174
Sizin bu imamlarınız haqqında öz alimlərinizin diliylə və qələmiylə bu cür
itdihamları çoxdur. Amma bu anda onları söyləməyin vaxtı deyil. Əslində, mən bu
mövzuya toxunmaq istəmirdim. Amma siz mənim vğzıma gələni söylədiyii və
sünni üləma və imamlarına istinad edilən itdihamların sadəcə şiə üləması
tərəfindən irəli sürüldüyünü söylədikdən sonra etdiyiniz bu tənqidin yersiz olduğu
üçün bu mövzuya toxundum. Tənqidləriniz məntiqsizdir! Mənim cavabımsa elm,
əqil və məntiqlə uyğun olmaqla bərabər, təəssübdən də uzaqdır!
Şiə üləmasının sizin məzhəb imaları haqqında etdiyi tənqidlər, öz
alimlərinizin etdiyinindən fərqli deyil! Amma şiə üləması, 12 İmamımızın (ə)
müqəddəs məqamları haqqında, üləmanız arasında olan ixtilafların əksinə olaraq
ən kiçik bir ixtilafları belə yoxdur. Çünki İmamlarımızın hamısını eyni məktəbin
yetirmələri bilirik və onların hamısına yetişən ilahi feyzlər eynidir! Onların hamısı
Xatəmül-ənbiyaya (s) nazil olan dinin əmrləriylə əməl etmişlər. Onlar İslam
haqqında özlərinə xas nəzər və fikirlərə sahib deyillər. Çünki Onlar İslamı həzrət
Peyğəmbərdən (s) öyrənmişlər. Buna görə də ONların arasında heç bir ixtilaf
mövcud deyildi. Çünki Onlar lüğətdə rəhbər mənasında olan imamlar deyil,
Rəsulallah (s) tərəfindən təyin edilən həqiqi imamlardır.
Dostları ilə paylaş: