173
Əbu Hamid Qəzali «Mənxulun fi Elmil Üsul» adlı kitabında belə deyir: «Əbu
Hənifə şəriətin altını üstünə çevirərək özünü pərişan etdi. Şəriətin yolunu
dəyişdirdi. Şəriətin bütün qanunlarını, icad etdiyi bir qrup əsaslarla (qaydalarla)
viran etdi. Hər kəs belə bir işi qəsdən və nə etdiyini bildiyi halda halal bilərək edər
və etdiyi işi də halal bilirsə kafirdir! Hər kəs belə bir işi halal bilmədən edərsə
fasiqdir». (Əbu Hənifə bu böyük alimin sözünə görə ya kafirdir, ya da fasiq!)
Qəzali bu mövzuda Əbu Hənifəyə aid və onu fisqlə günahlandıran bir neçə
söz də yazmışdır. Amma mən onları nəql etmək istəmirəm.
Böyük alimlərinizdən olan «Kəşşaf Təfsiri»nin müəllifi Carullah Zəməxşəri
«Rəbiul-əbrar» kitabında Yusif ibn Əbsatdan belə nəql edir: «Əbu Hənifə həzrət
Peyğəmbərin hədisləriylə ziddiyyətli 410-dan çox hədis nəql etmişdir».
Yenə Əbu Yusif deyir: «Əbu Hənifə belə buyurdu: «Peyğəmbər məni
görsəydi, söylədiklərimin çoxuna tabe olardı!»
Əbu Hənifənin əleyhinə yazılan bir çox sözlər sizin böyük alimlərinizin
kitablarında mövcuddur. Əbu Hənifə və ya digər üç məzhəb imamları haqqında
Qəzalinin «Mənxul», Şafeinin «Nuqətuş-Şərifə», Zəməxşərinin «Rəbiul-əbrar» və
İbn Covzinin «Müntəzəm» kitablarına müraciət edə bilərsiniz. Hətta Qəzali
«Mənxul» kitabında daha çox deyir:
«Əbu Hənifənin sözlərində bir çox xəta vardır. O, hədis, lüğət və nəhv
elmlərini də bilmirdi.
«Əbu Hənifə (Qurandan sonra dinin əsas və təməli olan) hədis elmini
bilmədiyinə görə qiyas edirdi. Qiyasla ilk əməl edən şeytandır». (kim qiyasla əməl
edərsə, şeytanla məşhur olacaqdır).
İbni Covzi «Müntəzəm» kitabında deyir: «
Hər kəs Əbu Hənifənin xətaları
Dostları ilə paylaş: