2. Heyvan və quş saxlanılan binalar.
Heyvan və quş saxlanılan kompleks və fermalarda əsas tikintilərə heyvan və quş saxlanılan tövlələr, bunların daxilində avadanlıq, tövlədaxili dəzgahlar, mik-ro-iqlimi normalaşdırmaq üçün qurğular, su kəmərləri və bu məqsəd üçün qurğular, peyin anbarı, yem sexi və yem saxlamaq üçün tikintilər (xəndək, qüll-ələr, anbarlar, ot tayları üçün yer və s.), baytar sanitar tikintilər (qoyunları çimiz-dirmək üçün vannalar, qırxım məntəqəsi), maşın və nəqliyyat vasitələrini saxla-maq üçün çardaq və s. daxildir. Ümumiyyətlə tikintilər əsas və köməkçi olmaqla iki yerə bölünür. Birincilərə heyvan saxlanılan tikintilər, ikincilərə isə müxtəlif texnoloji proseslərin yerinə yetirilməsi üçün istifadə olunanlar daxildir.
Qaramal saxlanılan tövlələr süd verən inəklər, kökəldilən və cavan heyvan-lar, buzov saxlanılan binalardan ibarətdir. Sağmal inək üçün ən geniş istifadə olunan 200 başlıq tövlədir. Bu layihə inəklərin bağlı saxlanma şəraitində tətbiq olunur. Burada heyvanlar dörd cərgədə saxlanılır. Tövlə daxilində heyvanların bağlanması üçün bağ vasitəsi, axur avtomatik suvarıcılar, sağım qurğusu, havalan-dırma qurğuları yerləşdirilir. Tövlənin planında heyvanların saxlanması üçün döşəmə, yempaylama və peyin təmizlənməsi üçün sahə nəzərdə tutulur. Yemin paylanmasından ötrü mobil və ya stasionar tipli yempaylayanlardan istifadə oluna bilər. Yempaylama mobil aqreqatla yerinə yetirilirsə, sahənin eni 2,2 m, stasionar yempaylayanlardan istifadə olunduqda 1,2 m nəzərdə tutulur. Peyin zonasında peyinin təmizlənməsi kürəkli və ya ərsinli qurğular vasitəsi ilə yerinə yetirilir.
Heyvan saxlanılan döşəmələr qısa və uzun olmaqla iki cür olur. Kompleks-lərdə sağlam inəyi qısa döşəmələrdə saxlayırlar, halbuki inəkdən ixrac olunan peyinin 90%-i peyin kanalına tökülür. Ümumiyyətlə istər qısa və ya uzun döşəmələrin hər ikisində layihə elə olmalıdır ki, inəkdən ixrac olunan peyinin maksi-mum hissəsi peyin kanalına tökülsün. Bu halı nəzərə alıb döşəmənin uzunluğunu aşağıdakı ifadə ilə hesablamaq olar:
L döş = a+0,8 Lin, (1.1.)
burada L döş - döşəmənin uzunluğu, m-lə; a - axurun arxa divarından inəyin qabaq ayaqlarına qədər olan məsafə, m-lə; L döş - döşəmənin uzunluğu, m-lə; Lin - inəyin arxa tərəfindən qabaq ayaqlarınadək olan məsafə, m-lə.
Qısa döşəmənin uzunluğu 1400…1550 mm qəbul edilir. Lakin aparılmış tədqiqat işləri göstərir ki, qısa döşəmələrdə inəyin arxa ayaqları tez yorulur, dırnaqları sıradan çıxır, yatan zaman onun əmcəyi metal qəfəsin üzərinə düşdü-yündən soyuqlayıb xəstəlik əmələ gəlməsinə səbəb olur. Ümumiyyətlə döşə-mənin uzunluğu inəyin bədən uzunluğundan 100…150 mm çox olmalıdır. Qısa döşəmələrdə peyin metal qəfəsin üzərinə tökülür, oradan keçərək kürək yerləşən xəndəyə verilir. Burada peyinin təmizlənməsi öz axını və ya kürəklər tərəfindən yerinə yetirilə bilər.
Tövlədaxili avadanlıqlardan biri də inəklərin bağlanmasını təmin edən bağ vasitələridir. Onlar axurun qabaq hissəsində yerləşdirilir. Onlar elə olmalıdır ki, inəyin öz sahəsindən artıq yerdəyişməsinə imkan verməsin, rahatlığını tam təmin etsin. Döşəmənin uzunluğundan asılı olaraq bağlama vasitələri möhkəm və zəncirli olur.
Sənaye tərəfindən OSK-25 A markalı 25 inəyin qrup halında açılıb bağlan-ma sını təmin edən UQOS-100,100 başlıq universal qrup bağ vasitələri buraxılır. Zəncirin aşağıdan uc hissəsi döşəməyə, yuxarıdakı hissəsi isə çərçivəyə bərki-dilir. Tarımlanmış zəncirə, aşağı və yuxarıya sərbəst hərəkət edən zəncir birləş-dirilir ki, bu da inəyin başına geydirilir.
Avtomatik fərdi bağlama qurğu fərdi istifadə oluna bilər. Heyvan axura yaxınlaşıb yem qəbul etdikdə həlqə onun boynuna keçərək avtomatik bağlayır. Üstünlüyü ondan ibarətdir ki, onun üzərinə sağım qurğusunun boru kəməri, avto-matik suvarıcılar bərkidilir. O, heyvanların bağlı saxlanma şəraitində habelə ayrıca sağım zallarında tətbiq olunur.
Dostları ilə paylaş: |