Åkcp{ig-fcghycß



Yüklə 3,03 Mb.
səhifə10/41
tarix22.10.2017
ölçüsü3,03 Mb.
#9539
1   ...   6   7   8   9   10   11   12   13   ...   41

SƏfƏrbƏrliK fƏrmanI


Zamanın çarxı hərəkətdə idi. Belə ki, 36-cı hicri ilinin şəvval ayının beşi yetişdikdə xəbər çıxdı ki, təcavüzkar Müaviyə ordu toplamağa başlamış və Əli (əleyhissalam)-ın nəzarəti altında olan ölkələrə hücum etməyi planlaşdırmışdı. İmam Əli (əleyhissalam) təcavüzkarları məğlub etməkdən ötrü silahlanmış ordu hazır etdi. Həzrət bu ordunu Nüxəylə də yerləşdirdi.

İmam Əli (əleyhissalam) Kufədən çıxdı, Nüxəylə qərargahına sarı yollanaraq orada səfərbərliyə dair çıxış etdi. Çıxışın əvvəlində Allaha həmd və səna etdikdən sonra belə buyurdu:

Agah olun! Mən öz ordumun qabaqcıllarını döyüş meydanına göndərmiş və onlara fərman vermişəm ki, Fərat çayı sahilində sonrakı əmrim onlara çatana kimi düşərgə salsınlar.

Belə səlah bilirəm ki, sudan keçib Dəclə kənarındakı müsəlmanlardan kömək istəyəm. Təki ordu bir az da möhkəmlənsin. Nəticədə isə düşmən özünün hər tərəfdən mühasirə olunduğunu görüb məğlubiyyətini hiss etsin.

Əli (əleyhissalam)-ın təchiz olunmuş ordusu Həzrətlə birlikdə Nüxəylədən Siffeynə tərəf hərəkət edərək (Sasani şahlarının paytaxtı) Mədainə yetişdilər. Müxtəlif qəsr və talar xərabələrini müşahidə etdikləri vaxt qəflətən çürümüş bir kəllə Həzrət Əli (əleyhissalam)-ın gözünə sataşdı və adamlarından birinə buyurdu:

Onu götür mənimlə gəl. Sonra Əli (əleyhissalam) Mədain qəsrinin məşhur eyvanına gəlib orada əyləşdi və bir ləyən istədi. Ləyənə bir qədər su tökdükdən sonra kəlləni gətirənə buyurdu:

Kəlləni teştin ortasına qoy. O da Həzrətin buyurduğunu yerinə yetirərək kəlləni ləyənin ortasına qoydu. Əli (əleyhissalam) cümcüməyə xitab edib buyurdu: “Ey kəllə! Səni and verirəm söylə ki, mən kiməm və sən kimsən?”

Kəllə dilə gəlib belə dedi: “Sən Möminlər ağası, Seyyidi-Övsiya və təqvalıların rəhbərisən. Mən isə Allahın kənizinin oğlu Kəsra Ənuşirəvanam Əli (əleyhissalam) ona buyurdu: İndi halın necədir?

Kəllə bir cavab söylədi ki, xülasəsi budur:

“Mən əlimin altında olanlara qarşı mehriban olsamda, ancaq Məcus dinində idim. Rəyasət və şahlığın göz qamaşdırıcıları məni iman və həqiqi dindən geri qoydu. Budur behiştdən məhrumam, cəhənnəmə giriftar olmuşam. Lakin rəiyyətlə xoşrəftar olduğuma görə cəhənnəm odundan amandayam həsrəta! Əgər mən də vaxtında iman gətirsəydim səninlə olardım, ey Muhəmməd səlləllahu əleyhi və alihi və səlləm xanədanının sərvəri və ey möminlərin ağası.

Kəllənin sözləri o qədər can yandırıcı idi ki, oradakıların hamısı ucadan ağlamağa başladılar.

Ümidimiz budur ki, bu sərgüzəşti oxumaqla hələ ölüm sorağımıza gəlməmiş özümüzü Həzrət Əli (əleyhissalam)-ın həqiqi ardıcıllarından bilək. Qoy öləndən sonra va həsrətamız göylərə yüksəlməsin.


İYİRMİ DÖRDÜNCÜ HEKAYƏT

İzzƏtli Ölümün zillƏtli ÖlümdƏn üstünlüyü


İmam Əli (əleyhissalam) öz ordusu ilə Müaviyə qoşununu məğlub etməkdən ötrü Kufədən çıxdı Müaviyə ordusu da 58 min nəfərlik döyüşçü ilə Siffeyn torpağına yetişərək ilk növbədə Fərat su yolunu (yeganə məhəll idi su götürmək üçün) işğal edib tutdu. Əbul Ə”vər Əsləmini də qırx min nəfərlə həmin su yolunu qorumaqdan ötrü ora göndərdi. Beləliklə su yolu Əli (əleyhissalam)-ın ordusunun üzünə bağlandı. Əmr As Müaviyənin bu işini xoşlamayıb ona dedi: Əli (əleyhissalam) elə bir adam deyil ki, siz su içib sirab olasınız, lakin o susuz qalsın.

Əli bura başqa bir hədəf üçün gəlmişdir. Lakin Müaviyə Əmr Asın sözünə qulaq asmayıb su götürülməsini qadağan etdi

Fəratın tutulması xəbərini Əli (əleyhissalam)-a çatdırdıqda Həzrət Səsət ibni Suhanini çağıraraq onu Müaviyənin yanına göndərdi ki, ona desin biz söhbət və hüccəti tamam etməzdən qabaq müharibəyə başlamırıq və su yolunun sən tərəfdən bağlanması isə müharibə elan etmək üçün ilk tutarlı bir dəlildir.

Səsəə İmamın sifarişini Müaviyəyə çatdırdıqda Müaviyə öz əshabı ilə məşvərət etdi. Vəlid ibni Üqbə ilə Abdullah ibni Səid dedilər: “Suyu onların üzünə mütləq bağlamaq lazımdır ki, susuzluqdan ölsünlər.” Müaviyə də bu fikirlə razılaşdı. Bu zaman Əbul Ə”vərə su yolundan tamamilə müvazib olmaları sifarişini göndərdi.

Bu vaxt Həzrət Əli (əleyhissalam) öz ordusu üçün aşağıdakı mövzuda bir xütbə buyurdu: Ey Camaat!

Müaviyənin ordusu su yolunu bağlamaqla sizə müharibə elan etmişdir. İndi siz iki yol ayrıcındasınız, ya zilləti qəbul etməli ya da qılınclarınızı o cinayətkarların qanı ilə bulaşdırmalısınız.

Bu zaman özünün çox dərin və məşhur cümləsini buyurdu:

Əgər məğlub olub onların önündə diz çöksəniz, alçaq və zillətli ölümü qəbul etmisiniz, yox əgər bu yolda iftixar və izzətlə can versəniz, əbədi həyata qovuşacaqsınız. Bilin ki, Müaviyə bir qrup günahkar, yoldan azmış və qara qəlbliləri döyüş meydanına gətirərək həqiqəti onlardan gizlətmişdir ta bu bəxti dönmüşlər öz boğazlarını sizin ölüm saçan zizələrinizə tuş etsinlər.

İmamın bu cəzzab və çox mənalı sözlərinin müqabilində əsgərlər özlərinin bu döyüşə hazır olduqlarını bildirdilər. Daha sonra dörd min nəfər qoşun Malik Əştərin başçılığı altında cəbhəyə sarı göndərildi. İmamın özü də qalan ordu ilə hərəkət etdi. Su yolunun kənarında şiddətli döyüş başladı. Nəticədə Müaviyə ordusunun minlərlə nəfəri əldən verməklə geri çəkildi və Əli (əleyhissalam)-ın ordusu su yolunu tutdu.

Bu zaman Əli (əleyhissalam)-ın əshabı Həzrətə gəl biz də suyu Müaviyə ordusu üzünə balğlayaq deyə təklif etdikdə İmam Əli (əleyhissalam) buyrudu: “Yox qoyun sudan istifadə etməkdə azad olsunlar. Biz nadanların işini görməyəcəyik.”

Sizin vəzifəniz İslam və Quranı düşmənə anlatmaqdan ibarətdir ki, onları düz yola hidayət və dəvət edəsiniz . Əgər qəbul etdilər ki, heç, əks halda Allahın istəyi ilə qılıncla onlara layiqincə cavab verəcəyik.”

Müaviyə ordusu sudan istifadə etməkdə azad olduqlarını bildikdə su götürmək üçün dəstə dəstə Fərat çayına tərəf axışdılar!

Bəli İmam Əli (əleyhissalam) hətta bu cür vəziyyətdə belə mərdlik və ülvi məqamından çıxmırdı və çıxmadı da.
İYİRMİ BEŞİNCİ HEKAYƏT

ŞüCaƏt hƏdƏfi


İmam Əli (əleyhissalam) öz ordusu ilə Fəratın su yolunu düşmən əlindən alıb onu dost və düşmənin istifadəsi üçün azad etdikdən sonra bir müddət müharibəni dayandırdı.

Bu dayanış ordu arasında bir zəmzəməni yaranmasına səbəb oldu ki, niyə Əli (əleyhissalam) vuruş əmri vermir?

Bu sualın cavabını İmamdan soruşduqda Həzrət belə cavab verdi:

Bu barədə əsgərlərin öz sözü nədir?

Ərz olundu: Bəziləri Əli (əleyhissalam) ölüm qorxusundan cihad əmri vermir, bəziləri isə İmamın Şam ordusu ilə müharibədə (şübhəsi) var deyə söyləyirlər. Həzrət Əli (əleyhissalam) buyurdu: Burada nə qorxu var, nə də şəkk-şübhə. Sonra mətləbin daha da aydınlaşması üçün dedi:

Müharibə hədəf üçün körpü olmalıdır, nəinki hədəf müharibəyə qurban verilsin. Daha sonra bu xütbəni buyurdu:

And olsun Allaha mənim ölümə sarı getməyimdən, yaxud ölümün mənə tərəf gəlməsindən zərrəcə qorxum yoxdur. Amma Şamlılarla müharibə etməyimdə şəkk-şübhə olduğuna gəldikdə isə and olsun Allaha ki, əgər hər gün müharibəni təxirə salıramsa arzum budur ki, bir qrup camaat hidayət olunsun. Bəlkə, zülmətlər içində mənim nurumu görüb inhiraflıqdan nicat tapsınlar. Bu mənim üçün müharibədən ya onların öldürülməsindən daha yaxşıdır. Burada Əli (əleyhissalam)-ın şücaət yüksəkliyində öz hədəfini xalqın necə hidayət olmasında bəyan etdiyini və şücaətlə yanaşı özünün səbr və dözümünü müşahidə edirik. Belə ki, bu barədə Həzrətin özü belə buyurur: Xeybər müharibəsində Rəsulullah səlləllahu əleyhi və alihi və səlləm mənə buyurdu:

“Əgər Allah sənin vasitənlə bir nəfəri hidayət edərsə, sənin üçün günəşin bir şeyə saçmasından daha yaxşıdır.”

Digər rəvayətdə gəlibdir ki, Siffeyn müharibəsi cəbhəsində İmam Əli (əleyhissalam) zireh geymədən meydana atıldıqda oğlu İmam Həsən (əleyhissalam) atasına ərz etdi: Bu cür ehtiyatsızlıq müharibə qanunlarının əleyhinədir.

İmam buyurdu:

“Oğlum, atanın qorxusu yoxdur ki, özü ölümə varid olsun, ya ölüm gəlib onu tapsın.” Yenə də Əli (əleyhissalam) Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin vəfatından və xilafət söhbəti ortaya atıldıqdan sonra buyumuşdu:

Əgər söz danışsam (və haqqımı tələb etsəm) deyərlər rəyasət hərisidir. Yox, əgər sussam, ölümdən qorxur deyəcəklər. And olsun Allaha Əbu Talib oğlunun ölümə olan həvəsi süd əmər uşağın ana döşünə olan istəyindən daha artıqdır.


İYİRMİ ALTINCI HEKAYƏT


Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin