Åkcp{ig-fcghycß



Yüklə 3,03 Mb.
səhifə7/41
tarix22.10.2017
ölçüsü3,03 Mb.
#9539
1   2   3   4   5   6   7   8   9   10   ...   41

ƏmƏl adamI olun!


Zəhhak ibni Qeys Müaviyənin yaxın köməkçilərindən biri, eləcə də qaniçən qarınqulu və dərbar nökəri idi. Həkəmeyn macərasından və Xəvaricin məhvindən sonra Müaviyə Həzrət Əli (əleyhissalam)-ın öz ordusunu onlunla müharibəyə hazırlamasından xəbər tutduqda vəhşətə düşdü. Dəməşq və ətraf camaatı Əli (əleyhissalam)-ın ordusu ilə müharibə aparmaq üçün hərəkət etməyəə çağırdı. Müaviyə Zəhhak ibni Qeysi yüz dörd min nəfərlik ordusuna başçı təyin edib bütün ixtiyarları ona tapşıraraq hücum, qətl və qarət əmri verdi. Zəhhak öz ordusu ilə Kufəyə sarı yollandı. Yol boyunca minlərlə qətl və qarətə başladı. Sələbiyyə adlı məntəqəyə yetişkdikdə Məkkəyə tərəf həcc mərasimini yerinə yetirməyə gedən karvana həmlə edərək karvan camaatını talayıb azmış kimi aldı Abdullah ibni Məsudun qardaşı oğlu və Peyğəmbərin səhabəsi Əmr ibni Üəysi bir dəstə öldürdü. Bu xəbər Əli (əleyhissalam)-a çatdıqda Həzrət İraq camaatının o qoşuna doğru gəlməsini təkid etdi. Həzrət Əli (əleyhissalam) camaatın süstlük etməsini gördükdə şəxsən özü Kufədən çıxıb Qərrəbəynə sarı yola düşdü. Hücr ibni Ədi özünün dilavər və müxlis köməkçisini çağırıb dörd min nəfər döyüşçü ilə cəbhəyə yola saldı. Hücr ibni Ədi ordu ilə hərəkət edərək Tədəmmür torpağında Zəhhakın qoşunu ilə toqquşdu. Beləliklə müharibə başlandı. Bu döyüşdə Zəhhakın ordusundan 19 nəfər öldürüldü. Hücrin qoşunundan isə iki nəfər şəhadətə yetişdi, axşam düşdükdə Zəhhak kecənin qaranlığından istifadə edərək həmin məntəqədən qaçdı. Səhər açıldıqda Hücr ibni Ədi Zəhhakın qoşunundan bir nəfəri belə görmədi. Zəhhakın qoşununun qarət və Beytüllahil-Hərəmə gedən ziyarətçilərə həmlə etmək xəbəri Əli (əleyhissalam)-a çatdıqda bir xütbə oxudu ki, həmin xütbə “Nəhcül-bəlağə”də (xütbə 29) gəlibdir. Bu xütbədə Həzrət ünsürcə süst olanları danlayıb dedi: Ey özləri bir-birinin yanında olub ürəkləri bir-birindən ayrı olanlar! Danışmaqda o qədər qaynarsınız, sanki daşları sındıracaqsınız, əmələ gəldikdə isə süstlük göstərirsiniz. Bilin ki, zəif və gücsüz adamlar zülmün qarşısını heç vaxt ala bilməzlər. Əməl adamı olun söz yox! Sizlərin işi o yerə çatıbdır ki, qələbəsi nəticəsiz, oxları kamansız olanlara bənzəyirsiniz.

“And olsun Allaha ki, sözlərinizi təsdiq etmirəm və sizin qələbənizə heç bir ümidim yoxdur.” Axı nə dərdiniz vardır, dərmanınız nədir? Onlar da (düşmənləriniz) sizin kimi adamlardır, niyə onlar dəyanətli, sizlər isə zəif olmalısınız? Niyə gərək belə olsun?!



ON ALTINCI HEKAYƏT

HiCazIn tanIş İraqlI itKini


Doğrudan da dünya nə qədər aldadıcı və hiyləgərdir. Təlhə və Zübeyrin hər ikisi Həzrət Əli (əleyhissalam)-ı yaxşı tanıyırdılar. Onların hər ikisi Həzrət Əli (əleyhissalam) beyət edən ilk şəxslərdən idilər. Bundan əlavə Zübeyr Əli (əleyhissalam)-ın bibisi oğlu sayılırdı Zübeyrin anası Səfiyyə Əli (əleyhissalam)-ın bibisi idi. Elə buna görə də Əli (əleyhissalam) Zübeyrin dayısı oğlu idi. Lakin Cəməl müharibəsində Təlhə və Zübeyr Əlinin ordusuna qarşı çıxdılar. Buna görə də Bəsrəyə gəlib buranı işğal etdilər.

Əli (əleyhissalam) bu müharibənin olduqca sülh yolu ilə qurtarmasına səy göstərirdi.

Həzrət, Təlhənin tərs, Zübeyrin isə yumşaq ürəkli adam olmasını bilirdi. Məhz elə buna görə də Abdullah ibni Abbasa buyurdu: Mənim tərəfimdən get ancaq Təlhə ilə görüşmə, çünki, əgər onunla görüşmək istəsən Təlhəni buynuzları qulağının ətrafında burulmuş bir heyvan təki görəcəksən ki, həvəs atına minir və deyir sakit atdır. Sən, çalış, Zübeyr-ürəyi yumşaq görüş ki, o mülayim adamdır. Onu görsən mənim sifarişimi ona yetir: “Dayın oğlu deyir: Sən məni Hicazda tanıyıb İraqda itirdin nə oldu ki, ilk tanışlığı unutdun?!” Əli (əleyhissalam)-ın hədəfi höccəti tamam edib müharibəyə başlamazdan qabaq Zübeyrə hidayət yolunu göstərib ona nicat vermək idi. Zübeyr isə bu vaxt qürur adlı bir dağın uçurumunda dayanmışdı. İbni Əbil Hədid yazır: İbni Abbas Əli (əleyhissalam)-ın sifarişini Zübeyrə çatdırdı, Zübeyrin cavabı isə iki başlı idi. Belə ki, onun nə söyləməsi aydın deyildi. Sonra yazır: Zübeyr oğlu Abdullahın təhriki ilə meydana atıldı, Əli (əleyhissalam) Zübeyrin yanına gəlib Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin buyurduqlarını Zübeyrə xatırladıb dedi: “Ey Zübeyr, sən zalımsan Əli (əleyhissalam)-ın müharibəsinə gedirsən.” Zübeyr peşman olub müharibədən əl çəkdi. Meydandan qayıtdıqda Aişə onu görüb dedi: “And olsun Allaha, mən hansı müharibədə olmuşamsa, yüz faiz agahlıq üzündən döyüşmüşəm, amma bu müharibədə şəkkdə qalmışam və sərgərdanam.

Aişə dedi: Belə güman edirəm ki, Əbu Talib oğlunun qılıncından qorxdun ki, onun qılıncı daha iti və kəsicidir, əgər ondan qorxmursansa bu heç də təəccüblü deyildir. Çünki, səndən qabaq çoxları bu qılıncdan qorxub geri çəkilmişlər.

Zübeyr dedi: Heç də fikirləşdiyin kimi deyil. Mənim geri çəkilməyimin səbəbi əvvəldə dediyimdir. (yəni Əlinin qoşununa qarşı vuruşmaqda şübhəm vardır ki, düzdür ya yox?). Sonra Zübeyr müharibədən əl çəkib Bəsrə cəbhəsindən uzaqlaşdı.
ON YEDDİNCİ HEKAYƏT

YamaqlI ayaqqabI


Əli (əleyhissalam)-ın ordusu Kufədən çıxıb müharibə qızışdıranları məhv etmək üçün Bəsryə tərəf hərəkət edirdi. Ordular Ziyqar məhəlləsinə (Bəsrənin yaxınlığında) çatdıqda dinclərini almaq üçün orada dayandılar. Abdullah ibni Abbas deyir: Mən də orduda idim və Əli (əleyhissalam)-ın hüzuruna gəldikdə Həzrətin öz ayaqqabısını yamamaqla məşğul olduğunu gördüm. Həzrət mənə buyurdu: “Bu başmağın qiyməti nə qədər olar?” Dedim: “Qiyməti yoxdur.” (yəni qiymətsizdir!) Buyurdu: “And olsun Allaha, bu dəyərsiz başmaq mənim üçün hökumət və rəyasətdən daha sevimlidir. Belə ki, eləyə bilim bu hökumətlə bir haqqı dirildərək batili məhv edəm.” Sonra qalxıb camaat üçün çıxış etdi. Bu çıxışda Həzrət belə buyurdu: “And olsun Allaha, mən Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm zamanında İslam qoşununun başçısı idim və onları irəliyə hərəkət etdirirdim. Beləliklə nahaq qoşunlar geri otuzduruldu. Nəhayət haqq aşkar oldu. Bu yolda heç bir zaman süstlük və zəiflik göstərib qorxmadı. Elə indinin özündə də bu hədəf uğrunda vuruşuram.”
ş ON SƏKKİZİNCİ HEKAYƏT


Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin