HƏZRƏT ƏLİNİN (Ə) PEYĞƏMBƏRİN (S) BÜTÜN SİFƏTLƏRİNƏ SAHİB OLMASI
İmam Sələbi «Təfsir» və böyük alimlərinizdən olan Seyid Əhməd Şahabuddin
«Tovzihud-dəlail əla Tərcihil-fəzail» adlı kitabında bu mənaya işarə edərək belə
deyir: «Mövlamız Əmirəl-möminin Əli həzrət Peyğəmbərin (s) bir çox uca sifət, fel, adət, ibadət və əhvalında o həzrətə bənzəmişdir. Bu məna, səhih hədis və açıq ifadələrlə həzrət Əli üçün qətiləşmişdir. Bunun heç bir dəlil və höccətə ehtiyacı yoxdur. Bəzi alimlər, həzrət Peyğəmbərin (s) sahib olduğu bir qrup gözəl sifətləri, həzrət Əli üçün də saymışlar».
Məsələn: imam Əli (ə) ilə həzrət Peyğəmbər (s) nisbətdə bir-birinin mislidir.
İma Əli (ə) təharətdə (məsumluqda) – həzrət Peyğəmbər (s), həzrət Əli (ə) həzrət
Fatimə (ə.s), həzrət Həsən (ə), və həzrət Hüseyn (ə) haqqında nazil ola Təthir
ayəsindən
1
məlum olduğu kimi də həzrət Peyğəmbərlə (s) eynidir.
«Maidə» surəsinin 55-ci ayəsindəki – «Sizin vəliniz (rəhbəriniz) ancaq Allah,