Kardiologiya 6. 11. 2014-cü IL tarixində əlavə və dəyişikliklər edilmişdir. Qan dövranı sistemi neçə yerə bölünür?


) Protodiastolik dövrdə nə baş verir?



Yüklə 3,31 Mb.
səhifə7/35
tarix07.06.2018
ölçüsü3,31 Mb.
#52989
1   2   3   4   5   6   7   8   9   10   ...   35

245) Protodiastolik dövrdə nə baş verir?
A) atrioventrikylyar qapaqların acılması

B) mədəcik əzələsində boşalmanın başlanması nəticəsində təzyiq maqistral damarlardakı təzyiqdən azacıq fərqlə aşağı düşür

C) mədəciklər qanla maksimal dolur

D) atrioventrikyulyar və aypara qapaqların tam bağlanması şəraitində mədəcikdaxili təzyiqin təcili qalxması

E) qulaqcıqlardan mədəciklərə qan aktiv qovulur
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 28
246) Miokardın inоtrop (yığılma) vəziyyətinin müəyyən olunmasında hansı faktor vacib sayılmır?
A) sistem və ağciyər damar müqavimətlərinin ölçüsü

B) mənfi inotrop təsirə malik dərman preparatları (β-adrenoblakatorlar, novokainamid, xinidin, barbituratlar)

C) mədəciklərin müxtəlif mənşəli yüksək dilatasiyası

D) müsbət inotrop təsirə malik dərman preparatları (noradrenalin və onun törəmələri, ürək qlikozidləri)

E) miokardın yığılmasını zəiflədən patolojı hallar
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 34
247) Səyrici aritmiya zamanı qulaqcıqlarla mədəciklər ardıcıl yığılmadıqda nə baş verir?
A) ön yüklənmə,vurğu həcmi və ürək atımı- dəqiqəlik həcm nəzərə çarpacaq dərəcədə yuxarı qalxır

B) vurğu həcmi , ürək atımı-dəqiqəlik həcm və atım fraksiyası nəzərə çarpacaq dərəcədə yuxarı qalxır

C) son yüklənmə,vurğu həcmi və ürək atımı-dəqiqəlik həcm nəzərə çarpacaq dərəcədə yuxarı qalxır

D) ön yüklənmə,vurğu həcmi və ürək atımı-dəqiqəlik həcm nəzərə çarpacaq dərəcədə aşağı düşür

E) son yüklənmə,vurğu həcmi və ürək atımı-dəqiqəlik həcm nəzərə çarpacaq dərəcədə aşağı düşür
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,36
248) Ürəyin ürəkdaxili requlyasiyası ilk növbədə nəyin hesabına həyata keçir?
A) Frank-Starlinq mexanizminin qoşulması hesabına

B) ürəyin yaxşı inkişaf etmiş ikili (simpatik və parasimpatik ) innervasiyası hesabına

C) metasimpatik sinir sisteminin hesabına, hüceyrədaxili requlyasiya mexanizmi də böyük rol oynayır

D) ancax parasimpatik sinir sisteminin ürəyə təsiri hesabına

E) ancax simpatik sinir sisteminin ürəyə təsiri hesabına
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 38
249) Metasimpatik sinir neyronları harada yerləşir?
A) onurğa beyin neyronlarında

B) ürəyin çoxsaylı intramural qanqlionlarında

C) simpatik qanqlionlarda

D) hipotalamus neyronlarında

E) parasimpatik qanqlionlarda
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,38
250) Metasimpatik sinir sistemi reseptorlarının qıcıqlanmasına cavab olaraq nə baş verir?
A) ürək əzələsinin yığılmasının gücü və sürəti, onun boşalma sürəti, ürək vurğularının sayı, atrioventrikulyar keçiriciliyin sürəti requlə olunur

B) katexolaminlərin ürək əzələsinə göstərdiyi simpatik təsir nəticəsində baş verən dəyişikliyə uyğun dəyişiklik

C) asetilxolinin ürək əzələsinə göstərdiyi parasimpatik təsir nəticəsində baş verən dəyişikliyə uyğun dəyişiklik

D) ürək əzələsinə simpatik təsir nəticəsində baş verən dəyişikliyə uyğun dəyişiklik və ürəyin işinin artmasına cavab olaraq diastolanın kompensator uzanması

E) Frank-Starlınq mexanizminin qoşulması və ürəyin işinin artmasına cavab olaraq diastolanın kompensator uzanması
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,38
251) Ürəyin ürəkdən kənar (mərkəzi) requlyasiyası nəyin hesabına həyata keçir?
A) yalnız simpatik sinir sisteminin ürəyə təsirilə

B) yalnız parasimpatik sinir sisteminin ürəyə təsirilə

C) metasimpatik sinir sisteminin ürəyə təsirilə

D) ürəyin yaxşı inkişaf etmiş ikili (simpatik və parasimpatik) innervasiyası hesabına

E) Frank-Starlınq mexanizminin qoşulmasıyla
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 38
252) Katexolaminlərin ürək əzələsinə, ürəyin keçiricilik sisteminə və damarların saya əzələ hüceyrələrinə simpatik təsiri hansı adrenergik reseptorların hesabına reallaşır?
A) α1 və β1, β2

B) α1, α2, β2

C) α1, β2

D) α1,α2 və β1, β2

E) α1, α2 və β1
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,38-40
253) Simpatik β1-adrenoreseptorların stimulyasiyasının üstünlüyü nə ilə müşayət olunur?
A) müsbət inotrop, xronotrop və mənfi dromotrop və batmotrop effektlərlə

B) müsbət inotrop, xronotrop, dromotrop və batmotrop effektlərlə

C) müsbət inotrop, xronotrop, dromotrop və mənfi batmotrop effektlərlə

D) mənfi inotrop, xronotrop, dromotrop və batmotrop effektlərlə

E) müsbət inotrop, mənfi xronotrop, dromotrop və batmotrop effektlərlə
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 39
254) Parasimpatik sinirlərin oyanması nə ilə müşayət olunur?
A) ürək vurğularının sayının azalması (mənfi xronotrop effekt), atrioventrikulyar düyündə keçiriciliyin zəifləməsi, hətta keçiriciliyin tam blokada həddinə düşməsilə (mənfi dromotrop effekt)

B) ürək vurğularının sayının azalması (mənfi xronotrop effekt), atrioventrikulyar düyündə keçiriciliyin artmasıyla (müsbət dromotrop effekt)

C) ürək vurğularının sayının artması (müsbət xronotrop effekt), atrioventrikulyar düyündə keçiriciliyin zəifləməsi, hətta keçiriciliyin tam blokada həddinə düşməsi ilə (mənfi dromotrop effekt)

D) ürək vurğularının sayının artması (müsbət xronotrop effekt), atrioventrikulyar düyündə keçiriciliyin artmasıyla (müsbət dromotrop effekt)

E) ürək vurğularının sayının dəyişməməsi, atrioventrikulyar düyündə keçiriciliyin zəifləməsi, hətta keçriciliyin tam blokada həddinə düşməsilə (mənfi dromotrop effekt)
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,40
255) Parasimpatik sinirlərin oyanması nə ilə müşayət olunur?
A) ürək vurğularının sayının arması (müsbət xronotrop effekt), ürək əzələsinin yığılma gücünün və sürətinin zəifləməsilə (mənfi inotrop effekt)

B) ürək vurğularının sayının azalması (mənfi xronotrop effekt), ürək əzələsinin yığılma gücünün və sürətinin zəifləməsilə (mənfi inotrop effekt)

C) ürək vurğularının sayının azalması (mənfi xronotrop effekt), ürək əzələsinin yığılma gücünün və sürətinin artmasıyla (müsbət inotrop effekt)

D) ürək vurğularının sayının arması (müsbət xronotrop effekt), ürək əzələsinin yığılma gücünün və sürətinin artmasiyla (müsbət inotrop effekt)

E) ürək vurğularının sayının azalması (mənfi xronotrop effekt), ürək əzələsinin yığılma gücünün və sürətinin dəyşilməməsilə
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,40
256) Ürək əzələsindəki a1-reseptorlarının (baxmayaraq ki, onların miqdarı burada azlıq təşkil edir) stimulyasiyası nə ilə müşayət olunur?
A) mənfi inotrop effektlə

B) müsbət batmotrop effektlə

C) mənfi xronotrop effektlə

D) müsbət inotrop effektlə

E) mənfi dromotrop effektlə
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 40
257) Aorta qövsünün , sinokarotid və başqa refleksoqen zonaların (ürək,böyrək, həzm orqanları) baro- və hemoreseptorları, analoji hansı dəyişikliyə cavab (reaksiya) verirlər?

1. damar divarının genişlənmə dərəcəsinə

2. О2 ionlarının mıqdarının (konsentrasiyasının) dəyişməsinə

3. damar divarının genişlənmə sürətinə

4. СО2 ionlarının mıqdarının (konsentrasiyasının) dəyişməsinə

5. Н+ ionlarının mıqdarının (konsentrasiyasının) dəyişməsinə
A) 1, 2, 3

B) 2, 4, 5

C) 2, 3, 4

D) 3, 4, 5

E) 1, 4, 5
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.51
258) B-reseptorların qıcıqlanması, qulaqcıqların və mədəcik reseptorlarının gərilməsi (məsələn, onların tez dolmasınin sürətlənməsində) zamanı nə baş verır?
A) simpatik sinirlərin tonusu zəifləyir və parasimpatik sinir aktivliyi yüksəlir, beləliklə, taxikardiya və vazokonstruksiya əmələ gəlir

B) simpatik sinirlərin tonusu yüksəlir və parasimpatik sinir aktivliy zəifləyir, beləliklə, taxikardiya və vazodilatasiya əmələ gəlir

C) simpatik sinirlərin tonusu zəifləyir və parasimpatik sinir aktivliyi yüksəlir, beləliklə, bradikardiya və vazodilatasiya əmələ gəlir

D) simpatik sinirlərin tonusu yüksəlir və parasimpatik sinir aktivliy zəifləyir, beləliklə, taxikardiya və vazokonstruksiya əmələ gəlir

E) simpatik sinirlərin tonusu yüksəlir və parasimpatik sinir aktivliy zəifləyir, beləliklə, bradikardiya və vazodilatasiya əmələ gəlir
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.52
259) Renin - anqiotenzin - aldosteron sistemin (RAAS) aktivləşməsi nə vaxt baş verir və o, nə ilə müşayiət olunur?
A) böyrəklərin perfusion təzyiqinin artması zamanı və böyrəklərin yukstaqlomerulyar aparat hüceyrələrinin anqiotenzin - I ifrazı ilə

B) böyrəklərin perfusion təzyiqinin hər hansı cüzi azalması zamanı və böyrəklərin yukstaqlomerulyar aparat hüceyrələrinin renin ifrazı ilə

C) böyrəklərin perfusion təzyiqinin artması zamanı və böyrəklərin yukstaqlomerulyar aparat hüceyrələrinin renin ifrazı ilə

D) böyrəklərin perfusion təzyiqinin hər hansı cüzi azalması zamanı və böyrəklərin yukstaqlomerulyar aparat hüceyrələrinin anqiotenzin - II ifrazı ilə

E) böyrəklərin perfusion təzyiqinin hər hansı cüzi azalması zamanı və böyrəklərin yukstaqlomerulyar aparat hüceyrələrinin anqiotenzin - I ifrazı ilə
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 68
260) Ürək ritminin dəyişilməsi (HRV - heart rate variability) nə deməkdir?
A) ürək xəstəliklərində qulaqcıq yığılmalarının ardıcıl sikli zamanı Р - Р intervalının kəmiyyətcə qiymətləndirilməsi

B) ürək xəstəliklərində ürək yığılmalarının ardıcıl sikli zamanı U - U intervalının dəyişilməsinin keyfiyətcə qiymətləndirilməsi

C) sağlam adamlarda ürək yığılmalarının ardıcıl sikli zamanı Т - Т intervalının dəyişilməsinin kəmiyyətcə qiymətləndirilməsi

D) sağlam və ürək xəstəliklərində ürək yığılmalarının ardıcıl sikli zamanı R - R intervalının dəyişilməsinin kəmiyyətcə qiymətləndirilməsi

E) sağlam adamlarda ürək yığılmalarının ardıcıl sikli zamanı ST - ST intervalının dəyişilməsinin keyfiyətcə qiymətləndirilməsi
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 94
261) Ürəyin ritm pozğunluqlarına və ya aritmiyalara nə aid deyil?
A) ürəyin keçiricilik sisteminin müxtəlif şöbələrində impulsun ötürülməsinin pozğunluğu

B) ürək vurğularının dəqiqəlik sayı 100-dən çox və ya 60-dan az

C) ürək vurğularının dəqiqəlik sayı 60-dan çox və ya 100-dən az

D) hər hansı qeyri-sinus ritmi

E) mənşəyindən asılı olmayan qeyri-düzgün ritm
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 172
262) Ayrı - ayrı hərəkət potensialının parametrlərinə təsirindən asılı olaraq, aşağıdakilardan hansı, 4 sinifə bölünən antiaritmik preparatların heç bir sinfinə aid deyil? (HP - hərəkət potensialı, SA - sinoatrial, AV - atrioventrikulyar, ERD - effektiv refrakter dövr).
A) Ürək liflərinin başlanğıc depolyarizasiyasını (0HP dövrü) zəiflədən natrium kanalları blokatorları

B) Ürək liflərinin repolyarizasiyası fazasını zəiflədən, HP və ERD - nı uzadan kalium kanalları blokatorları

C) 0HP dövrü və spontan diastolik depolyarizasiyanı SA - düyündə və AV - birləşmədə zəiflədən kalsium kanalları blokatorları

D) Ürək liflərinin repolyarizasiyası fazasını zəiflədən və ERD - nı uzadan natrium kanalları blokatorları

E) β - adrenoreseptorların blokatorları
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 261
263) Aşağıdakilardan hansı effekt I sinif - natrium kanalları blokatorları antiaritmik preparatların onlar üçün umumi sayılan xüsusiyyətlərinə aid deyil? (SA - sinoatrial, HP - hərəkət potensialı).
A) Qulaqcıqlarda və Hiss - Purkinye sistemində - "sürətli" cavab verən toxumalarda başlanğıc depolyarizasiya (0HP dövrü) sürətini azaldırlar

B) SA düyünündə spontan diastolik depolyarizasiyanın (4 HP dövrü) sürətini artırırlar

C) Hərəkət potensialının amplitudasını zəiflədirlər

D) Qulaqcıq və mədəcik miokardının keçiriciliyini zəiflədirlər

E) Hədd potensialının amplitudasını artırırlar
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 263
264) Iа sinif antiaritmik preparatlara hansılar aiddir?
A) amiodaron, sotalol, bretilium

B) diltiazem, izoptin, adalat

C) etmozin, etasizin, propafenon

D) lidokain, trimekain, meksiletin

E) xinidin, novokainamid, dizopiramid
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 263 - 264
265) Ib - sinif - antiaritmik preparatlar (natrium kanallarının blokatorları) hansı xüsusiyyətlərə malikdirlər? (HP - hərəkət potensialı).
A) qulaqcıq miokardının depolərizasiya sürətinə praktiki təsir etmirlər

B) əsasən mədəcik miokardının başlanğıc depolyarizasiya sürətinə (0 HP dövrü) təsir göstərirlər

C) repolərizasiya prosesini (əsasən 3 HP dövründə) zəiflədirlər

D) sinoaurikulyar düyünün spontan diastolik depolərizasiya sürətinə (4 HP dövrü) təsir göstərirlər

E) atrioventrikulyar birləşmənin spontan diastolik depolərizasiya sürətinə (4 HP dövrü) təsir göstərirlər
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 266
266) Ib sinif antiaritmik preparatların təsirindən ürəyin hansı şöbəsinin depolərizasiya sürəti praktiki olaraq dəyişmir?
A) Hiss sistemi hüceyrələrinin

B) Qulaqcıqların miokardının

C) Sol mədəcik miokardının

D) Sag mədəcik miokardının

E) Purkinye liflərinin
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 266
267) Ib - sinif antiaritmik preparatlara hansılar aiddir?
A) allapinin, etmozin, etasizin

B) novokainamid, aymalin, xinidin

C) finoptin, verapamil, diltiazem

D) sotalol, bretilium, kordaron

E) difenin, lidokain, trimekain
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 266
268) Iс - sinif (natrium kanalları blokatorları) antiaritmik preparatlar hansı xüsusiyyətə malik deyil? (HP - hərəkət potensialı dövrü).
A) Hərəkət potensialının davam müddətinə təsir etməmək

B) Q - Т intervalına təsir etmirlər

C) 0 HP və qulaqcıqların refrakter dövrünün davam müddətini uzatmaq

D) "Sürətli" cavab verən toxumalarda 0HP - ni nəzərə çarpan zəiflətmək

E) Repolyarizasiyasının davam müddətinə təsir etməmək
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 267
269) Ic - sinif antiaritmik preparatlara hansılar aiddir?
A) difenin, diltiazem, izoptin

B) lorkainid, lidokain, trimekain

C) xinidin, novokainamid, dizopiramid

D) flekainid, etmozin, etasizin

E) meksiletin, sotalol, bretilium
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 267
270) Iс - sinif antiaritmik preparatlar hansı ritm pozğunluqlarında istifadə olunmur?
A) Supraventrikulyar ekstrasistoliyalarında

B) Qlikozid intoksikasiyası fonunda inkişaf edən mədəcik ekstrasistoliyalarında

C) WPW sindromlu xəstələrdə resiprok atrioventrikulyar taxikardiyalarda

D) Mədəcik paroksizmal taxikardiyalarının profilaktikasında

E) Mədəcik ekstrasistoliyalarında
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 267
271) II sinif antiaritmik preparatlara - β - adrenoblokatorlara hansılar aiddir?
A) diltiazem, izoptin

B) karvedilol, metoprolol

C) xinidin, aymalin

D) trimekain, meksitil

E) sotalol, bretilium
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 268
272) III sinif - kalium kanalların blokatorları antiaritmik preparatlara hansılar aiddir?
A) lidokain, trimekain, meksiletin

B) ibutilid, amiodaron, sotalol

C) nifedipin, etasizin, diltiazem

D) dizopiramid, aymalin, novokainamid

E) etmozin, verapamil, allapinin
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 269 - 270
273) IV sinif lənq kalsium kanalları blokatorlarına (kalsium antaqonistləri) hansılar aiddir?
A) ibutilid, allopinin

B) nibentan, etasizin

C) diltiazem, verapamil

D) trimekain, meksiletin

E) nitop, xinidin
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 272
274) Hansı ritm pozğunluqlarında amiodaron istifadə olunmur?
A) WPW sindromu ilə müşayiət olunan qulaqcıqların fibrilyasiyası və titrəməsində

B) Qlikozid intoksikasiya zamanı yaranan aritmiyalarda

C) Qulaqcıq paroksizmal fibrillyasiya tutmalarının profilaktikasında

D) WPW sindromunun atrioventrikulyar resiprok taxikardiyalarında

E) Hipertrofik kardiomiopatiyalarda yaranan həyat üçün təhlükəli aritmiyalarda
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистаясистема). «Бином - пресс», 2007, стр. 270 - 271
275) Amiodaronun təyini hansı pozğunluqlarda əks göstəriş deyil?
A) Kardioqen şok və kollapsda

B) Sinus düyününün zəifliyi sindromunda

C) Xroniki ürək çatışmazlığının III - IV funksional sinfində (NYHA - Nyu York Ürək Assosiasiyası)

D) II dərəcə atrioventrikulyar blokadada

E) Miokarditlərdə yaranan həyat üçün təhlükəli mədəcik aritmiyalarında
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 271
276) Amiodarondan yüksək dozada və ya uzun müddət istifadə etdikdə hansı əlavə reaksiya baş vermir?
A) Qalxanabənzər vəzin funksiyasının pozulması

B) Ağciyərlərin immunoloji zədələnməsi - interstisial pnevmonit

C) “Piruet” tipli paroksizmal mədəcik taxikardiyası

D) Ultrabənövşəyi şüalanmaya həssaslığın artması

E) EKQ - da Q - Т intervalınının qısalması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 271
277) Hansı fəsadlaşmalarla müşayiət olunan kəskin klinik vəziyyətlərdə müvəqqəti elektrokardiostimulyasiyadan istifadə olunmur?
A) həyat ücün təhlükə törədən aritmiya və asistoliyaların baş vermə riski yüksəldikdə

B) asistoliyaya gətirib çıxaran keriricilik pozğunluglarında

C) hemodinamik əhəmiyyətli bradikardiyalarda

D) qulaqcıq aritmiyalarının əmələ gəlmə riski yüksəldikdə

E) mədəciküstü və mədəcik paroksizmal taxiaritmiyalarında
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 278
278) Aşağıdakılardan hansı ektopik ritm deyil?
A) aparıcı supraventrikulyar ritmin miqrasiyası

B) ekstrasistoliyalar

C) qulaqcıqların səyriməsi

D) yavaş sürüşən (əvəzedici) ritmlər

E) sinus düyünün zəifliyi sindromu
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.223; М. С. Кушаковский « Аритмии сердца» 2004г.
279) Fiziki gərginliklə əlaqədar sinus taxikardiyası yaratmayan xəstəlik hansıdır?
A) kəskin miokard infarktı

B) tireotoksikoz

C) hipotireoz

D) feoxromositoma

E) miokardit
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 202; Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология, национальное руководство, 2007г
280) Qulaqcıq səyriməsi olan ürək çatışmazlıqlı və sol mədəciyin disfunksiyası olan xəstələrdə sakitlik halında və ya fiziki aktivlik zamanı ürək ritmini nəzarətdə saxlamaq üçün hansı vasitələr tövsiyə olunur?
A) kalsium kanalları blokatorları və ya aldosteron blokatorları

B) xinidin və ya amiodaron

C) elektrik kardioversiya

D) antikoaqulyantlar və və/ya sotalol

E) β - adrenoblokator və və/ya diqoksin
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 42. Болезни сердца и сосудов. Под редакцией А. Джона Кэмма и др. «ГЭОТАР-Медиа» 2011, стр. 890
281) Nyu – York təsnifatında (NYHA) XÜÇ–nın neçə funksional sinfi var?

A) 4


B) 2

C) 3


D) 1

E) 5
Ədəbiyyat: Окороков А.Н. «Диагностика болезней внутренних органов» т 8. 2004. с 432.



282) III FS XÜÇ-də altı dəqiqəlik yeriş sınağına hansı məsafə uyğundur?

A) 426 – 550 m

B) 151-300 m

C) 151 -dən az

D) 551 – 800 m

E) 301 – 425 m


Ədəbiyyat: Окороков А.Н. «Диагностика болезней внутренних органов» т 8. 2004. с 432.

283) Sol mədəciyin struktur və həndəsi formasının dəyişməsi necə adlanır?

A) remodelləşmə

B) dilatasiya

C) yuxu miokard

D) "cor bovinum"

E) keylşmə


Ədəbiyyat: Окороков А.Н. «Диагностика болезней внутренних органов» т 8. 2004. с 432.

284) XÜÇ-də ən çox təsadüf edilən şikayət hansıdır?

A) başgicəllənmə

B) ürək ağrısı

C) öskürək

D) yuxusuzluq

E) təngnəfəslik


Ədəbiyyat: Окороков А.Н. «Диагностика болезней внутренних органов» т 8. 2004. с 432.

285) Anasarka nədir?

A) sifətdə ödemin olması

B) plevra boşluğunda mayenin olması

C) bütün toxuma və boşluqların ödemi

D) perikardda mayenin olması

E) qarın boşluğunda mayenin olması


Ədəbiyyat: Окороков А.Н. «Диагностика болезней внутренних органов» т 8. 2004. с 432.

286) Stress exokardioqrafiya nəyi təyin etmək üçün istifadə edilir?

A) ürəkdaxili tromb kütləsinin olması

B) hibernasiya olmuş miokard sahəsinin olması

C) mədəcik anevrizmasının olması

D) perikardda mayenin olması

E) miokardda cırılmanın olması


Ədəbiyyat: Окороков А.Н. «Диагностика болезней внутренних органов» т 8. 2004. с 432.

Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin