Kafedra: Kənd təsərrüfatı texnikası



Yüklə 121 Kb.
səhifə4/5
tarix10.10.2022
ölçüsü121 Kb.
#118202
1   2   3   4   5
Hey.Mex.Muh1

Quş saxlanılan tövlələr. Quşlar iki üsulda: döşəmə üzərində və qəfəsdə saxlanılır. Döşəmə üzərində toyuqlar xoruzlarla qarışıq 60 gündən 140 günədək, cücələr isə 1 günündən 70 gününədək saxlanılır. Bu halda tövlə daxi­lində "Promışlennıy 1", "Promışlennıy 2" aqreqatların­dan isti­fadə olunur.
Quşların yemləndirilməsi qrup yemlərlə yerinə yetirilir. Yem qarışığı ZSK-10 yük maşını ilə BSK-10 yemsaxlanılan bunkerədək şnekə, sonra isə dozatordan keçərək KB yempay­layana verilir. Buradan yem 4 cərgədə yerləşən 28 ədəd avto­matik axurlarla ötürülür. Suvarılma çardaqdan asılan novla yerinə yetirilir. Toyuq-lar mexanikləşdirilmiş hinlərdə yumurt­layır. Həmin döşəmə maili olub, yumur-tanın qırılmasının qar­şısını almaq məqsədi ilə rezinlə örtülmüşdür. Toyuq yumurt-la­dıqdan sonra yumurta öz axımı ilə yuvadan diyirlənib eninə lentalı transportyorla verilir.
Eninə transportyor gündə bir neçə dəfə işə duşərək ona verilmiş yumurtaları yumurta növayırı­mına verir.
Toyuqlardan ixrac olunan peyin qəfəsli döşəmənin kü­rək­li arabacıqlarıyla toplanıb eninə transportyora verilir. Buradan həmin daşıyıcı peyini tövlənin kənarına, oradan isə peyin anbarına daşıyır. Tövlə daxilində olan avadanlıqlar elek­trik mühərrikləri ilə vaxt relesinin köməyi ilə avtomatik rejimdə istifadə olunur. Cücələrin bu üsulla saxlanılması zamanı "Broyler 10", "Broyler 20" və BK-10, BK-20 ava­danlıqda istifadə olunur. Cücələr tövlələrə yerləşdirilməz­dən əvvəl tövlənin döşəməsilə 1m2 sahəyə 0,5…1 kq sönmüş əhəng səpilir, onun üzərindən 100…150 mm qalınlığında hər başa 2 kq-a qədər döşəmə materialı səpilməlidir.
Cücələrin qızdırılması üçün 200 mm hündürlükdən qızdırıcılar asılıb 20 gün ərzində 305…308 K temperaturunda saxlanılır. Bu müddətdən sonra temperatur 295…297 K kimi aşağı salınır. Bir buruder altında 500….550 baş cücə olur. Bru-derin kənar­larında çətirdən 0,5…0,7 m aralı, hündürlüyü 0,4 m çəpər çəkilir. Yemin paylanmasının mexanik­ləşdirilməsi, cücələrin 20 günlüyündən sonra başlanır. Burada yerləşdirilən avadan­lıqlara BK-10 və BK-20 kompleksi, BKS-10 anbarı, zəncirli-şaybalı yempaylayıcı transportyor və s. aiddir.
Qəfəsli batareya quşların 1 günündən 140 gününədək əvəzedici quşların yetişdirilməsində, yumurtlayan toyuqların, ətlik üçün quşların kökəldilməsində və cücələrin yetişdiril­məsində istifadə olunur. Qəfəsli batareya qəfəslərin sayına görə bir, iki, üç, dörd və beş yaruslu olur.
Sənaye əsasında yumurtlaq toyuqlar üçün KBN qəfəsli batareyadan istifadə olunur. Bu iki cərgəli dörd yaruslu olmaqla, üzərinə yempaylayan, yumurta daşı-yan və troslu skreperli peyintəmizləyici transportyor qondarılır.
Quş fabrikində OBN-1 yaruslu batereyadan istifadə edi­lir. Onun komplek-tində yem bunkeri BSK-10, dozatorla təchiz olunmuş üfiqi transportyor, zəncirli şaybalı yem daşıyıb pay­layan yerləşdirilmişdir.
Yumurtaların yığılıb daşınması üçün lentalı daşıyıcıdan, peyinin təmizlən-məsi üçün kanatlı skreperli qurğulardan istifadə olunur.
Əvəzedici quşların saxlanması üçün KBU-2 qəfəsli batareyadan istifadə olunur. Bir günlük cücələr 30…36 baş birlikdə uzunluğu 900 mm olan qəfəsdə yerləşdirilir. Burada nipsli suvarıcıdan istifadə olunur. 15 gündən sonra hərəsi 10…12 baş tutan qəfəslərdə yerləşdirilir., 35…45 günlük quşlar üçün həmin qəfəsin həcmi böyüdülür. Digər işlərin mexanikləşdirilməsi üçün şərait yaradılır.

Yüklə 121 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin