4.1 Heyvan yemlərinin keyfiyyətinin yüksəldilməsi tədbirləri
Hər hansı bir heyvandarlıq müəssisəsinin rentabelli işləməsi üçün bu müəssisənin heyvanlarını yemlərlə təmin edə biləcək mükəmməl otlaq və biçənək sahələri olmalıdır. Hər kəsə yaxşı məlumdur ki, torpaqda əkilən bitkilər özlərinə lazım olan qidaları torpağın minerallarla zəngin olan münbit qatıdan, yəni yerin qabığından qəbul edirlər. Torpağın münbit qatında təxminən 46,6% oksigen (O), 28,4% silisium (Si), 6,9% alüminium (Al), 4,3% dəmir (Fe), 3,0% kalsium (Ca), 2,4% maqnezium (Mg), 2,2% natrium (Na), 2,1% kalium (K), 0,7% hidrogen (H), 3,4% digər elementlər olur. Lakin, zaman ötdükcə bu qatda olan bitkiyə lazım olan qidalar (mineral duzlar) tədricən tükənir.
Tükənmənin səbələrinə misal olaraq, torpaqların dincə qoyulmaması, sahələrə lazım olan aqrotexniki qulluqların təlimata uyğun aparılmaması və s. göstərmək olar. Odur ki, biçənəklərin və otlaqların məhsuldarlığını artıqmaqdan ötrü bu sahələrə mineral gübrələrin verilməsidir.
Tərkibində bitkilər üçün qida elementləri olan və məhsulu yüksəltmək üçün torpağa verilən duzlara mineral gübrələr deyilir. Bitkinin tərkibinə 60-a qədər kimyəvi element daxil olur. Bunlardan arbon, oksigen, hidrogen, azot, fosfor, kalium, maqnezium,kükürd, kalsium, dəmir elementləri onun əsas kütləsini təşkil edir. Mineral maddələrdən azot, fosfor və kalium bitkilərin həyat fəaliyyəti üçün daha vacibdir. Bu elementlər bitki hüceyrələrində maddələr mübadiləsini yaxşılaşdırır. Onlar bitkilərin boyunu, məhsuldarlığını və onlarda qiymətli maddələrin miqdarını artırır. Torpağı uzun müddət istismar etdikdə ondakı mineral maddələr tükənir, bitkinin məhsuldarlığı və məhsulun keyfiyyəti aşağı düşür. Ona görə də bitkilər üçün qida maddələri hesab edilən maddələrin miqdarını kompensasiya etmək lazımdır. Bu məqsədlə mineral gübrələrdən istifadə edilir. Mineral gübrələr aqrokimyəvi əhəmiyyətinə görə, tərkibinə, xassələrinə, qida maddələrinin növünə görə və s. bir neçə növə bölünür. Aqrokimyəvi əhəmiyyətinə görə gübrələr birbaşa və dolayı gübrələrdən ibarətdir.
Dostları ilə paylaş: |