmiri



12132

15003

381,6

240,1

Nəqliyyat və anbar təsərrüfatı

6097

5809

419,3

395,2

Yaşayışın təşkili və ictimai iaşə

1393

1358

467,9

453,4

İnformasiya və rabitə

3634

3857

524,9

649,8

Maliyyə fəaliyyəti

2568

1856

957,8

852,1

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar

109

42

278,5

164,1

Peşə, elan və texnika fəaliyyəti

12558

13306

485,6

494,0

İnzibati yardımçı xidmət

1975

2115

388,8

232,4

Dövlət idarəetmə və müdafiə :

sosial təminatın vəzifələri



4278

3310

405,9

451,1

Təhsil

10356

10268

275,2

277,3

Səhiyyə və sosial xidmətlərin göstərilməsi

7807

7069

178,1

145,6

İstirahət, əyləncə və incəsənət

1220

1142

247,1

241,8

Digər sahələrdə xidmətlərin göstərilməsi

1013

1444

441,3

363,8

Əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması, iqtisadiyyatın inkişaf etdirilməsi, elm, təhsil, səhiyyə, mədəniyyət, ümumiyyətlə, həyatın bütün sahələrində inkişafın təmin olunmasına dair tapşırıqlar artıq rəsmi Dövlət Proqramı şəkilində xalqa təqdim edilmışdir. Qəbul edilən qərarlar, hazırlanan layihələr və həyata keçirilən tədbirlər, iş proqramının reallaşması yolunda artıq ciddi və qəti addımların atılmasını əyani şəkildə təsdiq edir.

2010-cu ilin yanvar-dekabr aylarında rayonda 1956 yeni iş yerləri açılmışdır ki,onda 341 mövcud müəssisələrdə, 119 yeni yaradılmış müəssisə və təşkilatlarda və 1496 fiziki şəxs kimi olmuşdur.

01 oktyabr 2003-2010-cu illərdə açılmış yeni iş yerləri (nəfər)

İllər

2003

2004

2005

2006

2007

2008

2009

2010

Yeni iş yeri

441

2229

3969

3999

3070

2794

2199

1956


Yeni açılmış iş yerlərinin 2003-2010-cı illə üzrə dinamikası





Yeni açılmış iş yerlərinin sayı

(01 oktyabr 2003-01 yanvar 2011-ci il)


Göstəricilər__o_cümlədən__4-cü_rüb'>Göstəricilər

o cümlədən

4-cü rüb

2003-2009-cu illər



2010-cu il

Rayon üzrə



Cəmi

Ondan daimi

Cəmi

Ondan daimi

Cəmi

Ondan daimi

20657

20527

18701

18571

1956

1956

2009-cu il və 2010-cu ilin yanvar-dekabr aylarında əhalinin təbii hərəkətinin göstəriciləri aşağıdakı kimi olmuşdur:





Göstəricilər

Yanvar-dekabr aylarında

Nəfər

əhalinin hər 1000 nəfərinə

2009-cu il

2010-cu il

2009-cu il

2010-cu il

Doğulanlar

3713

4326

15,8

18,4

Ölənlər

1618

1576

6,9

6,7

o cümlədən :

1 yaşa qədər ölən uşaqlar

59

31

25,1

0,13 *)

Təbii artım

2471

2750

10,5

11,7

Nikahlar

1662

1683

7,1

7,1

Boşanmalar

477

570

2,0

2,4

2010-cu ilin yanvar-dekabr aylarında rayonda 4326 nəfərin doğumu və 1576 nəfərin ölümü qeydə alınmışdır ki, onlardan da 31 nəfəri 1 yaşa qədər ölən uşaqlardır.2009-cu ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə doğulanların sayı 15,8-dən 18,4-ə artmışdır, təbii artım isə 10,5-dən 11,7-ə qalxmışdır, ölənlərin sayı isə 6,9-dan 6,7-ə enmişdir.

Yasamal rayonunda 2010-cu ilin yanvar-dekabr aylarında 1683 nikah və 570 boşanma qeydə alnmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 7,1 səviyyəsində qalmışdır, boşanmaların sayı isə 2,0-dan 2,4-ə qalxmışdır. 2010-cu ilin yanvar-dekabr aylarında daimi yaşamaq üçün 174 nəfər gələn qeydə alınmış, gedən isə olmamışdır.

2009-cu və 2010-cu ilin yanvar-dekabr aylarında əhalinin təbii hərəkəti



2010-cu ilin yanvar-dekabr aylarında

doğum,ölüm, nikah və boşanma hallarıhaqqında məlumat

Doğum

Boşanma

Ölüm

1-yaşa qədər

ölən uşaqlar

Nikah

Boşanma

dekabr

yanvar

dekabr


Dekabr

yanvar

dekabr


dekabr

yanvar

dekabr


dekabr

yanvar-

dekabr


dekabr

yanvar-

dekabr


435

4326

125

1576

3

31

106

1683

58

570



2010-cu ilin yanvar-dekabr aylarında rayon üzrə əhalinin

şəhərlərarası yerdəyişməsi

Gələn adamların sayı

Gedən adamların sayı

dekabr ayı

yanvar-dekabr ayları

dekabr ayı

yanvar-dekabr ayları

15

174

1

1


Qaçqınların sayı və tərkibi haqqında

01.01.2011-ci il tarixinə məlumat

Ailələrin sayı

Şəxslərin sayı

Kişi

Qadın

319

1238

706

532

0-5 yaşında

6-15 yaşında

Əmək qabiliyyətli yaşda

Onlardan işə təmin olunmuşdur

Əmək qabiliyyətli yaşından yuxarı

69

197

777

777

195



Məcburi köçkünlərin sayı və tərkibi haqqında

01.01.2011-ci il tarixinə məlumat




Ailələrin sayı

Şəxslərin sayı

Kişi

Qadın




Rayon üzrə

5756

22866

11226

11640







0-5 yaşında

6-15 yaşında


Əmək qabiliyyətli yaşda

Onlardan işə təmin olunmuşdur

Əməkqabiliyyətli yaşdan yuxarı

Rayon üzrə

4152

6580



9112


8105

3022



Məcburi köçkünlərin tərk etdikləri rayonlar və

yaşayış məntəqələri üzrə sayı

01.01.2011-ci il tarixinə məlumat

Tərk etdiyi rayonun və yaşayış məntəqəsinin adı

Ailələrin sayı

Şəxslərin sayı

Ağdam

1508

5786

Füzuli

1251

4785

Zəngilan

634

2513

Qubadlı

164

602

Cəbrayıl

680

2745

Laçın

489

2319

Şuşa

667

2718

Kəlbəcər

115

428

Xocalı

134

508

Xankəndi

35

141

Xocavənd k.

72

295

Ağdərə

7

26

Cəmi :

5756

22866

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə iyulun 12-də Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclas keçirilmişdir.

Qeyd olunmuşdur ki, bütövlükdə ötən altı ay ərzində ölkə qarşısında duran bütün iqtisadi və sosial məsələləruğurla həll olunmuşdur. Ölkənin ümumi inkişafı bu altı ayda çox uğurlu həll olmuşdur. İlin birinci yarısına büdcəyə düzəlişlər edilmişdir. Bunun nəticəsində ilk dəfə olaraq Azərvaycan büdcəsi 20 milyard dollara çatmışdır.Ölkənin strateji valyuta ehtiyatları ilin əvvəlindən 9 milyard dollar artaraq38 milyard dollar səviyyəsindədir.Azərbaycan qeyri-neft sektorunda olan artım 7,2 faiz təşkil etmişdir. Bu çox sevindirici hal hesab edilir. Bu onu göstərir ki, Azərbaycan iqtisadiyyatının enerji amilindən asılılığı azalır.Kənd təsərrüfatında artım 6,2 faiz təşkil etmişdir. Əhalinin pul gəlirləri 17 faiz artmışdır. İnflyasiya isə cəmi 8,8 faiz artmışdır.

Bu ilin birinci yarısında iki vacib proqram qəbul edilmişdir. Onlardan biri “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Proqramı”dır. Bu proqramda nəzərdə tutulmuş bütün məsələlər 2015-ci ilə qədər öz həllini tapacaq. Beləliklə gənclərin həm məşğulluğu, həm də təhsillə bağlı olan problemlər, asudə vaxtlarının təşkili, gənclər üçün xüsusi fondun formalaşması və o fondun xətti ilə müxtəlif proqramların həyata keçirilməsi təmin ediləcəkdir. İkinci proqram Bakı və Bakıətarfı qəsəbələrin sosial-iqtisadi inkişafı proqramıdır. Bu proqram nisbətən qısa müddətlidir. Belə ki, bu proqram 2011-2013-cü illəri əhatə edir. İki il yarım ərzində Bakıda və bütün ətraf qəsəbələrdə çox böyük quruculuq və abadlıq işləri aparılacaqdır. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin soaial-iqtisadi inkişafı Dövlət Proqramı”nın qəbulu və icrasının yaxın iki il yarım müddətdə rayonun sosial-iqtisadi inkişafına nmüsbət təsir göstərəcəyi danılmazdır. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Şahin Mustafayev rayona dəvət edilərək onunla bir neçə yerdə olunmuş sonradan onun müavinləri və nazirliyin müvafiq əməkdaşları ilə birgə gərgin səylər nəticəsində Yasamal rayonunun soaial-iqtisadi sahələrinin bütün problemləri həmin proqrama daxil olunmuşdur.

Rayonda Dövlət Proqramına uyğun olaraq cari ilin iyul ayından 150, 225 saylı məktəblərin, 10, 12, 27, 36, 94, 201, 318, 325 saylı körpələr evi, uşaq baxçalarında əsaslı təmir işlərinə başlanılmışdır. 13 saylı məktəbin əsaslı təmiri isə 2012-ci ilkdə nzərdə tutulmasına baxmayaraq, Bakımetropoliteni tərəfindən əsaslı təmir olunmağa başlanılmışdır. Dövlət Proqramının tərkib hissəsi olan 21, 31, 38, 53, 158, 167, 173 saylı məktəblərin 21, 32, 34, 54, 60, 68, 77, 82, 98, 184 saylı körpələr evinin əsaslı təmiri, Yeni-Yasamal yaşayış massivində, İdman Sağlamlıq Kompleksinin, yeni uşaq baxçasının, bir uşaq baxçasına əlavə korpusun, həm böyüklər və həm də uşaqlar üçün yeni poliklinikalar, rabitə şöbələrinin və sairlərin tikintisi 2012-2013-cu illərdə öz həllinin tapacaqdır.

Bu ilin birinci yarısında həmişə olduğu kimi sosial məsələlərin həlli diqqət mərkəzində olmuşdur. Bu kateqoriya üzrə büdcədən maliyyələşən təşkiltlarda çalışan insanların əmək haqları qaldırılmışdır. Ən böyük nailiyyət pensiyaların artımı olmuşdur. Qəbul edilmiş qərarlar nəticəsində iyulun 1-dən 2006-cı ilə qədər pensiyaya çıxmış pensiyaçıların orta aylıq pensiyaları təxminən 40 faiz artmışdır. Bu Azərbaycanda 900 minə qədər pensiyaçını əhatə edir. Bu bir daha onu göstərir ki, Azərbaycan hökümətinin siyasəti sosial yönümlüdür.

Ölkə üzrə ünvanlı sosial yardım proqramı 125 min ailəni əhatə edir.Hər ay orta hesabla hər bir ailəyə 104 manat kömək göstərilir. Bu da yoxsul təbəqəyə Azərbaycan dövlətinin göstərdiyi qayğı hesab edilir. Son 7 il ərzində yoxsulluğun səviyyəsi 5 dəfə aşağı düşmüşdür. Təkcə bu ilin altı ayı ərzində 38 min yeni iş yeri açılmışdır. Son illər ərzində isə 1 milyona qədər yeni iş yeri açılmışdır.

2011-ci ilin birinci yarımilliyinin sosial-iqtisadi yekunları Yasamal rayonu üçün də uğurlu olmuşdur. Belə ki, 2011-ci ilin altı ayı ərzində rayonda sənaye məhsulunun həcmi 87276,6 min manat, nəqliyyat sektorunda xidmətlərin həcmi 880623,2 min manat olmuşdur ki, bu da keşən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 102,8 faiz , 128,1 faizi təşkil etmişdir. Rabitə xidmətlərinin həcmi 57950,7 min manat, əsas kapitala yönəldilən investisiyalar 84739,2 min manat, ümumi investisiyadan tikinti-quraşdırma işləri 62749,6 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 117,8 faiz, 47,9 faiz və 40,6 faiz olmuşdur.

Əvvəlki dövrlərdə olduğu kimi, hesabat dövründə rayon ərazisində abadlıq işləri böyük vüsətlə davam etdirilmişdir. Beləki, hesabat dövründə rayon ərazisində olan B.Vahabzadə küçəsi 558-ci məhəllə, Əhməd Cəmil 65, Moskva prospekti 75, 75a, Şərifzadə küçəsi 108, 110, 112, 116, 146, Süleyman Tağızadə küçəsi 37, M.Muxtarov 13, Nizami küçəsi 29, Tolstoy küçəsi 111, İzmir küçəsi 3/8, V.Əliyev küçəsi 53, X.Mustafayev, ə.Cavad, N.Hikmət, D.Bünyadzadə və sairə küçələrə 82000 kv. metr asfalt örtüyü vurulmuşdur. Hesabat dövründə tikintisinə 2009-cu ildə başlanılmış Xüsusi Dövlət Mühafizə Xidmətinin Müalicə-Diaqnostika Mərkəzinin açılışı olmuş və açılışda möhtərəm Prezident İlham Əliyev cənabları və xanımı Mehriban Əliyeva iştirak etmişdir.

Cari ilin 6 ayı ərzində mənzil fondunun qorunub saxlanıması məqsədilə xeyli işlər görülmüşdür. Belə ki, 35 yaşayış binasında 4200kv.metr müxtəlif örtüklü dam örtüyü təmir edilmişdir. Ərazidən 216000 kub metr məsişət tullantıları , 20160 kub metr süprüntü və digər tullantılar Balaxanı zibilxanasına daşınaraq zərərsizləşdirilmişdir. Qanunsuz tikililərə qarşı mübarizə işləri təxirəsalınmadan davam etrilmiş, ötən altı ay ərzində 16 ədəd müxtəlif təyinatlı qeyri-qanuni tikili, 4 ünvanda zəbt olunmuş torpaq sahəəsi ətrafına çəkilmiş hasarlar sökülmüşdür. Rayon sakinləri üçün hər həftənin şənbə və bazar günləri kənd təsərrüfatı mallarının satış yarmarkaları təşkil edilmişdir. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən rayonun təhkim olunmuş 5 kənd rayonundan hər həftə yarmarkaya müxtəlif çeşiddə 60-70 ton kənd təsərrüfatı məhsulları çıxarılır.

Hesabat dövründə rayonun mühəndis-texnika xidmət sahələrinin işi əhalinin və iqtisadiyyatın elektrik enerjisi, təbii qaz və su ilə təchizatında yaranan problemlərin qısa müddətdə aradan qaldırılması rayon İcra Hakimyyətinin daimi diqqət mərkəzində olmuşdur. Bu sahələrdə də xeyli işlər görülmüşdür. Belə ki, rayonun elektrik şəbəkəsində hesabat dövründə 1 ədəd Kompleks Transformator məntəqəsi, 6 ədəd iri tutumlu, 30 ədəd fərdi cərəyan, transformatoru quraşdırılmış, ümumilikdə 11980 metr kabellər dəyişdirilərək yeni kabel xətləri ilə əvəz olunmuşdur. Sayğaclaşma ilə əlaqədar isə yaşayış binalarında 30500 metr elektrik xətti , 24 ədəd paylayıcı şit, 374 ədəd panel, 24 ədəd ayırıcı quraşdırılmışdır. Eləcə də rayonun qaz təchizatını yaxşılaşdırmaq məqsdilə “qanlı göl”ün cənub-qərbində 111 ədəd,1-ci Alatava yaşayış ərazisində 452 ədəd, 2-ci Alatava ərazisində 376 ədəd, Xarici Dairəvi yolun alt hissəsində “Qanlı Göl”ün şərq sahilində 186 ədəd, cəmi 1132 ədəd qaz sayğacı quraşdırılmış, Z.Xəlilov 568-ci məhəllədə qaz tənzimləyici şkaf yeni müasir tipli şkafla əvəz edilmişdir. 2-ci Alatava yaşayış məntəqəsində isə 954 metr qaz xətti çəkilərək qaz sayğacları həyətlərdən küçəyə çıxarılmış və bu işlər davam etdirilir.

Ötən altı ay ərzində istilik təchizatının yaxşılaşdırılması məqsədilə 8 və 14 saylı istilik sistemləri istisamrı sahələri tərəfindən 8 saylı RİQ-dən və qazanxanalardan yaşayış binalrına gedən istilik xətlərində müxtəlif diametrli 2244 metr boru 23 ədəd nasos, 14 ədəd qazan, 1 ədəd su çəni əsaslı təmir olunmuş, 10 ədəd qazan, 16 ədəd istilik kamerası təmizlənərək istifadəyə verilmişdir və bu işlər davam etdirilir. Görülən tədbirlər nəticəsində rayonun mərkəzi istilik şəbəsinə qoşulmuş yaşayış binalarının 290-ı istiliklə təmin edilmiş, digər mənbələrdə istilik alan yaşayış binaları ilə birlikdə bu rəqəm 420-ə çatdırılmışdır. Rayon ərazisində yerləşən təhsil, səhiyyə, uşaq tərbiyyə müəssisələrinin qış mövsümündə istilik təchizatında problem olmamışdır. Hesabat dövründə rayon ərazisinin və digər istehlakçıların suay olan tələbatının ödənilməsi məqsədilə Su-kanal sahəsi tərəfindən 600 metr müxtəlif diametrlisu borusu dəyişdirilmiş, 60 nasos stansiyasında nasos və mühərriklər təmir olunmuşdur.

Bildiyimiz kimi “Oğuz-Qəbələ-Bakı” su kəmərinin tikilib istifadəyə verilməsi ilə əlaqədar olaraq Bakı şəhərinin su təchizatı xeyli yaxşılaşdırılmışdır. Rayon ərazisində “Azərsu” ASC-i tərəfindən 3630 metr müxtəlif diametrli su xətti çəkilmişdir. Yasaml rayonu qeyd olunan kəmərlərdən suyu qəbul edir. Sonradan suyu şəhərin bütün rayonlarına ötürür. Lakin rayonun məhəllədaxili su şəbəkəsinin bu həcmdə suyu qəbul etməsinə imkanları olmadığından tes-tez qəzalar baş verir. Bəzən bu qəzaların aradan qaldırılması zamanı “Azərsu” ASC-i ilə “Azəryolservis” ASC-i arasında qəza bərpa işlərinin aradan qaldırılmasına maneçilik törədilirdi. Hal-hazırda Azərsu” ASC-i ilə “Azəryolservis” ASC-i arasında aparılmış danışıqlar nəticəsində artıq bu problem öz həllinin tapmışdır.

Bakı şəhərində kommunikasiyaların mühafizə zonalarında illər boyu aparılan özbaşına tikililər baş vermiş qəzaların vaxtında bərpa edilməsində çətinlik yaradır. Bu çətinliklərin aradan qaldırılması məqsədilə 2-ci Alatava massivində 400-dən artıq fərdi yaşayış evinin altından keçən və uzun illər təhlükə mənbəyi olan magistrl qaz xəttinin yerinin dəyişdirilməsi tədbirlərinə başlanılmışdır və hal hazırda da bu işlər davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sumqayıt şəhərində olarkən burada yaşayış məhəllələrində gəzərək sakinlərlə görüşmüşdür. Görüş zamanı şəhərin məhəlləsində yaradılmış “İctimai xeyir-şər” evləri haqqında məlumat alan ölkə başçısıyaradılmış xeyir-şər evlərinin əhali üçün önəmli olduğunu bildirərək, belə yerlərin başqa yerlərdə də təşkil olunmasının vacibliyini vurğulamışdır.

Hazırda Yasaml rayon ərazisində 14 ünvanda “İctimai xeyir-şər” evləri mövcuddur. Ölkə başçısının tapşırığının icrası məqsədilə rayon İcra Hakimiyyəti daha 8 ünvanda xeyir-şər evinin tikilməsi üçün təkliflər hazırlanmışdır. Bu xeyir-şər evləri rayon İcra Hakimiyyəti, Yasaml bələdiyyəsi, Xüsusi Dövlət Mühafizə Xidməti, Bakı Dövlət Universiteti xeyriyyəşilər və məhəllə sakinləri tərəfindən inşa ediləcəkdirki, bunların bir hissəsi cari ilin axırına, bir hissəsi isə 2012-ci ilin mart-aprel aylarında tikilib başa çatdırılaraq sakinlərin istifadəsinə veriləcəkdir.

Cari ilin iyul ayının 2-də ölkə Başçısı İlham Əliyevin iştirakı ilə rayonuin ərazisində “Keppinski Badamdar” otel kompleksinin açılışında iştirak etmişdir. Hotel kompleksi 2,5 hektar ərazini əhatə etməklə, ümumi sahəsi 84 min kv.metrdir. Mükəmməl infrastruktura malik kompleksin avadanlıq təchizatı ən müasir standartlara cavab vermişdir.

Bununla yanaşı kompleksin ətraf ərazisində yeni istirahət və idman mərkəzlərinin inşası nəzərdə tutulur. “Qanlı Göl” kimi adlandırılan qeyd edilən ərazi hələ 1993-1994-cü illər də müxtəlif rayonlarda qeydiyyatda olan məcburi köşkünlər tərəfindən zəbt edilməyə başlaılmışdır. Belə ki, məcburi köçkünlərin çətin yaşayış şəraitini nəzərə alaraq Elmlər akademiyasına ayrılmış bu ərazidə Akademiya rəhbərliyinin şifahirazılığına əsasən məcburi köçkünlər müvəqqəti məskunlaşmışdır. Sonradan bu proses davam etmiş və hal-hazırdahəmin ərazidə 253 məcburi köçkün ailəsi məskunlaşmışdır.

İyul ayının 8-də Baş nazirin müavini Əli Həsənov ərazidə məskunlaşan məcburi köşkünlərlə görüşmüş və onlarla ətraflı söhbət eleişdir.Ailələrin nəzərinə çatdırılmışdır ki, baxmayaraq bu evlər onlar tərəfindən qanunsuz tikilmişdir, köçürülən zaman ölkə rəhbərliyi hər bir ailəni şəhərin mərkəz hissəsində təmirli yeni mənzillərlə təmin edilməsinə göstəriş verilmişdir. Təklif olunacaq həmin mənzillərdə isə təmir içləri artıq başlanılmışdır.

Hesabat dövründə Heydər Əliyevin tükənməz irsinin öyrənilməsi məqsədilə Heydər Əliyev muzeyində silsilə tədbirlər həyata keçirilmiş, 6500 nəfərdən çox tələbə və şagirdlər muzeylə tanış olmuşlar. Muzey rayonun ideoloji mərkəzi kimi fəaliyyət göstərməklə bir sıra tədbirlərin keçirilməsinin məkanına çevrilmişdir. Ümumimilli liderimizin fəaliyyəti ilə bağlı çoxlu foto, video və digər materiallar toplanılmışdır. Muzeye Maliyyə Nazirliyi tərəfindən 18 ştat vahidliyi ayrılmış, direktor təyin edilmiş, sərbəst fəaliyyət göstərməsi üçün maliyyə vəsaiti ayrılmışdır.

Cari ilin altı ayı ərzində rayonun Hərbi komisarlığı yaxşı işləmiş Azərbaycan Respublikasının sərəncamlarına və Nazirlər Kabinetinin qərarlarına müvafiq qaydada əməl olunmuş əvvəlki dövrlərdə olduğu kimi həmişə müsbət nəticələr əldə olunmuşdur.

Rayonun hüquq mühafizə orqanları da 2011-ci ilin birinci yarım illiyi müsbət nəticələrlə başa vurmuşdur. Hüquq mühafizə orqanlarının əlaqəli işi təmin olunmuşdur. Rayonda ictimai siyasi vəziyyət sabitdir. Asayiş qorunur və əhalinin təhlükəsizliyi təmin olunmuşdur.

2011-ci ilin birinci yarım ilində rayon İcra Hakimiyyəti Başçısının Aparatına vətəndaşlardan 1846 müraciət daxil olmuşdur. 2010-cu ilin müvafiq dövründə bu rəqəm 1281 müraciət olmuşdur. 1846 müraciətdən 995-i yuxarı dövlət orqanlarından, o cümlədən 63-ü nəzarətlə göndərilmişdir. Hesabat dövründə vətəndaşlardam daxil olmuş 1846 müraciətfən 1760-na baxılmış, 86-nın isə baxılma müddəti vardır. Müraciətlər əsasən mənzil, fərdi evtikintisi üçün torpaq sahəsinin ayrılması,qəyyumluq və himayədarlıq məsələləri, maddi yardım edilməsi, tikinti məsələləri və sairə ilə bağlıdır. Rayon İcra Hakimiyyətinin əsas fəaliyyətinin əsas istiqamətlərindən biri vətəndaşların müraciətlərinə baxılması, onların qəbul edilməsi və olunan hər bir müraciətin ətraflı araşdırılması və lazımı tədbirlərin görülməsidir. Yasamal rayon İcra Hakimiyyəti soaial-iqtisadi vəziyyətin yaxşılaşdırılması üçün var gücü ilə fəaliyyət göstərir.


3.Yerli icra hakimiyyət orqanlarının fəaliyyətinin tənzimlənməsinin normativ hüquqi vəziyyəti.

Yerli icra hakimiyyət orqanlarının fəaliyyəti bir sıra normativ hüquqi aktlar əsasında tənzimlənir. Həmin normativ hüquqi aktlar yerli icra hakimiyyətinin hüquq və vəzifəsini, fəaliyyətinə nəzarəti təmin edir. Xüsusən tənzimləməni həyata keçirən normativ hüquqi aktlara “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasinin Qanunu,Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 184-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan respublikası Prezidentinin Fərmanı, “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi” nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı, “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin Fərmanını misal göstərmək olar.

Yerli icra hakimiyyətinin fəliyyətinin tənzimləməsini həyata keçirən ən mühüm orqan Mərkəzi icra hakimiyyəti orqanıdır. Mərkəzi icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun sahələrdə dövlət siyasətini və tənzimlənməsini həyata keçirir. Orqan öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və həmin Orqan haqqında Əsasnaməni rəhbər tutur. Bu əsasən, Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsinin II bəndində qeyd edilmişdir. Orqanın fəaliyyət istiqamətləri aşağıdakılardır:

1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

2. müvafiq sahənin inkişafını təmin edir;

3.qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

Yerli icra hakimiyyəti orqanları fəliyyətinin tənzimləməsini həyata keçirilməsi məqsədilə Mərkəzi icra hakimiyyəti orqanı müvafiq hüquq və vəzifələrə malikdir. Bu sahə üzrə Əsasnamənin III maddəsinə əsasən, Mərkəzi icra hakimiyyəti orqanının qarşısında duran əsas vəzifələrə aşağıdakılar daxildir :


  • müvafiq sahədə öz səlahiyyətləri çərçivəsində normativ tənzimləməni həyata keçirmək;

  • dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

  • digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək;

  • Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

  • müvafiq sahədə dövlət nəzarətini həyata keçirmək;

  • qanunvericiliklə nəzərdə tutulan hallarda və qaydada müvafiq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə, habelə hüquqmüəyyənedici sənədlər vermək;

  • öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;

  • müvafiq sahədə tələbatın ödənilməsini təmin etmək;

  • qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiq edilməsini təmin etmək;

  • müvafiq sahəyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

  • qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirlərini görmək;

  • müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək; 

  • Orqanın strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək və s.

 Mərkəzi icra hakimiyyəti Orqanı öz vəzifələrini yerinə yetirmək üçün müvafiq hüquqlara malikdir ki, bunlar aşağıdakılardır :

müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;



  • müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

  • müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

  • qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

  • fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

  • müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək və s.

Mərkəzi icra hakimiyyəti qarşısında duran hüquq və vəzifələr ümumilikdə yerli icra hakimiyyət orqanlarının fəaliyyətinin tənzimlənməsində mühüm rol oynayırlar.

Yerli icra hakimiyyəti orqanları fəliyyətinin tənzimləməsində mühüm rol oynayan normativ aktlardan biri də “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanıdır. Fərman əsasında Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu Qaydalarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdən ibarətdir. Dövlət Reyestri Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən birgə aparılır. Dövlət reyestrinin tərtib edilməsi Qaydaları aşağıdakı kimidir :



  • Dövlət Reyestrinə Azərbaycan Respublikasının dövlət qulluqçuları haqqında əsas məlumatlar daxil edilir;

  • Dövlət Reyestrində toplanan məlumatların dolğunluğunu təmin etmək məqsədilə dövlət qulluqçusu haqqında təqdim olunan məlumatlar “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları” haqqında fərmanın II bölməsinin 10-cu maddəsində qeyd edilən tələblərə cavab verməlidir:

  • Dövlət Reyestrindəki məlumatlar həmişəlik saxlanılır və heç bir halda məhv edilə bilməz.

Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət orqanına dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir.

Dövlət qulluqçusu haqqında məlumatların Dövlət Reyestrindən çıxarılması “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində nəzərdə tutulmuş dövlət qulluğuna xitam verilməsi hallarında baş verir. Aidiyyəti dövlət orqanı bu barədə məlumatları Dövlət Reyestrini aparan dövlət orqanlarına on beş gün ərzində rəsmən təqdim etməlidir. Dövlət qulluğuna xitam verilmiş şəxs haqqında məlumatlar Dövlət Reyestrinin arxiv hissəsinə keçirilir.

Dövlət orqanları öz səlahiyyətlərinə uyğun olaraq Dövlət Reyestrində olan məlumatları əldə etmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya yazılı surətdə müraciət edirlər.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasinin Qanunu Yerli icra hakimiyyəti orqanları fəliyyətinin tənzimləməsində mühüm rol oynayan əsas normativ aktlardan biridir. Bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət  qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir.

Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və  funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən  qulluqçulara şamil edilir. Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasinin Qanunun III maddəsində  dövlət qulluğunun əsas vəzifələri qeyd edilmişdir:



  • Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları əsasında vətəndaşların hüquq və azadlıqlarının təmin  edilməsi;

  • dövlət orqanlarının səlahiyyəti hüdudlarında qərarların hazırlanması, qəbul edilməsi, icrası və icraya nəzarət edilməsi;

  • dövlət orqanlarının səmərəli fəaliyyətinin və dövlət qulluqçuları tərəfindən vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinin təmin  edilməsi.

Dövlət qulluğu haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının  tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikasının dövlət qulluğunu hüquqi cəhətdən tənzim edən və dövlət  qulluqçularının hüquqi vəziyyətinin xüsusiyyətlərini müəyyən edən digər qanunvericilik aktlarından ibarətdir.

Qeyd etdiyimiz kimi yerli icra hakimiyyət orqanlarının fəaliyyətinin tənzimlənməsində bir sıra normativ hüquqi aktlardan istifadə edilir. Bu normativ aktların hər biri müəyyən hüquqi qüvvəyə malik olmaqla tənzimləmədə mühüm rol oynayırlar. Bunun üçün də normativ hüquqi aktların icrasına xüsusi diqqət edilərək nəzarət edilir.
Yüklə 295,61 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin