Kafedra: Mehmanxana və Restoran biznesi



Yüklə 278,61 Kb.
səhifə11/15
tarix07.11.2022
ölçüsü278,61 Kb.
#119067
1   ...   7   8   9   10   11   12   13   14   15
Hacılı Rahul

Təsərrüfat yoldaşlıqları
Bu subyektlər kollektiv sahibkarlığın ən geniş yayılmış formalarındandır. Təsərrüfat yoldaşlıqları və cəmiyyətlər nizamnamə kapitalında təsisçilərin (iştirakçıların) əmanətləri bölüşdürüldüyü hallarda kommersiya təşkilatları hesab edilir.
Təsərrüfat yoldaşlıqları - iki və daha artıq fərdi sahibkarların öz səylərini və vəsaitlərini birləşdirməklə mənfəət əldə etmək məqsədi ilə bağlı fəaliyyətidir.
Bu zaman mənfəət iştirakçılar arasında bölüşdürülür. İdarəetmə birgə qəbul edilir, itkilər isə hər bir təsisçiyə aid edilir.
Təsərrüfat yoldaşlıqları və cəmiyyətlərin ümumi cəhətləri aşağıdakılardan ibarətdir:
- təsisçilərin hesabına yaradılan, həmçinin fəaliyyət prosesində təsərrüfat yoldaşlığı və ya cəmiyyət tərəfindən istehsal edilmiş və ya əldə edilmiş əmlak yalnız mülkiyyətçilərə məxsusdur;
- onların hər ikisi müəyyən hüquqi təminatlara malik olmaqla kommersiya təşkilatları sayılır;
- onlar hüquqi şəxs kimi digər cəmiyyət və yoldaşlaqlarda iştirak edə bilərlər.
Təsərrüfat yoldaşlıqlan və cəmiyyətlər öz təşkilat-hüquqi formalarına görə yaxm olsa da nəzarə çarpacaq fərqlərə malikdirlər. Belə ki, təsərrüfat yoldaşlaqlan bu və ya digər şəxslərin birliyidir, cəmiyyətlər isə adətən kapital birliyi hesab edilir. Yoldaşlıq iştirakçıları sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Burada yalnız fərdi sahibkarlar və ya kommersiya təşkilatlan iştirak edir.
Cəmiyyətlər isə bir şəxs tərəfindən də yaradıla bilər onlann və fəaliyyət növü məhdudlandırılmır. Təsərrüfat yoldaşlaqları tam və kommandit yoldaşlıqlarına bölünürlər.
Kommandit yoldaşlıqlar
Tam yoldaşlıq müəssisəsindən aşağıdakı əlamətləri ilə fərqlənir. Bu zaman yoldaşlıq müəssisəsinin fəaliyyətində iki qrup iştirakçı mövcud olur - tam şəriklər və əmanətçilər. Tam şəriklər müəssisənin adından sahibkarlıq fəaliyyətini həyata keçirir və göstərdikləri öhdəliklərə görə məsuliyyət daşıyırlar. İştirakçıların digər qrupu olan əmanətçilər (kommanditlər) yalnız öz əmanətləri ilə iştirak edirlər, müəssisənin öhdəlikləri üzrə heç bir şəxsi məsuliyyət daşımırlar. Bu təsərrüfat forması kənar şəxslərdən, kapitaldan istifadə əsasında formalaşır.
Qənaətçilər yoldaşlıq müəssisəsinin idarə edilməsində iştirak etmək və onun adından çıxış etmək hüququna malik deyildir. Amma maliyyə fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir, iştirakçılar qoyduqlan əmanətlə əlaqədar öz əmanət hüququna, əməyinə uyğun mənfəətdə pay əldə etmək, öz əmanətlərini qaytarmaqla mıiossisodən sərbəst çıxmaq, öz paylarından imtina etmək hüququna malikdirlər.
İstehsal kooperativlərinin təsis sənədi kooperativ üzvlərinin ümumi yığıncağında təsdiq edilmiş nizamnaməsidir. Kooperativ üzvlərinin sayı 5 nəfərdən az olmur. Kooperativdə mənfəət onun fəaliyyətində şəxsi əməyi ilə iştirak edən işçilər arasında bölüşdürülür.
Kooperativin yuxarı idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Kooperativ üzvləri ümumi yığıncağın qərarının qəbul edilməsində bir səsə malikdir. Onlar həm də kooperativdən könüllü olaraq çıxmaq hüququna da malikdir. İstehsal kooperativlərinin üstünlükləri aşağıdakılardan ibarətdir:

  • kooperativdə mənfəət onun üzvlərinin paylarına uyğun proporsional şəkildə bölüşdürülür, əmək fəaliyyəti əsas götürülür;

  • qanunvericiliyə əsasən kooperativ üzvlərinin sayı məhdudlaşdırılmır;

  • kooperativin idarə edilməsində onun bütün üzvləri eyni hüquqa malikdir.

Unitar müəssisələr kommersiya təşkilatları hesab edilir, əmlakı bölünməz xarakter daşıyı. Unitar müəssisələrin nizamnaməsində bir sıra adi anlayışlarla yanaşı (adı, yerləşməsi və s.) müəssisənin fəaliyyət məqsədləri, nizamnamə yondunun həcmi və formalaşma mənbələri göstərilir. Unitar müəssisələr bir sıra xüsusiyyətlərə malidir. İlk növbədə unitar müəssisələr bölünməz mülkiyyət hüququna malikdir. Əmlakın mülkiyyətçisi adətən dövlət və bələdiyyə təşkilatlan olur.
Unitar müəssisənin əmlakı bölünməz xarakter daşıyır, o heç bir şəraitdə paylara görə bölüşdürülmür. Digər kommersiya təşkilatlanndan əsas fərqi bundan ibarətdir. Xüsusi əmlak statusuna malikdir. İdarəetmə baxımından mühüm fərqli cəhətləri yeganə rəhbərliyin olmasıdır.

Yüklə 278,61 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin