«Bu iki oğlum (Həsən və Hüseyn) dünyada iki reyhandırlar. Bu iki oğlum istər (imamət işi üçün) qiyam etsinlər, istərsə otursunlar (sussunlar), yenə imamdırlar». Şeyx Süleyman Hənəfi «Yənabiul-məvəddət»in 57-ci babını bu mövzuya
ayırmışdır. Tabərani, Hafiz Əbdüləziz, İbn Əbu Heybə, Xətib Bağdadi, Hakim
Beyhəqi, Bəqəvi və Təbəri kimi böyük alimlərinizdən müxtəlif ifadə və təbirlərlə
Həsən (ə) və Hüseynin (ə) Rəsulallahın (s) oğulları olduğuna dair bir çox hədislər
nəql etmişlər.
Həmin zikr olunan babın sonunda Əbu Saleh, Hafiz Əbdüləziz ibn Əhzar,
Əbu Nəim, İbn Həcər Məkki «Səvaiq»in 112-ci səhifəsində və Məhəmməd ibn
Yusif Gənci Şafei «Kifayətut-talib»in 100 babdan sonra 1 fəslin axırında və Təbəri
Həzrət imam Həsənin (ə) əhvalatının tərcüməsində II xəlifə Ömər ibn Xəttabın
belə dediyini nəql etmişlər: «Rəsulallahın (s) belə buyurduğunu eşitdim: