ŞƏHİD SƏDRİN BAXIŞINA ƏSASƏN MƏRCƏİYYƏT MƏRHƏLƏLƏRİ
Böyük şəhid və mərcə Seyyid Məhəmməd Baqir Sədr şiə tarixi boyu mərcəiyyət hərəkatı üçün beş mərhələ müəyyənləşdirmişdir:
Birinci mərhələ: İmamların səhabələrinin dövründən Əllamə Hillinin dövrünədək davam edən bu mərhələdə xalqın fəqihlərlə rabitəsi sorğu-sual həddində olmuşdur.
İkinci mərhələ: Şəhide-Əvvəlin zamanında Vəhid Behbehaninin zamanınadək davam etmiş mərhələdə fəqihlər xalqla öz vəkilləri vasitəsi ilə rabitə saxlamışlar.
Üçüncü mərhələ:Şeyx Cə’fər Kaşiful-Ğitanın dövründən İslam dünyasının istismar dövrünədək davam edən bu mərhələdə hər bir fəqihin vəzifəsi müəyyənləşdirilmişdir. Fəqihlik fəaliyyəti mərkəzləşmiş qaydada həyata keçirilirdi.
Dördüncü mərhələ:İslam dünyasının istismar dövründən hicri XV-əsrədək davam etmiş bu mərhələ daxili istibdad və xarici istismara qarşı siyasi mübarizələrlə zəngindir.
Beşinci mərhələ: Hicri XV əsrdən başlamış bu mərhələ fəqihlərin hakimiyyətə birbaşa nəzarəti istiqamətində ciddi addımlar atılmışdı.