2. GECƏNİN KEÇİRİLƏCƏYİ VAXTIN TƏYİNİ VƏ ONUN MƏKTƏBDƏ ELAN EDİLMƏSİ
Bir ay əvvəl məktəb dəhlizinin gözə görünən yerindən gecənin keçirilməsi barədə səliqə ilə tərtib olunmuş elan asılır. Elanda gecənin keçiriləcəyi gün və saat qeyd edilir.
3. GECƏYƏ HƏSR OLUNMUŞ “KİMYA BÜLLETENİNİN” HAZIRLANMASI
Elanla yanaşı çox səliqə ilə tərtib edilmiş “Kimya bülleteni” asılır. Bülletendə “Kimyəvi elementlərin dövri qanunu və dövri sistemini kim yaxşı bilir?” mövzusu altında viktorina sualları dərc edilir və sonda qaliblərin kimya gecəsində mükafatlandırılacaqları qeyd edilir. Bundan əlavə bülletendə “Bilirsinizmi?”, “Hər şeydən bir az” başlıqları altında kimyaya aid bir sıra maraqlı faktlar göstərilir.
Viktorinanın sualları təxminən aşağıdakı kimi ola bilər:
1. D.İ.Mendeleyevə qədər hansı alimlər elementlərin təsnifatını vermək üçün cəhd etmişdilər?
2. Hansı iki elementin bir-birinə əks olan xassələri daha parlaq ifadə olunur?
3. Sərbəst halda ən ağır qaz əmələ gətirən element hansıdır?
4. Hansı elementlər ölkə adları ilə adlandırılmışdır?
5. Hansı elementlərin təbiətdə mövcud olduğunu D.İ.Mendeleyev qabaqcadan söyləmişdi?
6. Yerin latınca və Ayın yunanca adı ilə adlandırılmış iki element hansılardır?
7. Hansı üç metal maqnit xassəsinə malikdir və dövri sistemin hansı qrupunda yerləşir?
8. Görkəmli alimlərin adı ilə adlandırılan elementlər hansılardır?
9. Hansı elementin adı kimyanın inkişafında böyük əməyi olan fizik-alimin soyadı ilə eynidir?
10. Planet adı ilə adlandırılan elementlər hansılardır?
11. Sərbəst halda müxtəlif bəsit maddələr şəklində mövcud olan elementlər hansılardır?
12. Hansı 2 element Yer qabığı kütləsinin ¾ hissəsini təşkil edir?
13. Adi şəraitdə sərbəst halda maye kimi mövcud olan 2 element hansıdır?
14. Əvvəlcə Günəşdə, sonra isə Yerdə kəşf edilən element hansıdır?
15. Qitələrin adı ilə adlandırılan elementlər hansılardır?
16. Hansı elementlər lantanoidlər adlanır və niyə elə adlanır?
Viktorinanın düzgün cavabları belədir:
İ.Debereyner, V.Odlinq, B.Şankurtua, C.Nyulends, L.Meyer;
Fluorda (tipik qeyri-metal) və Fransiumda (tipik metal);
Radon;
Rutenium (latınca Ruthenia-Rusiya), Fransium və Qallium (Fransanın şərəfinə), Germanium (Almaniyanın şərəfinə), Polonium (Polşanın şərəfinə), Skandium (Skandinaviyanın şərəfinə);
Ekabor (skandium), ekaalüminium (qallium), ekasilisium (germanium);
Tellur (tellus – latınca Yer deməkdir), Selen (Selena – yunanca Ay deməkdir);
Fe, Co, Ni – VIII qrupda yerləşir;
Kürium (Cm) – Pyer və Mariya Küri, Fermium (Fm) – Enriko Fermi, Eynşteynium (Es) – A.Eynşteyn, Mendeleyevium (Md) – Mendeleyev;
Bor (N.Bor);
Uran (U), Neptunium (Np), Plutonium (Pu);
O, P, C, S, As, Si, Sn, Se;
O (49%); Si (26%);
Hg və Br;
He;
Yevropium və Amerisium.
Lantandan sonra gələn 14 element. Xassələri lantanın xassələrinə çox oxşadığına görə.
Bülletendə “Bilirsinizmi?” başlığı altında aşağıdakıları yazmaq olar:
Dostları ilə paylaş: |