Kafedra: Kənd təsərrüfatı texnikası


Tikililər arasında zoobaytar məsafələri



Yüklə 121 Kb.
səhifə3/5
tarix10.10.2022
ölçüsü121 Kb.
#118202
1   2   3   4   5
Hey.Mex.Muh1

Tikililər arasında zoobaytar məsafələri





Tikili

İnək damı

Buzov damı

Donuz damı

Ağıl

Quş damı

Süd bloku

1

İnək damı

Ym

30

150

150

200

Ym

2

Buzov damı

30

Ym

150

150

200

Ym

3

Donuz damı

150

150

Ym

150

200

150

4

Ağıl

150

150

150

Ym

200

150

5

Quş damı

200

200

200

200

Ym

200

6

Peyin anbarı

50

50

50

50

50

150



Qeyd: Ym-yanğın əleyhinə ara məsafəsi.
Bağsız saxlanmada heyvanlar qrup halında (48 baş) boks və ya kombiboks-larda saxlanılır. Tövlənin heyvan saxlanılan yeri iki hissədən: yemləmə və istira-hət zonalarından ibarətdir. Hər inək üçün 700…900 mm, uzunluğu 1500…1900 mm olan metal hasar çəkilir. Bu hasar çəkilir. Bu hasar bir baş heyvana hesablanmışdır. Yem zonası ilə istirahət zonası arasında metal qəfəs qondarıl-mışdır ki, bu da heyvanlardan ixrac olunan peyi­nin kanala tökülməsinə şərait yaradır. Hasarın üstünlüyü ondan ibarətdir ki, heyvan hansı zonada olur-olsun oraya başı tərəfi ilə qəfəsə daxil olur. Arxa tərəfi daima metal qəfəsə istiqa­mətlənir ki, bu da peyinin onun üzərinə tökülməsinə şərait yaradır.
Yemləmə zonası ilə peyin yolunun ümumi uzunluğu 2500…3000 mm olur.
Donuz tövlələri. Sənaye istiqamətli kompleks­lərdə ana donuzlar birinci mərhələdə çoşqalarla birlikdə fərdi saxlanılır, ikinci mərhələdə isə 10…15 baş birlikdə qrup halında saxlanılır. Yetişdirmə sexində 20...25 baş çoşqalar bir yerdə saxlanılır.
Müasir donuzçuluq komplekslərində donuzların saxlan­ması üç variantdan olur. Ana donuzlar balaladıqdan 20…35 gün sonra süni mayalandırılmaq üçün öz balalarından ayrılıb başqa saxlanma yerinə köçürülür. Balaları isə əvvəlki yerlə­rində yemləndirilərək kökəldilir. İki faza saxlanma üsulunda çoşqalar anasından 26…35 günlüyündə ayrılıb üç ay ərzində əvvəlki yerində saxlanıldıqdan sonra kökəltmə şöbəsinə köçürülür.
Üçfazalı saxlanmada çoşqalar anasından 26…45 günlüyündə aralanıb 60 gün ərzində yetişdirildikdən sonra kökəltmə sexinə göndərilir. Kökəltmə sexində onlar 90…120 gün saxlanılır.
Donuzların tövlədaxilində saxlanması üçün sənaye tərə­findən müxtəlif quruluşda dəzgahlar buraxılır. Bunlardan ən geniş yayılanı OSM-120 və OSM-60 dəzgahlarını göstər­mək olar. OSM-120 dəzgahı 120 baş çoşqaları 30 günlük olan ana donuzlar üçün hesablanmışdır. OSM-60 iki quruluşda buraxı­lır, onlardan OSM-60-1 nəm yemlərin mobil yempayla­yı­cı­larla paylanması üçün OSM-60-11 quru yemlərin troslu şay­balı yempaylayıcılarla işləməsini təmin edir. Burada verilən quru yem axurlarda nəmləndirilir. Bu dəzgahlar bir baş ana donuz üçün PSS-1, qrup halında çoşqalar üçün KPS-108 av­tomatik suvarıcılarla təchiz olunmuşdur. Bəzən çoşqaların su­varılması rezin əmcəyi olan PBP-1 markalı su-varıcılar vasitəsi ilə yerinə yetirilir. Ana donuzlar üçün suvarıcılar yerdən 650… 750 mm, çoşqalar üçün 300…450 mm hündürlükdə qon­darılır.
Son vaxtlar quşçuluqda olduğu kimi, donuzların saxlan­masında batareya qə-fəsli qurğulardan istifadə olunur. Onun üstünlüyü ondan ibarətdir ki, binanın sahəsindən səmərəli istifadə etməklə bəzi texnoloji proseslərin mexanikləş-dirilməsi və avtomatlaşdırılmasını təmin edir. Burada da heyvanların saxlanılması 3 fazada olur. Birinci fazada 4 günlüyündən 35 günədək üç yaruslu batareyalarda, ikinci fazada 30 günlükdən 105 günədək iki yaruslu qəfəslərdə saxlanılır. Çoş-qalar birinci mərhələdə nəm və ya quru yemlə, ikinci mərhələdə dənəvər­ləşdirilmiş quru yemlərdə yemlən-dirilir. Peyin heyvanların altında maili qonda-rılan altıqlara tökülür, oradan TS-1 daşı-yıcısı ilə təmizlənib sonra suyun köməyi ilə axıdılır. Bun­dan ötrü həcmi 0,8…1 m3 olan bu bakından istifadə olunur.

Yüklə 121 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin