Borunun bir ucu içərisindən 2 azca yoğun (0,5 -1 mm en kəsiyi olan) mis məftil keçirilmiş tıxacla kip bağlayırsınız
Elektrodlar birbirinə 0,5 sm-ə qədər yaxın olmalıdır
Evdiometrin yuxarı, elektrodlar olan hissəsəində aralarında 1,5 sm olan bölgülər qeyd olunur
Evdiometri qaynadılmış və soyudulmuş su ilə doldurursunuz
İçərisində ortasınadək su ilə doldurulmuş kristallizatora salır və dəmir ştativə bərkidirsiniz
Evdiometrə qaz alınan cihazlardan 2 bölgü O2 qazı, 2 bölgü də H2 qazı buraxılır
Cihazın elektrodlarını induksiya makarasına birləşdirib qığılcım yaradırsınız
Güclü olmayan partlayış alınacaqdır (əgər evdiometr dəmir ştativə möhkəm bağlanmayıbsa, o yerindən çıxa bilər, bu halda təcrübə təkrra olunmalıdır)
Partlayışdan sonra evdiometrdəki suyun səviyyəsi 3 bölgü yuxarı qalxacaqdır
Reaksiyaya girməmiş qazın O2 olduğunu sübut etmək üçün evdiometr sudan çıxarılıb borusu dik vəziyyətdə tutursunuz və qalan qaz közərmiş çöplə yoxlayırsınız və onun oksigen olduğu təsdiqləyirsiniz
Evdiometrin dəmir ştativə möhkəm bağlanmasına diqqət yetirin
Praktik işə dair fotoillüstrsiya
Praktik tapşırıq 3.7 - Bərk maddələrin suda həll olunmasının müxtəlifliyi
İstifadə edilməli resurslar:
iş paltarı və əlcək
6 ədəd sınaq şüşəsi
distillə suyu
şəkər
NaNO3, NaCl, MgSO4
kömür tozu
narın qum
dəmir ştativ
spirt lampası
pipetka
Fəaliyyət və tapşırıqlar
Təlimat və tövsiyyələr
Bərk maddələrin suda həll olunmasının müxtəlifliyi
İs paltarını geyinin
Əmək təhlükəsizliyi qaydalarına əməl edin.
Bərk maddələrin suda həll olunmasının müxtəlifliyinin araşdırılmasını təlimatda göstərildiyi kimi yerinə yetirməlisiniz.
Çalışmalısınız ki, işləri dəqiq yerinə yetirəsiniz
Təlim nəticərəninə nail olmaq üçün tələb olunan praktik tapşırıqlar.
Bərk maddələrin suda həll olunmasının müxtəlifliyi aşkar edən qaydaları şifahi söyləyirsiniz
6 ədəd sınaq şüşəsinə onların həcminin 1/3-i qədər distillə suyu töküb hər birinin üzərinə eyni miqdarda şəkər, NaNO3, NaCl, MgSO4, kömür tozu və narın qum əlavə edirsiniz
Sonra hər birinin ağzını barmağınızla tutub möhkəm çalxalayırsınız
Həll olmayan maddələr dibə çökdükdən sonra, məhlulların üst hissəsindın pipetlə damcı götürüb böyük şüşə lövhə üzərinə keçirirsiniz
Şüşə lövhəni dəmir ştativin həlqəsi üzərinə qoyub spirt lampası alovu ilə ehtiyyatla qızdırırsınız
Hansı maddə məhlulundan götürülən damcıların yerində daha çox bərk maddə qalığı əmələ gəldiyini izləyirsiniz
Hansı sınaq şüşəsindən götürülən damcıların yerində bərk maddə qalığı əmələ gəlmədiyini aşkarlayırsınız