31
zahirinə zidd olduğunu bildirmişlər. Namazın təfriq olaraq qılınmasının vacibliyinə
bağlılıq «Tərcihun bila murəccih və təxsisun bila müxəssis»dir
1
.
Nəvvab: «Bəs, iki qrup müsəlman qardaşın bir-birinin canına düşməsinə,
ədavət gözüylə bir-birlərinə baxmasına və bir-birlərinin əməllərini pisləməsinə
səbəb olan bu ixtilaflar necə meydana gəlmişdir?».
Dəvətçi: «Birincisi, «Bu iki qrup müsəlman bir-birlərinə ədavət gözüylə
baxır» dediyiniz sözə gəlincə, Əhli-beyt (ə) və risalət ailəsini, şiə camaatını
müdafiə etmək məcburiyyətindəyəm. Çünki şiə camaatı qətiyyən əhli-təsənnün
qardaşların alim və avamına ədavət və həqarət gözüylə baxmır; hətta onları öz
qardaşlarımız bilirik. Amma əhli-təsənnün qardaşlar əcnəbi, xəvaric, nasibi və
Əməvilərin əleyhimizə apardığı təbliğatın təsiri altına düşərək qiblə, kitab,
nübuvvət, bütün vacib və müstəhəb əhkama əməl etmək, böyük günah və
məsiyyətləri tərk etmək yönündə onlara ortaq olan şiə qardaşlarını rafizi, müşrük
və
kafir bilmiş, onları özlərindən ayırmış və ədavə gözüylə baxmışlar.
İkincisi, «Bu ixtilaflar nə cür meydana gəlmişdir?» – deyə buyurdunuz.
Yanıqlı bir qəlblə ərz edim ki, bu ixtilafın təməlini qoyanın Allah canını alsın. İndi
bu növ ixtilafların haradan qaynaqlandığını ərz edəcək bir vaxtımız yoxdur.
İnşallah, sonrakı gecələrdə bəzi münasibətlər, daha doğrusu pərdələr qalxacaq, o
zaman özünüz həqiqətin nə olduğunu anlayacaqsınız.
Üçüncüsü, namazın cəm və təfriq şəklində qılınmasına gəlincə, əhli-sünnət
fəqihləri mütləqə və caizliyə dəlalət edən məzkur hədislərin ümmətin rahatlığı və
əziyyətə düşməməsi üçün üzrlü vaxtlara aid olduğunu söyləmişlər. Amma
bilmirəm onlar nə üçün belə əsassız fikirlər irəli sürür və üzr olmadan namazların
cəm qılınmasını caiz bilmirlər. Hətta Əbu Hənifə və ona tabe olanlar namazı cəm
halda qılmağı istər üzrlü, istər üzrsüz, istər vətəndə, istərsə də səfərdə olsun,
qadağan etmişdir.
1
«Tərcihun bila murəccih», iki tərəfi bərabər olan bir şeyin bir tərəfinə dəlil olaraq, digərinə üstünlük verməsinə
deyilir. «Təxsisun bila müxəssis»də, dəlilsiz olaraq külli və xüsusi olan bir hökmü məlum vəziyyətə və ya bir fərdə
məxsus etəyə deyilir.
32
Lakin Şafei, Maliki və Həmbəlilər bütün üsul və füruda ixtilafları olmalarıyla
bərabər, Həcc və Ümrə kimi mübah olan səfər və döyüşlərdə namazın cəm olaraq
qılınmasına izn vermişlər.
Lakin şiə alimləri Rəsulallahın (s) göstərişiylə, haqq və batili bir-birindən
ayıran və Qiyamət gününə qədər Qurandan ayrılmayan Həzrət Peyğəmbərin (s)
bütün günahlardan uzaq olan Əhli-beytinə (ə) tabe olaraq, namazın istər səfərdə,
istər vətəndə, istər üzrlü, istərsə də üzrsüz olsun, cəm halda qılınmasının caiz
olduğu hökmünü vermişlər.
Cəm halda namaz qılmaq, namaz qılanın ixtiyarındadır; yəni namaz qılan bir
şəxs zöhrlə əsr və məğriblə işa namazını, rahatlıq üçün cəm halda, bir vaxtda və ya
təfriq halda, fəzilət vaxtlarında qılmaqda ixtiyar sahibidir. Əlbəttə, təfriq halda,
ayrı olaraq və fəzilət vaxtlarında qılınması cəm halından daha fəzilətlidir. Bu
məsələ şiə alimlərinin fiqh kitablarında kamil bir şəkildə zikr edilmişdir. Lakin
ümumilikdə xalqın işinin çoxluğu və sıxıntıları nəzərə alınaraq, müqəddəs İslam
şəriətinin Hədəfi də xalqı əziyyət və məşəqqətə salmamaq olduğundan, şiələr
namazlarını cəm qılırlar.
Bizə qəzəb və kinlə baxan digər əhli-sünnət qardaşların ağıllarına gələn
şübhəli sualların aydınlıq tapması üçün dediyim bu cavabların yetərli olacağını
hesab edirəm. Qarşıda daha əhəmiyyətli mövzular haqqında bəhs ediləcəyinə görə,
əvvəldəki müzakirəmizə qayıtmaq yaxşı olardı. Çünki əsl əhəmiyyətli məsələlər
həll olduqda, cüzi məsələlər də öz həllini tapacaqdır».
Hafiz: «Birinci gecədən qardaşımızın nə dərəcədə yüksək məlumatlı
olduğunu, aramızda onunla müqayisə edəcək bir kəsin olmadığını və
kitablarımızdan kamil şəkildə xəbərdar olduğunu anladıq. Bu səbəbdən, çox şad
olduq. Buyurduğunuz kimi, bəhs edilən mövzunu davam etdirməniz yaxşı olardı.
İcazənizlə bunu demək istərdim ki, siz fəsih və bəlağətli bir bəyanla Hicazi və
Haşimilərin belə pak bir nəslə sahib olduqlarını sabit etdiniz. Necə oldu ki, Məcusi
(
atəşpərəst) mərkəzi olan İrana gedərək orada məskunlaşdınız? Bu hicrətin səbəb
və
tarixindən bəyan etsəydiniz, çox şad olardıq».