Kardiologiya 6. 11. 2014-cü IL tarixində əlavə və dəyişikliklər edilmişdir. Qan dövranı sistemi neçə yerə bölünür?



Yüklə 3,31 Mb.
səhifə32/35
tarix07.06.2018
ölçüsü3,31 Mb.
#52989
1   ...   27   28   29   30   31   32   33   34   35

1384) Ürək çatışmazlığının (ÜÇ) əlamətləri olan və natriumuretik peptidlərlə müalicə almamış xəstələrdə bu peptidlərin hansı miqdarında xroniki ÜÇ-nın olması ehtimal olunmur? (BNP- beyin natriumuretik peptidi, NT-proВNР - N-terminal beyin natriumuretik peptidinin sələfi, pq/ml - pikoqram millilitr).
A) BNP >600 pq/ml-dan çox, NT-proВNР>3000 pq/ml-dan çox

B) BNP >400 pq/ml-dan çox, NT-proВNР>2000 pq/ml-dan çox

C) BNP < 100 pq/ml-dan az, NT-proВNР< 400 pq/ml-dan az

D) BNP >800 pq/ml-dan çox, NT-proВNР>4000 pq/ml-dan çox

E) BNP = 100-400 pq/ml-ə bərabər, NT-proВNР = 400-2000 pq/ml-a bərabər
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh. 14
1385) Ürək çatışmazlığının (ÜÇ) əlamətləri olan və natriumuretik peptidlərlə müalicə almamış xəstələrdə bu peptidlərin hansı miqdarında xroniki ÜÇ-nın olması qeyri müəyyənlik təşkil edir? (BNP- beyin natriumuretik peptidi, NT-proВNР – N-terminal beyin natriumuretik peptidinin sələfi, pq/ml - pikoqram millilitr).
A) BNP < 100 pq/ml-dan az, NT-proВNР< 400 pq/ml-dan az

B) BNP >400 pq/ml-dan çox, NT-proВNР>2000 pq/ml-dan çox

C) BNP >800 pq/ml-dan çox, NT-proВNР>4000 pq/ml-dan çox

D) BNP = 100-400 pq/ml-ə bərabər, NT-proВNР = 400-2000 pq/ml-a bərabər

E) BNP >600 pq/ml-dan çox, NT-proВNР>3000 pq/ml-dan çox
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh. 14
1386) Ürək çatışmazlığının (ÜÇ) əlamətləri olan və natriumuretik peptidlərlə müalicə almamış xəstələrdə bu peptidlərin hansı miqdarında xroniki ÜÇ-nın olması ehtimal olunur? (BNP - beyin natriumuretik peptidi, NT - pro ВNР – N-terminal beyin natriumuretik peptidinin sələfi, pq/ml - pikoqram millilitr).
A) BNP >400 pq/ml-dan çox, NT-pro ВNР>2000 pq/ml-dan çox

B) BNP =100-400 pq/ml-ə bərabər, NT-proВNР =400-2000 pq/ml-ə bərabər

C) BNP >700 pq/ml-dan çox, NT-proВNР>3000 pq/ml-dan çox

D) BNP >500 pq/ml-dan çox, NT-proВNР>2500 pq/ml-dan çox

E) BNP <100 pq/ml-dan çox, NT-pro ВNР <400 pq/ml-dan az
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh. 14
1387) Xroniki ürək çatışmazlıqlı xəstələri diuretiklər və/və ya AÇFİ, ARB və ya aldosteronun antaqonistləri ilə müalicə edərkən, hansı xəstəlik və ya simptoma rast gəlinmir? (AÇFİ - angiotenzin çevirici fermentin inhibitorları, ARB- angiotenzin II reseptorlarının blokatorları).
A) hiperkaliemiyaya

B) zərdab kreatininin azalmasına

C) böyrək funksiyasının zəifləməsinə

D) anemiyaya

E) hiponatriemiyaya
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh18
1388) Klinik əlamətləri olan xroniki ürək çatışmazlıqlı xəstələrdə natriumuretik peptidlərin qan plazmasındakı konsentrasiyasının aşağıdakı halların hansında əhəmiyyəti yoxdur?
A) mərhələnin müəyyənləşdirilməsində

B) mülicə bazis preparatla başlandıqda

C) evə yazılmaq haqqında qərar verildikdə

D) proqnozun təyinində

E) hospitalizasiya qərarı verildikdə
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 20
1389) Xroniki ürək çatışmazlıqlı xəstələrdə nebivololun başlanğıc dozası sutkada nə qədərdir?
A) 7,5 mq gündə 2 dəfə

B) 1,25 mq gündə 1 dəfə

C) 5,0 mq gündə 2 dəfə

D) 10,0 mq gündə 2 dəfə

E) 2,5 mq gündə 1 dəfə
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 30
1390) Xroniki ürək çatışmazlıqlı xəstələrdə nebivololun hədəf dozası sutkada nə qədərdir?
A) 2,5 mq gündə 2 dəfə

B) 5,0 mq gündə 3 dəfə

C) 12,5 mq gündə 1 dəfə

D) 20,0 mq gündə 1 dəfə

E) 10,0 mq gündə 1 dəfə
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 30
1391) Xroniki ürək çatışmazlıqlı xəstələrdə kandesartanın başlanğıc dozası sutkada nə qədərdir?
A) 24 və ya 32 mq gündə 1 dəfə

B) 12 və ya 16 mq gündə 1 dəfə

C) 4 və ya 8 mq gündə 1 dəfə

D) 20 və ya 24 mq gündə 1 dəfə

E) 1 və ya 2 mq gündə 1 dəfə
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 30
1392) Xroniki ürək çatışmazlıqlı xəstələrdə kandesartanın hədəf dozası sutkada nə qədərdir?
A) 24,0 mq gündə 2 dəfə

B) 32 mq gündə 1 dəfə

C) 12,0 mq gündə 1 dəfə

D) 8,0 mq gündə 2 dəfə

E) 4,0 mq gündə 1 dəfə
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh
1393) Xroniki ürək çatışmazlıqlı xəstələrdə valsartanın başlanğıc dozası sutkada nə qədərdir?
A) 60 mq gündə 3 dəfə

B) 160 mq gündə 2 dəfə

C) 80 mq gündə 2 dəfə

D) 40 mq gündə 2 dəfə

E) 120 mq gündə 3 dəfə
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 30
1394) Xroniki ürək çatışmazlıqlı xəstələrdə valsartanın hədəf dozası sutkada nə qədərdir?
A) 120 mq gündə 2 dəfə

B) 80 mq gündə 1 dəfə

C) 160 mq gündə 1 dəfə

D) 40 mq gündə 3 dəfə

E) 20 mq gündə 3 dəfə
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, sə
1395) Xroniki ürək çatışmazlıığı olan xəstələrdə spironolaktonun başlanğıc dozası sutkada nə qədərdir?
A) 50 mq gündə 1 dəfə

B) 12,5 mq gündə 3 dəfə

C) 25 mq gündə 1 dəfə

D) 100 mq gündə 2 dəfə

E) 75 mq gündə 2 dəfə
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 30
1396) Xroniki ürək çatışmazlıqlı xəstələrdə spironolaktonun hədəf dozası sutkada necə milliqramdır?
A) 25-50 mq gündə 1dəfə

B) 75-100 mq gündə 1dəfə

C) 100-150 mq gündə 1dəfə

D) 2,5-5,0 mq gündə 2dəfə

E) 5,0-10,0 mq gündə 2dəfə
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 30
1397) Simptomlu ürək çatışmazlığı və sistolik disfunksiyası (azalmış atım fraksiyası) olan xəstələrdə diuretik və AÇFİ-nin kombinasiyası effekt vermədikdə hansı preparatı əlavə etmək lazımdır? (AÇFİ- angiotenzin çevirici fermentin inhibitorları, ARB- angiotenzin II reseptorlarının blokatorları, H/İSDN - hidralazin və izosorbid dinitrat).
A) β - adrenoblokatorları

B) H/İSDN-ı

C) Kalsium antaqonistlərinin dehidropiridin törəmələrini

D) Aldosteron antaqonistlərini

E) ARB-nı
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 29
1398) Simptomlu ürək çatışmazlığı və sistolik disfunksiyası (azalmış atım fraksiyası) olan xəstələrdə klinik sabitlik alınana qədər titrlədikdə hansı qrup dərman kombinasiyasını başlamaq lazımdır? (AÇFİ- angiotenzini çevirici fermentin inhibitorları, ARB- angiotenzin II reseptorlarının blokatorları, H/İSDN- hidralazin və izosorbid dinitrat).
A) α - adrenoblokator və AÇFİ

B) H/İSDN və kalium antaqonistləri

C) Kalsium antaqonistləri və hidralazin

D) Diuretik və AÇFİ (və ya ARB)

E) Ürək qlikozidi və β - adrenoblokator
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 29
1399) Simptomlu ürək çatışmazlığı və sistolik disfunksiyası (azalmış atım fraksiyası) olan xəstələrdə diuretik, AÇFİ və β-blokatorların kombinasiyası effekt vermədikdə və xəstəliyin əlamət və şikayətləri davam edərsə, onda hansı qrup preparatı klinik sabitliyə uyğun titrləmə ilə əlavə etmək lazımdır? (AÇFİ - angiotenzin çevirici fermentin inhibitorları, H/İSDN- hidralazin və izosorbid dinitrat, ARB- angiotenzin II reseptorlarının blokatorları).
A) H/İSDN-ı və ya ürək qlikozidlərini

B) Aldosteron antaqonistlərini və ya ARB- nı

C) Diuretiklərdən digər preparatı

D) Kalsium antaqonistlərinin fenilalkilamin törəmələrini

E) β - adrenoblokator qrupundan digər preparatı
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 29
1400) Xroniki ürək çatışmazlıqlı xəstələrdə angiotenzini çevirici fermentin inhibitorlarıyla (AÇFİ) müalicəyə başlayarkən, aşağıdakıların hansı daha çox əhəmiyyət kəsb etmir?
A) Ciddi nəzarət altında olan xəstələrdə titrləmənin daha sürətlə aparılması

B) 2-4 həftədən sonra dozanın tədricən artırılmasının nəzərdən keçirilməsi

C) Böyrək funksiyası və plazma elektrolitləri yoxlanılması

D) Böyrək funksiyasının pisləşməsi və ya hiperkaliemiya zamanı dozanın artırılması

E) Sol mədəciyin atım fraksiyası ≤ 40%-dən (kiçik və ya bərabər) olan xəstələrə AÇFİ təyin edilməsi
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 31
1401) Xroniki ürək çatışmazlıqlı xəstələrdə β - adrenoblokatorlarla müalicəyə başlayarkən, aşağıdakılardan hansı daha çox əhəmiyyət kəsb etmir? (AÇFİ - angiotenzin çevirici fermentin inhibitorları, ARB- angiotenzin II reseptorlarının blokatorları, FS-funksionaql sinif, NYHA- Nyu-York Ürək Assosiasiyası).
A) Sol mədəciyin atım fraksiyasının ≤ 40%-dən kiçik və ya bərabər olması

B) AÇFİ və/və ya ARB-nın optimal dozada qəbulu

C) Xəstələrin vəziyyətinin klinik cəhətdən sabit olması (məsələn, sidikqovucuların dozasının yaxın zamanlarda dəyişdirilməsinə ehtiyac olmadıqda)

D) Böyrək funksiyası nəzərə alınmaqla, plazma elektrolitlərinin yoxlanılması

E) Ürək çatışmazlığı əlamətlərinin olması (NYHA II-IV FS)
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 32
1402) Xroniki ürək çatışmazlıqlı xəstələrin β - adrenoblokatorlarla müalicəsi zamanı dozasının titrlənməsində hansı şərtlər nəzərdə tutulur? (ÜÇ- ürək çatışmazlığı).

1. 2-4 həftədə bir dəfə həkimin qəbulunda olmaq (bəzi hallarda dozanın yavaş-yavaş artırılmasına zərurət yarana bilər)

2. ÜÇ-ın ağırlaşması əlamətləri, simptomlu hipotenziya (məs.: baş gicəllənmə) meydana çıxarsa, hər müraciətdə dozanın artırılması

3. diastolik disfunksiya əlamətləri yaranarsa, hər müraciətdə dozanın ikiqat artırılırması (əks göstəriş olmadığı halda)

4. ÜÇ-ın ağırlaşması əlamətləri, kəskin bradikardiya (nəbz dəqiqədə 50-dən az) meydana çıxarsa, hər müraciətdə dozanın artırılması

5. hər müraciətdə dozanın tədricən artırmaqla, dördüncü həftədən dozanı daha sürətlə artırmalı (arterial təzyiq nəzərə alınmalıdır)
A) 3, 4, 5

B) 1, 3, 5

C) 1, 2, 3

D) 2, 4, 5

E) 1, 2, 4
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 32
1403) Saxlanılmış atım fraksiyalı ürək çatışmazlığı (SAFÜÇ) diaqnozunu müəyyənləşdirərkən, hansı şərtə əməl edilməsi o qədər də vacib deyil? (SMAF - sol mədəciyin atım fraksiyası, ÜÇ - ürək çatışmazlığı).
A) Sol mədəciyin sistolik funksiyasının mülayim pozulması (SMAF > 45-50%- dən çox)

B) Xroniki ÜÇ-ə aid şikayət və ya əlamətlərin olması

C) Ümumi periferik damar müqavimətinin yüksəlməsinə nəzarət

D) Sol mədəciyin sistolik funksiyasının normal olması

E) Diastolik disfunksiya əlamətləri (sol mədəciyin relaksasiyasının pozulması və ya diastolik rigidlik)
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 23
1404) Xroniki ürək çatışmazlıqlı xəstələrdə furosemidin başlanğıc dozası sutkada neçə mq-dır?
A) 20-40

B) 40-80

C) 80-120

D) 10-20


E) 5-10
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 30
1405) Xroniki ürək çatışmazlıqlı xəstələrdə furosemidin hədəf dozası sutkada nə qədərdir?
A) 240-360 mq

B) 20-40 mq

C) 360-480 mq

D) 10-20 mq

E) 40-240 mq
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 33
1406) Xroniki ürək çatışmazlıqlı xəstələrdə bumetanidinin hədəf dozası sutkada necə milliqramdır?
A) 1-5

B) 5-10


C) 30-40

D) 0,5-1,0

E) 10-20
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 30
1407) Xroniki ürək çatışmazlıqlı xəstələrdə torasemidin başlanğıc dozası sutkada necə milliqramdır?
A) 1-2

B) 10-20


C) 20-40

D) 5-10


E) 2-4
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 33
1408) Xroniki ürək çatışmazlıqlı xəstələrdə torasemidin hədəf dozası sutkada necə milliqramdır?
A) 20-40

B) 5-10


C) 80-120

D) 10-20


E) 60-80
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 33
1409) Xroniki ürək çatışmazlıqlı xəstələrdə indapamidin başlanğıc dozası sutkada necə milliqramdır?
A) 2,5

B) 5


C) 10

D) 0,5


E) 1,25
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 33
1410) Xroniki ürək çatışmazlıqlı xəstələrdə indapamidin hədəf dozası sutkada necə milliqramdır?
A) 2,5-5

B) 5-10


C) 40-80

D) 10-20


E) 20-40
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 33
1411) Xroniki ürək çatışmazlıqlı xəstələrin ilgək diuretikləri ilə müalicəsi zamanı əgər hipokaliemiya və ya hipomaqneziemiya kimi dəyişikliklər üzə çıxarsa, onda aşağıdakılardan hansı preparatın istifadəsinin əhəmiyyəti yoxdur? (AÇFİ - angiotenzin çevirici fermentin inhibitorları, ARB - angiotenzin II reseptorlarının blokatorları).
A) AÇFİ/ARB-nın dozasının artırılması

B) β - adrenoblokatorların əlavə edilməsi

C) Maqnezium əlavələrinin təyin edilməsi

D) Kalium əlavələrinin təyin edilməsi

E) Aldosteron antaqonistinin əlavə edilməsi
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 34
1412) Xroniki ürək çatışmazlıqlı xəstələrdə diuretiklərlə müalicədə aşagıdakılardan hansı düzgün deyil? (ÜÇ - ürək çatışmazlığı).
A) Əksər xəstələrə β - adrenoblokatorlarla birlikdə tiazidlər təyin edilməlidir

B) Diurez və natriurezə münasibətdə daha effektli olmalarını nəzərə alaraq, əksər xəstələrə ilgək diuretikləri təyin edilməlidir

C) ÜÇ olan ambulator xəstələrdə çəkinin gündəlik ölçülməsi və maye durğunluğunun digər klinik əlamətlərinə əsasən, diuretikin dozasının xəstə tərəfindən korreksiya olunması dəstəklənməlidir

D) Böyrək funksiyası və plazma elektrolitlərinin miqdarı nəzarətdə saxlanılmalıdır

E) Xəstənin daima maarifləndirilməsi məsləhətdir
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 35
1413) Xroniki ürək çatışmazlıqlı xəstələrin ilgək diuretiklərlə müalicəsi zamanı hiponatriemiya kimi problemlər üzə çıxdıqda, aşağıdakılardan hansı tədbirin həyata keçirilməsi vacib deyil?
A) Mümkün olarsa, ilgək diuretiklərinin dozası azaldılmalı və onların qəbulu dayandırılmalıdır

B) Kalium və maqnezium əlavələri təyin edilməli və allopurinolla müalicə nəzərdən keçirilməlidir

C) Venadaxili inotrop müalicə başlanılmalı, həmcinin ultrafiltrasiya nəzərdən keçirilməlidir

D) Tiazid diuretiklərinin qəbulu dayandırılmalı və ya mümkün olduqda, ilgək diuretiklərinin qəbuluna başlanılmalıdır

E) Maye qəbulu məhdudlaşdırılmalı və arginin-vazopressin antaqonistinin (məs.: tolvaptan) təyini nəzərdən keçirilməlidir
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 34
1414) Xroniki ürək çatışmazlığı olan xəstələrdə diqoksinlə müalicə zamanı aşağıdakılardan hansı praktiki tövsiyələrə aid deyil? (ÜÇ- ürək çatışmazlığı, SMAF-sol mədəciyin atım fraksiyası).
A) Sinus ritmi olan simptomlu ÜÇ-lı xəstələrdə bu preparatın təyini xəstənin vəziyyətini yaxşılaşdırır

B) SMAF < 40%-dən az olan sinus ritmli xəstələrdə bu preparatın təyini xəstənin vəziyyətini yaxşılaşdırır

C) Qulaqcıqların səyriməsində ürək yığılmalarının sayı sakitlik halında dəqiqədə 80-ı və fiziki gərginlikdə 110-120-ni keçərsə bu preparat təyin olunmalıdır

D) Aritmiyalı xəstələrə amiodaronun istifadəsindən yaranan QT intervalının uzanmasında bu preparat təyin olunmalıdır

E) ÜÇ-nın ağırlaşması ilə əlaqədar hospitalizasiya hallarını azaldır
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 36
1415) Sinus ritmli sol mədəciyin sistolik disfunksiyası olan (SMAF < 40% -dən az) xroniki ürək çatışmazlıqlı xəstələrdə diuretik, AÇFİ və/və ya ARB, β - adrenoblokator və göstəriş olduqda aldosteron antaqonistinin optimal dozaları ilə müalicəyə baxmayaraq, ÜÇ əlamətləri təzahür etməkdə davam edərsə, onda hansı preparatın təyini nəzərdən keçirilə bilər? (SMAF- sol mədəciyin atım fraksiyası, AÇFİ - angiotenzin çevirici fermentin inhibitorları, ARB - angiotenzin II reseptorlarının blokatorları, ÜÇ - ürək çatışmazlığı).
A) nimesil

B) diqoksin

C) lidokain

D) koraksan

E) verapamil
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 36
1416) Ürək çatışmazlığı və ürəyin işemik xəstəliyi olan xəstələrin müalicəsində angiotenzin çevirici fermentin inhibitorları hansı halda tövsiyə olunmur? (SMAF- sol mədəciyin atım fraksiyası).
A) SMAF-ın < 40%-dən az azalmasında

B) Ürək çatışmazlığı olan ürəyin işemik xəstəliyində və SMAF-ı saxlanılmış xəstələrdə

C) Arteriyaların aterosklerotik zədələnməsində

D) Orqanizmdə Na+ ionlarının çatışmazlığında (məs., dussuz diyeta zamanı)

E) Ürək çatışmazlığı simptomları olan xəstələrdə
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 36
1417) Xroniki ürək çatışmazlığı olan xəstələrə angiotenzin II reseptorlarının blokatorları hansı halda təyin olunmur? (SMAF- sol mədəciyin atım fraksiyası, AÇFİ - angiotenzin çevirici fermentin inhibitorları).
A) keçirilmiş miokard infarktından sonra ürək çatışmazlığı əlamətləri olanlara

B) angiotenzin çevirici fermentin inhibitorlarına davamsızlıq zamanı

C) birincili hiperaldosteronizmdə

D) bütün xroniki ürək çatışmazlığı olan xəstələrdə

E) keçirilmiş miokard infarktından sonra SMAF-ın azalmasında (< 40%-dən az)
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 36
1418) Xroniki ürək çatışmazlığı olan xəstələrə β - adrenoblokatorların hansı halda ehtiyatla qəbulu tövsiyə olunur? (SMAF - sol mədəciyin atım fraksiyası, FS - funksional sinif, NYHA - Nyu-York Ürək Assosiasiyası).
A) Mülayim xroniki ürək çatışmazlığı olan xəstələrdə

B) Ağır xroniki ürək çatışmazlığı olan xəstələrdə (NYHA FS IV)

C) SMAF-ı 40%-dan az olan ürəyin işemik xəstəliklərində

D) Stabil yüngül ürək çatışmazlığı əlamətləri olan ürəyin işemik xəstəliklərində

E) Miokard infarktı keçirmiş, lakin SMAF-ı saxlanılmış xəstələrə
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 36. ; Болезни сердца и сосудов. Под редакцией А. Джона Кэмма и др. «ГЭОТАР-Медиа» 2011, стр. 888.


Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin