Kardiologiya 6. 11. 2014-cü IL tarixində əlavə və dəyişikliklər edilmişdir. Qan dövranı sistemi neçə yerə bölünür?



Yüklə 3,31 Mb.
səhifə35/35
tarix07.06.2018
ölçüsü3,31 Mb.
#52989
1   ...   27   28   29   30   31   32   33   34   35

1493) Trombositar hemostazın aktivləşməsi, ən azı damardaxili trombun əmələ gəlməsinə, həmçinin, trombdan və aterosklerotik piləgdən qopan hissə ilə distal yerləşmiş tac damarın embollarla tutulmasına səbəb olan vəziyyət hansı xəstəlikdə, əsasən, tez - tez öz əksini tapır?
A) Kəskin miokarditdə

B) Hipertrofik kardiomiopatiyalarda

C) Stabil stenokardiyada

D) Miokardın infarktından sonrakı kardiosklerozda

E) Qeyri stabil stenokardiyada
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 380
1494) Mikrovaskulyar disfunksiyada əsas dəyişikliklər ölçüsü neçə mkm olan hansı damarların səviyyəsində baş verir?
A) 350 - 400-ü keçməyən arteriolaların

B) 50 - 100-ü keçməyən postarteriolaların

C) 100 - 120 olan venulalar

D) 20 - 40 olan kapillyarlar

E) 150 - 350-ni keçməyən prearteriolaların
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 380
1495) Kalsium antaqonistlərinin terapevtik effektinə hansı xüsusiyyət aid deyil?
A) mənfi xronotrop təsir (sinoatrial düyünün avtomatizminin zəifləməsi)

B) sistem vazokonstriksiya (önyüklənmənin artması)

C) mənfi inotrop təsir

D) koronarospazmın qarşısının alınması

E) koronar arteriyaların dilatasiyası
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 444
1496) Xroniki ürək çatışmazlıqlı xəstələrdə bumetanidinin başlanğıc dozası sutkada necə milliqramdır?
A) 0,5-1,0

B) 1-2


C) 0,2-0,4

D) 4-8


E) 2-4
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 33
1497) Sağ mədəciyin aritmogen displaziyasında aşagıdakılardan hansı baş vermir?
A) EKQ - də sağ döş aparmalarında sinus ritmi fonunda mənfi T dişləri və His dəstəsinin sağ ayaqcığının blokadası

B) Sağ mədəciyin müxtəlif ağırlıq dərəcəsində dilatasiyası

C) Mədəcik taxikardiyası zamanı QRS komplekslərinin dəyişilməsi (His dəstəsinin sol ayaqcığının blokadası formasında)

D) Üçtaylı qapağın qenişlənməsi

E) Sol mədəciyin dilatasiyası, onun ön - arakəsmə və arxa divarının nazikləşməsi
Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология, национальное руководство, 2007г.
1498) Hansı ölüm qəfləti ürək ölümü hesab olunur (ürək fəaliyyətinin dayanması)?

1. şahidlərin iştirakı ilə ilk təhlükəli simptomların yaranmasından sonra 1 saat ərzində baş vermiş

2. baş verməzdən əvvəl xəstənin vəziyyəti stabil və ciddi qorxu törətməyən hal kimi qiymətləndirilmiş

3. baş verdiyi şəraitdə onu törədə biləcək digər səbəblər inkar edilmiş (zorakı ölüm, travmalar və s.)

4. ilk stenokardik agrıların yaranmasından sonra 6 saat ərzində baş vermiş

5. xroniki və ya onkoloji xəstələrdə təhlükəli simptomların yaranmasından sonra 2 saat ərzində baş vermiş
A) 3, 4, 5

B) 1, 3, 5

C) 2, 4, 5

D) 1, 2, 4

E) 1, 2, 3
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 589 Ю. Н. Беленков, Р.Г. Оганов - Кардиология, национальное руководство, 2007г.
1499) Qəfləti ürək ölümünün yüksək riskinə hansı xəstələr məruz qalmır? (AH - arterial hipertenziya, Mİ - miokard infarktı, ÜİX - ürəyin işemik xəstəliyi, HLP - hiperlipidemiya).
A) ÜİX və yüksək qradasiyalı mədəcik aritmiyası olanlar

B) Qeyri - stabil stenokardiyalı və ya kəskin Mİ - də (əsasən Mİ - nin inkişafının ilk saatlarında)

C) II - III funksional sinif stabil stenokardiyalı

D) ÜİX və bir neçə əsas risk faktorları olanlar (AH, HLP, tütün çəkmə və s.)

E) Əsasən, kardiomeqaliyası və durğunluq ürək çatışmazlığı olan Mİ keçirmişlər
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр., 590
1500) Qəfləti ürək ölümünün səbəblərinə aid deyil:
A) Hər hansı bir səbəbdən yaranmış kardiogen şok (kəskin miokard infarktından başqa)

B) QT intervalının qısalması sindromu

C) Hipertrofik kardiomiopatiya

D) Hər hansı bir səbəbdən yaranmış durğunluq ürək çatışmazlıgı

E) Aorta mənfəzinin stenozu
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр., 590
1501) Qəfləti ürək ölümünün səbəbinə aid olmayan hansıdır?
A) Agciyərlərin obstruktiv xəstəlikləri

B) Hər hansı bir səbəbdən yaranmış ürəyin tamponadası (məs., ekssudativ perikardit)

C) Hər iki mədəciyin nəzərə çarpan konsentrik hipertrofiyası

D) Agciyər arteriyasının tromboemboliyası

E) QT intervalının uzanması sindromu
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр., 590
1502) Mərkəzi venoz təzyiq nəyə bərabərdir?
A) sağ qulaqcıqdakı təzyiqə

B) ağciyər arteriyasının pərçimlənmə təzyiqinə

C) orta arterial təzyiqə

D) sol mədəciyin son diastolik təzyiqinə

E) sol mədəciyin atım fraksiyasına
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 554
1503) Ürəyin sağ və sol şöbələrinin kateterizasiyası hansı orqandakı təzyiqdən məlumat vermir?
A) yuxarı boş venadakı

B) qulaqcıqlardakı

C) mədəciklərdəki

D) aortadakı

E) ağciyər arteriyasındakı
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 556
1504) Sabit stenokardiya adlanan klinik sindrom nə vaxt meydana çıxmır?
A) Arterial təzyiqin yüksəlməsində

B) Sakitlikdə, çox vaxt gecələr yuxuda

C) Soyuqda, çoxlu miqdarda qida qəbulunda

D) Emosional stressdə

E) Fiziki gərginlikdə (hərəkət, yüksəkliyə qalxma, ağırlıq qaldırma)
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 7
1505) Aşağıdakı hansı ağrı şikayətləri və ya simptomlar sabit stenokardiyalı xəstələrdə əsasən təsadüf olunmur?
A) Döş sümüyünün arxasında lokalizasiya olunan, tutmaşəkilli, sıxıcı, təzyiqedici ağrı

B) Adətən 15-20 dəqiqə davam edən və kalsium kanalı blokatorunun qəbulundan sonra keçib gedən

C) Adətən 3-5 dəqiqə davam edən ağrı

D) Sakitlik halında, sublinqval nitroqliserin qəbulundan sonra bir neçə dəqiqə ərzində keçib gedən simptomlar

E) Sol qola, boyuna, çənəyə irradiasiya edən ağrı
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 7
1506) Sabit stenokardiyanın Kanada ürək-damar cəmiyyəti təsnifatına əsasən I funksional sinfə xas simptomlar nə zaman meydana çıxır?
A) Adi fiziki aktivlikdə nəzərəçarpan məhdudiyyət. Normal sürətlə bir və ya iki kvartal məsafə yeriyərkən (100-200 metr) və ya bir mərtəbə pilləkən qalxarkən

B) Adi fiziki aktivlik stenokardiyaya səbəb olmur. Ancaq ağır, intensiv və uzunmüddətli gərginlikdən sonra

C) Hər hansı bir fiziki aktivlik narahatlığa səbəb olur və ya “sakitlik stenokardiyası” olduqda

D) Adi fiziki aktivlikdə nəzərəçarpan məhdudiyyət. Emosional stress zamanı, oyandıqdan sonra bir neçə saat ərzində

E) Adi fiziki aktivlikdə yüngül məhdudiyyət. Sürətlə və ya soyuq havada yeriyərkən, pilləkənlə qalxarkən, stress zamanı, oyandıqdan sonra bir neçə saat ərzində
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 9
1507) Sabit stenokardiyanın diaqnostikasında miokardın işemiyası ilə bağlı narahatlıq hissi hansı xüsusiyyətlərlə ayırd edilmir?
A) Həyəcan və gərginliklə, şiddətləndirici və yüngülləşdirici amillərlə əlaqəsi

B) Sublinqval nitroqliserin qəbulundan bir neçə dəqiqə sonra keçib getməsi

C) Müddəti

D) Lokalizasiyası

E) Xarakteri
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 10
1508) Stenokardiyalı xəstələrdə hansı instrumental müayinənin aparılmasının əhəmiyyəti yoxdur?
A) Döş qəfəsi rentgenoqrafiyasının, EKQ-nin

B) Exokardioqrafiyanın

C) Kompüter tomoqrafiyanın

D) Koronar arterioqrafiyanın



E) Fonokardioqrafiyanın
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 13
Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin